Məhkəmə qərarları › İş №e-2-2(113)-6468/2022

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-6468/2022

31.10.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-6468/2022 31.10.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızı, İddiaçı Cavabdeh qarşı “X1 ləğvi tələbi”nə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “X1 ləğvi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən verilmiş 06 oktyabr 2021-ci il tarixli X1 ləğvi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, təsisçisi olduğu "xxxx" MMC-nin 2010- 2019-cu illər üzrə fəaliyyəti və maliyyə vəziyyəti ilə bağlı MMC-nin direktoru Mirzahid Ağayevin birgə iştirakçıları Bürhan Həmidov və Namiq Hacıyevlə məhkəmədə baxılan iş üzrə Auditorlar Palatasının sərbəst auditoru Cavabdeh tərtib etdiyi xx.xx.2021-ci il tarixli “Audit Hesabatı” onun tərəfindən məlumatların bir qismi bilərəkdən səhv formada göstərilməklə saxtalaşdırılmış rəqəmləri, şişirdilmiş göstəricilər qeyd edilməklə cavabdeh tərəfin sifarişini yerinə yetirmişdir. Cavabdeh işində ciddi nöqsanlara yol vermiş, qərəzli olaraq mübahisələndirilən hesabatı tərtib etmişdir. Sözügedən hesabat ləğv edilməyəcəyi təqdirdə ona xüsusilə külli miqdar maddi zərər dəyəcəkdir. Bununla bağlı Azərbaycan Respublikasının Auditorlar Palatasınada eyni vaxtda onun tərəfindən şikayət edilmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi iddianın yoverilməzliyinə görə qəbul etməkdən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəyə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qanunvericiliyə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının məqsədi və ya vəzifəsi hər bir fiziki və yaxud hüquqi şəxsin hüquq və mənafelərinin məhkəmədə təsdiq olunması, qorunması, təmin olunmasıdır. Yəni, məhkəmə qaydasında istənilən sənəd deyil, yalnız hüququ pozulmuş şəxs üçün hər hansı hüquqi nəticə yaradan sənədlər və əqdlər məhkəmə qaydasında mübahisələndirilə bilər. Məhkəmə qeyd edir ki, mülki qanunvericilikdə hüquqi şəxslərin, o cümlədən Məhdud Məsuliyyətli Cəmiyyətin fəaliyyəti ilə əlaqədar məcburi və könüllü auditin keçirilməsi imkanı və əsasları nəzərdə tutulmuşdur. Lakin auditor rəyi özlüyündə yeni hüquqi status (vəziyyət) yaratmadığına, dəyişdirmədiyinə və ya xitam etmədiyinə görə onun qəbul edilməsi nəticəsində iddiaçının hər hansı hüququnun pozuntusu nəticəsinə gəlmək mümkün deyildir. Həmin rəy əsasında qəbul ediləcək və iddiaçı üçün hər hansı hüquqi nəticə yaradacaq sənədlər və əqdlər məhkəmə qaydasında mübahisələndirilə və ya iddiaçı həmin sənədə sübut qismində istinad edilərək ona qarşı tələb irəli sürüldüyü halda audit rəyinə etiraz edərək həmin rəyin əsassızlığına dair dəlillərini irəli sürə bilər. Belə olan halda məhkəmə hesab edir ki, müstəqil auditor rəyi özlüyündə hüquqi nəticə yaradan sənəd olmadığından audit rəyinin özünün mübahisələndirilməsi ayrıca məhkəmə mübahisəsinin predmetini təşkil edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “X1 ləğvi tələbi”nə dair iddia ərizəsinin yolverilməzliyinə görə qəbulundan imtina edilsin, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı rəsmi qaydada verilsin. Ödənilmiş 50 manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar