Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6493/2024 20.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı pul və əmlak tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: icarə müqaviləsi, əmlakın qaytarılması, icarə haqqının ödənilməsi) Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul və əmlak tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 12 oktyabr 2022-ci il tarixli, № 1035 saylı icarə müqaviləsinin ləğv olunması, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 12 oktyabr 2022-ci il tarixli, № 1035 saylı icarə müqaviləsi üzrə yaranmış 27411,2 manat və 4934 manat məbləğində ƏDV borcunun cavabdehdən tutularaq İddiaçı MMC-yə verilməsi, cavabdehə təqdim olunmuş və cəmi dəyəri 17805 manat olan əmlaklar, 1 ədədinin qiyməti 45 manat olan 34 ədəd (cəmi dəyəri 1530 manat) Qalas qalvaniz 2.40 URT, 1 ədədinin qiyməti 25 manat olan 17 ədəd (cəmi dəyəri 425 manat) Qalas taxta 3m, 1 m qiyməti 15 manat olan 275 m (cəmi dəyəri 4125 manat) iskələ Bakı yağmur dəsti (İskələ Bakı yağmur ayaq hissə ədəd 54, İskələ Bakı yağmur qısa qol 24 ədəd, İskələ Bakı yağmur uzun qol 42 ədəd), 1 m qiyməti 17 manat olan 650 m (cəmi dəyəri 11050 manat) İskələ H tipli URT, (İskələ H tipli ayaq URT 118 ədəd, iskələ H tipli qısa qol URT 123 ədəd), 1 m2 qiyməti 15 manat olan 45 m (cəmi dəyəri 675 manat) İskələ qalvaniz Altrad, (İskələ qalvaniz Altrad ayaq hissə 1.1*2 metr 8 ədəd, İskələ qalvaniz Altrad qısa qol 3.03sm 70 ədəd, İskələ qalvaniz Altrad uzun qol 3.66sm 11ədəd) və ya onların müvafiq olaraq dəyərinin cavabdehdən alınaraq İddiaçı MMC-yə verilməsi, hüquqi yardım üçün vəkilə ödənilən 300 (üç yüz) manat pulun və ödənilmiş 242 manat dövlət rüsumunun Cavabdehndən alınaraq İddiaçınə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 12 oktyabr 2022-ci il tarixli, № 1035 saylı iddiaçının əmlakının icarə verilməsinə dair müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən icarəyəverən ona məxsus olan əmlakı icarəçinin istifadəsinə verməyi, icarəçi isə bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə nəzərdə tutulmuş icarə haqqını, daşınma, quraşdırma/sökmə işlərinin ödənişini müəyyən edilmiş vaxtda və qaydada icarəyə verənə ödəməyi öhdəsinə götürür. Müqavilənin 3.4.2-ci bəndinə əsasən icarəçinin əmlakı bu müqavilənin müddəti başa çatdıqdan sonra vaxtında geri qaytarmaq vəzifəsi müəyyən edilmişdir. İcarə müqaviləsinə əlavə olunmuş müvafiq əlavələrdə icarəyə verilən əmlakların qiymətləri tərəflər arasında razılaşdırılmışdır. Bundan başqa, müqavilə üzrə öhdəliklər İddiaçı MMC tərəfindən tam şəkildə yerinə yetirilərək icarəyə verənə məxsus bir sıra əmlaklar müvafiq vaxtlarda aktlarla icarəçiyə təhvil verilmişdir. Hazırda cavabdehin qeyd olunan icarə müqaviləsi üzrə İddiaçı MMC-yə 27411,2 manat və 4934 manat məbləğində ƏDV borcu yaranmışdır. Bundan başqa, cavabdeh ona təhvil verilən və cəmi dəyəri 17805 manat olan əmlakları da geri qaytarmır: 1 ədədinin qiyməti 45 manat olan 34 ədəd (cəmi dəyəri 1530 manat) Qalas qalvaniz 2.40 URT; 1 ədədinin qiyməti 25 manat olan 17 ədəd (cəmi dəyəri 425 manat) Qalas taxta 3m; 1 m qiyməti 15 manat olan 275 m (cəmi dəyəri 4125 manat) iskələ Bakı yağmur dəsti (İskələ Bakı yağmur ayaq hissə ədəd 54, İskələ Bakı yağmur qısa qol 24 ədəd, İskələ Bakı yağmur uzun qol 42 ədəd); 1 m qiyməti 17 manat olan 650 m (cəmi dəyəri 11050 manat) İskələ H tipli URT; (İskələ H tipli ayaq URT 118 ədəd, iskələ H tipli qısa qol URT 123 ədəd); 1 m2 qiyməti 15 manat olan 45 m (cəmi dəyəri 675 manat) İskələ qalvaniz Altrad; (İskələ qalvaniz Altrad ayaq hissə 1.1*2 metr 8 ədəd, İskələ qalvaniz Altrad qısa qol 3.03 sm 70 ədəd, İskələ qalvaniz Altrad uzun qol 3.66sm 11ədəd). İcarə müqaviləsi üzrə xx.xx.2024-cü ilədək Cavabdeh MMC-nin İddiaçı MMC-yə 27411,2 manat əsas borc və 4934 manat məbləğində ƏDV borcu yaranmış, lakin cavabdeh borclarını ödəməmiş, eləcə də ona təhvil verilmiş mallardan 17805 manat dəyərində olan avadanlıqları bu günədək geri qaytarmamışdır. Cavabdehə müqavilə üzrə üzərinə düşən öhdəliyin yerinə yetirilməsi ilə bağlı xəbərdarlıqlar, pretenziyalar edilməsinə baxmayaraq, heç bir müsbət nəticə əldə olunmamışdır.
3. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 1035 saylı icarə müqaviləsi əsasında xx.xx.2023-cü il tarixədək yaranan 27411,2 manat və 4934 manat məbləğində ƏDV borcunun cavabdehdən tutularaq İddiaçı MMC-yə verilməsi, cavabdehə təqdim olunmuş və cəmi dəyəri 17805 manat olan əmlaklar: 1 ədədinin qiyməti 45 manat olan 34 ədəd (cəmi dəyəri 1530 manat) Qalas qalvaniz 2.40 URT, 1 ədədinin qiyməti 25 manat olan 17 ədəd (cəmi dəyəri 425 manat) Qalas taxta 3m, 1 m qiyməti 15 manat olan 275 m (cəmi dəyəri 4125 manat) iskələ Bakı yağmur dəsti (İskələ Bakı yağmur ayaq hissə ədəd 54, İskələ Bakı yağmur qısa qol 24 ədəd, İskələ Bakı yağmur uzun qol 42 ədəd), 1 m qiyməti 17 manat olan 650 m (cəmi dəyəri 11050 manat) İskələ H tipli URT, (İskələ H tipli ayaq URT 118 ədəd, iskələ H tipli qısa qol URT 123 ədəd), 1 m2 qiyməti 15 manat olan 45 m (cəmi dəyəri 675 manat) İskələ qalvaniz Altrad (İskələ qalvaniz Altrad ayaq hissə 1.1*2 metr 8 ədəd, İskələ qalvaniz Altrad qısa qol 3.03sm 70 ədəd, İskələ qalvaniz Altrad uzun qol 3.66sm 11ədəd) və ya onların müvafiq olaraq dəyərinin cavabdehdən alınaraq İddiaçı MMC-yə verilməsi, hüquqi yardım üçün vəkilə ödənilən 300 (üç yüz) manat pulun və ödənilmiş 242 manat dövlət rüsumunun Cavabdehndən alınaraq İddiaçınə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 421.2-ci maddələrinə istinad olunmuşdur.
5. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.
6. Cavabdehnə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
7. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
8. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, icarəyə verən qismində İddiaçı MMC ilə icarəçi qismində Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli, 1035 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən icarəyəverən ona məxsus olan əmlakı icarəçinin istifadəsinə verməyi, icarəçi isə bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə nəzərdə tutulmuş icarə haqqını, daşınma, quraşdırma/sökmə işlərinin ödənişini müəyyən edilmiş vaxtda və qaydada icarəyə verənə ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən aylıq icarə haqqı tərəflərin qarşılıqlı razılığına əsasən bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə müəyyən edilir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən müqavilə imzalandığı gündən qüvvəyə minir. İcarəyə verən müvafiq avadanlığı icarəyə təhvil verdikdən sonra icarə haqqının hesablanması başlayır. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən icarəçi icarə haqqını hər ayın ilk həftəsi növbəti ay üçün tam olaraq icarəyə verənə nağd ödəyir və va hesablaşma hesabına köçürür. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən bütün vergilər icarəçi tərəfindən ödənilir. Həmin müqavilənin 3.1.2-ci bəndinə əsasən icarə haqqının vaxtında odənilməsini icarəçidən tələb etmək icarəyəverənin hüququdur. Həmin müqavilənin 3.4.2-ci bəndinə əsasən icarəçinin əmlakı bu müqavilənin müddəti başa çatdıqdan sonra vaxtında geri qaytarmaq icarəçinin vəzifəsidir. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən müqavilə 1 il müddətinə bağlanır. Həmin müqavilənin 6.2-ci maddəsinə əsasən, müqaviləyə xitam verilməsi ilə bağlı tərəflər bir-birini xəbərdarlıq etməzlərsə, müqavilə eyni müddətə eyni şərtlərlə uzadılmış hesab edilir.
9. xx.xx.2022-ci il tarixli, 1035 nömrəli icarə müqaviləsinə 1 saylı əlavədən görünür ki, 1 ədəd H tipli ayaqaltı iskələnini icarə haqqı 2 manat müəyyənləşdirilmişdir.
10. xx.xx.2022-ci il tarixli, 1035 nömrəli icarə müqaviləsinə 2 saylı əlavədən görünür ki, 1 m2 iskələ Bakı yağmurun icarə qiyməti 2 manat, 1 ədəd 3,85 m dirəyin icarə qiyməti 1 manat, 1 top setka təhlükəsizlik torun icarə qiyməti 90 manat, 1 paçka zajim plasmast 5*300 PS150/100 icarə qiyməti 13 manat, 1 m2 iskələ qalvaniz Altradın icarə qiyməti 2 manat müəyyənləşdirilmişdir.
11. xx.xx.2022-ci il tarixli, 1035 nömrəli icarə müqaviləsinə 3 saylı əlavədən görünür ki, 1 ədəd 5.7 m dirəyin icarə qiyməti 1,5 manat, 1 ədəd 4.5 m dirəyin icarə qiyməti 1,5 manat müəyyənləşdirilmişdir.
12. xx.xx.2022-ci il tarixli, 1 nömrəli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən 600 m2 iskələ H tipli URT, 126 ədəd İskələ H tipli ayaq URT, 180 ədəd İskələ H tipli qısa qol URT, 60 ədəd İskələ H tipli uzun qol URT, 60 ədəd Alt ayar mili 38, 30 ədəd Alt pimli profil, 100 ədəd Qalas qalvaniz 2.40 URT, 5 ədəd Qalas nərdivanlı 2.5 URT, 120 ədəd Xamut Fırlanan Cavabdeh MMC-yə təhvil verilmişdir.
13. Xidmətlərin həyata keçirilməsinə dair xx.xx.2021-ci il tarixli, 1035 nömrəli müqaviləyə əsasən xx.xx.2022-ci il tarixinə kimi yerinə yetirilən işlərin qəbul aktına əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 2450 manat dəyərində avadanlıq icarəyə verilmişdir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
14. Xidmətlərin həyata keçirilməsinə dair xx.xx.2021-ci il tarixli, 1035 nömrəli müqaviləyə əsasən xx.xx.2022-ci il tarixinə kimi yerinə yetirilən işlərin qəbul aktına əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə icarəyə verilən ayaqaltı iskələ sistemlərinin aylıq icarə haqqı ƏDV daxil olmaqla 2997,2 manat təşkil etmişdir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
15. Xidmətlərin həyata keçirilməsinə dair xx.xx.2021-ci il tarixli, 1035 nömrəli müqaviləyə əsasən xx.xx.2022-ci il tarixinə kimi yerinə yetirilən işlərin qəbul aktına əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 2540 manat dəyərində avadanlıq icarəyə verilmişdir.
16. İcarəyə götürülən mallar üzrə hesablanan icarə dəyəri haqqında PR2739-2210 nömrəli hesabatdan məlum olur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə icarəyə verilmiş 600 m2 İskələ H tipli URT ümumilikdə icarə haqqı ƏDV daxil ümumi dəyəri 2832 manat olan icarəyə verilmişdir. Hesabat tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
17. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi xidmətlər haqqında PR2739- 2211 nömrəli aktdan görünür ki, İddiaçı MMC tərəfindən göstərilən xidmətlərin dəyəri ƏDV daxil 3705.2 manat təşkil edir.
18. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi xidmətlər haqqında PR2739- 2212 nömrəli aktdan görünür ki, İddiaçı MMC tərəfindən göstərilən xidmətlərin dəyəri ƏDV daxil 5664 manat təşkil edir.
19. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi xidmətlər haqqında PR2739- 2301 nömrəli aktdan görünür ki, İddiaçı MMC tərəfindən göstərilən xidmətlərin dəyəri ƏDV daxil 5664 manat təşkil edir.
20. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi xidmətlər haqqında PR2739- 2304 nömrəli aktdan görünür ki, İddiaçı MMC tərəfindən göstərilən xidmətlərin dəyəri ƏDV daxil 10165,7 manat təşkil edir.
21. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi xidmətlər haqqında PR2739- 2305 nömrəli aktdan görünür ki, İddiaçı MMC tərəfindən göstərilən xidmətlərin dəyəri ƏDV daxil 9411,46 manat təşkil edir.
22. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi xidmətlər haqqında PR2739- 2306 nömrəli aktdan görünür ki, İddiaçı MMC tərəfindən göstərilən xidmətlərin dəyəri ƏDV daxil 9617 manat təşkil edir.
23. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi xidmətlər haqqında PR2739- 2307 nömrəli aktdan görünür ki, İddiaçı MMC tərəfindən göstərilən xidmətlərin dəyəri ƏDV daxil 9590,73 manat təşkil edir.
24. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi xidmətlər haqqında PR2739- 2308 nömrəli aktdan görünür ki, İddiaçı MMC tərəfindən göstərilən xidmətlərin dəyəri ƏDV daxil 6372 manat təşkil edir.
25. xx.xx.2023-cü il tarixdən 30.011.2023-cü il tarixə kimi xidmətlər haqqında PR2739-2311L nömrəli aktdan görünür ki, İddiaçı MMC tərəfindən göstərilən xidmətlərin dəyəri ƏDV daxil 4130 manat təşkil edir.
26. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi xidmətlər haqqında PR2739- 2311Ş nömrəli aktdan görünür ki, İddiaçı MMC tərəfindən göstərilən xidmətlərin dəyəri ƏDV daxil 755 manat təşkil edir.
27. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi xidmətlər haqqında PR2739- 2312L nömrəli aktdan görünür ki, İddiaçı MMC tərəfindən göstərilən xidmətlərin dəyəri ƏDV daxil 4130 manat təşkil edir.
28. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixli, 1035 saylı müqavilə üzrə xx.xx.2023-cü ilədək Cavabdeh MMC-nin 27411,2 manat icarə haqqı və 4934 manat məbləğində ƏDV borcu yaranmışdır. Cavabdeh MMC-yə təhvil verilmiş mallardan 17805 manat dəyərində olan avadanlıqları: 1 ədədinin qiyməti 45 manat olan 34 ədəd (cəmi dəyəri 1530 manat) Qalas qalvaniz 2.40 URT; 1 ədədinin qiyməti 25 manat olan 17 ədəd (cəmi dəyəri 425 manat) Qalas taxta 3m; 1 m2 qiyməti 15 manat olan 275 m2 (cəmi dəyəri 4125 manat) iskələ Bakı yağmur dəsti; 1 m2 qiyməti 17 manat olan 650 m2 İskələ H tipli URT; 1 m2 qiyməti 15 manat olan 45 m2 İskələ qalvaniz Altrad bu günədək geri qaytarılmamışdır.
29. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, 3 gün müddətində borcun ödənilməsi və əmlakların qaytarılması tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq
30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 697.1-ci maddəsinə əsasən kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmənin mövqeyi
32. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında xx.xx.2022-ci il tarixli, 1035 nömrəli icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, Cavabdeh MMC müqaviləyə əsasən icarə haqqının ödənilməsi ilə bağlı öhdəliklərini lazımi qaydada icra etməmişdir. Belə ki, müqaviləyə əsasən iddiaçı ona məxsus əmlakı cavabdehə icarəyə vermiş, cavabdeh isə icarə haqqını (eyni zamanda müqavilədə nəzərdə tutulmuş daşınma xərclərini) ödəməmişdir.
33. İddia tələbinin bir hissəsini cavabdehdən 27411,2 əsas, 4934 manat ƏDV borcunun tutulmasını xahiş edir.
34. Əvvəla, qeyd olunmalıdır ki, iddiaçı məhkəməyə hər iki tərəfin təsdiq etdiyi xidmətlər haqqında aktlar təqdim etmişdir. Həmin aktlar üzrə hesablanan məbləğlərin tam şəkildə ödənilməsi (aktlar üzrə məbləğlər hazırkı iddia tələbindən çoxdur) ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Ona görə də qəbul olunur ki, cavabdehin müqavilə üzrə 27411,2 əsas, 4934 manat ƏDV borcu vardır və həmin borc xx.xx.2023-cü il tarixədək olan dövrü əhatə edir. İddiaçı xx.xx.2023-cü ilədək yaranmış borcun tutulmasını xahiş etmişdir. İddia tələbində qeyd olunan əmlakların cavabdehə təhvil verilməsi təhvil-təslim aktları ilə öz təsdiqini tapır və həmin əmlaklar iddiaçıya qaytarılmamışdır. Ona görə də məhkəmənin qənaətinə əsasən iddiaçı icarə müqavilə üzrə haqqın ödənilməsi ilə bağlı tələbi cavabdehə qarşı irəli sürməkdə haqlı olmuşdur.
35. Məhkəmə qanunvericilik normalarını, cavabdehlərin icarə müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli və Cavabdeh MMC-dən 27411,20 manat (iyirmi yeddi min dörd yüz on bir manat iyirmi qəpik) və ƏDV borcu olaraq 4934 (dörd min doqquz otuz dörd) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
36. Eyni zamanda iddiaçı cavabdehə təqdim olunmuş və cəmi dəyəri 17805 manat olan əmlaklar, 1 ədədinin qiyməti 45 manat olan 34 ədəd (cəmi dəyəri 1530 manat) Qalas qalvaniz 2.40 URT, 1 ədədinin qiyməti 25 manat olan 17 ədəd (cəmi dəyəri 425 manat) Qalas taxta 3m, 1 m qiyməti 15 manat olan 275 m (cəmi dəyəri 4125 manat) iskələ Bakı yağmur dəsti (İskələ Bakı yağmur ayaq hissə ədəd 54, İskələ Bakı yağmur qısa qol 24 ədəd, İskələ Bakı yağmur uzun qol 42 ədəd), 1 m qiyməti 17 manat olan 650 m (cəmi dəyəri 11050 manat) İskələ H tipli URT, (İskələ H tipli ayaq URT 118 ədəd, iskələ H tipli qısa qol URT 123 ədəd), 1 m2 qiyməti 15 manat olan 45 m (cəmi dəyəri 675 manat) İskələ qalvaniz Altrad, (İskələ qalvaniz Altrad ayaq hissə 1.1*2 metr 8 ədəd, İskələ qalvaniz Altrad qısa qol 3.03sm 70 ədəd, İskələ qalvaniz Altrad uzun qol 3.66sm 11ədəd) və ya onların müvafiq olaraq dəyərinin cavabdehdən alınaraq İddiaçı MMC-yə verilməsini xahiş etmişdir.
37. Bununla bağlı məhkəmə qeyd edir ki, əvvəla, xx.xx.2024-cü il tarixli pretenziya məktubunda pul tələbi ilə yanaşı, əmlakların da geri qaytarılması tələb olunmuşdir ki, bu da iddiaçının cavabdehlə müqavilə münasibətlərinin davam etdirilmək niyyətində olmaması, müqavilədən imtina etmək niyyəti kimi qəbul edilməlidir.
38. Tərəflər arasında imzalanmış təhvil-təslim aktı və xidmətlər haqqında aktlar ilə müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə qeyd olunan əmlaklar təhvil verilmişdir. Ona görə də iddia tələbi sözügedən hissədə qismən təmin edilməli və Cavabdeh MMC-yə təhvil verilmiş 34 ədəd Qalas qalvaniz 2.40 URT; 17 ədəd Qalas taxta 3m; 275 m2 iskələ Bakı yağmur dəsti (İskələ Bakı yağmur ayaq hissə ədəd 54, İskələ Bakı yağmur qısa qol 24 ədəd, İskələ Bakı yağmur uzun qol 42 ədəd); 600 m2 İskələ H tipli URT (İskələ H tipli ayaq URT 118 ədəd, iskələ H tipli qısa qol URT 123 ədəd); 45 m2 İskələ qalvaniz Altrad (İskələ qalvaniz Altrad ayaq hissə 1.1*2 metr 8 ədəd, İskələ qalvaniz Altrad qısa qol 3.03sm 70 ədəd, İskələ qalvaniz Altrad uzun qol 3.66sm 11ədəd) alınaraq İddiaçınə geri qaytarılmalıdır. Eyni zamanda iddiaçı tərəfindən əmlakların dəyəri ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi hazırda bütün əmlakların yerində olduğunu bildirmişdir. Ona görə də əmlaklar olmadığı təqdirdə onların dəyərinin cavabdehdən tutulması hissəsində iddia tələbi təmin edilməməlidir.
39. Eləcə də, iddiaçı hüquqi yardım üçün vəkilə ödənilən 300 manat pulun və ödənilmiş 242 manat dövlət rüsumunun cavabdehlərdən onun xeyrinə tutulmasını xahiş etmişdir.
40. Məhkəmə hesab edir ki, cavabdehlərdən birgə qaydada 300 (üç yüz) manat məbləğində hüquqi yardım xərci və ödənilmiş tələbə mütənasib olaraq ödənilmiş dövlət rüsmunun əvəzi olaraq 155,08 manat (yüz əlli beş manat səkkiz qəpik) məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
41. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 12 oktyabr 2022-ci il tarixli, 1035 saylı icarə müqaviləsi üzrə yaranmış 27411,20 manat (iyirmi yeddi min dörd yüz on bir manat iyirmi qəpik) və 4934 (dörd min doqquz otuz dörd) manat olmaqla, cəmi 32345,20 manat (otuz iki min üç yüz qırx beş manat iyirmi qəpik) məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. Cavabdehnə təhvil verilmiş 34 ədəd Qalas qalvaniz 2.40 URT; 17 ədəd Qalas taxta 3m; 275 m2 iskələ Bakı yağmur dəsti (İskələ Bakı yağmur ayaq hissə ədəd 54, İskələ Bakı yağmur qısa qol 24 ədəd, İskələ Bakı yağmur uzun qol 42 ədəd); 600 m2 İskələ H tipli URT (İskələ H tipli ayaq URT 118 ədəd, iskələ H tipli qısa qol URT 123 ədəd); 45 m2 İskələ qalvaniz Altrad (İskələ qalvaniz Altrad ayaq hissə 1.1*2 metr 8 ədəd, İskələ qalvaniz Altrad qısa qol 3.03sm 70 ədəd, İskələ qalvaniz Altrad uzun qol 3.66sm 11ədəd) alınaraq İddiaçınə geri qaytarılsın. Cavabdehndən 300 (üç yüz) manat məbləğində hüquqi yardım xərci, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 155,08 manat (yüz əlli beş manat səkkiz qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova