Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6445/2025 06.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh2 qarşı “müqavilənin ləğvi, lizinq obyektinin geri qaytarılması və pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh2 qarşı “müqavilənin ləğvi, lizinq obyektinin geri qaytarılması və pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı ASC (bundan sonra – iddiaçı) Cavabdeh2 qarşı (bundan sonra – cavabdeh) “müqavilənin ləğvi, lizinq obyektinin geri qaytarılması və pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli KTAKTT-22/9194 № li “Aqrar Kredit və X2 ilə verilən subsidiya tətbiq edilən X3 Müqaviləsi” nə əsasən xx.xx.2025-cü il tarixə 2319,34 manat (2,152.24 manat gecikdirilmiş əsas borc, 167,10 manat cərimə) gecikdirilmiş borcun və 43.19 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli KTA-KTT-22/9194 № li “Aqrar Kredit və X2 ilə verilən subsidiya tətbiq edilən X3 Müqaviləsi”nə xitam verilməsi və “Lovol M904-d 3-cü nəsil” markalı 1 ədəd traktorun saz və işlək vəziyyətdə geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli KTA-KTT-22/9194 № li “Aqrar Kredit və X2 ilə verilən subsidiya tətbiq edilən X3 Müqaviləsi bağlanmış və müqaviləyə əsasən “Lovol M904-d 3-cü nəsil” markalı 1 ədəd traktor 60 ay müddətinə lizinqə verilmişdir. Qeyd olunan avadanlıq lizinq obyektinin təhvil-təslim aktı əsasında cavabdehə təhvil verilmişdir. Müqaviləyə əsasən lizinq obyektinin ümumi qiyməti 47900 manat təşkil etmişdir. Həmin məbləğin 16380 manat hissəsi “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli, 413 nömrəli Fərmanına və həmin Fərmanla təsdiqlənmiş Qaydalara əsasən güzəşt kimi dövlət tərəfindən qarşılanmışdır. Müqavilənin 2-ci bəndinin şərtlərinə əsasən, cavabdeh tərəfindən 9580 manat məbləğində ilkin ödəniş Cəmiyyətimizə ödənilmişdir. Eyni zamanda, cavabdeh müqavilənin şərtini pozaraq dövri olaraq ödəməli olduğu lizinq ödənişlərinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Lizinq müqaviləsinin predmetini təşkil edən avadanlıq cavabdehə təhvil verildikdən sonra, onun tərəfindən ödəniş qrafiki üzrə ödənişlər vaxtında həyata keçirilməmişdir və nəticədə xx.xx.2025-cü il tarixə 2,319, 34 manat (2,152.24 manat gecikdirilmiş əsas borc, 167,10 manat cərimə) gecikdirilmiş borcu yaranmışdır. Göstərilən məbləğlərin ödənilməsi tələbi ilə, tərəfimizdən cavabdehə müxtəlif vaxtlarda pretenziya məktubları göndərilmişdir. Sonuncu pretenziya tələbi isə Azərbaycan Respublikasının İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin Onlayn kargüzarlıq bölməsi vasitəsilə xx.xx.2025-ci il tarixli pretenziya məktubu ilə rəsmi qaydada göndərilsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmişdir. Beləliklə, cavabdehin İddiaçı ASC qarşısında X3 Müqaviləsi” nə əsasən xx.xx.2025-cü il tarixə 2,319, 34 manat (2,152.24 manat gecikdirilmiş əsas borc, 167,10 manat cərimə) gecikdirilmiş borcu öhdəliyi vardır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə AR Mülki Məcəlləsinin 427.3cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəliyin icrası günü müəyyənləşdirilibsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Digər tərəfdən borclu öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditor qarşısında məsuliyyət daşıyır.
3. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli KTA-KTT-22/9194 № li “Aqrar Kredit və X2 ilə verilən subsidiya tətbiq edilən X3 Müqaviləsi” nə əsasən xx.xx.2025-cü il tarixə 3174,46 manat (2883,58 manat gecikdirilmiş əsas borc, 290,55 manat cərimə) gecikdirilmiş borcun və 43.19 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdeh tutularaq iddiaçıya ödənilməsi, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli KTA-KTT-22/9194 № li “Aqrar Kredit və X2 ilə verilən subsidiya tətbiq edilən X3 Müqaviləsi” nə xitam verilməsi və “Lovol M904-d 3-cü nəsil” markalı 1 ədəd traktorun saz və işlək vəziyyətdə geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi V.Şükürov iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə də məlumat verməmişdir.
6. Məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, KTA-KTT-22/9194 nömrəli Aqrar Kredit və X2 ilə verilən Subsidiya tətbiq edilən X3 müqaviləsinə əsasən lizinq verən lizinq alan tərəfindən seçilmiş kənd təsərrüfatı texnikalarını və aqreqatlarını öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadə verməyi, lizinq alan isə lizinq obyektini bu lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür.
9. Müqavilənin 2.1-ci bəndinə əsasən lizinq müqaviləsi üzrə bütün ödənişlər və bu müqavilənin bağlanması ilə bağlı yaranmış ödənişlər (sığorta haqqı, komissiya, qeydiyyat xərcləri və s.) Əlavə №2-də göstərilən cədvəl üzrə həyata keçirilir.
10. Müqavilənin 3.2-ci bəndinə əsasən lizinqin müddəti 60 aydır.
11. Müqavilənin 11.3-cü bəndinə əsasən lizinq alan bu müqavilə üzrə aylıq ödənişlərini vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə, lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1 faizi miqdarında cərimə hesablamaq hüququna malikdir.
12. Müqavilənin 17.2-ci bəndinə əsasən müqavilənin icra yeri lizinq verənin yerləşdiyi ünvan hesab olunur.
13. Müqavilənin 1 saylı Əlavəsində lizinq obyektinin adı, markası və xüsusiyyətləri göstərilmişdir.
14. Müqavilənin 2 saylı Əlavəsində lizinq ödənişlərinin vaxtı, məbləği razılaşdırılmışdır. Müqavilə üzrə son ödəniş tarixi xx.xx.2027-ci il müəyyənləşdirilmişdir.
15. xx.xx.2022-ci il tarixli KTA-KTT-22/9194 nömrəli müqaviləyə 2 nömrəli Əlavədə lizinq müqaviləsi üzrə ödənişlərin günləri, aylıq standart ödənişlər və müvafiq olaraq borc qalıqları öz əksini tapmışdır.
16. İddiaçı tərəfindən verilmiş 16 sentyabr 2025-ci il tarixli maliyyə arayışından görünür ki, iddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli KTA-KTT- 22/9194 nömrəli müqaviləyə əsasən cavabdehin xx.xx.2025-ci il tarixə olan gecikdirilmiş əsas borcu 2883,58 manat, cərimə borcu isə 290,55 manat olmaqla, ümumilikdə borcu 3174,46 manat təşkil edir.
17. İddiaçı tərəfindən verilmiş hesabdan çıxarışa əsasən cavabdeh tərəfindən müqavilə üzrə son ödəniş xx.xx.2025-ci il tarixində edilmişdir.
18. İddiaçı tərəfindən cavabdehə xx.xx.2025-ci il tarixli pretenziya məktubu göndərilərək, öhdəliyin icra olunması tələb olunmuş, qeyd olunan tələbin icra olunmadığı təqdirdə, İddiaçı ASC ilə bağladığınız xx.xx.2022-ci il tarixli KTA-KTT22/9194 № li nömrəli lizinq müqaviləsinin ləğv ediləcəyi, eləcə də həmin müqavilə üzrə yaranmış borcun, borcun alınması üçün çəkiləcək əlavə xərclərin məcburi qaydada alınmasına dair qanunvericlikdə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi və qeyd edilən tələblərlə əlaqədar aidiyyatı üzrə məhkəməyə və müvafiq icra qurumuna müraciət olunacağı bildirilmişdir.
19. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli KTA-KTT-22/9194 nömrəli lizinq müqaviləsi bağlanmış, lizinq verən (iddiaçı) həmin müqavilə ilə öz üzərinə düşən öhdəlikləri icra edərək lizinq obyektini müqavilənin şərtlərinə uyğun şəkildə cavabdehə təhvil vermiş, lakin cavabdeh həmin müqavilə ilə üzərinə düşən öhdəlikləri tam icra etməmiş, cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixə müqavilə üzrə ödənilməli olan qalıq 2883,58 manat əsas borc hazırkı günədək ödənilməmişdir.
20. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
21. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
22. 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;
23. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
24. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
25. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
26. 748-1.1-ci maddəsinə əsasən lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir.
27. 748-1.4-cü maddəsinə əsasən lizinq verən müvəqqəti sahibliyə və istifadəyə verilən lizinq obyektinin lizinq müqaviləsi bağlanarkən şərtləşdirilmiş və ya lizinq alana əvvəlcədən məlum olan, yaxud lizinq alanın lizinq obyektini nəzərdə keçirərkən və ya lizinq müqaviləsinin bağlanması zamanı onun sazlığını yoxlayarkən aşkar oluna bilən çatışmazlıqlar üçün məsuliyyət daşımır.
28. 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.
29. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin xx.xx.2022-ci il tarixli KTA-KTT-22/9194 nömrəli lizinq müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 2883,58 manat əsas borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə təmin edilməli, cavabdehdən 2883,58 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir.
30. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış lizinq müqaviləsinə əsasən hesablanmış 290,55 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
31. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
32. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
33. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
34. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 100 manat məbləğində müəyyən edilməlidir.
35. Məhkəmə iddia tələbini lizinq müqaviləsinin ləğv edilməsi və lizinq obyektinin cavabdehdən geri alınmasına dair hissəsi ilə də razılaşır və belə qənaətə gəlir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir.
36. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.
37. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
38. Həmin Məcəllənin 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur.
39. Materiallardan görünür ki, lizinq müqaviləsi üzrə cavabdeh tərəfindən öhdəliklər lazımınca icra edilmədiyi üçün iddiaçı xx.xx.2024-cü il tarixli ona xəbərdarlıq göndərib öhdəliyin icra olunmasını, əks halda müqavilənin birtərəfli qaydada ləğv olunacağını bildirmişdir.
40. Məhkəmə araşdırması zamanı cavabdehin lizinq müqaviləsi üzrə öz öhdəliklərini lazımınca icra etməməsi, lizinq müqaviləsi üzrə xx.xx.2025-ci il tarixdən hər hansı ödəniş etməməsi müəyyən edildiyindən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, xx.xx.2022-ci il tarixli KTA-KTT-22/9194 nömrəli “Aqrar Kredit və X2 ilə verilən subsidiya tətbiq edilən X3 Müqaviləsi ləğv edilmiş hesab edilməli, 1 ədəd “Lovol M904-d 3cü nəsil” markalı traktor saz və işlək vəziyyətdə cavabdehdən geri alınaraq iddiaçıya qaytarılmalıdır.
41. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin lizinq müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 2883,58 manat gecikdirilmiş əsas borc, 100 manat gecikdirilmiş günlərə görə cərimə borcu tutularaq iddiaçıya ödənilməli, tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli KTA- KTT-22/9194 nömrəli “Aqrar Kredit və X2 ilə verilən subsidiya tətbiq edilən X3 Müqaviləsi ləğv edilmiş hesab edilməli, müqavilə əsasında cavabdehə verilmiş “Lovol M904-d 3-cü nəsil” markalı 1 ədəd traktor saz və işlək vəziyyətdə İddiaçı ASC-yə geri qaytarılmalı, iddia qalan hissədə təmin edilməməlidir.
42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
43. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddia ərizəsi verilərkən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
V. Nəticə:
38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 xx.xx.2022-ci il tarixli KTA-KTT-22/9194 nömrəli “Aqrar Kredit və X2 ilə verilən subsidiya tətbiq edilən X3 Müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə olan 2883,58 manat əsas borc, 100 manat cərimə, 100 manat dövlət rüsumu, ümumilikdə 3083,58 (üç min səksən üç manat əlli səkkiz qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli KTA-KTT- 22/9194 nömrəli “Aqrar Kredit və X2 ilə verilən subsidiya tətbiq edilən X3 Müqaviləsi” ləğv edilmiş hesab edilsin. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli KTA-KTT- 22/9194 nömrəli “Aqrar Kredit və X2 ilə verilən subsidiya tətbiq edilən X3 Müqaviləsinə əsasən lizinqə verilmiş “Lovol M904-D 3-cü nəsil” markalı 1 ədəd traktor saz və işlək vəziyyətdə Cavabdeh2 tərəfindən İddiaçı ASC-yə geri qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
X5