Məhkəmə qərarları › İş №e-2-2(113)-644/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-644/2024

27.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-644/2024 27.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, iddiaçı X2 nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı X2 Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 ilə Cavabdeh MMC arasında 06 fevral 2019-cu il tarixli 154 nömrəli icarə müqaviləsi üzrə yaranan 14040 manat borc məbləği, həmçinin eyni tərəflər arasında bağlanan 29 noyabr 2022-ci il tarixli, 256 nömrəli icarə müqaviləsi üzrə 28080 manat borc məbləği olmaqla, ümumilikdə 42120 manat borc məbləğinin, ilkin mediasiya sessiyası üçün ödənilmiş 200 manat mediasiya haqqının və 17 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb İddia tələbi onunla əsaslandırılmışdır ki, X4 ilə Cavabdeh MMC arasında 06 fevral 2019-cu il tarixdə 154 nömrəli icarə müqaviləsi bağlanmışdır. Sözügedən müqavilənin 1-ci maddəsinə əsasən, Cavabdeh MMC ünvan 1 ünvanında yerləşən, X2 mülkiyyətində olan qeyri-yaşayış sahəsinin 2-ci mərtəbəsində yerləşən, “Karat Plaza” adlanan biznes mərkəzində qarşılıqlı razılaşdırılmış şərtlərə əsasən ümumi sahəsi 155 m2 sahəni əhatə edən ofisi Qasımov Talehdən icarəyə götürür. Həmin Müqavilənin 5.1-ci bəndinə əsasən hər m2 üçün 26 manat olmaqla, aylıq icarə haqqı 4030 manat təşkil edir. Tərəflər arasında imzalanan 24 iyun 2019-cu il tarixli Əlavə № 1-in (06 fevral 2019-cu il tarixli 154 nömrəli icarə müqaviləyə əlavədir) 1-ci bəndinin yarımbəndinə əsasən Müqavilənin 1-ci bəndi dəyişdirilərək 15 iyul 2019-cu ildən başlayaraq 3-cü mərtəbədə ümumi sahəsi 117 m2 sahəni əhatə edən ofisi İcarəyə verəndən icarəyə götürmək barədə razılığa gəliblər (yəni, icarə obyektinin yeri dəyişdirilib). Tərəflər arasında imzalanan 28 dekabr 2021-ci il tarixli Əlavə № 5–in (06 fevral 2019-cu il tarixli 154 nömrəli icarə müqaviləyə əlavədir) 1-ci bəndinin c yarımbəndinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək icarə obyektinin aylıq icarə haqqı hər m2 üçün 24 manat olmaqla, aylıq icarə haqqı 2808 manat müəyyən edilmişdir. Həmin əlavənin 4.2-ci bəndinə əsasən icarə müddəti 31 dekabr 2022ci ilə qədər müəyyən edilmişdir. Həmçinin, tərəflər arasında eyni obyektin, yəni ünvan 1 ünvanında yerləşən, X2 mülkiyyətində olan qeyri-yaşayış sahəsinin 3-cü mərtəbəsində yerləşən, Karat Plaza adlanan biznes mərkəzində qarşılıqlı razılaşdırılmış şərtlərə əsasən, ümumi sahəsi 117 m2 sahəni əhatə edən ofisin icarəyə verilməsi ilə bağlı 29 noyabr 2022ci il tarixli, 256 nömrəli müqavilə bağlanmışdır. Həmin Müqavilənin 4.2-ci bəndinə əsasən həmin müqavilə üzrə icarə müddəti 1 yanvar 2023-cü il tarixdən başlamışdır. Həmin Müqavilənin 5.1-ci bəndinə əsasən icarə obyektinin aylıq icarə haqqı hər m2 üçün 24 manat olmaqla, aylıq icarə haqqı 2808 manat müəyyən edilmişdir. İcarə müqavilələri üzrə elektron qaimələr İcarəyə verən tərəfindən tam şəkildə İcarəçiyə göndərilmişdir. Lakin müqavilələr üzrə ödənişlərin icrası müddətinin keçməsinə baxmayaraq, ümumilikdə 42120 manat borc məbləği cavabdeh tərəfindən cari tarixədək ödənilməmişdir. Yuxarıda qeyd olunan hər iki müqavilənin 5.2-ci bəndinə əsasən İcarəçi aylıq icarə haqqını həmin ödənişin edilməli olduğu ayın 15-ci günündən gec olmayaraq, İcarəyə verən tərəfin bank hesabına köçürməlidir. Hər iki müqavilə üzrə ümumi borc məbləği isə 42120 manat təşkil edir. 19 oktyabr 2023-cü il tarixdə cavabdehə pretenziya məktubu göndərilsə də, cavabdeh mövcud borcun ödəməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X2 nümayəndəsi, Vəkil iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2019-cu il tarixli, 154 nömrəli icarə müqaviləsinin sürətindən görünür ki, icarəçi Cavabdeh MMC ünvan 1 ünvanında yerləşən, qeyri-yaşayış sahəsinin 2-ci mərtəbəsində yerləşən, “Karat Plaza” adlanan biznes mərkəzində qarşılıqlı razılaşdırılmış şərtlərə əsasən ümumi sahəsi 155 m2 sahəni əhatə edən ofisi icarəyəverən X1 icarəyə götürür və aylıq 4030 manat icarə haqqını ödəməyi öhdəsinə götürür. xx.xx.2019-cu il tarixli Əlavə № 1-in (06 fevral 2019-cu il tarixli 154 nömrəli icarə müqaviləyə əlavə) 1-ci bəndinin a yarımbəndinə əsasən Müqavilənin 1-ci bəndi dəyişdirilərək 15 iyul 2019-cu ildən başlayaraq 3-cü mərtəbədə ümumi sahəsi 117 m2 sahəni əhatə edən ofisi İcarəyə verəndən icarəyə götürmək barədə razılığa gəliblər. xx.xx.2021-ci il tarixli Əlavə № 5-in (06 fevral 2019-cu il tarixli 154 nömrəli icarə müqaviləyə əlavə) 1-ci bəndinin c yarımbəndinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək icarə obyektinin aylıq icarə haqqı hər m2 üçün 24 manat olmaqla, aylıq icarə haqqı 2808 manat müəyyən edilmişdir. Həmin Əlavənin 4.2-ci bəndinə əsasən icarə müddəti 31 dekabr 2022-ci ilə qədər müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli 256 nömrəli icarə müqaviləsinin surətindən görünür ki, icarəçi Cavabdeh MMC ünvan 1 ünvanında yerləşən, qeyri-yaşayış sahəsinin 2-ci mərtəbəsində yerləşən, “Karat Plaza” adlanan biznes mərkəzində qarşılıqlı razılaşdırılmış şərtlərə əsasən ümumi sahəsi 155 m2 sahəni əhatə edən ofisi icarəyəverən X1 icarəyə götürür və aylıq 2808 manat icarə haqqını ödəməyi öhdəsinə götürür. xx.xx.2022-ci il tarixli EBCB seriyalı 124930 nömrəli elektron qaimədən görünür ki, Cavabdeh MMC-nin X3 2808 manat borcu var. xx.xx.2022-ci il tarixli EBCD seriyalı 257437 nömrəli elektron qaimədən görünür ki, Cavabdeh MMC-nin X3 2808 manat borcu var. xx.xx.2022-ci il tarixli EBCG seriyalı 381996 nömrəli elektron qaimədən görünür ki, Cavabdeh MMC-nin X3 2808 manat borcu var. xx.xx.2022-ci il tarixli EBDİ seriyalı 456848 nömrəli elektron qaimədən görünür ki, Cavabdeh MMC-nin X3 2808 manat borcu var. xx.xx.2022-ci il tarixli EBCK seriyalı 293482 nömrəli elektron qaimədən görünür ki, Cavabdeh MMC-nin X3 2808 manat borcu var. xx.xx.2023-cü il tarixli EBDJ seriyalı 955249 nömrəli elektron qaimədən görünür ki, Cavabdeh MMC-nin X3 19656 manat borcu var. xx.xx.2023-cü il tarixli EBDL seriyalı 539834 nömrəli elektron qaimədən görünür ki, Cavabdeh MMC-nin X3 2808 manat borcu var. xx.xx.2023-cü il tarixli EBDN seriyalı 196139 nömrəli elektron qaimədən görünür ki, Cavabdeh MMC-nin X3 2808 manat borcu var. xx.xx.2023-cü il tarixli EBDP seriyalı 986720 nömrəli elektron qaimədən görünür ki, Cavabdeh MMC-nin X3 2808 manat borcu var. xx.xx.2023-cü il tarixli, ********** nömrəli ödəmə qəbzindən görünür ki, X4 17 manat dövlət rüsumu ödəmişdir. xx.xx.2023-cü il tarixli, MŞB/18/2023-01543 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, X4 200 manat mediasiya xərci ödəmişdir. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 700.1 və 700.2-ci maddələrinə əsasən İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İV.Məhkəmənin gəldiyi nəticə Məhkəmədə tədqiq edilmiş sübutlardan müəyyən edilmişdir ki, Cavabdeh MMC ilə iddiaçı X4 arasında 06 fevral 2019-cu il tarixli 154 nömrəli icarə müqaviləsi və 29 noyabr 2022-ci il tarixli, 256 nömrəli icarə müqaviləsi bağlanmışdır. Göründüyü kimi, icarəyə verən üzərinə düşən öhdəliyi yerinə yetirsə də, icarəçi Cavabdeh MMC icarə haqqı ödəməməklə üzərinə düşən öhdəliyi yerinə yetirmədiyinə görə icarəyəverən X4 qarşısında 06 fevral 2019-cu il tarixli 154 nömrəli icarə müqaviləsi üzrə 14040 manat borc, 29 noyabr 2022-ci il tarixli, 256 nömrəli icarə müqaviləsi üzrə 28080 manat borcu yaranmışdır. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçının icarə haqqı tələbi həmçinin mediasiya xərci kimi ödənilmiş 200 manat məbləğində vəsaitin və dövlət rüsumu kimi ödənilmiş 17 manat pulun cavabdehdən tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Odur ki, məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin edilməli və Cavabdeh MMC-dən iddiaçı X4 ilə bağlanmış 06 fevral 2019-cu il tarixli 154 nömrəli icarə müqaviləsi üzrə yaranan 14040 manat borc məbləği, həmçinin eyni tərəflər arasında bağlanan 29 noyabr 2022-ci il tarixli, 256 nömrəli icarə müqaviləsi üzrə 28080 manat borc məbləği olmaqla, ümumilikdə 42120 manat borc məbləği, ilkin mediasiya sessiyası üçün ödənilmiş 200 manat mediasiya haqqı və dövlət rüsumu kimi ödənilmiş 17 manat məbləğində pul tutularaq iddiaçı X2 xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən iddiaçı X4 ilə bağlanmış 06 fevral 2019-cu il tarixli 154 nömrəli icarə müqaviləsi üzrə yaranan 14040 manat borc məbləği, həmçinin eyni tərəflər arasında bağlanan 29 noyabr 2022-ci il tarixli, 256 nömrəli icarə müqaviləsi üzrə 28080 manat borc məbləği olmaqla, ümumilikdə 42120 manat borc məbləği, ilkin mediasiya sessiyası üçün ödənilmiş 200 manat mediasiya haqqı və dövlət rüsumu kimi ödənilmiş 17 manat məbləğində pul tutularaq iddiaçı X2 xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar