Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-6461/2022 28.10.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Hüseyn oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, borcun tutulması və s.” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏNETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “TuranBank ASC”-nin "xxxx" filialı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2017-ci il tarixli, İK № 053- SKMF/17 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, TuranBank ASC-nin "xxxx" 27 filialı ilə X2 Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2017-ci il tarixli, İK №053-SKMF/17 saylı kredit müqaviləsi üzrə banka olan 355 385.54 AZN (üç yüz əlli beş min üç yüz səksən beş manat əlli dörd qəpik) əsas, 6 356.54 AZN (altı min üç yüz əlli altı manat əlli dörd qəpik) faiz, 179 452.21 AZN (yüz yetmiş doqquz min dörd yüz əlli iki manat iyirmi bir qəpik) cərimə borcu olmaqla, cəmi borcu 541 194.29 AZN (beş yüz qırx bir min yüzdoxsan dörd manat iyirmi doqquz qəpik) borcun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün 90 AZN məbləğində rüsumun və iddiaçı tərəfindən ödənilən 431.20 AZN məbləğində dövlət rüsumunun, 400 AZN məbləğində mediasiya xərcinin, həmin məbləğlərin ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus (DƏDRX tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan, Çıxarışa əsasən) ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 190.4 kv.m olan xüsusi əmlaka yönəldilərək, açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına TuranBank ASC-yə olan borcun ödənilməsi, həmin məbləğlərin ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus (DƏDRX tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, qeydiyyat nömrəsi ********** olan, Çıxarışa əsasən) ünvan 2 ünvanında 9-cu mərtəbədə yerləşən ümumi sahəsi 139.3 kv.m, yaşayış sahəsi 85.2 kv.m, yardımçı sahəsi 54.1 kv.m olan 4 otaqlı xüsusi əmlaka yönəldilərək, açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına TuranBank ASC-yə olan borcun ödənilməsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 190.4 kv.m olan xüsusi əmlaka tutma yönəldikdən və o satıldıqdan 1 (bir) ay sonra Cavabdeh2 həmin qeyri-yaşayış sahəsindən çıxarılması və həmin sahənin boşaldılaraq alıcıya təhvil verilməsi, ünvan 3 ünvanında 9-cu mərtəbədə yerləşən ümumi sahəsi 139.3 kv.m, yaşayış sahəsi 85.2 kv.m, yardımçı sahəsi 54.1 kv.m olan 4 otaqlı xüsusi əmlaka tutma yönəldikdən və o satıldıqdan 1 (bir) ay sonra Cavabdeh2 həmin qeyri-yaşayış sahəsindən çıxarılması və həmin sahənin boşaldılaraq alıcıya təhvil verilməsi, xx.xx.2017-ci il tarixli, İK № 053-SKMF/17 saylı kredit müqaviləsinin təminatı olan ipoteka əmlaklarının hərracda satışından sonra əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğinin cavabdehdən (borcalan - X2 Məsuliyyətli Cəmiyyəti) tutularaq TuranBank ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş sənədlərdən də, internet vergi idarəsi kommersiya qurumlarının dövlət reyestri məlumatlarından da görünür ki, Cavabdeh1 hüquqi ünvanı ünvan 4mçinin iş materiallarına əlavə edilmiş sənədlərdən və elektron məhkəmə informasiya sistemindən əldə edilmiş şəxsiyyət vəsiqəsi barədə məlumatlardan görünür ki, Cavabdeh2 Qazax rayonu, Qazax şəhəri, S.Vurğun, ev 9 ünvanında rəsmi olaraq qeydə alınmışdır. Məhkəmə Hüquq Şurasının “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi və inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 saylı qərarının 22.5-ci bəndinə əsasən Qazax rayonu Gəncə Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.3-cü maddələrinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 3, 10-1.3, 151-152 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1nə və Cavabdeh2 qarşı “kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, borcun tutulması və s.” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı Açıq Səhmdar Cəmiyyətinə geri qaytarılsın. Ödənilmiş 431 (dörd yüz otuz bir) manat məbləğində dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinə geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində ondan elektron kabinet vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-6461/2022
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-6461/2022
28.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver