Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6484/2025 03.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, əsas və faiz borcu, illik 5%) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Süleymanova Ləman Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi: 9.100 (doqquz min yüz) mana olmaqla – bundan 8.000 (səkkiz min) manat əsas, 440 (dörd yüz qırx) manat faiz borcu və AR MMnin 445.7-ci maddəsinə görə gecikdirmiş vaxt üçün hesablanan faiz məbləği üzrə 660 (altı yüz altmış ) manat iş üzrə ödənilmiş 111 ( yüz on bir) manat dövlət rüsumunun cavabdeh "xxxx" MMC-dən tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 27 oktyabr 2022-ci il tarixli 160/M nömrəli kredit xətti müqaviləsinə əsasən cavabdehə 12 (on iki) ay müddətinə illik 18 (on səkkiz) faiz dərəcəsi ilə 8.000 (səkkiz min) manat məbləğində bərpa olunan kredit xətti açılmışdır. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən kredit və faizlər ödənilmədikdə və yaxud qismən ödənildikdə Borc alana bu barədə xəbərdarlıq göndərməklə öhdəliyin vaxtından əvvəl icra olunmasını tələb etmək barədə Bankın hüququ vardır. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən borc öhdəliyini lazımınca icra etmədikdə öhdəliyin icrasının vaxtında əvvəl tələb edilməsi barədə Borc verən Borc alanı xəbərdar etdikdən 3 (üç) iş günü müddətində borc öhdəliyini qeyri-şərtsizicra etmək Borc alanın vəzifəsidir. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə 12-5/2- 9821/2025 saylı 01 iyul 2025-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq,cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərilərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehə onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank özfəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. 21 iyun 2025ci il tarixə "xxxx" MMC-nin kredit xətti üzrə cəmi borcu 9.100 (doqquz min yüz) manat. Bundan 8.000 (səkkiz min) manat əsas,440 (dörd yüz qırx) manat faiz borcu və AR MMnin 445.7-ci maddəsinə görə gecikdirmiş vaxt üçün hesablanan faiz məbləği üzrə 660 (altı yüzaltmış ) manat təşkiledir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun olaraq çıxış edərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
4. Əvvəlki məhkəmə baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi bildirmişdir ki, Bank bağlandıqdan sonra əsas borc və faiz məbləğini ödəyə bilməmişlər. 8000 manat əsas, 440 manat faiz borcu və gecikdirmiş vaxt üçün hesablanan faiz məbləği üzrə 660 manat borcu qəbul edirlər.
5. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir.
6. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İddiaçi ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 27 oktyabr 2022-ci il tarixli 160/M nömrəli kredit xətti müqaviləsinə əsasən:
9. Müqavilənin 1.1-ci bəndinə əsasən borc verən Borc alana "dövriyyə vəsaitinin artırılması" məqsədi ilə 8 000 (səkkiz min) AZN məbləğində 12 (on iki) ay müddətinə, faizlər aylıq əsas məbləğ müddət ərzində ödənilmək şərti ilə, bərpa olunan kredit xətti açır.
10. Müqavilənin 1.2-ci bəndinə əsasən kredit xətti çərçivəsində ayrılan kredlt(lər), irəlidə "Kredit" adlandırılacaq, kredit xəttinin müddəti ərzində verilir.
11. Müqavilənin 1.3-cü bəndinə əsasən kredit üzrə faiz dərəcəsi illik 18 (on səkkiz) % təşkil edir.
12. Müqavilənin 1.4-cü bəndinə əsasən FİFD-19.11% təşkil edir.
13. Müqavilənin 2-ci bəndinə əsasən kredit xətti açılması üzrə ilkin şərtlər.
14. Müqavilənin 2.1-ci bəndinə əsasən kredit xətti Borc alan tərəfindən aşağıdakı şərtlərə riayət edildikdə açılır:
15. Müqavilənin 2.1.1-ci bəndinə əsasən borc alan öz fəaliyyətini həyata keçirmək üçün bütün lazımi hüquqi səlahiyyətlərə malikdir və bu müqavilə, eləcə də onunla bağlı ipoteka (girov) və sair müqavilələr bağlandıqda və icra olunduqda, Borc alanın rəhbərliyi Borc alanın təsis sənədləri və Azərbaycan Respublikasının qanunvericiliyi əsasında hərəkət edir;
16. Müqavilənin 2.1.2-ci bəndinə əsasən borc alan Borc verənə Borc alanın maliyyətəsərrüfat fəaliyyətinin başlanğıcından Kredit xətti açıldığı günə kimi öz maliyyə-təsərrüfat fəaliyyəti barədə tam və dürüst məlumat verib;
17. Müqavilənin 2.1.3-cü bəndinə əsasən borc alan, Borc alanın aktivləri üçün təhlükə yaradan və haqqında Borc verənə məlumat vermədiyi məhkəmə istintaq işlərinə heç bir şəkildə cəlb edilməmişdir;
18. Müqavilənin 2.1.4-cü bəndinə əsasən yuxarıda göstərilən hər hansı bir şərtə Borc alan riayət etmədikdə, bu müqavilə qüvvəyə minə bilməz.
19. Müqavilənin 3.1-ci bəndinə əsasən borc alan kreditin verilməsi üçün bu müqavilənin 2-ci bəndində nəzərdə tutulmuş bütün tələb olunan şərtlərə riayət etdikdə, Borc verən Borc alan tərəfindən "Müddətli öhdəlik" imzalandığı gün krediti tam və ya hissə-hissə Bankda açılmış Borc alanın xüsusi hesabına köçürür.
20. Müqavilənin 3.2-ci bəndinə əsasən kreditin məbləği Borc alanın xüsusi hesabına köçürüldükdən sonra Borc alan, krediti yalnız bu müqavilənin 1.1-ci bəndində göstərilən məqsədə istifadə edə bilər.
21. Müqavilənin 3.3-cü bəndinə əsasən bu müqavilənin bağlanması və icrası ilə əlaqədar yaranan bütün xərclər Borc alanın üzərinə düşür.
22. Müqavilənin 3.4-cü bəndinə əsasən kredit xəttinin açılmasına görə kredit xəttinin məbləğinin 1 % həcmində komission haqq (kreditə görə xidmət haqqı) borcalandan tutulur.
23. Müqavilənin 4.1-ci bəndinə əsasən kreditin cari məbləğinin üstünə faizlər gündəlik qaydada, müvafiq olaraq ildə 360 gün və ayda 30 gün hesabından hesablanır.
24. Müqavilənin 4.2-ci bəndinə əsasən kreditin məbləğinin üstünə faizlərin hesablanması kreditin Borc alanın xüsusi hesabına daxil olduğu gündən başlanır və Borc alan tərəfindən borcun əsas məbləğinin qaytarıldığı gün başa çatır.
25. Müqavilənin 4.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının maliyyə bazarında və yaxud beynəlxalq maliyyə bazarlarında əhəmiyyətli dəyişikliklər baş verdikdə Borc verən kredit üzrə faiz dərəcəsini, Borc alanı yeni faiz dərəcəsinin qüvvəyə minməsinə ən azı 3(üç) iş günü qalmış xəbərdar edərək, birtərəfli qaydada dəyişdirmək hüququna malikdir. Borc alan Borc verənin qərarı ilə razılaşmadıqda, Borc alan vaxtından əvvəl krediti qaytarmaq və kreditin vaxtından əvvəl qaytarıldığı günə hesablanmış faizlərin məbləğini ödəmək hüququna malikdir.
26. Müqavilənin 5.1-ci bəndinə əsasən kreditin ödənilməsi Borc verən tərəfindən bu müqaviləyə ilə müəyyən olunmuş müddətlərdə həyata keçirilir. Borc alan kreditdən istifadə üçün faizləri hər ayın sonuna kimi əsas məbləği isə xx.xx.2023-cü il tarixinə kimi tam ödəməlidir.
27. Müqavilənin 5.2-ci bəndinə əsasən kredit bu müqaviləyə ilə müəyyən olunmuş müddətlərdə və məbləğlərdə Borc alan tərəfindən ödənilməzsə, Borc verən ödənilməmiş borc məbləğini vaxtı keçmiş borca aid edərək, həmin gündən Borc alandan gecikdirilmiş ödənişlərin məbləğindən illik 36 (otuz altı) % dərəcəsi ilə kreditdən istifadə haqqı tutacaqdır.
28. 31 oktyabr 2022-ci il tarixli ödəniş tapşırığna əsasən emitent (ödəyən) İddiaçı ASC olmaqla "xxxx" MMC tərəfindən Offıce Star MMC-nin hesabına 8181,74 manat məbləğində, 31 oktyabr 2022-ci il tarixli ödəniş tapşırığna əsasən emitent (ödəyən) İddiaçı ASC olmaqla "xxxx" MMC tərəfindən "xxxx" MMC-nin hesabına 7900 manat məbləğində vəsait köçürülmüşdür.
29. xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən "xxxx" MMC-nin 27 oktyabr 2022ci il tarixli 160/M nömrəli kredit xətti müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə əsas məbləğ üzrə borcu 8000 manat, faiz üzrə borcu 440 manat, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 660 manat olmaqla, cəmi borc 9100 manat müəyyən edilmişdir.
30. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
31. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə "xxxx" MMC arasında bağlanmış 27 oktyabr 2022-ci il tarixli 160/M nömrəli kredit xətti müqaviləsinin 1.1-ci bəndinə əsasən borc verən Borc alana "dövriyyə vəsaitinin artırılması" məqsədi ilə 8000 (səkkiz min) AZN məbləğində 12 (on iki) ay müddətinə, faizlər aylıq əsas məbləğ müddət ərzində ödənilmək şərti ilə, bərpa olunan kredit xətti açır. Müqavilənin 1.3cü bəndinə əsasən kredit üzrə faiz dərəcəsi illik 18 (on səkkiz) % təşkil edir. xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən "xxxx" MMC-nin 27 oktyabr 2022-ci il tarixli 160/M nömrəli kredit xətti müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə əsas məbləğ üzrə borcu 8000 manat, faiz üzrə borcu 440 manat, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 660 manat olmaqla, cəmi borc 9100 manat müəyyən edilmişdir.
32. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi cavabdeh "xxxx" MMC mübahisəli kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəniş qrafikinə uyğun olaraq ödəməməklə müqavilə öhdəliklərini əhəmiyyətli dərəcədə pozmuşdur.
33. Kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Banklar haqqında Qanunun 1.0.9. Bank krediti (bundan sonra kredit) bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə və faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlər ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Həmin şərtlərlə pul vəsaitinin verilməsi haqqında götürülmüş hər hansı öhdəlik, qarantiya, zəmanət, borc qiymətli kağızlarının diskontla və ya faizlər alınmaqla satın alınması və müqaviləyə əsasən hər hansı formada verilmiş vəsaitin qaytarılmasını tələb etməklə bağlı digər hüquq da kredit anlayışına aiddir.
34. Həmin Qanunun 36.6-cı maddəsinə əsasən hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarını və göstərilən bank xidmətləri üçün digər ödənişləri, habelə bank tərəfindən verilmiş kreditlərin ödənişi şərtlərini və qaydalarını müəyyən etməkdə sərbəstdir.
35. Azərbaycan Respublikasının Mülki Məcəlləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditin verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. Faizlər, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlər və digər haqlar yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə hesablanır.
36. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
37. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
38. 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
39. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
40. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
41. 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər.
42. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gəlir. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya kredit müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
43. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin kredit müqaviləsinə əsasən üzərlərinə götürdüyü öhdəlikləri tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 8000 manat əsas borc məbləği, 440 manat faiz borcunun yarandığını (əsas və faiz borcu məbləğlərinə dair cavabdehin etirazı olmadığını), belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, borc məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
44. Bundan başqa iddiaçı gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 660 manat məbləğində faiz borcunun cavabdehdən tutulmasını xahiş etmişdir
45. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.
46. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.
47. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlə bağlanmış kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə kredit müqaviləsi üzrə 8000 manat əsas borc məbləği, 440 manat faiz borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia bu hissədə də təmin edilməli, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 660 manat məbləğində faiz borcu tutularaq iddiaçıya ödənilməlidir.
48. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 111 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.
49. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin
50. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
51. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir.
52. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
53. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən dövlət rüsumunun əvəzi olaraq 111 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
V. Nəticə:
54. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdеh Cavabdeh MMC-dən xx.xx.2022-ci il tarixli 160/M saylı kredit müqaviləsi üzrə 8.000 (səkkiz min) manat əsas borc, 440 (dörd yüz qırx) manat faiz borcu və müqavilə müddəti bitdikdən sonra xx.xx.2025-ci il tarixinə kimi illik 5% ilə hesablanan 660 manat faiz borcu olmaqla, cəmi 9100 manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 111 manat tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova