Məhkəmə qərarları › İş №e-2-2(113)-649/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-649/2025

18.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-649/2025 18.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “borc” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi üzrə borc tələbi, zaminlik) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi ilə, Tərəflərin nümayəndələrinin iştirakı olmadan, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 7 Mart 2024-cü il tarixli, RBYF-7452 saylı kredit müqaviləsi üzrə əsas borcunagörə 19198,46 (on doqquzmin bir yüz doxsan səkkiz manat 46 qəpik) manat, faiz borcuna görə 1343,17 (bir min üç yüz qırx üç manat 17 qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 20541,63 (iyirmi min beş yüz qırx bir manat 63 qəpik) manat məbləğində pulun və 152 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçıASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Yasamalfilialı ilə cavabdeh – Cavabdeh2 arasında bağlanmış 7 Mart 2024-cü il tarixli, RBYF-7452 saylı kredit müqaviləsinə əsasən illik 22 %(iyirmi iki) faiz dərəcəsi olmaqla 36 (otuz alti) ay müddətinə 20000 (iyirmimin) manat məbləğində cavabdehə kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq 7 Mart 2024-cü il tarixdə İddiaçıASC-ninYasamalfilialı ilə digər cavabdeh(lər) Cavabdeh1, Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə zamin 7 Mart 2024-cü il tarixli, RBYF-7452saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. 7 Mart 2024-cü il tarixli, RBYF-7452 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan ZeynalovaSitarə Mehdi qızı kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdaredilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 7 Mart2024-cü il tarixli, RBYF-7452 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 7-dan gec olmayaraq hər ay 763,81 (yeddi yüzaltmış üç manat 81 qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icraetməmişdir. Təqdim olunan maliyyə arayışına əsasənCavabdeh2 7 Mart 2024-cü il tarixli, RBYF-7452saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 19198,46 (on doqquz min bir yüz doxsan səkkiz manat 46 qəpik) manat, faiz borcuna görə 1343,17 (bir min üç yüz qırx üç manat 17 qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat,cəmi 20 541,63 (iyirmimin beş yüz qırx bir manat 63 qəpik) manat təşkiledir. Azərbaycan Respublikası MM-nin 385.1cimaddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan RespublikasıMM-nin 442cimaddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqlaicraedilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-nin 445.1-cimaddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-nin 445.2.1-cimaddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdəicraedilməməsi borclunun icranı gecikdirməsisayılır. Qeyd olunanlaraəsasən, kreditmüqaviləsindən irəli gələn öhdəliyini vaxtında vəlazımı qaydadaicraetmədiyi üçün cavabdehlər İsayevAğəliZaur oğlundan, SəfərovRaminMürşüd oğlundan və Cavabdeh2 7 Mart 2024-cü il tarixli, RBYF-7452 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 19198,46 (on doqquzmin bir yüz doxsan səkkiz manat 46 qəpik) manat, faiz borcuna görə 1343,17 (bir min üç yüz qırx üç manat 17 qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 20 541,63 (iyirmimin beş yüz qırx bir manat 63 qəpik) manat pultutulmalıdır. Kredit əsas vəsaitlərinartırılmasıməqsədilə götürüldüyü və Cavabdeh2 VÖEN ödəyicisi olduğu üçün AR-nın MPM-əsasən aidiyyatı üzrə Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilir.

II. Tərəflərin mövqeləri:

3. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir

4. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməməklərinin səbəbləri barədə məlumat verilməmişdir.

5. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı ASC-nin Yasamal filialı ilə cavabdeh – Cavabdeh2 arasında bağlanmış 7 Mart 2024-cü il tarixli, RBYF-7452 saylı kredit müqaviləsinə əsasən illik 22 %(iyirmi iki) faiz dərəcəsi olmaqla 36 (otuz alti) ay müddətinə 20000 (iyirmi min) manat məbləğində cavabdehə kredit verilmişdir.

8. Müqavilənin 3.1-ci bəndinə əsasən müştəri aldığı krediti Ümumi Şərtlərdə və bu Razılaşmada nəzərdə tutulan şərtlərlə və onun ayrılmaz tərkib hissəsi olan Kreditin ödəniş cədvəl(lər)i”nə uyğun olaraq Banka qaytarmağı və kreditdən istifadəyə görə hesablanmış faizləri, gecikmə faizlərini, habelə digər ödənişləri ödəməyi öhdəsinə götürür.

9. Müqavilənin 3.2-ci bəndinə əsasən bu Razılaşma üzrə verilmiş kreditin müddəti ərzində “Kreditin ödəniş cədvəli” üzrə ödənişlərin gecikməsi zamanı vaxtında ödənilməmiş məbləğin gecikmə faizi Müqavilənin 1.2-ci bəndində qeyd olunan illik faiz dərəcəsinin üzərmə pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün Mərkəzi Bank tərəfindən müəyyən edilmiş uçot dərəcəsi əlavə edilərək borc tam ödənilən günədək hesablanır. X3 uçot dərəcəsi ilə Mərkəzi Bankın rəsmi internet səhifəsinə daxil olmaqla tanış ola bilər;

10. Müqavilənin 3.3-cü bəndinə əsasən Razılaşma Bank tərəfindən rəsmi internet səhifəsində yerləşdirilməldə birtərəfli qaydada dəyidirilə bilən və Müştəri ilə Bank arasında bağlanılmış 791203 nömrəli Kredit məhsulları üzrə Bank xidmətlərinin göstərilməsinə dair Ümumi şərtlərin əlavəsi və ayrılmaz tərkib hissəsidir.

11. Kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq 7 Mart 2024cü il tarixdə İddiaçıASC-nin Yasamal filialı ilə digər cavabdeh(lər) Cavabdeh1, Cavabdeh3 arasında zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələrin 1.1-ci maddəsinə əsasən zaminlər 7 Mart 2024-cü il tarixli, RBYF-7452 saylı kredit müqaviləsinə borclu Cavabdeh2 tərəfindən Kreditor qarşısında öz öhdəliklərinin tamamilə v ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər.

12. 02.10.2024-cü il tarxli RB-02/PK-4690 saylı maliyyə arayışına əsasən borclu Cavabdeh2 7 mart 2024-cü il tarixli, RBYF-7452 saylı müqaviləsi üzrə 30 sentyabr 2024cü il tarixinə olan əsas borc 19198,46 manat, faiz borcu 1343,17 manat, cəmi 20541,63 manat müəyyən edilmişdir.

13. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-7543/2024 saylı, 23 dekabr 2024-cü il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi qərara alınmış və ekspert qarşısında İddiaçı ASC-nin Yasamal filialı ilə cavabdeh – Cavabdeh2 arasında bağlanmış 7 Mart 2024-cü il tarixli, RBYF-7452 saylı kredit müqaviləsinin şərtləri və aparılmış ödənişlər nəzərə alınmaqla maliyyə arayışında göstərilən xx.xx.2024-cü il tarixinə əsas və faiz borcunun məbləği nə qədər təşkil etməsinin müəyyən edilməsi barədə suallar qoyulmuşdur.

14. MEM-in xx.xx.2025-ci il tarixli, 9/752 saylı rəyində hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 7 mart 2024-cü il tarixli, RBYF-7452 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh2 İddiaçı ASC-yə xx.xx.2024cü il tarixinə olan borcu 20.554,80 manat məbləğində müəyyən edilmiş, o cümlədən: əsas borc üzrə 19.186,40 manat, faiz borcu üzrə 1.368,40 manat müəyyən edilmişdir.

15. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

16. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi cavabdehlər mübahisəli kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəniş qrafikinə uyğun olaraq ödəməməklə müqavilə öhdəliklərini əhəmiyyətli dərəcədə pozmuşdur.

17. Kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Banklar haqqında Qanunun 1.0.9. Bank krediti (bundan sonra kredit) bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə və faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlər ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Həmin şərtlərlə pul vəsaitinin verilməsi haqqında götürülmüş hər hansı öhdəlik, qarantiya, zəmanət, borc qiymətli kağızlarının diskontla və ya faizlər alınmaqla satın alınması və müqaviləyə əsasən hər hansı formada verilmiş vəsaitin qaytarılmasını tələb etməklə bağlı digər hüquq da kredit anlayışına aiddir.

18. Həmin Qanunun 36.6-cı maddəsinə əsasən hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarını və göstərilən bank xidmətləri üçün digər ödənişləri, habelə bank tərəfindən verilmiş kreditlərin ödənişi şərtlərini və qaydalarını müəyyən etməkdə sərbəstdir.

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditin verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. Faizlər, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlər və digər haqlar yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə hesablanır.

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

21. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

22. 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

23. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

24. 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

25. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.

26. 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

27. 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

28. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

29. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

30. Göründüyü kimi hazırkı iş üzrə iddia tələbi tərəflər arasında bağlanmış kredit və zaminlik müqaviləsindən irəli gələn borc məbləğlərinin tutulmasından ibarətdir. Cavabdehlər tərəfindən müqavilələr üzrə öhdəliklərinin yerinə yetirilməməsi iş materialları ilə öz təsdiqini tapmışdır.

31. Bundan əlavə, məhkəmə tərəfindən əsas və faiz borcunun nə qədər təşkil edilməsini hərtərəfli və obyektiv araşdırılması məqsədilə mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertin rəyində əsas borc məbləği iddia tələbindən daha az məbləğdə müəyyən edildiyi üçün, məhkəmə hesab edir ki, əsas borc ekspert rəyinə əsasən, faiz borcu isə iddia tələbində göstərilən məbləğdən daha çox olduğu üçün iddia tələbində göstərilən məbləğdə müəyyən edilməlidir.

32. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin maliyyələşdirmə üçün ərizələrə və zaminlik müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiklərini, nəticədə kredit müqaviləsi üzrə iddiaçıya borclarının yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdеhlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 7 Mart 2024-cü il tarixli, RBYF-7452 saylı kredit müqaviləsi üzrə əsas borca görə 19186,40 manat, faiz borcuna görə 1343,17 manat tutularaq iddiaçıya ödənilməlidir.

33. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 152 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

34. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

35. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

36. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir.

37. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

38. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən dövlət rüsumunun əvəzi olaraq 152 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalı və məhkəmə– mühasibatlıq ekspertizaların keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq müvafiq olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir.

V. Nəticə:

39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdеhlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 7 Mart 2024-cü il tarixli, RBYF-7452 saylı kredit müqaviləsi üzrə əsas borca görə 19186,40 manat, faiz borcuna görə 1343,17 manat və dövlət rüsumun əvəzi olaraq 152 manat tutularaq İddiaçı ASC-yə ödənilsin. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaiti cavabdеhlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar