Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-646/2024 10.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “X3 Azərbaycan” QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 MMC, Cavabdeh6 və Cavabdeh7 MTK-ya qarşı pul tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: öhdəliyin icrası, gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsi) X2 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə, iddiaçı “X3 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 MMC, Cavabdeh6 və Cavabdeh7 MTKya qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İ.Mübahisənin predmeti və irəli sürülən tələb İddiaçı “X3 Azərbaycan” QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh5 MMC-dən, Cavabdeh7 MTK-dan, Cavabdeh2, Cavabdeh1, Cavabdeh6, Cavabdeh3 və Cavabdeh4 Cmil oğlundan (birgə) müştərək qaydada 341.117.14 manat ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi 20.934.31 manat və mediasıya xərci əvəzi 210 manat tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 24 fevral 2014-cü il tarixində "xxxx" QSC ilə "xxxx" MMC arasında 23823/01 №-li Kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, Bankımız tərəfindən borcalan "xxxx" MMC-yə 24 ay (iyirmi dörd ay) müddətinə, illik 12% (on iki faiz) olmaqla 1.000.000 (bir milyon) manat məbləğində kredit ayrılmışdır və о, kredit üzrə istifadə etmiş olduğu vəsaiti və оna hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş şərtlərlə geri ödəməli idi. Kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin еdilməsi məqsədilə həmçinin Cavabdeh7 MTK, Cavabdeh2, Cavabdeh1, Cavabdeh6, Cavabdeh3 və Cavabdeh4 Cmil oğlu ilə Bank arasında 24 fevral 2014-cü il tarixində zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin şərtlərinə görə zamin borcalana zamin durmuş və qanunvericiliyə müvafiq olaraq zamin kimi Bоrcalanın öhdəliklərinin lazımınca icra еdilməsinə görə оnunla tam birgə məsuliyyət daşımağına dair öhdəlik götürmüşdür. Lakin cavabdeh üzərinə götürdüyü öhdəlikləri tam, vaxtında və lazımı qaydada icra etmədiyi ilə əlaqədar Bank məhkəməyə müraciət etmişdir. İşə baxan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 26 avqust 2022-ci il tarixli, 2(004)- 6/2022 saylı qətnaməsi ilə cavabdehlərdən cəmi 389230,83 manat məbləğində kredit borcnun, 2340 manat əmlakın sığortalanması ilə bağlısığorta haqqının, 17.50 manat poçt xərci və 30 manat dövlət rüsumunun müştərək qaydada tutulması qət etmişdir. Göründüyü kimi, cavabdehlərin 26 avqust 2022-ci il tarixə əsas borc üzrə 341117,14 manat ödənilməmiş borcun qalması qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə də təsdiq edilmişdir. Tərəflər arasında münasibətləri məhkəmədən kərar qaydada həll etmək məqsədi ilə tərəfimizdən cavabdehə yazılı xəbərdarlıq edilmiş, lakin bundan sonrada öhdəliklər onun tərəfindən icra edilməmişdir. Hazırda cavabdehlərin kredit müqaviləsi üzrə ödənilməli olan əsas borc məbləğindən 341117,14 manat hissəsi ödənilməmiş qalmaqdadır. xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilə qədər Bank qarşısında icra edilməmiş pul öhdəliyi üzrə hesablanmış gecikdirilmiş vaxt üçün illik 5 % olmaqla, 20934,31 manat təşkil edir. İİ.Tərəflərin mövqeləri İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, işə onların iştirakı olmadan baxaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6/2022 saylı 26 avqust 2022-ci il tarixi qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, cavabdehlər "xxxx" MMC-dən, Cavabdeh7 MTK-dan, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 xx.xx.2014-cü il tarixli, 38137/01 saylı kredit müqaviləsi üzrə 341117,14 manat əsas borc, 18113,69 manat faiz borcu, 30000 manat cərimə olmaqla, 389230,83 manat borc, 2340 manat məbləğində əmlakın sığortalanmasına görə çəkilmiş sığorta haqqı, 17,50 manat müqavilə üzrə öhdəliklərin pozulmasına dair borclu və zaminlərə bildirişlərin (pretenziyaların) və ipoteka qoyana ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin göndərilməsinə çəkilmiş poçt xərcləri və 30 manat dövlət rüsumu müştərək qaydada tutulması, ipoteka predmeti 0,01612 ha torpaq sahəsində yerləşən, 161,2 kv.m. tikintialtı sahədən ibarət olan Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsi 117a ünvanında yerləşən qeyri-yaşayış binasının ilkin satış qiyməti 4.479.000 manat müəyyən edilməklə tutmanın həmin daşınmaz əşyalara yönəldilməsi, o satıldıqda ən geci 1 (bir) ay ərzində boşadılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-416/2024 saylı Qərarına əsasən iddiaçı X3 Azərbaycan” QSC və cavabdeh "xxxx" MMC-nin kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 oktyabr 2023-cü il tarixli 2(103)-525/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 17 noyabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, "xxxx" MMC-nin 24 fevral 2014-cü il tarixli kredit müqaviləsi üzrə əsas borcdan qalan 341117,14 manat məbləğin ödənilməsinin 448 gün gecikdirilməsinə görə dəymiş zərər məbləği 20934,31 manat təşkil edir. "xxxx" QSC xx.xx.2023-cü il tarixli pretenziya məktubu ilə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 MMC-yə, Cavabdeh6 və Cavabdeh7 MTK-ya müraciət edərək qeyd etmişdir ki, "xxxx" QSC ilə "xxxx" MMC arasında 24 fevral 2014-cü il tarixli 23823/01 nömrəli kredit müqaviləsi bağlanmış və 24 (iyirmi dörd) ay müddətində, illik 12 % ödənilməsi şərti ilə 1.000.000 manat məbləğində pul ayrılmışdır. Lakin öhdəliklər tam, vaxtında və lazımı qaydada icra edilmədiyindən Banka külli miqdarda maddi zərər dəymişdir. Nəticədə Bank məhkəməyə müraciət etmiş və Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-6/2022 saylı qətnaməsinə əsasən borclu "xxxx" MMC-dən, zaminlər Cavabdeh7 MTK-dan, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 müştərək (birgə) qaydada cəmi 391618,33 manat tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı qət olunmuşdur. Məhkəmə qətnaməsi bu günə kimi icra olunmadığından 16.772.00 (on altı min yeddi yüz yetmiş iki) manat məbləğində Bank maddi zərər dəymişdir. Odur ki, göstərilənlərə əsasən və tərəflər arasında olan münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə Banka dəymiş cəmi 16772 manat məbləğində maddi zərərin 5 iş günü müddətində ödənilməsini tələb olunmuşdur. xx.xx.2023-cü il tarixli 418 nömrəli ödəniş tapşırığından görünür ki, “X3 Azərbaycan” QSC ilkin mediasiya xərci kimi Bakı 18 saylı Mediasiya Təşkilatının hesabına 210 manat ödəniş etmişdir. İV.Məhkəmə baxışının hədləri: Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. V.Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci maddəsinə əsasən aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.5-ci maddəsinə əsasən əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. 445.7-ci maddəsinə əsasən (xx.xx.2023-cü il tarixədək olan redaksiya) borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. (xx.xx.2023-cü il tarixdən sonrakı redaksiya: Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.). 445.8-ci maddəsinə əsasən kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Nə qədər ki, öhdəlik kreditorun gecikdirməsi nəticəsində icra edilə bilmir, borclu icranı gecikdirmiş sayılmır. 445.9-cu maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün əlavə vaxt verə bilər. Əgər borclu həmin əlavə vaxt ərzində öhdəliyi icra edərsə, o, icranı gecikdirmiş sayılmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, “...Bununla yanaşı, Mülki Məcəllənin 445.7-ci maddəsində icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi, qanunverici qeyd olunan normada icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanını kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi imkanı ilə şərtləndirmişdir. Qeyd olunan normalardakı tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsi, faydalanması imkanının qarşısının alınmasına yönəlmişdir....”. Vİ.Məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəsini, iş materiallarını və icra işlərini tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır. Çünki cavabdehlər iddiaçıya pul məbləğinin ödənilməsini gecikdirməmişlər. Belə ki, "xxxx" QSC ilə "xxxx" MMC arasında 24 fevral 2014-cü il tarixli 23823/01 nömrəli kredit müqaviləsi bağlanmış və 24 (iyirmi dörd) ay müddətində, illik 12 % ödənilməsi şərti ilə ******* manat məbləğində pul ayrılmışdır. Daha sonra "xxxx" QSC Bakı şəhəri Yasamal rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər "xxxx" MMC-dən, Cavabdeh7 MTK-dan, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 müştərək (birgə) qaydada 341117,14 manat əsas borc, 272425,19 manat faiz borcu, 588335,13 manat cərimə olmaqla, 120.877,46 manat borcun, 2340 manat məbləğində əmlakın sığortalanmasına görə çəkilmiş sığorta haqqının, 17,50 manat müqavilə üzrə öhdəliklərin pozulmasına dair borclu və zaminlərə bildirişlərin (pretenziyaların) və ipoteka qoyana ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin göndərilməsinə çəkilmiş poçt xərclərinin və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, tutmanın ipoteka qoyulmuş mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan 0,01612 ha torpaq sahəsində yerləşən, 161,2 kv.m. tikintialtı sahədən ibarət olan Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsi 117a ünvanında yerləşən qeyri-yaşayış binasına yönəldilərək açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsi, satışdan əldə edilmiş vəsait borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən tutulması, ipoteka ilə yüklü edilmiş qeyriyaşayış binasından istifadə hüquqlarına xitam verilməklə 1 ay müddətində boşadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6/2022 saylı 26 avqust 2022-ci il tarixi qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, cavabdehlər "xxxx" MMC-dən, Cavabdeh7 MTK-dan, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 xx.xx.2014-cü il tarixli, 38137/01 saylı kredit müqaviləsi üzrə 341117,14 manat əsas borc, 18113,69 manat faiz borcu, 30000 manat cərimə olmaqla, 389230,83 manat borc, 2340 manat məbləğində əmlakın sığortalanmasına görə çəkilmiş sığorta haqqı, 17,50 manat müqavilə üzrə öhdəliklərin pozulmasına dair borclu və zaminlərə bildirişlərin (pretenziyaların) və ipoteka qoyana ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin göndərilməsinə çəkilmiş poçt xərcləri və 30 manat dövlət rüsumu müştərək qaydada tutulması, ipoteka predmeti 0,01612 ha torpaq sahəsində yerləşən, 161,2 kv.m. tikintialtı sahədən ibarət olan Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsi 117a ünvanında yerləşən qeyri-yaşayış binasının ilkin satış qiyməti 4.479.000 manat müəyyən edilməklə tutmanın həmin daşınmaz əşyalara yönəldilməsi, o satıldıqda ən geci 1 (bir) ay ərzində boşadılması qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin qismən - faiz, cərimə borcu və əmakın ilkin satış qiyməti hissəsində ləğv edilməsi və həmin hissədə təmin olunmayan faiz, cərimə borcunun təmin edilməsi, əmlakın ilkin satış qiymətinin 3.000.000 manat olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" MMC apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-525/2023 nömrəli, 02 oktyabr 2023cü il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti isə qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni ipoteka predmetinin ilkin satış qiymətinin məbləği hissəsində dəyişdirilmiş, ipoteka predmeti olan Cavabdeh4 məxsus olan 0,01612 ha torpaq sahəsində yerləşən, 161,2 kv.m. tikintialtı sahədən ibarət olan Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsi 117a ünvanında yerləşən qeyri-yaşayış binasının ilkin satış qiyməti ******* manat müəyyən edilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-416/2024 saylı Qərarına əsasən iddiaçı “X3 Azərbaycan” QSC və cavabdeh "xxxx" MMC-nin kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 oktyabr 2023-cü il tarixli 2(103)-525/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi iddiaçı və cavabdeh "xxxx" MMC birinci instansiya məhkəməsinin 26 avqust 2022-ci ilin tarixli qətnaməsi ilə razılaşmayaraq, həmin qətnaməni apellyasiya və kassasiya instansiya məhkəmələrində mübahisələndirmişlər, sonuncu olaraq Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Qərarı xx.xx.2024-cü il tarixində qəbul edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6/2022 saylı 26 avqust 2022-ci il tarixi qətnaməsi qanuni qüvvəsini almamış, icraya yönəldilməmiş, tələbin yönəldiyi ipoteka əmlakı hərraca çıxarılaraq satılmamışdır. Həmin qətnamə üzrə borcun iddiaçıya ödənilməsinin bu günə kimi gecikməsi cavabdehlərin təqsirinə görə baş verməmiş, cavabdeh öz hüququndan istifadə edərək müvafiq məhkəmə qətnamələrini mübahisələndirmiş, həmçinin iddiaçı özü də apellyasiya və kassasiya şikayətləri vermiş, bu səbəbdən qətnamə icraya yönəlməmişdir, buna görə də cavabdehlər məhkəmə qətnaməsinin icrasını gecikdirmiş sayılmırlar. Odur ki, iddiaçının Mülki Məcəllənin 445.7-ci maddəsinə istinad edərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6/2022 saylı 26 avqust 2022-ci il tarixi qətnaməsi üzrə pulun ödənilməsinin qətnamə çıxan tarixdən xx.xx.2023-cü ilə qədər Bank qarşısında icra edilməmiş pul öhdəliyi üzrə hesablanmış gecikdirilmiş vaxt üçün illik 5 %-in ödənilməsini tələb etməsi əsassızdır. Çünki Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən yalnız, cavabdehlər pul məbləğinin ödənilməsini gecikdirdikləri halda iddiaçının gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb etmək hüququ vardır. Buna görə də məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Vİİ.Nəticə Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “X3 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 MMC, Cavabdeh6 və Cavabdeh7 MTKya qarşı pul tələbinə dair iddiası rədd edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-646/2024
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-646/2024
10.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver