Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-648/2025 09.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: abonet saldosu; alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdehnə (bundan sonra – cavabdeh) qarşı “borcun silinməsi” tələbi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi-Fatmayi yolu, ev 1-də yerləşən süd emalı sexində artıq hesablanmış 14635 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ARDNŞ-nin Cavabdeh İB-nin Nizami rayon X3 əməkdaşları tərəfindən iddiaçının işlətdiyi Binəqədi Fatmayi yolu, ev 1-də yerləşən süd emalı sexində ona əlavə pul hesablanmışdır. Bununla bağlı qaz idarəsinə müraciət etsə də heç bir nasazlığın olmadığını bildirərək məhkəməyə müraciət etmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili R.Qəmbərov iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş hər hansı akt hazırda tərəflərindən mübahisə edilmir. Belə ki, iddiaçının abonent haqqında məlumatından da göründüyü kimi iddiaçının orta aylıq sərfiyyatı 3000-4500 manat civarında olduğu halda cavabdehin əməkdaşları tərəfindən iddiaçıya 2021-ci ilin mart ayı üzrə əsassız olaraq 12220,60 manat, 2021-ci ilin aprel ayı üzrə isə 14217,60 manat sərfiyyat borcu hesablanmışdır. Tərəflərindən təqdim etdikləri sübutlardan görünür ki, həmin aylar ərzində iddiaçının qaza olan tələbatında dəyişiklik olmamış, buna baxmayaraq sayğac əvvəlki aylara nisbətən təxminən 3 dəfə çox sərfiyyat borcunu qeydə almışdır. İddiaçının müraciəti üzrə ona məxsus olan sayğac çıxarılmış, xx.xx.2021-ci il tarixdə yoxlanılmış, həmin sayğac yerinə yenidən quraşdırıldıqdan sonra düzgün sərfiyyatı qeydə almağa başlamışdır. Bu səbəbdən iddiaçının 2021-ci ilin mart və aprel ayları üzrə real sərfiyyatı müəyyən edilməklə qalan əsassız borc silinməlidir.
4. Məhkəmə iclasında cavabdehin nümayəndəsi V.Abdullayev iddia ərizəsinə etiraz edib iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı tərəfindən hazırda hər hansı akt əsasında yazılmış borc deyil, sayğacın göstəriciləri nəzərə alınmaqla yazılmış sərfiyyat borcu mübahisələndirilir. Belə ki, iddiaçının əməkdaşları tərəfindən hər ay sayğacın göstəriciləri əsasında qazdan istifadə ilə bağlı yaranmış borc müəyyən edilir, bu barədə iddiaçıya hesab faktura təqdim edilir. Təqdim edilmiş abonent haqqında məlumat və hesab fakturalardan görünür ki, iddiaçıya cavabdeh tərəfindən 2021-ci ilin mart ayı üzrə 12220,60 manat, 2021-ci ilin aprel ayı üzrə 14217,60 manat yalnız sərfiyyat borcu hesablanmışdır. Həmin borc sayğacın göstəriciləri əsasında yazılmış sərfiyyat borcudur, hazırda silinməsi üçün hər hansı əsas yoxdur. İddiaçının müraciəti ilə sayğac müayinə edilməsi üçün xx.xx.2021-ci ildə çıxarılaraq yoxlanılmış, sayğacda hər hansı qüsur aşkar edilməmiş, yenidən iddiaçıya məxsus sahəyə quraşdırılmışdır. İddiaçının həmin aylarda qaza olan tələbatının artması ilə bağlı ehtimal olunur ki, qaz sərfi çox olmuşdur.
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. İddiaçının abonent saldosundan və cavabdeh tərəfindən təqdim edilmiş hesab fakturalardan görünür ki, cavabdeh tərəfindən iddiaçıya sayğacın göstəriciləri nəzərə alınmaqla 2021-ci ilin mart ayında 12220,60 manat, 2021-ci ilin aprel ayında 14217,60 manat sərfiyyat borcu hesablanmışdır.
7. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qeyri-əhali qaz sayğacının yoxlanması haqqında akta əsasən iddiaçıya məxsus olan G100 markalı sayğac cavabdehin laboratoriyasında yoxlanılmış, yoxlama nəticəsində sayğacın işlək olduğu, xətaların normaya uyğun olduğu müəyyən edilmişdir.
8. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır.
9. Belə ki, iddiaçı hazırda cavabdeh tərəfindən 2021-ci ilin mart ayı üzrə hesablanmış 12220,60 manat, 2021-ci ilin aprel ayı üzrə hesablanmış 14217,60 manat borcun əsassız olduğunu, bu səbəbdən iddiaçının əsaslı hesab etdiyi borc çıxılmaqla qalan 14635 manat borcun silinməli olduğunu iddia edir.
10. Cavabdeh iddiaya etiraz edərək həmin borcun silinməsi üçün hər hansı əsas olmadığını, iddiaçının silinməsini xahiş etdiyi borcun təbii qazdan istifadə ilə bağlı yaranmış olan sərfiyyat borcu olduğunu bildirir.
11. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
12. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin əcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
13. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
14. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
15. “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə əsasən bu Qaydaların qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.
16. Həmin Qaydaların 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.
17. Materiallarda olan iddiaçının abonent saldosundan və cavabdeh tərəfindən təqdim edilmiş hesab fakturalardan görünür ki, cavabdeh tərəfindən iddiaçıya sayğacın göstəriciləri nəzərə alınmaqla 2021-ci ilin mart ayında 12220,60 manat, 2021-ci ilin aprel ayında 14217,60 manat sərfiyyat borcu hesablanmışdır.
18. Bundan əlavə, iddiaçının müraciəti əsasında ona məxsus olan sayğac 2021-ci ilin may ayında çıxrılaraq yoxlanılması üçün laboratoriyaya göndərilmiş, cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qeyri-əhali qaz sayğacının yoxlanması haqqında akta əsasən iddiaçıya məxsus olan G100 markalı sayğacda hər hansı qüsur aşkar edilməmişdir.
19. Bu səbəbdən iddiaçının hazırda silinməsini tələb etdiyi borc iddiaçının təbii qazdan istifadə ilə bağlı yaranmış sərfiyyat borcu olduğundan, habelə həmin borcun silinməsi üçün hər hansı əsas olmadığından məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
21. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş 133,90 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
22. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiası təmin dilməsin. Ödənilmiş 133,90 (bir yüz otuz üç manat doxsan qəpik) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova