Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6482/2024 17.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC və Qanuni nümayəndə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi, hüquq və öhdəliklərin ötürülməsi barədə saziş) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Qanuni nümayəndə, Cavabdeh1 MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı ASC (bundan sonra – iddiaçı) cavabdehlər Qanuni nümayəndə, Cavabdeh1 MMC-yə (bundan sonra – cavabdehlər) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, DCS00278993-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 18090 manat əsas borc və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 144.27 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ”PAŞA Bank” ASC (bundan sonra “Bank”) ilə cavabdeh "X7" MMC arasında xx.xx.2020-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X5nun xx.xx.2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə OnGTC-02949LE/2019 saylı Razılıq ərizəsi imzalanmışdır. Həmin Razılıq ərizəsinin imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş X5nda qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul etmişdir. Qeyd olunan X5 çərçivəsində tərəflər arasında xx.xx.2021-ci il tarixli DC00278993-04 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmış və Bank tərəfindən “"X7" MMC-yə illik faiz dərəcəsi 17% olmaqla xx.xx.2022-ci il tarixədək 100.000 (yüz min) manat məbləğində birdəfəlik kredit verilmişdir. Həmçinin Bank ilə Borcalan"X7" MMC arasında xx.xx.2020-ci il tarixli DC00278993-02 nömrəli kredit müqaviləsi imzalanmış və Kreditor Azərbaycan Respublikası X1 (bundan sonra – Fond) “15” dekabr 2020-ci il tarixli ZM389/2020 nömrəli Zəmanət məktubunun şərtlərinə uyğun olaraq məqsədli istifadə, qaytarılmaq, faizlər ödəmək şərtilə Borcluya illik 15% faiz dərəcəsi ilə 24 (iyirmi dörd) ay müddətinə 30,150 (tuz min yüz əlli) manat məbləğində kredit verilmişdir. Bundan başqa Bank ilə Borcalan "X7" MMC arasında bağlanmış müqavilələr üzrə borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bank ilə Qanuni nümayəndə arasında xx.xx.2020-ci il tarixli, DG**********63 saylı və xx.xx.2021-ci il tarixli, DG**********26 saylı zaminlik müqaviləsi bağlanmışdır. Lakin Borcalan müqavilə üzrə öhdəliklərini icra etmədiyindən bütün prosessual qaydalara riayət edilərək məhəməyə müraciət edilmişdir. Bakı Komersiya Məhkəməsinine-2-2(113)- 64/2023 xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında imzalanmış xx.xx.2020-ci il tarixli DCS00278993-02 saylı kredit müqaviləsi üzrə 12.060 (on iki min altmış) manat əsas borc, 5.291 (beş min iki yüz doxsan bir) manat 38 (otuz səkkiz) qəpik faiz borcu və 600 (altı yüz) manat məbləğində cərimə borcu olmaqla, cəmi 17.951 (on yeddi min doqquz yüz əlli bir) manat 38 (otuz səkkiz) qəpik məbləğində pul, xx.xx.2021-ci il tarixli DC00278993-04 saylı maliyələşdirmə üçün ərizəyə əsasən 95.038 (doxsan beş min otuz səkkiz) manat 25 (iyirmi beş) qəpik əsas borc, 23.022 (iyirmi üç min iyirmi iki) manat 46 (qırx altı) qəpik faiz borcu və 4500 (dörd min beş yüz) manat məbləğində cərimə borcu olmaqla, cəmi 122.560 (yüz iki min beş yüz altmış) manat 71 (yetmiş bir) qəpik məbləğində pul, ümumilikdə 140.512 (yüz qırx min beş yüz on iki) manat 09 (doqquz) qəpik məbləğində pul müştərək qaydada Cavabdeh1 və Qanuni nümayəndə tutularaq İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir. İş Bakı Kommersiya Məhkəməsinin icraatında olduğu zaman tələbimiz DCS00278993-02 saylı kredit müqaviləsi üzrə əsas borc 18 090,00 (on səkkiz min doxsan manat, sıfır qəpik) manat pul ərizəmiz əsasında baxılan iş üzrə iddianın predmetindən çıxarılmaqla yekun məhkəmə aktı qəbul edilmişdir. Qeyd edilən 18 090 (on səkkiz min doxsan) manat məbləğ cavabdehlər tərəfindən öhdəlik lazımınca icra edilmədiyinə görə Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən ZM-389/2020 nömrəli Zəmanət məktubuna əsasən İddiaçı ASC-yə ödənilmişdir. Müvafiq məbləğin cavabdehdən tələb edilməsi hüququ İddiaçı ASC-yə həvalə edilmişdir. Məhkəmənin diqqətinə çatdırırıq ki, hazırki iddianın predmeti olan 18 090 manat pul əvvəlki iş üzrə baxılan e-2-2(113)- 64/2023 saylı mülki işin predmeti olmamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 iyul 2021-ci il tarixli 249 nömrəli Qərarı ilə təsdiq edilmiş "Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydası’’nın 12.7-ci bəndinə əsasən zəmanət üzrə ödənilmiş vəsaitin geri qaytarılması üçün sahibkarlıq subyektinə və kredit üzrə təminat verən digər şəxslərə (girov (ipoteka) qoyana, zaminə və s.) qarşı Fondun adından və onun xeyrinə tələb hüquqlarının həyata keçirilməsi ilə əlaqədar olaraq Bank tərəfindən AR X2 müraciət edilmiş, və SİF tərəfindən Fondun adından və onun xeyrinə tələb hüquqları “PAŞA Bank" ASC-yə həvalə edilmişdir. Hazırkı iddia tələbinin predmeti olan 18 090 manat pulun ödənilməsi ilə bağlı məhkəmədən kənar qaydada həll edilməsi istiqamətində tədbirlər görülməsi məqsədi ilə cavabdehlərə pretenziya məktubu göndərilmiş, lakin tərəflər arasında məhkəmədən kənar qaydada razılıq əldə edilməmişdir. İddiaçı ASC iddianın məhkəməyə verilməsi üçün 144.27 manat dövlət rüsumu ödəmişdir.
3. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-6482/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə hazırkı kommersiya mübahisəsi üzrə “Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu” X8 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi İ.Abdullayev iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, kredit müqaviləsi üzrə gecikdirilmiş borc (18090 manat) xx.xx.2022-ci il tarixdə iddiaçının müraciəti əsasında “Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu” X8 tərəfindən cavabdehlərin əvəzinə ödənilmişdir. “Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu” X6 hazırkı kredit və zaminlik müqaviləsi üzrə tələb etmə hüququ iddiaçıya ötürüldüyü üçün həmin vəsait hazırda reqres qaydada cavabdehlərdən tələb edilir.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə və üçüncü şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məlumat verməmişlər.
6. Məhkəmə iclasının cavabdehlərin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
8. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. Cavabdeh "X7" MMC ilə iddiaçı arasında xx.xx.2020-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X5nun xx.xx.2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə OnGTC-02949LE/2019 saylı Razılıq ərizəsi imzalanmışdır. 10.İddiaçı ilə "X7" MMC arasında xx.xx.2020-ci il tarixdə DCS00278993-02 nömrəli kredit müqaviləsi imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2034-cü il tarixədək illik 15% faiz dərəcəsi ilə 24 (iyirmi dörd) ay müddətinə 30,150 (otuz min yüz əlli) manat məbləğində kredit verilmişdir.
11. Borcalan "X7" MMC-nin DCS00278993-02 nömrəli kredit müqaviləsi üzrə Bank qarşısında öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Bank ilə Qanuni nümayəndə arasında xx.xx.2020-ci il tarixli, DG**********63 saylı və xx.xx.2021-ci il tarixli, DG**********26 saylı zaminlik müqavilələri bağlanmışdır. 12.Zaminlik müqaviləsinə əsasən bank ilə bu müqavilənin 2.3-cü bəndində göstərilən şəxs arasında müqavilənin 2.1-ci bəndində göstərilən öhdəlik əsasında borcalana veriləcək müqavilənin 2.2-ci bəndində göstərilən məbləğdə kredit xətti ilə əlaqədar olaraq borcalan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin, borcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürür. 13.“Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu” X8 tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixdə 18090 manat vəsait ödənilmişdir. 14.İddiaçı ilə Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu arasında xx.xx.2021-ci il tarixdə tələbin güzəşti haqqında 02 saylı müqavilə imzalanmışdır. 15.Müqavilənin 1.1-ci bəndinə əsasən Fond xx.xx.2020-ci il tarixdə DCS00278993-02 nömrəli kredit müqaviləsi və həmin müqavilə üzrə öhdəliklərinin icrasının təmin edilməsi üçün bağlanmış xx.xx.2020-ci il tarixli zaminlik müqaviləsi üzrə təminata dair bütün tələb hüquqlarını Fonda güzşt edir. 16.Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu xx.xx.2022-ci il tarixdə iddiaçıya yazılı müraciət edərək, "X7" MMC-nin öhdəlikləri ilə bağlı verilmiş zəmanət üzrə ödənilmiş vəsaitin geri qaytarılması ilə bağlı tələb hüququnu iddiaçıya həvalə edir. 17.Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı ilə cavabdeh "X7" MMC arasında xx.xx.2020-ci il tarixdə kredit müqaviləsi bağlanmış, həmin müqavilə üzrə yaranmış öhdəliklərin icrasının təmin edilməsi məqsədilə iddiaçı ilə cavabdeh Qanuni nümayəndə arasında xx.xx.2020-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlər tərəfindən müqavilə öhdəlikləri lazımınca icra edilmədiyi üçün iddiaçı tərəfindən Azərbaycan Respublikasının X2 müraciət edilmiş, sonuncu tərəfindən iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 iyul 2021-ci il tarixli 249 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydası”nın 12.7-ci bəndinə əsasən zəmanət üzrə xx.xx.2022-ci il tarixdə 18090 manat vəsait ödənilmiş, daha sonra həmin vəsaitin reqres qaydada tələb edilməsi hüququ iddiaçıya güzəşt edilmişdir. İddiaçı hazırda həmin məbləğin ödənilməsini cavabdehlərdən tələb edir.
18. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
19. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
20. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
21. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
22. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
23. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
24. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
25. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 26.193.1-ci maddəsinə əsasən güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələbi və ya hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə verə bilər. Tələblər və hüquqlar yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir. 27.193.1-ci maddəsinə əsasən güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələbi və ya hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə verə bilər. Tələblər və hüquqlar yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir.
28. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının gecikdirilmiş borcun ödənilməsi ilə bağlı tələbi tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrindən irəli gəlir. Cavabdehlərin öz öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
29. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlərdən birgə qaydada 18090 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
31. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 144,27 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir.
V. Nəticə:
32. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Qanuni nümayəndə, Cavabdeh1 MMC-dən birgə qaydada 18090 manat məbləğində pul, 144,27 manat dövlət rüsumu, ümumilikdə 18234,27 (on səkkiz min iki yüz otuz dörd manat iyirmi yeddi qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova