Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6483/2024 26.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi və dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, Tərəflərin nümayəndələrinin iştirakı olmadan, İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə pul ” tələbinə dair kommersiya mübahisəsinə dair kommersiya mübahisəsi ilə bağlı işə açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən cəmi 5912 manat, həmçinin ödənilmiş 80 manat dövlət rüsumunun tutularaq "xxxx" ASCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “STİ Travell ASC” ilə Cavabdeh arasında 01 aprel 2024-cü il tarixdə korporativ turizm xidmətlərinin göstərilməsinə dair 22 saylı müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, icraçı yəni, STİ Travel” ASC sifarişçinin müraciəti üzrə Azərbaycan Respublikasının ərazisində və xaricdə istirahətin və ya peşəkar-işguzar tədbirlərin təşkili üzrə kompleks xidmətlərin göstərilməsini, sifarişçi isə həmin xidmətlərin qiymətini ödəməyi öhdəsinə götürmüşdür”. İddiaçı ASC üzərinə düşən öhdəliyi yerinə yetirmiş, amma Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Müqavilədə göstərilən xidmətlərə görə, sifarişçi hesab-fakturada əks olunmuş pul vəsaitini ən geci yeddi təqvim günü ərzində ödəməli olduğu halda bu günə qədər ödəməmişdir. xx.xx.2024-ci il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə Cavabdeh MMC -yə 4964, 4965, 5055 saylı İNVOCE-lər göndərilmişdir. Həmin İVOİCE-lərə görə, ümumilikdə 4.933,72 manat "xxxx" ASC-yə ödənilməli idi. xx.xx.2024-cü il tarixli rəsmi priteziya məktubu ilə Cavabdeh -na müraciət edilib, buna baxmayaraq klub müqavilə üzrə öhdəliyini yerininə yetirməkdən yayınır və icranı gecirdirir. X3 uçot dərəcəsi 8% müəyyən edilmişdir. Həmin uçot dərəcəsinə görə, beş ay üçün 164.43 manat bizə əlavə faiz ödənilməlidir. Dəbbə pulu kimi məbləğin 10% hesablanarsa 493,37 manat ödənilməlidir. Bundan əlavə, məhkəmədə iddia qaldırılması və məhkəmədə hüquqların müdafiəsi iləqədar vəkil ilə müqvilə bağlanmış, həmin müqavilə əsasında vəkilə 300 manat pul ödənilmişdir. Ümumilikdə, cəmi 5912 manat Cavabdeh MMC tərəfindən ödənilməlidir. Bundan əlavə məhkəmədə iddia qaldırılması ilə əlaqədar ödənilmiş 80 manat dövlət rüsumu cavabdeh tərəfindən ödənilməlidir.
II. Tərəflərin mövqeləri:
3. İddiaçının nümayəndəsi məhkəməyə ərizələr ilə müraciət edərək işə onun iştirakı olmadan, qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir.
4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.
6. Məhkəmə iddiaçının nümayəndəsinin yazılı razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış “01 aprel 2024-cü il tarixdə korporativ turizm xidmətlərinin göstərilməsinə dair 22 saylı müqaviləyə əsasən:
9. Müqavilənin 1.1-ci bəndinə əsasən icraçı sifarişçinin müraciəti əsasında Azərbaycan Respublikasının ərazisində və xaricdə istirahətin və ya peşəkar-işgüzar tədbirlərin (seminarlar, konfranslar və s.) təşkil üzrə kompleks xidmətlərin göstərilməsini, sifarişçi isə həmin xidmətlərin qiymətini ödəməyi öhdəsinə götürmüşdür.
10. Müqavilənin 2.2-ci bəndinə əsasən sifarişçinin öhdəlikləri: 11.Müqavilənin 2.2.2-ci bəndinə əsasən hesab-fakturada göstərilən müddətdə sifarişçinin xidmət haqqını ödəmək.
12. Müqavilənin 3.1-ci bəndinə əsasən sifarişçi xidmətlər cə onların qiyməti haqqında müvafiq məlumatları aldıqdan sonra icraçıya müraciət ünvanlayır. Müraciət elektron şəkildə göndərilə bilər.
13. Müqavilənin 3.3-cü bəndinə əsasən razılaşmanın bağlanmasından sonra icraçı sifarişçiyə hesab-faktura göndərir. Sifarişçi hesab-fakturada əks olunmuş pul vəsaitini ən geci 7 təqvim günü ərzində ödəməlidir. Müvafiq ay üzrə təsdiq edilmiş hesab-faktura əsasında ödəniləcək məbləğin icraçı tərəfindən müəyyən edilən hissəsi növbəti aya borc şəklində keçirilə bilər. İcraçının razılığı ilə növbəti aya keçirilmiş olan borc məbləğinə müqavilənin 4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cərimə tətbiq edilmir.
14. Müqavilənin 4.3-cü maddəsinə əsasən bu müqavilədə nəzərdə tutulmuş ödənişləri vaxtında icra etməyən tərəf digər tərəfə ödənilməsi gecikdirilən məbləğin 0,1 faizi məbləğində gündəlik dəbbə pulu ödəyir.
15. xx.xx.2024-ci il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə Cavabdeh MMC yə 4964, 4965, 5055 saylı İNVOCE-lər göndərilmişdir. Həmin İVOİCE-lərə görə, ümumilikdə 4.933,72 manat "xxxx" ASC-yə ödənilməlidir
16. Cavabdehin iddiaçı şirkətə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda xx.xx.2024-cü il tarixdə Bakı şəhərində Peşəkarlar arasında reytinq yarışları təşkil olunduğu və həmin yarışda iştirak edən Türkiyə idmançılarının iddiaçı şirkət tərəfindən yazılmış olan xx.xx.2024-cü il tarixində İstanbul-Bakı və xx.xx.2024-cü il tarixində Bakı- İstanbul biletləriin ödənişi 10 gün içində (xx.xx.2024) Klub tərəfindən ödənişin tam və nağd şəkildə ödənilməsinə dair zəmanət verilmişdir.
17. 15.10.2024-cü il tarixli MT**********41 saylı e-qaiməyə əsasən iddiaçı tərəfindən aviabilet satışı üzrə 4993,64 manat dəyərində e-qaimə tərtib edilmişdir.
18. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi, daha sonra həmin hallara tətbiq edilən hüquq normalarının şərh edilməsi məhkəmə araşdırmasının obyektivliyi və ədalətliliyi üçün zəruridir.
19. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
20. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, “STİ Travell ASC” ilə Cavabdeh arasında 01 aprel 2024-cü il tarixdə korporativ turizm xidmətlərinin göstərilməsinə dair 22 saylı müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, icraçı yəni, STİ Travel” ASC sifarişçinin müraciəti üzrə Azərbaycan Respublikasının ərazisində və xaricdə istirahətin və ya peşəkar-işguzar tədbirlərin təşkili üzrə kompleks xidmətlərin göstərilməsini, sifarişçi isə həmin xidmətlərin qiymətini ödəməyi öhdəsinə götürmüşdür”. İddiaçı ASC üzərinə düşən öhdəliyi yerinə yetirmiş, amma Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Müqavilədə göstərilən xidmətlərə görə, sifarişçi hesabfakturada əks olunmuş pul vəsaitini ən geci yeddi təqvim günü ərzində ödəməli olduğu halda bu günə qədər ödəməmişdir. xx.xx.2024-ci il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə Cavabdeh MMC -yə 4964, 4965, 5055 saylı İNVOCE-lər göndərilmişdir. Həmin İVOİCE-lərə görə, ümumilikdə 4.933,72 manat "xxxx" ASC-yə ödənilməli olunduğu halda həmin məbləğ ödənilməmişdir.
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
22. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
23. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
25. Məhkəmə araşdırlması zamanı müəyyən edildi ki, iddiaçı tərəfindən xidmətlərin göstərilməsi nəticəsində invoys göndərilmiş və e-qaimə tərtib edilmişdir.
26. Məhkəmə qeyd edir ki, MPM-də çəkişmə prinsipi və bir başa göstərilməyən, lakin nəzərdə tutulan dispozitivlik prinsipi xüsusi yer tutur və həmin prinsiplərə əsasən, məhkəmə icraatı zamanı işin halları yalnız tərəflərin bildirdikləri faktlar və təqdim etdikləri sübutlar əsasında müəyyən edilir.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
29. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfin iddia tələbi üzrə mübahisələndirilən 4993,94 manat borc məbləğinin tutulması tələbi təmin edilməlidir.
31. Bundan əlavə, iş materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 4.3-ci bəndinə əsasən hesablanmış 493,37 manat dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
32. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
33. Məhkəmə hesab edir ki, cavabdeh ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə və razılaşmada öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.
34. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
35. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə (nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından tələb olunan məbləğdə tutularaq iddiaçıya ödənilməlidir.
36. Bundan başqa iddiaçı əsas borcun gecikdirilməsinə görə cavabdehə illik beş faiz, olmaqla 164,43 manat məbləğində borc hesablayaraq, cavabdehdən tutulmasını tələb edir.
37. Məhkəmə iddia tələbini bu hissədə də əsaslı hesab edir və buna dair aşağıdakı hüquqi dəyərləndirmənin aparılmasını zəruri bilir.
38. Mülki Məcəllənin 445.7-ci maddəsində təsbit olunmuşdur ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
39. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir.
40. Belə ki, məhkəmə hesab edir ki, borc məbləğinə və borcun ödənişinin gecikdirilməsi müddətinə mütənasib olaraq, illik 5% ilə hesablanmaqla 164,43 manat faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
41. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 80 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.
42. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
43. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, 80 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
V. Nəticə:
44. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh MMC-dən 4933,72 manat əsas borc məbləği, 493,37 manat dəbbə pulu, borcun ödənişinin gecikdirilməsinə görə 164,43 manat faiz borcu və dövlət rüsumunun əvəzi olaraq 80 manat tutularaq İddiaçı ASC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində - qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova