Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-642/2024 08.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Nümayəndə2 və Cavabdeh2nə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: qarantiya, zaminlik, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Nümayəndə2, Cavabdeh2nə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları:
1. İddiaçı ASC cavabdehlər Nümayəndə2, Cavabdeh2 MMC qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 01 iyun 2021-ci il tarixli, **********01062021 saylı bank xidmətlərinin göstərilməsinə X1 əsasən 24 oktyabr 2023-cü il tarixə 255401,33 manat qarantiya üzrə borcun, Mərkəzi Bankın uçot dərəcəsinə uyğun hesablanmış əldən çıxmış fayda 9045,46 manat borcun, ödənilmiş 154,45 manat dövlət rüsumunun və 400 manat mediasiya xərcinin cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış 01 iyun 2021-ci il tarixli, **********01062021 saylı bank xidmətlərinin göstərilməsi X1 qarantiya üzrə xüsusi şərtlərə dair 01 avqust 2022-ci il tarixli, 24976/105 saylı əlavəsinə əsasən Cavabdeh2 MMC-yə 20 fevral 2023-cü il tarixədək illik 0 % olmaqla 255401,33 manat bank qarantiyası verilmişdir. Bank qarantiya müqaviləsinin təminatı qismində Nümayəndə2lə 01 avqust 2022-ci il tarixli 10231/105 saylı zaminlik müqaviləsi bağlanmışdır. Bank qarşısında öhdəliklərin vaxtında yerinə yetirilməsində Nümayəndə2 prinsipalla eyni dərəcədə məsuliyyətinin olması əks olunmuşdur. Müqavilənin 5.1.6-cı bəndinə əsasən prinsipalın hеsabında pul vəsaiti оlmadıqda qarant benefisiar tərəfindən tələb irəli sürülən pul vəsaitini qarant və prinsipal arasında imzalanmış müvafiq əlavədə qeyd olunan valyutada, müddətə və illik faiz dərəcəsinə əsasən prinsipala krеdit verilmiş sayılır və qarant benefisiarın pul tələbini həmin kredit vəsaiti hеsabına ödəyir. Cavabdeh2 MMC müqavilədə nəzərdə tutulmuş öhdəliyi lazımi qaydada yerinə yetirmədiyinə görə qarantiya üzrə borc yaranmışdır. 21 noyabr 2023-cü il tarixli maliyyə arayışına əsasən müqavilə üzrə öhdəliklər lazımi qaydada yerinə yetirilmədiyinə görə 01 iyun 2021-ci il tarixli, **********01062021 saylı bank xidmətlərinin göstərilməsinə haqqında qmumi müqaviləyə əsasən 24 oktyabr 2023-cü il tarixə Cavabdeh2 MMC-nin banka borcu 255401,33 manat qarantiya üzrə borc və Mərkəzi Bankın uçot dərəcəsinə uyğun hesablanmış əldən çıxmış fayda 9045,46 manat təşkil edir. Cavabdehlərə borcun qaytarılması haqqında xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq bu günə kimi qarantiya üzrə borcun və əldən çıxmış fayda borcunun ödənilməsi üçün tədbirlər görülməmişdir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış qanarantiya müqaviləsi, zaminlik müqaviləsi və kredit borcuna dair maliyyə arayışdır.
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə etmiş, iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq qeyd etmişdir ki, iddia tələbində qeyd edilən 9045,46 manat pul vəsaiti MM-nin 445.7-ci maddəsinə uyğun olaraq illik 5% ilə hesablanmışdır. İddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər.
5. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
6. İddiaçı ASC tərəfindən tərtib edilmiş 15/11446 nömrəli 22 noyabr 2023-cü il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış 01 iyun 2021-ci il tarixli, **********01062021 saylı bank xidmətlərinin göstərilməsi X1 qarantiya üzrə xüsusi şərtlərə dair 01 avqust 2022-ci il tarixli, 24976/105 saylı Əlavəsinə əsasən Cavabdeh2 MMC-yə 20 fevral 2023-cü il tarixədək illik 0 (iki) % olmaqla 255401,33 manat bank qarantiyası verilmişdir. İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış 01 iyun 2021-ci il tarixli, **********01062021 saylı Bank Xidmətlərinin Göstərilməsi X1 Qarantiya üzrə Xüsusi Şərtlərə dair 01 avqust 2022-ci il tarixli, 24976/105 saylı Əlavəsi üzrə Cavabdeh2 MMC-nin 24 oktyabr 2023-cü il tarixə 255401,33 (iki yüz əlli beş min dörd yüz bir manat otuz üç qəpik) manat qarantiya üzrə borc və Mərkəzi Bankın uçot dərəcəsinə uyğun hesablanmış əldən çıxmış fayda 9045,46 manat təşkil edir.
7. İddiaçı ASC (“qarant”) və Cavabdeh2 MMC (“prinsipial”) olmaqla imzalanmış xx.xx.2022-ci il tarixli xx.xx.2021-ci il tarixli, **********01062021 saylı Bank Xidmətlərinin Göstərilməsi X1 Qarantiya üzrə Xüsusi Şərtlərə dair 24976/105 saylı Əlavəyə əsasən qarant prinsipalın müraciəti ilə, prinsipal tərəfindən bu Əlavə ilə nəzərdə tutulmuş illik faiz, birdəfəlik xidmət haqqı və Qarant tərəfindən müəyyən edilmiş tariflərə uyğun olaraq müəyyən edilmiş digər komissiyalar ödənilməsi şərti ilə Bank qarantiyası (bundan sonra “Qarantiya”) verir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən qarantiya ilə təmin edilmiş öhdəlik "xxxx" ASC (bundan sonra “benefisiar”) ilə prinsipal arasında xx.xx.2021-ci il tarixli № İBA-2021/041 saylı işlərin görülməsi haqqında müqaviləyə və həmin müqavilənin xx.xx.2022-ci il tarixli № 1 saylı əlavə sazişinə əsasən ünvan 1 ünvanında yerləşən inzibati binada aparılacaq əsaslı təmir işlərinin satın alınması ilə əlaqədar avans qarantiyasıdır. 2.3-cü bəndə əsasən qarantiyanın məbləği və valyutası 255401,33 manatdır. 2.4-cü bəndə əsasən xx.xx.2023-cü il qarantiyanın bitmə tarixidir. 2.11-ci bəndə əsasən qarantiya üzrə kreditin bitmə müddəti üç aydır.
8. İddiaçı ASC və Nümayəndə2 arasında imzalanmış xx.xx.2022-ci il tarixli 10231/105 nömrəli zaminlik müqaviləsinə əsasən zamin, Cavabdeh2 MMC-nin (bundan sonra- prinsipal) qarant qarşısında yaranmış, bu müqavilənin 1.2-ci bəndində göstərilən öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 1.2-ci bəndinə əsasən zaminliklə təmin edilən öhdəlik: **********01062021 saylı xx.xx.2021-ci il tarixli bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqavilə və hamin müqaviləyə Qarantiya üzrə Xüsusi şərtlərə dair 24976/105 saylı xx.xx.2022-ci il tarixli Əlavə (bundan sonra - “Qarantiya Müqaviləsi”). 1.2.1-ci bəndinə əsasən qarantiyanın məqsədli təyinatı: "xxxx" ASC (bundan sonra benefisiar) ilə prinsipal arasında xx.xx.2021-ci il tarixli NS 1BA- 2021/041 saylı işlərin görülməsi haqqında müqaviləyə və həmin müqavilənin xx.xx.2022-ci il tarixli № 1 saylı əlavə sazişinə əsasən ünvan 1 ünvanında yerləşən inzibati binada aparılacaq əsaslı təmir işlərinin satm alınması ilə əlaqədar avans qarantiyası. 1.2.2-ci bəndinə əsasən qarantiyanın məbləği: 255401,33 manat. 1.2.5-ci bəndinə əsasən qarantiya üzrə kreditin müddəti: 3 (üç) ay. 1.2.7-ci bəndinə əsasən qarantiya müddətinin bitmə tarixi: xx.xx.2023-cü il.
9. Hesabdan çıxarışdan məlum olur ki, xx.xx.2023-cü il tarixində hesaba 255401,33 manat qarantiya razılaşması üzrə Cavabdeh2 MMC-nin hesabına köçürülmüşdür.
10. İddiaçı ASC və Cavabdeh2 MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli **********01062021 nömrəli Bank Xidmətlərinin Göstərilməsi X1 əsasən Bank Xidmətlərinin Göstərilməsi haqqında Ümumi Müqavilə (bundan sonra – Müqavilə) bank tərəfindən müştəri(lərə)yə göstərilən xidmətlərin ümumi şərtlərini və qaydalarını müəyyən edir, həmçinin, bunun nəticəsində bank və müştəri arasında yaranan münasibətləri tənzimləyir. Həmin müqavilənin 5.1.1-ci bəndinə əsasən qarant prinsipalın müraciəti ilə, xüsusi şərtləri (məbləği, müddəti, illik faiz dərəcəsi və digər şərtləri) qarant və prinsipal arasında imzalanmış müvafiq Əlavəyə əsasən müəyyən edilmiş, prinsipalın benefisiar qarşısında götürdüyü öhdəliyin təminatı olaraq benefisiara bank qarantiyası (bundan sonra “qarantiya”) verir.
11. İddiaçı ASC-yə "xxxx" ASC tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli 6-2/2- 4502/2023 nömrəli məktubda qeyd edilmişdir ki, "xxxx" ASC ilə Cavabdeh2 MMC arasında 17 fevral 2021-ci il tarixində ünvan 2 ünvanında yerləşən inzibati binada aparılacaq əsaslı təmir işlərinin görülməsinə dair müqavilə imzalanmışdır. Müqaviləyə dəyişikliklərin edilməsi ilə bağlı rəsmiləşdirilmiş xx.xx.2022-ci il tarixli, 01 saylı Əlavə sazişin 2.3-cü bəndinə müvafiq olaraq müqavilənin ümumi dəyərinin vergilər və bütün digər məcburi ödənişləri daxil olmaqla 255401,33 manat hissəsi avans ödənişin geri qaytarılmasının təminatı qismində İddiaçı ASC tərəfindən xx.xx.2021-ci il tarixli bank qarantiyası təqdim edildikdən sonra "xxxx" tərəfindən Prinsipialın bank hesabına köçürülmə yolu ilə ödənilmişdir. Müqavilənin 2.1 -ci bəndinə əsasən işlərin yerinə yetirilməsi müddəti müqavilə imzalandığı tarixdən 1 (bir) il müəyyən edilmiş, daha sonra 1 saylı sazişlə işlərin görülməsi müddəti 22 dekabr 2022-ci il müəyyən olunmuş və yekun olaraq müqaviləyə dəyişikliklərin edilməsi ilə bağlı rəsmiləşdirilmiş xx.xx.2022-ci il tarixli, 02 saylı Əlavə sazişə əsasən müqavilə üzrə işlərin yekun təhvil verilməsi tarixi xx.xx.2023-cü il tarixinədək uzadılmışdır. Həmçinin, 02 saylı və xx.xx.2023- cü il tarixli, 03 saylı Əlavə sazişlərdə avans olaraq ödənilən 255401,33 manat dəyərində işlərin isə xx.xx.2023-cü il tarixinədək tam həcmdə və lazımi keyfiyyətdə təhvil verilməsi müəyyən edilmişdir. Dəyəri avans olaraq ödənilən işlərin siyahısı isə müqavilənin 2 saylı və 3 saylı Əlavələrinə qoşma şəklində əlavə edilmişdir. Müqavilədə işlərin təhvil-təslimi ilə bağlı müvafiq şərtə baxmayaraq, prinsipial tərəfindən işlər xx.xx.2023-cü il tarixinədək "xxxx"-yə təhvil verilməmişdir. Müraciətə əlavə edilmiş bildirişə əsasən müqavilə üzrə işlərin lazımi qaydada və keyfiyyətlə təhvil verilməsi, qeyd edilən mümkün olmayacağı təqdirdə isə işlərin dəyərinin bir hissəsi olaraq "xxxx" tərəfindən əvvəlcədən ödənilmiş 255401,33 manat avans məbləğinin geri qaytarılması prinsipialdan tələb edilmişdir. Prinsipial müqavilədə və bildirişdə qeyd edilən müddət ərzində "xxxx" tərəfindən avans olaraq ödənilən 255401,33 manat dəyərində işləri təhvil verməmişdir. Prinsipial müqavilə üzrə öhdəliklərini icra etmədiyindən avans ödənişin geri qaytarılmasının təminatı qismində təqdim edilən xx.xx.2021-ci il tarixli bank qarantiyası üzrə tələbin icra edilməsi və 255401,33 manat məbləğində pul vəsaitini müraciət rəsmi qaydada təqdim edildikdən sonra dərhal bank rekvizitləri üzrə "xxxx"-nin bank hesabına köçürülməsi xahiş edilmişdir.
12. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC və Cavabdeh2 MMC arasında bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqavilə əsasında 01 avqust 2022-ci il tarixli, 24976/105 saylı müqavilə imzalanmış, həmin razılaşmaya uyğun olaraq Cavabdeh2 MMC-yə 20 fevral 2023-cü il tarixədək 255401,33 manat bank qarantiyası verilmişdir. Eyni zamanda Cavabdeh2 MMC-nin öhdəliklərinin icrasını təmin edilməsi üçün İddiaçı ASC və Nümayəndə2 arasında zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, prinsipial və zamin müqavilə üzrə öhdəlikləri tam icra etməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Nəticədə iddiaçının cavabdehlərə qarşı qarantiya və zaminlik müqavilələri əsasında MM-nin 472 və 489-cu maddələrinə uyğun olaraq borcu tələb etmək hüququ yaranmışdır. Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 478-ci maddəsinə əsasən qarantiyaya əsasən qarant (bank, digər kredit təşkilatı və ya sığorta təşkilatı) digər şəxsin (prinsipalın) xahişi ilə prinsipalın kreditoruna (benefisiara) qarantiya öhdəliyinin şərtlərinə uyğun olaraq benefisiar pul məbləğinin ödənilməsi barədə yazılı tələb təqdim etdikdə həmin məbləği ödəyəcəyi barədə yazılı öhdəlik verir. 479.1-ci maddəsinə əsasən qarantiya prinsipialın benefisiar qarşısında öhdəliyini (əsas öhdəliyi) lazımınca icra etməsini təmin edir. 489.1-ci maddəsinə əsasən qarantın qarantiya üzrə benefisiara ödənilmiş məbləğlərin əvəzinin ödənilməsini prinsipaldan reqres qaydasında tələb etmək hüququ qarantla prinsipialın icrası üçün qarantiya verilmiş razılaşması ilə müəyyənləşdirilir.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
15. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmənin mövqeyi
16. Məhkəmə iddia tələbinin 255401,33 manat qarantiya üzrə pulun cavabdehdən tutulmasına münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə əsaslıdır. Belə ki, tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli **********01062021 nömrəli bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqavilənin 5.2.1.6-cı maddəsində razılaşdırılmışdır ki, qarantiya üzrə benefisiarın pul tələbi qarantın hesabına ödənilərsə benefisiara ödənilmiş bütün məbləğlərin əvəzini prinsipaldan reqres qaydasında tələb etmək qarantın hüququdur. Həmçinin iddiaçı ilə Nümayəndə2 arasında imzalanmış xx.xx.2022-ci il tarixli 10231/105 nömrəli zaminlik müqaviləsinə əsasən sonuncu Cavabdeh2 MMC-nin qarant qarşısında yaranmış öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Belə olan halda məhkəmə, qarantiya müqaviləsində göstərilmiş vəsaitin müvafiq bank hesabına köçürüldüyünü, həmçinin benefisiarın ("xxxx" ASC) müraciətini, eyni zamanda zaminlik müqaviləsini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 255401,33 manat cavabdehlərdən tutulmalıdır.
17. Eyni zamanda iddiaçı öz iddia tələbində müqavilə dəyərinin ödənilməsinin gecikməsinə görə illik 5%-lə hesablanmış 9045,46 manatın da cavabdehlərdən tutulmasını tələb etmişdir.
18. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehlərin müqavilə öhdəliklərini icra etməyərək gecikdirdiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını və kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi qeyd edilən hissədə də əsaslıdır, buna görə də illik 5% ilə hesablanmış 9045,46 manat da cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır.
19. Eləcə də, iddiaçı ödənilmiş 154,45 manat dövlət rüsmunun və 400 manat mediasiya xərcinin də cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə MPM-in 119-cu maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, ödənilmiş 400 manat məbləğində mediasiaya xərci və 154,45 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.
20. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddia təmin edilsin. Cavabdehlər Nümayəndə2 və Cavabdeh2 MMC-dən müştərək qaydada 01 iyun 2021-ci il tarixli, **********01062021 saylı Bank Xidmətlərinin Göstərilməsinə X1 əsasən 255401,33 manat və illik 5% ilə hesablanmış 9045,46 manat, 154,45 manat dövlət rüsumu və 400 manat mediasiya xərci İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Kənan Hüseynov