Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-641/2020 12.03.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ (İddianın baxılmamış saxlanması haqqında) Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi ilə, Zeynalova Leyla Afiq qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçıCavabdehnə qarşı cavabdehdəniddiaçının xeyrinə GSM müqaviləsinə əsasən üzrə 474,66 (dörd yüz yetmiş dörd manat altmış altı qəpik) manat xidmət haqqının və ödənilmiş 20,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun, cəmi üzrə 495,06 (dörd yüz doxsan beş manat altıqəpik) manat tutulması tələbi barədə kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət etmişdir. İş üzrə məhkəmə iclası xx xxxx 2020-ci il tarixə, saat 17:00-a təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada və müddətdə xəbərdar olunmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0 və 259.0.6 maddələrinə uyğun olaraq, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçıCavabdehnə qarşı cavabdehdəniddiaçının xeyrinə GSM müqaviləsinə əsasən üzrə 474,66 (dörd yüz yetmiş dörd manat altmış altı qəpik) manat xidmət haqqının və ödənilmiş 20,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun, cəmi üzrə 495,06 (dörd yüz doxsan beş manat altıqəpik) manat tutulması tələbinə dair iddiası baxılmamış saxlanılsın və ərizəsi geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra o, ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-641/2020
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-641/2020
12.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver