Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6492/2024 20.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: icarə müqaviləsi, pul tələbi) Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən müqavilə öhdəliklərinin icrası ilə əlaqədar 579,68 (beş yüz yetmiş doqquz manat, altmış səkkiz qəpik) manat, məhkəməyə müraciət üçün çəkilmiş xərcin əvəzi olaraq 30 (otuz) manat, bütövlükdə 609,68 (altı yüz doqquz manat, altmış səkkiz qəpik) manat vəsaitin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı (İcarəyə verən) ilə Cavabdeh MMC (İcarəçi) arasında xx.xx.2024-cü il tarixində AİS-DYTT-110324 nömrəli tikinti texnikasının icarəsinə dair müqavilə (bundan sonra-Müqavilə) imzalanmışdır. Müqaviləyə əsasən icarəyə verən tərəfindən tikinti texnikası icarəçinin icarəsinə verilmişdir və tərəflər arasında icarə haqqının ödənilməsi ilə bağlı razılıq əldə olunmuşdur. İcarəçi 2024-cü ilin mart ayı üçün icarə haqqı ödənişini gecikdirmişdir. Müqaviləyə 1 nömrəli Əlavənin 3.1-3.5-ci bəndlərinə əsasən cavabdehin ödəməli olduğu icarə haqqı məbləği ödənişin edilməsi vaxtından asılıdır. Sözügedən əlavənin 3.3-cü bəndinə istinad etməklə, cavabdehə həmin bənddə nəzərdə tutulmuş nisbət üzrə əlavə ödənişlə bağlı xx.xx.2024-cü ildə ƏDV daxil olmaqla 579,68 manatlıq elektron qaimə təqdim edilmişdir. Cavabdeh müqavilənin şərtlərinə əsasən təqdim edilmiş bu qaimə üzrə hər hansı ödəniş etməmişdir. Bu səbəbdən, cavabdehə xx.xx.2024-cü il tarixində pretenziya məktubu ünvanlanmışdır. Pretenziya məktubunda qeyd edilmiş müddət bitdikdən sonra belə cavabdeh hər hansı ödəniş etməkdən yayınır. Müqavilənin 4.2-ci bəndinə görə, müqavilədən irəli gələn yaxud bu müqavilə barədə meydana çıxan bütün mübahisələr tərəflərin razılığı ilə həll edilir. Tərəflər 10 (on) gün ərzində öz aralarında qarşılıqlı razılığa gələ bilməzlərsə, mübahisənin həll olunması Azərbaycan Respublikasının aidiyyəti məhkəməsinə verilir. Tətbiq edilən qanunvericilik Azərbaycan Respublikasının qanunvericiliyidir. Tərəflər arasında imzalanmış müqavilənin 4.1-ci bəndinə əsasən tərəflər müqavilə üzrə öz öhdəliklərini yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirməməsinə görə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən, tərəflər arasında çıxa biləcək bütün mübahisə və ixtilaflar danışıqlar yolu ilə, qarşılıqlı razılaşma əldə edilmədiyi təqdirdə Azərbaycan Respublikasının aidiyyəti məhkəməsində həll ediləcəkdir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 442, 443-cü maddələrinə istinad olunmuşdur.
4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.
5. Cavabdeh MMC-yə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
6. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, icarəyə verən qismində İddiaçı MMC ilə icarəçi qismində Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixli, AİS-DYTT-110324 saylı icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən icarəyə verən təsviri, icarə müddəti müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə göstərilmiş və razılaşdırılmış tikinti texnikasını icarə predmeti qismində müqavilə ilə razılaşdırılmış şərtlərlə icarəçiyə icarəyə verməyi, icarəçi isə texnikanı icarəyə götürüb qarşılığında müqavilə ilə razılaşdırılmış icarə haqqını müqavilədə müəyyən olunan qaydada və şərtlərlə icarəyə verənə ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən texnika üçün aylıq icarə haqqının məbləği müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə qeyd edilir. Həmin müqavilənin 3.2-ci maddəsinə əsasən texnikaların icarəsinə görə xidmət haqqı hər ay bitdikdən sonra 15 gün ərzində ödəniləcəkdir. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən tərəflər hazırkı müqavilə üzrə öz öhdəliklərini yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsinə görə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyır.
8. Tikinti texnikasının icarəsinə dair 11 mart 2024-cü il tarixli AİS-DYTT-110324 nömrəli müqaviləyə JVb1 nömrəli əlavənin: 1-ci bəndinə əsasən bu əlavə, İddiaçı MMC (İcarəyə verən) və “Dəmir Yumruq TT" MMC arasında bağlanmış Tikinti texnikasının icarəsinə dair xx.xx.2024-cü il tarixli AİS-DYTT-110324 nömrəli Müqavilənin (bundan sonra - Müqavilə) ayrılmaz tərkib hissəsidir və icarəyə verilən texnikanın Müqavilənin 1.1-ci bəndinə uyğun olaraq xüsusiyyətlərini və icarə müddətini və icarəyə görə ödənişin məbləğini müəyyən edir; 2-ci bəndinə əsasən müqaviləyə əsasən tərəflər Çalovlu ekskavator (Bekoloder) HUNDAİ H 940 S (dövlət qeydiyyat nişanı: AZ 1**-FY-***; buraxılış ili: 2013; mühərrikin nömrəsi: R003361 W; rəngi: sarı; şassi: HHKHU801 PD0000241) markalı tikinti texnikasını İcarəçiyə bir il müddətinə icarəyə verilməsi barədə razılığa gəlirlər; 3-cü bəndinə əsasən icarə haqqı texnikanın istifadə edildiyi tam ay (30 gün ərzində 28 gün) və ya günlərin sayına uyğun olaraq aşağıdakı qaydada hesablanır: 1) icarəyə verən tərəfindən elektron qaimənin göndərildiyi tarixdən etibarən 25 (iyirmi beş) gün ərzində ödəniləcəyi təqdirdə aylıq icarə haqqının məbləği 4200 (dörd min iki yüz) manat; 2) icarəyə verən tərəfindən elektron qaimənin göndərildiyi tarixdən 25 (iyirini beş) gündən gec, lakin 35 (otuz beş) gündən gec olmayaraq ödəniləcəyi təqdirdə aylıq icarə haqqının məbləği 4620 (doqquz min doqquz yüz) manat; 3) icarəyə verən tərəfindən elektron qaimənin göndərildiyi tarixdən 35 (otuz beş) gündən gec, lakin 45 (qırx beş) gündən gec olmayaraq ödəniləcəyi təqdirdə aylıq icarə haqqının məbləği 5040 (beş min qırx) manat; 4) İcarəyə verən tərəfindən elektron qaimənin göndərildiyi tarixdən 45 (qırx beş) gündən gec, lakin 55 (əlli beş) gündən gec olmayaraq ödəniləcəyi təqdirdə aylıq icarə haqqının məbləği 5460 (beş min dörd yüz altmış) manat; 5) İcarəyə verən tərəfindən elektron qaimənin göndərildiyi tarixdən 55 (əlli beş) gündən gec ödəniləcəyi təqdirdə isə aylıq icarə haqqının məbləği 6300 (altı min üç yüz) manat.
9. xx.xx.2024-cü il tarixli AİS-DYTT-110324 nömrəli xidmət müqaviləsi üzrə 1 nömrəli təhvil-təslim aktından görünür ki, "X1" MMC tərəfindən Cavabdeh MMC-yə Çalovlu ekskavator HUNDAİ H 940 S markalı tikinti texnikası 11 mart 2024-cü il tarixində icarəyə verən tərəfindən icarəçiyə təhvil verilmişdir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
10. xx.xx.2024-cü il tarixli AİS-DYTT-110324 nömrəli xidmət müqaviləsi üzrə xx.xx.2024-cü il tarixli, 3 nömrəli təhvil-təslim aktından görünür ki, "X1" MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2024-xx.xx.2024-cü il tarixləri üzrə ümumi dəyəri 2898,38 manat (ƏDV daxil) olan xidmət təhvil verilmişdir.
11. xx.xx.2024-cü il tarixli, EBEB seriyalı, 734194 nömrəli elektron qaimədə "X1" MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2898,38 manat (ƏDV daxil) təşkil etdiyi qeyd olunur. Qaimədə əsas kimi 03 nömrəli təhvil təslim aktı qeyd olunmuşdur.
12. xx.xx.2024-cü il tarixli, EBED seriyalı, 194866 nömrəli elektron qaimədə "X1" MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 579,68 manat (ƏDV daxil) təşkil etdiyi qeyd olunur (491,25 əsas + 88,43 ƏDV məbləği). Qaimədə əsas kimi Müqavilə AİS-DYTT-110324, Tarix xx.xx.2024, əlavə qeyd kimi Müqaviləyə Əlavə № 01 göstərilmişdir.
13. Təqdim olunmuş xx.xx.2024 tarixli, 2692 nömrəli ödəniş sənədindən görünür ki, cavabdeh tərəfindən iddiaçının hesabına 5568,75 manat ödəniş edilmiş, ödənişin təyinatı qrafasında **********/xx.xx.2024 tarixli, AİS DYTT 110324 sayli muqaviləyə əsasən texnika xidmet haqqi EBEB 734194 MT2406 11076114 sayli e-qaimeler, mart ve may edilmişdir.
14. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin xx.xx.2024-cü il tarixinədək ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmənin mövqeyi
17. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında xx.xx.2024-cü il tarixli, AİS-DYTT-110324 saylı icarə müqaviləsi, eləcə də həmin müqavilənin tərkib hissəsini təşkil edən müqaviləyə JVb1 nömrəli əlavədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdeh müqaviləyə əsasən icarə haqqının ödənilməsi ilə bağlı öhdəliklərini lazımi qaydada icra etməmişdir.
18. İddia tələbini cavabdehdən tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, AİS-DYTT-110324 saylı icarə müqaviləsi əsasında yaranmış 579,68 manat məbləğində borcun tutulması təşkil edir.
19. Belə ki, iddiaçı yuxarıda qeyd olunan əlavənin 3.3-cü bəndinə istinad etməklə, cavabdehə həmin bənddə nəzərdə tutulmuş nisbət üzrə əlavə ödənişlə bağlı xx.xx.2024cü ildə ƏDV daxil olmaqla, 579,68 manatlıq elektron qaimə təqdim edildiyini və həmin qaimə üzrə ödənişin edilmədiyini bildirmişdir.
20. Müəyyən olunur ki, xx.xx.2024-cü il tarixli, EBEB seriyalı, 734194 nömrəli elektron qaimə üzrə ödəniş xx.xx.2024 tarixdə edilmişdir. Həmin qaimə xx.xx.2024-cü il tarixli, 3 nömrəli təhvil-təslim aktı əsasında göndərilmişdir. 3 nömrəli təhvil-təslim aktında məbləğ 16 gün 3 saata görə hesablanmışdır. Aylıq icarə haqqının 4200 manat, günlük icarə haqqının 150 manat, saatlıq icarə haqqının 18,75 manat olduğu qeyd olunmuşdur. Təhvil-təslim aktı hər iki tərəfin möhürü, imzası ilə təsdiq edilmişdir.
21. Müqavilə şərtlərinə əsasən elektron qaimənin göndərildiyi vaxtdan 25 gün ərzində ödənişin edilməsi gecikmə sayılmır. Qeyd olunduğu kimi, xx.xx.2024-cü il tarixli, EBEB seriyalı, 734194 nömrəli elektron qaimə üzrə ödənişin edilməsi gecikdirilmiş, ona görə də iddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli, EBED seriyalı, 194866 nömrəli elektron qaimə göndərilmişdir.
22. Müqaviləyə JVb1 nömrəli əlavənin 3.3-cü bəndinə əsasən icarəyə verən tərəfindən elektron qaimənin göndərildiyi tarixdən 35 (otuz beş) gündən gec, lakin 45 (qırx beş) gündən gec olmayaraq ödəniləcəyi təqdirdə aylıq icarə haqqının məbləği 5040 (beş min qırx) manat təşkil edir.
23. Aylıq icarə haqqının məbləği 5040 manatdan hesablandıqda günlük icarə haqqının məbləğ 180 manat (5040:28=180), saatlıq icarə haqqının məbləği 22,5 (180:8=22,5) manat təşkil edir. Beləliklə, 16 gün 3 saata görə hesablanan icarə haqqının məbləği ƏDV xaric 2947,5 manat (16x180+22,5x3=2947,5) təşkil edir. Həmin məbləğdən ödənilən 2456,25 manat çıxıldıqda 491,25 manat (2947,5 - 2456,25=491,25) qalır. xx.xx.2024-cü il tarixli, EBED seriyalı, 194866 nömrəli elektron qaimə üzrə əsas borcun məbləği 491,25 manat, ƏDV məbləği 88,43 manat, ümumilikdə ƏDV daxil 579,68 manat təşkil edir.
24. Məhkəmə qanunvericilik normalarını, cavabdehin icarə müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, belə olan halda isə iddiaçının hazırkı məbləğin ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli və Cavabdeh MMC-dən 579,68 (beş yüz yetmiş doqquz manat altmış səkkiz qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Həmin borcun mövcudluğu aktlar, elektron qaimələr və təqdim olunmuş digər sübutlarla öz təsdiqini tapır.
25. Eləcə də, iddiaçı ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.
26. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsmunun əvəzi olaraq 30 (otuz) manat (iş üzrə ödənilməli olan dövlət rüsumu olmuşdur) məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 579,68 manat (beş yüz yetmiş doqquz manat altmış səkkiz qəpik) manat əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat olmaqla, cəmi 609,68 manat (altı yüz doqquz manat altmış səkkiz qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova