Məhkəmə qərarları › İş №e-2-2(113)-64/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-64/2024

18.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-64/2024 18.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2nə, Cavabdeh1 və Cavabdeh3 qarşı “borcun tutulması, tutmanın ipotekaya yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit, ipoteka, mediasiya xərci) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi, İddiaçı "xxxx" Açıq Səmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə3 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2nə, Cavabdeh1 və Cavabdeh3 qarşı cavabdehlər Cavabdeh2ndən və Cavabdeh1 iddiaçının xeyrinə 0096/K nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 150000 manat əsas, müqavilə müddətində ödənilməmiş 1000 manat faiz (16%), müqavilə müddətindən sonra ödənilməmiş 14666,67 manat faiz (5%) və 46933,33 manat cərimə borcu olmaqla ümumilikdə 212600 manat məbləğinin tutulması, tutmanın ipoteka müqavilələrinə əsasən: Cavabdeh1 məxsus (xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən) ünvan 1i ünvanında 0.032 ha torpaq sahəsi və üzərindəki 157.0 kv.m ümumi sahədən ibarət olan fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə açıq hərracdan satılması, əldə olunan vəsait hesabına borcun ödənilməsi, Cavabdeh1 həmin ipotekadan istifadə hüquqlarına xitam verilməsi və əmlakın Cavabdeh1 və Cavabdeh3 tərəfindən boşaldılaraq təhvil verilməsi; Cavabdeh1 məxsus (xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən) Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, 218 saylı evin yanında yerləşən 0.06 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə açıq hərracdan satılması, əldə olunan vəsait hesabına borcun ödənilməsi, Cavabdeh1 həmin ipotekadan istifadə hüquqlarına xitam verilməsi və əmlakın Cavabdeh1 və Cavabdeh3 tərəfindən boşaldılaraq təhvil verilməsi, İpoteka predmetlərinin satışından əldə olunacaq vəsait xx.xx.2021-ci il tarixli, 0096/K saylı kredit müqaviləsi üzrə iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 102,6 manat dövlət rüsumunun, 1.2 manat bank xidmət haqqının, 400 manat ödənilmiş mediasiya xərcinin, 92.90 manat ipoteka predmetlərinə tutma yönəldilməsi üçün ödənilmiş dövlət rüsumunun və xidmət haqqının tutulması barədə iddia ərizəsinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı cavabdehlərə qarşı cavabdehlər Cavabdeh2ndən və Cavabdeh1 iddiaçının xeyrinə 0096/K nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 150000 manat əsas, müqavilə müddətində ödənilməmiş 1000 manat faiz (16%), müqavilə müddətindən sonra ödənilməmiş 7270.83 manat faiz (5%) və 23266.67 manat cərimə borcu olmaqla ümumilikdə 181537.5 manat məbləğinin tutulması, Tutmanın ipoteka müqavilələrinə əsasən: Cavabdeh1 məxsus (xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən) ünvan 1i ünvanında 0.032 ha torpaq sahəsi və üzərindəki 157.0 kv.m ümumi sahədən ibarət olan fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə açıq hərracdan satılması, əldə olunan vəsait hesabına borcun ödənilməsi, Cavabdeh1 həmin ipotekadan istifadə hüquqlarına xitam verilməsi və əmlakın Cavabdeh1 və Cavabdeh3 tərəfindən boşaldılaraq təhvil verilməsi; Cavabdeh1 məxsus (xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən) Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, 218 saylı evin yanında yerləşən 0.06 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə açıq hərracdan satılması, əldə olunan vəsait hesabına borcun ödənilməsi, Cavabdeh1 həmin ipotekadan istifadə hüquqlarına xitam verilməsi və əmlakın Cavabdeh1 və Cavabdeh3 tərəfindən boşaldılaraq təhvil verilməsi, İpoteka predmetlərinin satışından əldə olunacaq vəsait xx.xx.2021-ci il tarixli, 0096/K saylı kredit müqaviləsi üzrə iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 71.54 manat dövlət rüsumunun, 0.8 manat bank xidmət haqqının, 400 manat ödənilmiş mediasiya xərcinin, 92.90 manat ipoteka predmetlərinə tutma yönəldilməsi üçün ödənilmiş dövlət rüsumunun və xidmət haqqının tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış 0096/K nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 MMC-ə yeni açılmış aptek üçün mal alışı məqsədi ilə illik 16 faiz olmaqla, 12 ay müddətinə 150000 manat məbləğində kredit xətti açılmışdır. Kredit xətti müqaviləsinin təminatı qismində Cavabdeh1 ilə iddiaçı arasında 0096/Z saylı, xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsi imzalanmışdır. Həmçinin 0096/K saylı xx.xx.2021-ci il tarixli Kredit xətti müqaviləsinin təminatı kimi iddiaçı ilə Cavabdeh2 MMC və Cavabdeh1 ilə arasında Cavabdeh1 məxsus ünvan 1i ünvanında 0.032 ha torpaq sahəsi və üzərindəki 157.0 kv.m ümumi sahədən ibarət olan fərdi yaşayış evinin (Qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2021-ci il, yüklü edilən əmlakın reyestr nömrəsi: **********37-10301) ipotekaya qoyulması barədə 0096/İ saylı, xx.xx.2021-ci il tarixli ipoteka müqaviləsi və Cavabdeh2 MMC və Cavabdeh1 ilə arasında Cavabdeh1 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, 218 saylı evin yanında yerləşən 0.06 ha torpaq sahəsinin (Qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2021-ci il, yüklü edilən əmlakın reyestr nömrəsi: **********07) ipotekaya qoyulması barədə 0096/İ-1 saylı, xx.xx.2021-ci il tarixli ipoteka müaviləsi bağlanmışdır. Əlavə olaraq, **********262 və **********263 saylı ərizələrə əsasən Cavabdeh3 hər iki əmlakın ipoteka ilə yüklü edilməsini razılıq vermiş və əmlaka tutma yönəldildiyi halda qeydiyyatdan çıxmaqla tərk edəcəyini və həmin əmlaka qarşı hüquqlarından imtina edəcəyini bildirmişdir. Cavabdeh kredit vəsaitindən istifadə etməyinə baxmayaraq, müqavilənin şərtlərini pozmuş, kredit üzrə əsas borcu və hesablanmış faizləri vaxtında və lazımi qaydada ödəməmişdir. xx.xx.2023-cü il tarixinə xx.xx.2021-ci il tarixli 0096/K saylı kredit xətti müqaviləsinə əsasən 150000 manat əsas, müqavilə müddətində ödənilməmiş 1000 manat faiz (16%), müqavilə müddətindən sonra ödənilməmiş 7270.83 manat faiz (5%) və 23266.67 manat cərimə borcu olmaqla, cəmi 181537.5 manat borc məbləği mövcuddur. Cavabdehlərə 0096/K nömrəli xx.xx.2021ci il tarixli kredit xətti müqaviləsi üzrə borcun qaytarılması haqqında poçt vasitəsi ilə xx.xx.2022-ci il tarixli, 22-17846 saylı bildiriş, eyni zamanda həm poçt, həm də elektron kabinet vasitəsi ilə xx.xx.2023-cü il tarixli, 6-2-22/2-2038/2023 saylı bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, cavabdehlər tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Eyni zamanda, mübahisənin məhkəmədən kənar həll edilməsi məqsədi ilə cavabdehlərə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmiş, daha sonra cavabdehlər tərəfindən təklifə cavab verilmədiyindən mediatora müraciət edilmiş, lakin cavabdehlər ilkin mediasiya sessiyasına gəlmədiklərindən tərəflər arasında mediasiya baş tutmamış və mediator tərəfindən “mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2022-ci il tarixli arayış verilmiş, həmçinin ilkin mediasiyanın keçirilməsi üçün "xxxx" ASC tərəfindən 400 manat mediasiya xərci mediatorun hesabına təktərəfli qaydada ödənilmişdir. Bundan əlavə, 0096/K nömrəli xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə dair təminat qismində olan əmlaklara Cavabdeh1 məxsus ünvan 1i ünvanında 0.032 ha torpaq sahəsi və üzərindəki 157.0 kv.m ümumi sahədən ibarət olan fərdi yaşayış evinə (Qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2021-ci il, yüklü edilən əmlakın reyestr nömrəsi: **********37-10301) və Cavabdeh1 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, 218 saylı evin yanında yerləşən 0.06 ha torpaq sahəsinə (Qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2021-ci il, yüklü edilən əmlakın reyestr nömrəsi: **********07) ipoteka predmeti üzrə tutmanın yönəldilməsi barədə bildiriş xx.xx.2022-ci il tarixdə göndərilmişdir. Həmin bildiriş üzrə əmlaklara dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi və 1 saylı Bakı Ərazi İdarəsində qeydiyyata alınmasına dair 92.90 manat dövlət rüsumu və xidmət haqqı ödənilmiş və bildiriş qeydə alınaraq cavab məktubu verilmişdir. Hazırki mübahisə üzrə iddia qiyməti ümumillikdə 181537.5 manat olduğundan, iddia irəli sürülərkən 471.54 manat dövlət rüsumu ödənilməlidir ki, iddiaçı mediasiya xərci olan 400 manat ödədiyindən, həmin həddə dövlət rüsumu ödəməkdən azad olunur. Buna görə də iddiaçı tərəfindən 71.54 manat dövlət rüsumu ödənilmişdir.

3. Sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizəylə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2ndən və Cavabdeh1 iddiaçının xeyrinə 0096/K nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 150000 manat əsas, müqavilə müddətində ödənilməmiş 1000 manat faiz (16%), müqavilə müddətindən sonra ödənilməmiş 14666,67 manat faiz (5%) və 46933,33 manat cərimə borcu olmaqla ümumilikdə 212600 manat məbləğinin tutulması, tutmanın ipoteka müqavilələrinə əsasən: Cavabdeh1 məxsus (xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən) ünvan 1i ünvanında 0.032 ha torpaq sahəsi və üzərindəki 157.0 kv.m ümumi sahədən ibarət olan fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə açıq hərracdan satılması, əldə olunan vəsait hesabına borcun ödənilməsi, Cavabdeh1 həmin ipotekadan istifadə hüquqlarına xitam verilməsi və əmlakın Cavabdeh1 və Cavabdeh3 tərəfindən boşaldılaraq təhvil verilməsi; Cavabdeh1 məxsus (xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən) Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, 218 saylı evin yanında yerləşən 0.06 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə açıq hərracdan satılması, əldə olunan vəsait hesabına borcun ödənilməsi, Cavabdeh1 həmin ipotekadan istifadə hüquqlarına xitam verilməsi və əmlakın Cavabdeh1 və Cavabdeh3 tərəfindən boşaldılaraq təhvil verilməsi, İpoteka predmetlərinin satışından əldə olunacaq vəsait xx.xx.2021-ci il tarixli, 0096/K saylı kredit müqaviləsi üzrə iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 102,6 manat dövlət rüsumunun, 1.2 manat bank xidmət haqqının, 400 manat ödənilmiş mediasiya xərcinin, 92.90 manat ipoteka predmetlərinə tutma yönəldilməsi üçün ödənilmiş dövlət rüsumunun və xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 iddianın məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə3 iddia ərizəsinə etiraz edərək, faiz və dəbbə pulu hissəsində iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

6. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər.

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

8. Məhkəmə belə qənaətə gəlir ki, cavabdehlər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişlər və belə olan halda, cavabdehlər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

10. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

11. “İpoteka haqqında” Qanun: 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.

12. “Dövlət rüsumu haqqında” Qanun: 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

13. “Mediasiya haqqında” Qanun: 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

14. İşin müəyyən edilən halları ondan ibarətdir ki, iddiaçı ilə Cavabdeh2 arasında 0096/K nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən iddiaçı tərəfindən Cavabdeh2nə illik 16 faiz olmaqla, 12 ay müddətinə 150000 manat məbləğində krеdit vеrilmişdir. Kredit xətti müqaviləsinin təminatı qismində Cavabdeh1 ilə iddiaçı arasında 0096/Z saylı, xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsi imzalanmışdır. Eyni zamanda 0096/K saylı xx.xx.2021-ci il tarixli krеdit müqaviləsinin təminatı оlaraq iddiaçı ilə Cavabdeh2 MMC və Cavabdeh1 arasında 0096/İ saylı, xx.xx.2021-ci il tarixli və 0096/İ-1 saylı, xx.xx.2021-ci il tarixli İpoteka Müqavilələri bağlanmış və müqavilələrə əsasən Cavabdeh1 məxsus ünvan 1i ünvanında 0.032 ha torpaq sahəsi və üzərindəki 157.0 kv.m ümumi sahədən ibarət olan fərdi yaşayış evi və Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, 218 saylı evin yanında yerləşən 0.06 ha torpaq sahəsi iddiaçı qarşısında ipoteka ilə yüklü edilmiş və bu hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla ********** və ********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” çıxarışlarla rəsmiləşdirilmişdir. Cavabdeh2 tərəfindən kredit üzrə ödənişlər vaxtlı-vaxtında aparılmamış, kredit müqaviləsinin tələblərinə əməl olunmamış, nəticədə Cavabdeh2 iddiaçıya borcu yaranmışdır.

15. Kredit müqaviləsi və ödəniş planı tərəflərin imzası və bankın möhürü ilə təsdiq olunmuşdur.

16. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

17. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.

19. X2 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur.

20. Beləliklə, Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir.

21. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə olunmuş ödəniş qrafiki, maliyyə arayışı, hesabdan çıxarışın müqayisəli təhlilindən görünür ki, cavabdeh üzərinə düşən öhdəliyi icra etməmişdir. Belə olan halda isə bu, iddiaçıya kredit müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

22. Belə ki, hazırki işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə Cavabdeh2 arasında kredit müqaviləsi imzalanmış, iddiaçı tərəfindən 150000 manat məbləğində pul Cavabdeh2 hesabına köçürülmüşdür. Müqavilə üzrə borclu üzərinə düşən öhdəliyi tam icra etməmiş, nəticədə borcu yaranmışdır.

23. Yuxarıda qeyd olunan normaların tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia əsas və faiz borcun tələb edilməsi hissələrində əsaslıdır və həmin borclar cavabdehlər Cavabdeh2ndən və Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafıq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtı tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir.

25. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər.

26. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir.

27. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir.

28. Belə ki, qərarda göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və Mülki Məcəllənin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə Mülki Məcəllənin «Öhdəliklərin icra edilməməsi» adlanan 22-ci fəslində və «Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət» adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir.

29. İstinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafıq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfındən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafıq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafıq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır.

30. Göstərilən normaların dispozitiv şərtlərindən də göründüyü kimi, gecikdirilmiş vaxt üçün faiz tələb etmə yalnız kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) halında mümkündür.

31. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq iddiaçı cavabdehlərdən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malik olduğundan göstərilən əsasa görə hesablanmış borc cavabdehlər Cavabdeh2ndən və Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır.

32. Bundan başqa, məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən əsas, kredit məbləğinə hesablanmış faiz və gecikdirilmiş vaxt üçün illik beş faizin düzgün hesablanması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023cü il tarixli 9/3510 saylı ekspert rəyi ilə də təsdiq edilmişdir.

33. Məhkəmə həmçinin hesab edir ki, dəbbə pulunun tələb edilməsi hissəsində də, iddia əsaslıdır.

34. İlk növbədə qeyd edilməlidir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gəlir. Belə ki, həmin müqavilənin 6.2-ci bəndinə əsasən borc alan tərəfindən kredit üzrə əsas borcun tam məbləğinin və ya onun bir hissəsinin qaytarılması müddətləri pozulduqda, gecikdirilmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün Müqavilənin 1.1 -ci bəndində müəyyən olunmuş illik faiz dərəcəsinin 2 (iki) misli miqdarında illik faiz dərəcəsi ilə Borc verən tərəfindən Borc alana penya hesablana bilər.

35. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

36. Məhkəmə hesab edir ki, tələb olunan cərimə məbləği əsas məbləğə tənasübsüz surətdə yüksək məbləğ olduğundan cərimə azaldılmalı, 7500 manat məbləğində dəbbə pulu cavabdehlər Cavabdeh2ndən və Cavabdeh1 tutulmalıdır.

37. İddia tələbinin tutumanın ipoteka predmetinə yönəldilməsi hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddiaçının tələbinin ödənilməsi üçün tutmanın iddiaçı ilə cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 arasında bağlanmış 0096/İ saylı, xx.xx.2021-ci il tarixli və 0096/İ-1 saylı, xx.xx.2021-ci il tarixli İpoteka Müqavilələri ilə yüklü edilmiş Cavabdeh1 məxsus ünvan 1i ünvanında 0.032 ha torpaq sahəsi və üzərindəki 157.0 kv.m ümumi sahədən ibarət olan fərdi yaşayış evinə və Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, 218 saylı evin yanında yerləşən 0.06 ha torpaq sahəsinə yönəldilməsi barədə iddiaçının iddia tələbi Cavabdeh2 müqavilə üzrə götürdüyü öhdəlikləri icra etmədiyinə və ya lazımınca icra etmədiyinə görə əsaslı olduğundan təmin edilməlidir.

38. İpoteka predmetlərinin likvid qiyməti ilə bağlı məhkəmə qeyd edir ki, məhkəmə tərəfindən ipoteka predmetlərinin likvid dəyərinin müəyyən edilməsi ilə bağlı ekspertiza təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/5672-9/5802 saylı ekspert rəyi ilə ünvan 1i ünvanında 0.032 ha torpaq sahəsi və üzərindəki 157.0 kv.m ümumi sahədən ibarət olan fərdi yaşayış evinin likvid dəyəri 126000 manat, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, 218 saylı evin yanında yerləşən 0.06 ha torpaq sahəsinin likvid dəyəri 119000 manat müəyyən edilmişdir.

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

40. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Məhkəmə, Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün təqdim olunmuş sənədlər tədqiq olunmaqla əldə olunmuş və iş materiallarına əlavə olunmuş sübutlara (sənədlərə) və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır.

42. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, yuxarıda tədqiq edilən məhkəmə ekspertiza mərkəzinin ekspert rəyi ilə müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidir. Çünki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/5672-9/5802 saylı ekspert rəyi hazırki iş üzrə sübut əhəmiyyətinə malikdir və məhkəmənin ipoteka predmetlərinin likvid dəyəri ilə bağlı gəldiyi yekun nəticədə istinad edilən mötəbər sübutdur.

43. Buna görə də məhkəmə hesab edir ki, ipoteka predmetlərinin ilkin satış qiyməti müəyyən edilərkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/5672-9/5802 saylı ekspert rəyi ilə müəyyən edilmiş likvid qiymətlər əsas götürülməlidir.

44. Məhkəmə iddia tələbinin ipoteka predmetlərinə istifadə hüququna xitam verilməsi tələbinə münasibətdə qeyd edir ki, yüklü edilmiş əşyaya, xüsusən də ipoteka predmetinə mülkiyyət hüququna xitam verilmə “İpoteka haqqında” qanunla tənzimlənir. Həmin Qanunun 59.1-ci maddəsinin mənasına görə isə, ipoteka predmetinə tutmanın yönəldilməsi hələ mülkiyyət hüququnun itirilməsi demək deyildir (59.3-cü maddədə nəzərdə tutulmuş hal istisna olmaqla). Çünkü ipoteka predmetinin yeni mülkiyyətçisi bilinmədən kiminsə mülkiyyətinin əlindən alınması, oranın tərk edilməsi və bu kimi digər hallara yolverilməsi qadağandır və ən azından belə hallar şəxsin konstitusiya hüququnun pozulmasıdır. Buna görə də, “İpoteka haqqında” Qanunla mülkiyyət hüququnun itirilməsi üçün mütləq ipoteka predmetinin satılması vacibdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində mülkiyyət hüquqlarının xitam olunma əsasları və mülkiyyət hüquqlarının qeydiyyatı barədə müvafiq norma da öz əksini tapmış, həmin Məcəllənin 205.2-ci maddəsində tutmanın yönəldilidiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verildiyi nəzərdə tutulmuşdur. Bunlardan başqa, tutmanın yönəldilməsi hərrac yolu ilə həyata keçirilə bilər və hərracdan sonra hər hansı şəxs ipoteka predmetini müqavilə qüvvəsinə malik olan protokol imzalamaqla alarsa onda ipoteka predmetində olan şəxslər oranı məcburi tərk etməlidirlər. Əks təqdirdə, “İpoteka haqqında” Qanunun 59.4-cü maddəsinə görə, ipoteka qoyan və orada yaşayan digər şəxslər məhkəmənin qərarı ilə məcburi qaydada çıxarılırlar. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin oluna bilməz.

45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

46. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir.

47. İş üzrə dövlət rüsumu məbləğinin 502,6 manat olmasını və iddianın təmin edilmiş hissəsinin iddia tələbinin 81,45 faizini təşkil etdiyini nəzərə aldıqda, dövlət rüsumu məbləğinin iddianın təmin edilmiş hissəsinə uyğun olaraq iddiaçıya aid edilməli məbləğ 93,23 manat təşkil edir. İddiaçı tərəfindən ödənilmiş 102,6 manat dövlət rüsumundan iddiaçıya aid edilməli məbləğ çıxılmaqla, qalan 9,37 manat məbləğ cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.

48. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehlər Cavabdeh2ndən və Cavabdeh1 iddiaçının xeyrinə 0096/K nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 150000 manat əsas, müqavilə müddətində ödənilməmiş 1000 manat faiz (16%), müqavilə müddətindən sonra ödənilməmiş 14666,67 manat faiz (5%) və 7500 manat cərimə borcu olmaqla ümumilikdə 173166,67 manat tutulmalı, tutma, ilkin satış qiyməti 126.000 manat müəyyən edilməklə Cavabdeh1 məxsus ünvan 1i ünvanında 0.032 ha torpaq sahəsi və üzərindəki 157.0 kv.m ümumi sahədən ibarət olan fərdi yaşayış evinə və ilkin satış qiyməti 119.000 manat müəyyən edilməklə Cavabdeh1 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, 218 saylı evin yanında yerləşən 0.06 ha torpaq sahəsinə yönəldilməli, həmin əmlaklar açıq hərracdan satılmalı, əldə olunan vəsait hesabına borc ödənilməli, əmlaklar Cavabdeh1 və Cavabdeh3 tərəfindən boşaldılaraq təhvil verilməli, ipoteka predmetlərinin satışından əldə olunacaq vəsait xx.xx.2021-ci il tarixli, 0096/K saylı kredit müqaviləsi üzrə iddiaçı "xxxx" Açıq Səmdar Cəmiyyətinin tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğ cavabdehlər Cavabdeh2ndən və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı "xxxx" Açıq Səmdar Cəmiyyətinə ödənilməli, 400 manat ödənilmiş mediasiya xərci, ödənilmiş 1.2 manat bank xidmət haqqı və 92.90 manat ipoteka predmetlərinə tutma yönəldilməsi üçün ödənilmiş dövlət rüsumu və xidmət haqqı cavabdehlər Cavabdeh2ndən, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir.

49. Eyni zamanda iş üzrə təyin edilmiş məhkəmə ekspertiza tədqiqatlarının dəyəri 150 manat məbləğində ekspertiza xərclərinin 122,18 manat məbləği cavabdehlərdən müştərək qaydada, qalan 27,82 manat məbləği iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.

VI. Nəticə:

50. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2ndən və Cavabdeh1 iddiaçı "xxxx" Açıq Səmdar Cəmiyyətinin xeyrinə 0096/K nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 150000 manat əsas, müqavilə müddətində ödənilməmiş 1000 manat faiz (16%), müqavilə müddətindən sonra ödənilməmiş 14666,67 manat faiz (5%) və 7500 manat cərimə borcu olmaqla ümumilikdə 173166,67 manat tutulsun. Tutma, ilkin satış qiyməti 126.000 manat müəyyən edilməklə Cavabdeh1 məxsus ünvan 1i ünvanında 0.032 ha torpaq sahəsi və üzərindəki 157.0 kv.m ümumi sahədən ibarət olan fərdi yaşayış evinə və ilkin satış qiyməti 119.000 manat müəyyən edilməklə Cavabdeh1 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, 218 saylı evin yanında yerləşən 0.06 ha torpaq sahəsinə yönəldilsin, həmin əmlaklar açıq hərracdan satılsın, əldə olunan vəsait hesabına borc ödənilsin, əmlaklar Cavabdeh1 və Cavabdeh3 tərəfindən boşaldılaraq təhvil verilsin. İpoteka predmetlərinin satışından əldə olunacaq vəsait xx.xx.2021-ci il tarixli, 0096/K saylı kredit müqaviləsi üzrə iddiaçı "xxxx" Açıq Səmdar Cəmiyyətinin tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğ cavabdehlər Cavabdeh2ndən və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı "xxxx" Açıq Səmdar Cəmiyyətinə ödənilsin. 400 manat ödənilmiş mediasiya xərci, ödənilmiş 1.2 manat bank xidmət haqqı və 92.90 manat ipoteka predmetlərinə tutma yönəldilməsi üçün ödənilmiş dövlət rüsumu və xidmət haqqı cavabdehlər Cavabdeh2ndən, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq iddiaçı "xxxx" Açıq Səmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 102,6 manat dövlət rüsumunun 9,37 manat məbləği cavabdehlər Cavabdeh2ndən, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq iddiaçı "xxxx" Açıq Səmdar Cəmiyyətinə ödənilsin, qalan 93,23 manat məbləği iddiaçı "xxxx" Açıq Səmdar Cəmiyyətinə aid edilsin. İş üzrə təyin edilmiş məhkəmə ekspertiza tədqiqatlarının dəyəri 150 manat məbləğində ekspertiza xərclərinin 122,18 manat məbləği cavabdehlər Cavabdeh2ndən, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada, qalan 27,82 manat məbləği iddiaçı "xxxx" Açıq Səmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN: **********, X1, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar