Məhkəmə qərarları › İş №e-2-2(113)-6487/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-6487/2025

15.08.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-6487/2025 15.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızı İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, X6, X4, X10, Cavabdeh3nə (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X2, X3 və X1) qarşı subroqasiya qaydasında vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, X6, X4, X10, Cavabdeh3nə (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X2, X3 və X1) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən subroqasiya qaydasında vurulmuş 179883 (yüz yetmiş doqquz min səkkiz yüz səksən üç) manat məbləğində zərərin ödənilməsi və 469,88 manat (dörd yüz altmış doqquz manat səksən səkkiz qəpik) manat dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin icraatında iş olduğundan icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 5534/2025 qərardadı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, X6, X4, X7 (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X3 və X1) qarşı subroqasiya qaydasında vurulmuş zərərin ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş məhkəmənin icraatına qəbul edilmiş və iş üzrə məhkəmə hazırlıq iclası xx.xx.2025-ci il tarixə, saat 15:00-a təyin edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qeyd olunanlara əsasən gəlinən nəticə bundan ibarətdir ki, Bakı Kommersiya Məhkəməsinin icraatında eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair iş olduğundan hazırkı iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbulundan imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, X6, X4, X10, Cavabdeh3nə (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X2, X3 və X1) qarşı subroqasiya qaydasında vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbulundan imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar