Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-650/2022 14.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MTK-ya, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı xx.xx.2014-cü il tarixli, 17 L000004466 saylı kredit xətti müqaviləsinə, xx.xx.2014-cü il tarixli 17 R000007524 saylı kredit razılaşmasına və xx.xx.2015-ci il tarixli 017 R********** saylı kredit razılaşmasına xitam verilməsi və s. tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MTK-ya, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il tarixli 17L000004466 saylı krеdit xətti müqaviləsinə, xx.xx.2014-cü il tarixli 17R000007524 saylı krеdit razılaşmasına və xx.xx.2015-ci il tarixli 017R********** saylı krеdit razılaşmasına xitam verilməsi, cavabdеhlər Cavabdeh5, Cavabdeh8, Cavabdeh6, Cavabdeh3 MTK-dan, Cavabdeh4, Cavabdeh1 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə - 17R000007524 saylı krеdit razılaşması üzrə 326.064,39 ABŞ dolları məbləğində krеdit bоrcu, 219.419,88 ABŞ dolları məbləğində faiz bоrcu və 30.000 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 575.484,27 ABŞ dolları borcun, - 017R********** saylı krеdit razılaşması üzrə 131.038,44 ABŞ dolları məbləğində krеdit bоrcu, 82.949,14 ABŞ dolları məbləğində faiz bоrcu və 10.000 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 223.987,58 ABŞ dolları borcun, hər iki kredit razılşması üzrə ümumilikdə cəmi 799.471,85 ABŞ dolları məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 1060 manat dövlət rüsumunun, mediasiya prosesi ilə bağlı ödənilmiş 410 manat xərcin, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 30 manat rüsum və 180 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh5 məxsus ünvan 3anov rayonu, İbrahimpaşa Dadaşov küçəsi 57 nömrəli evin 98a saylı mənzilinə, ünvan 3anov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 57 ünvanında yerləşən 177,6 m2 ümumi sahədən ibarət qeyri yaşayış sahəsinə və Cavabdeh1 məxsus olan Abşeron rayonu, Xırdalan şəhərində yerləşən yaşayış məntəqələrinin torpaqları kateqoriyalı 0,70 ha sahədən ibarət torpaq sahəsinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 799.471,85 ABŞ dolları borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 1060 manat dövlət rüsumunun, mediasiya prosesi ilə bağlı ödənilmiş 410 manat xərcin, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 30 manat rüsumun və 180 manat xidmət haqqının bankın xeyrinə ödənilməsi, hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh5, Cavabdeh8, Cavabdeh6, Cavabdeh3 MTK-dan, Cavabdeh4, Cavabdeh1 müştərək qaydada "xxxx" QSC-nin xeyrinə tutulması, ünvan 3anov rayonu, İbrahimpaşa Dadaşov küçəsi 57 nömrəli evin 98a saylı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh5 və Cavabdeh7 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, ünvan 3anov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 57 ünvanında yerləşən 177,6 m2 ümumi sahədən ibarət qeyri yaşayış sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra qeyri yaşayış sahəsinin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən yaşayış məntəqələrinin torpaqları kateqoriyalı 0,70 ha sahədən ibarət torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə çıхarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh5 "xxxx" QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 17L000004466 saylı krеdit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 10.000.000 ABŞ Dolları məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq Krеdit razılaşması ilə müəyyən оlunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh5 "xxxx" QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 17R000007524 saylı krеdit razılaşması əsasında 60 ay müddətinə, aylıq faiz dərəcəsi 1.25% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 500.000 ABŞ Dolları məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 17R000007524S saylı, xx.xx.2016-cı il tarixli 17R000007524SA saylı, xx.xx.2017ci il tarixli 17R000007524SB saylı, xx.xx.2017-ci il tarixli 17R000007524SC saylı, xx.xx.2017-ci il tarixli 17R000007524SD saylı, xx.xx.2019-cu il tarixli 17R000007524SF saylı, xx.xx.2020-ci il tarixli 17R000007524SH saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh5 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2021-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh5 götürdüyü krеdit bоrcundan 173935.61 ABŞ dolları ödəmiş, onun 326.064,39 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh5 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2021-ciiltarixə 244 gün üçün hesablanmış faiz borcu 219.419,88 ABŞ dolları təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2021-ci il tarixə 244 gün üçün hеsablanmış cərimə 30000 ABŞ Dolları təşkil edir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh5 "xxxx" QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli 017R********** saylı krеdit razılaşması əsasında 60 ay müddətinə, aylıq faiz dərəcəsi 1.25% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 200.000 ABŞ dolları məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 017R**********S saylı, xx.xx.2016-cı il tarixli 017R**********SA saylı, xx.xx.2017-ci il tarixli 017R**********SB saylı, xx.xx.2017-ci il tarixli 017R**********SC saylı, xx.xx.2017-ci il tarixli 017R**********SD saylı, xx.xx.2019-cu il tarixli 017R**********SF saylı, xx.xx.2020-ci il tarixli 017R**********SH saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh5 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu vəfaiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2021-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh5 götürdüyü krеdit bоrcundan 68.961,56 ABŞ dolları ödəmiş, onun 131.038,44 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirirlər ki, Cavabdeh5 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2021-ci il tarixə 244 gün üçün hesablanmış faiz borcu 82.949,14 ABŞ dolları təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2021ci il tarixə 244 gün üçün hеsablanmış cərimə 10.000 ABŞ dolları təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Krеdit xətti müqaviləsi üzrə Cavabdeh5 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh8, Cavabdeh6, Cavabdeh3 MTK, Cavabdeh4, Cavabdeh1 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən krеdit хətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh5 ilə birgə məsuliyyət daşıyır və krеdit хətti müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. Krеdit xətti müqaviləsi üzrə Cavabdeh5 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh5 İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 17M000000768 nömrəli ipoteka müqaviləsi əsasında Bakı şəhəri Nərimanov rayonu İbrahimpaşa Dadaşov küçəsi 57 nömrəlievin 98a saylı mənzilini İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş 2179 №-li reyestr kitabının 201936 №-li vərəqində qeydiyyata alınmış və RX ******* №-li çıxarışa əsasən Bakı şəhəri Nərimanov rayonu İbrahimpaşa Dadaşov küçəsi 57 nömrəlievin 98a saylı mənzilinin Cavabdeh5 kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan "xxxx" QSC tərəfindən cavabdeh-ipoteka verən Cavabdeh5 İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2021-ci il tarixdə bildiriş göndərilmişdir. “İpoteka haqqında” Qanunun 36.1ci maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim olunmuş və xx.xx.2021-ci il tarixdə həmin idarədə qeydəalınmışdır. İddiaçı "xxxx" QSC ipoteka bildirişinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı ödəmişdir. Bakı şəhəri Nərimanov rayonu İbrahimpaşa Dadaşov küçəsi 57 nömrəli evin 98a saylı mənzili İddiaçı QSC qarşısında ipoteka ilə yüklü edilərkən ipoteka qoyanın arvadı Cavabdeh7 notariat kontoruna ərizə təqdim edərək ipoteka predmetinə tutma yönəldiləcəyi təqdirdə əmlakı qeyd şərtsiz boşaltmağı öhdəsinə götürmüşdür. Krеdit xətti müqaviləsi üzrə Cavabdeh5 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh5 İddiaçı QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli 017M**********01 nömrəli ipoteka müqaviləsi əsasında ünvan 1 ünvanında yerləşən 177,6 m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsini İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş 143№-li reyestr kitabının 13393№-li vərəqində qeydiyyata alınmış və RX ******* №-li çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 177,6 m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin Cavabdeh5 kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan "xxxx" QSC tərəfindən cavabdeh-ipoteka verən Cavabdeh5 “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2021-ci il tarixdə bildiriş göndərilmişdir. “İpoteka haqqında” Qanunun 36.1-ci maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönədilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim olunmuş və xx.xx.2021-ci il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı "xxxx" QSC ipoteka bildirişinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 120 manat xidmət haqqı ödəmişdir. ünvan 1 ünvanında yerləşən 177.6 m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi AccessBank QSC qarşısında ipoteka ilə yüklü edilərkən ipoteka qoyanın həyat yoldaşı Cavabdeh7 notariat kontoruna ərizə təqdim edərək ipoteka predmetinə tutma yönəldiləcəyi təqdirdə əmlakı qeyd-şərtsiz boşaltmağı öhdəsinə götürmüşdür. Krеdit xəttimüqaviləsi üzrə Cavabdeh5 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 17M000000769 nömrəli ipoteka müqaviləsi əsasında Abşeron rayonu Xırdalan şəhərində yerləşən yaşayış məntəqələrinin torpaqları kateqoriyalı 0,70 ha sahədən ibarət torpaq sahəsini İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 646 №-li reyestr kitabının 91№-li vərəqində qeydiyyata alınmış və RX 0470708№-li çıxarışa əsasənAbşeron rayonu Xırdalan şəhərində yerləşən yaşayış məntəqələrinin torpaqları kateqoriyalı 0,70 ha sahədən ibarət torpaq sahəsinin Cavabdeh5 kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyataalınmışdır. İpoteka saxlayan "xxxx" QSC tərəfindən cavabdeh-ipoteka verən Cavabdeh1 “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2021-ci il tarixdə bildiriş göndərilmişdir. “İpoteka haqqında” Qanunun 36.1-cimaddəsinə əsasən ipoteka predmetinə tutmanın yönədilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə təqdim olunmuş və xx.xx.2021-ci il tarixdə həmin idarədə qeydəalınmışdır. İddiaçı "xxxx" QSC ipoteka bildirişinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı ödəmişdir. Abşeron rayonu Xırdalan şəhərində yerləşən yaşayış məntəqələrinin torpaqları kateqoriyalı 0,70 ha sahədən ibarət torpaq sahəsinin İddiaçı QSC qarşısında ipoteka ilə yüklü edilərkən ipoteka qoyanın həyat yoldaşı Cavabdeh2 notariat kontoruna ərizə təqdim edərək ipoteka predmetinə tutma yönəldiləcəyi təqdirdə əmlakı qeyd şərtsiz boşaltmağı öhdəsinə götürmüşdür. Bu kommersiya mübahisəsi olduğundan məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iddiaçı tərəf iştirak etmiş, lakin cavabdeh tərəflər iştiak etməmişdir. Bu barədə xx.xx.2021-ci il tarixli arayış verilmişdir. Mediasiya xərcləri olaraq bank tərəfindən 410 manat haqq ödənilmişdir. xx.xx.2022-ci il tarixdə Cavabdeh5 nümayəndəsi və vəkili ərizə ilə müraciət edərək Cavabdeh5 vergi ödəyicisi kimi qeydiyyatdan keçdiyi halda, mübahisənin onun sahibkarlıq fəaliyyəti ilə bağlı olmadığını, işdə iştirak edən şəxslərin əksəriyyətinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığını bildirmiş və iddia ərizəsinin baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə rədd edilmişdir. Cavabdeh5 nümayəndəsi və vəkili şikayət verərək iş üzrə Bakı Kommersiya Məhkəməsinin 25 fevral 2022-ci il tarixli, e-2(113)-650/2022 saylı qərardadının ləğv edilib, işin baxılması üçün məhkəmə aidiyyəti üzrə Nərimanov rayon Məhkəməsinə göndərilməsi, əks təqdirdə şikayətin işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Cavabdeh5 şikayəti təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Ali Məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarının qarışıq tərkibinin 2-2(102)-323/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə Cavabdeh5 şikayəti təmin edilmiş və iş üzrə Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 25 fevral tarixli e-2-2(113)-650/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmış, iş mahiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı QSC-nin Xırdalan filialı (kredit verən) ilə Cavabdeh5 (kredit alan) arasında bağlanmış 19 avqust 2014-cü il tarixli, 17L000004466 saylı kredit xətti müqaviləsinə əsasən bank müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kredit alana 10.000.000 ABŞ dolları məbləğində kredit xəttini açır. Kreditlər tərəflər arasında kredit razılaşması, bank qarantiyası verilməsi haqqında müqavilə» və akkreditiv açılması üçün razılaşma formasında bağlanacaq ayrıca razılaşma əsasında veriləcək. Bu müqavilə bankın kredit vermək vədini ifadə etmir. Həmin müqavilənin: 1.2-ci bəndinə əsasən bu müqavilə və kredit razılaşmaları əsasında istənilən məbləğ (120 ay) 19 avqust 2024-cü il tarixdən gec olmayaraq verilməlidir. 1.4-cü bəndinə əsasən verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və bu müqavilənin ayrılmaz hissəsi olan kredit razılaşmaları ilə müəyyən edilir. 1.5-ci bəndinə əsasən kredit alan hər bir kredit üzrə əsas kredit məbləğini, faizi, xərcləri və başqa məsrəfləri müvafiq kredit razılaşmasında göstərilmiş və onun ayrılmaz hissəsi olan ödəniş planına uyğun olaraq banka qaytarmağı öz öhdəsinə götürür. 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən krеdit alan bu müqavilə əsasında verilmiş hər hansı bir kredit borcunu, faizi və digər ödənişləri qaytarma planına uyğun olaraq qaytara bilmədikdə kredit verən bu müqaviləyə vaxtından əvvəl xitam vеrmək və hər bir qaytarmalı kredit üçün kredit borcunu, faizi, xərcləri və başqa məsrəfləri kredit alandan qaytarmağı tələb еtmək hüququna malikdir. 4.4-cü bəndinə əsasən tərəflər bu müqavilə üzrə bütün öhdəliklərini tam icra edənədək bu müqavilə qüvvədədir. Kredit xətti müqaviləsi hər iki tərəfin imzası və "xxxx" QSC-nin möhürü ilə təsdiq edilmişdir. Cavabdeh5 xidmət fəaliyyəti ilə bağlı 1.500.000 ABŞ dolları fərdi kiçik kreditin verilməsi üçün "xxxx" QSC-yə fərdi sahibkar üçün olan kredit ərizəsi ilə müraciət etmişdir. Kredit ərizəsində Cavabdeh5 şəxsiyyətini təsdiq edən sənədin nömrəsi ilə yanaşı vergi ödəyicisinin nömrəsi də (VÖEN) qeyd edilmişdir. "xxxx" QSC-nin Xırdalan filialı (kredit verən) ilə Cavabdeh5 (kredit alan) arasında bağlanmış 19 avqust 2014-cü il tarixli, 17L000004466 saylı kredit xətti müqaviləsi üzrə 17R000007524 saylı, xx.xx.2014-cü il tarixli kredit razılaşmasından görünür ki: 1.1-ci bəndinə əsasən bank məbləği 500.000 ABŞ dolları olan krediti aylıq faiz dərəcəsi 1.25 % olmaqla 60 ay müddətinə kredit alana vermişdir. 1.2-ci bəndinə əsasən kredit alan bu kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öz öhdəsinə götürmüşdür. 1.3-cü bəndinə əsasən kredit alana kredit aşağıda göstərilmiş məqsəd üçün verilir və kredit alan kreditdən yalnız bu məqsəd üçün istifadə etməlidir: Fərdi mikro kredit. 2.1-ci bəndinə əsasən bank krediti kredit alanın AZ70ACAB******************** cari hesabına köçürür. Kreditin kredit alanın hesabına köçürüldüyü tarix kreditin verildiyi tarix hesab olunur. 2.2-ci bəndinə əsasən bank 5000 ABŞ dolları məbləğində kreditin verilməsi üçün komisyon haqqı hesablayır. Kredit verilməsi üçün bu haqq ödənildikdən sonra kredit verilir. 2.3-cü bəndinə əsasən faiz, qaytarılmalı kredit məbləği üzrə hər gün üçün Bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. 2.4-cü bəndinə əsasən faktiki illik faiz dərəcəsi FİFD 15.43 % təşkil edir. 4.2.2-ci bəndinə əsasən kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,5% məbləğində cərimə ödəməyə borcludur. Müqavilədə giriş hissəsində kredit alan Cavabdeh5 məlumatları kimi şəxsiyyət vəsiqəsinin nömrəsi ilə yanaşı VÖEN-i də göstərilmişdir. Kredit razılaşması hər iki tərəfin imzası və "xxxx" QSC-nin möhürü ilə təsdiq edilmişdir. "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli ödəniş sənədi ilə müəyyən edilir ki, 500.000 ABŞ dolları kredit (komissiya 5000 ABŞ dolları) Cavabdeh5 AZ24ACAB******************** nömrəli hesabına köçürülmüşdür. Ödəniş sənədi bankın imzası və möhürü və kredit alanın imzası ilə təsdiq edilmişdir. "xxxx" QSC-nin Xırdalan filialı (kredit verən) ilə Cavabdeh5 (kredit alan) arasında kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsi haqqında xx.xx.2015-ci il tarixli 17R000007524S saylı saziş bağlanmışdır. Həmin sazişə əsasən tərəflər razılaşma üzrə aşağıdakılar barədə razılığa gəlmişlər: Bank ilə kredit alan arasında 19 avqust 2014-cü il tarixli 17L000004466 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 26 avqust 2014-cü il tarixdə bağlanmış 17R000007524 saylı kredit razılaşması əsasında kredit alan, kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan xx.xx.2015-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. Xarici valyutada verilmiş kredit xətti üzrə ödənişləri kredit alan xarici valyutanın məzənnəsinin artmasından və ya azalmasından asılı olmayaraq həmin xarici valyutada da banka ödəməlidir. Saziş hər iki tərəfin imzası və bankın möhürü ilə təsdiq edilmişdir. 17L000004466 saylı kredit xətti müqaviləsi üzrə 17R000007524 saylı kredit razılaşmasının xx.xx.2015-ci il olan ödəniş planına əsasən Cavabdeh5 tərəfindən kredit razılaşması üzrə xx.xx.2020-ci il tarixənədək ödəyəcək əsas məbləğ 459763.15 ABŞ dolları, faizin məbləği 192065.15 ABŞ dolları, cəmi ödəniləcək məbləğ 653695,42 ABŞ dollatı müəyyən edilmişdir. Ödəniş planı kredit alan və kredit verənlə yanaşı zamin və ipoteka qoyan Cavabdeh1 tərəfindən də imzalanmışdır. "xxxx" QSC-nin Xırdalan filialı (kredit verən) ilə Cavabdeh5 (kredit alan) arasında kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsi haqqında xx.xx.2016-cı il tarixli 17R000007524SA saylı saziş bağlanmışdır. Həmin sazişə əsasən tərəflər razılaşma üzrə aşağıdakılar barədə razılığa gəlmişlər: Bank ilə kredit alan arasında 19 avqust 2014-cü il tarixli 17L000004466 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 26 avqust 2014-cü il tarixdə bağlanmış 17R000007524 saylı kredit razılaşması əsasında kredit alan, kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan xx.xx.2016-cı il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. Xarici valyutada verilmiş kredit xətti üzrə ödənişləri kredit alan xarici valyutanın məzənnəsinin artmasından və ya azalmasından asılı olmayaraq həmin xarici valyutada da banka ödəməlidir. Saziş hər iki tərəfin imzası və bankın möhürü ilə təsdiq edilmişdir. 17L000004466 saylı kredit xətti müqaviləsi üzrə 17R000007524 saylı kredit razılaşmasının xx.xx.2016-cı il olan ödəniş planına əsasən Cavabdeh5 tərəfindən kredit razılaşması üzrə xx.xx.2020-ci il tarixənədək ödəyəcək əsas məbləğ 459763.15 ABŞ dolları, faizin məbləği 173850,6, ABŞ dolları ödənilməmiş fazi/cərimə məbləği 57969,88 ABŞ dolları, cəmi ödəniləcək məbləğ 691583,63 ABŞ dolları müəyyən edilmişdir. Ödəniş planı kredit alan və kredit verənlə yanaşı zamin və ipoteka qoyan Cavabdeh1 tərəfindən də imzalanmışdır. "xxxx" QSC-nin Xırdalan filialı (kredit verən) ilə Cavabdeh5 (kredit alan) arasında kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsi haqqında xx.xx.2017-ci il tarixli 17R000007524SB saylı saziş bağlanmışdır. Həmin sazişə əsasən tərəflər razılaşma üzrə aşağıdakılar barədə razılığa gəlmişlər: Bank ilə kredit alan arasında 19 avqust 2014-cü il tarixli 17L000004466 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 26 avqust 2014-cü il tarixdə bağlanmış 17R000007524 saylı kredit razılaşması əsasında kredit alan, kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan xx.xx.2017-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. Xarici valyutada verilmiş kredit xətti üzrə ödənişləri kredit alan xarici valyutanın məzənnəsinin artmasından və ya azalmasından asılı olmayaraq həmin xarici valyutada da banka ödəməlidir. Saziş hər iki tərəfin imzası və bankın möhürü ilə təsdiq edilmişdir. 17L000004466 saylı kredit xətti müqaviləsi üzrə 17R000007524 saylı kredit razılaşmasının restrukturizasiya tarixi xx.xx.2017-ci il olan ödəniş planına əsasən Cavabdeh5 tərəfindən kredit razılaşması üzrə xx.xx.2020-ci il tarixənədək ödəyəcək əsas məbləğ 456563,15 ABŞ dolları, faizin məbləği 95494,65 ABŞ dolları, ödənilməmiş faiz/cərimə borcu 252761,04 ABŞ dolları, cəmi ödəniləcək məbləğ 804818,84 ABŞ dolları müəyyən edilmişdir. Ödəniş planı kredit alan və kredit verənlə yanaşı zamin Cavabdeh1 tərəfindən də imzalanmışdır. "xxxx" QSC-nin Xırdalan filialı (kredit verən) ilə Cavabdeh5 (kredit alan) arasında kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsi haqqında xx.xx.2017-ci il tarixli 17R000007524SB saylı saziş bağlanmışdır. Həmin sazişə əsasən tərəflər razılaşma üzrə aşağıdakılar barədə razılığa gəlmişlər: Bank ilə kredit alan arasında 19 avqust 2014-cü il tarixli 17L000004466 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 26 avqust 2014-cü il tarixdə bağlanmış 17R000007524 saylı kredit razılaşması əsasında kredit alan, kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan xx.xx.2017-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. Xarici valyutada verilmiş kredit xətti üzrə ödənişləri kredit alan xarici valyutanın məzənnəsinin artmasından və ya azalmasından asılı olmayaraq həmin xarici valyutada da banka ödəməlidir. Saziş hər iki tərəfin imzası və bankın möhürü ilə təsdiq edilmişdir. 17L000004466 saylı kredit xətti müqaviləsi üzrə 17R000007524 saylı kredit razılaşmasının restrukturizasiya tarixi xx.xx.2017-ci il olan ödəniş planına əsasən Cavabdeh5 tərəfindən kredit razılaşması üzrə xx.xx.2020-ci il tarixənədək ödəyəcək əsas məbləğ 446963,15 ABŞ dolları, faizin məbləği 99147,19 ABŞ dolları,hesablanmış faizin məbləği 106936,6 ABŞ dolları, hesablanmış cərimənin məbləği 174383,64 ABŞ dolları, cəmi ödəniləcək məbləğ 827430,58 ABŞ dolları müəyyən edilmişdir. Ödəniş planı kredit alan və kredit verənlə yanaşı zamin Cavabdeh1 tərəfindən də imzalanmışdır. "xxxx" QSC-nin Xırdalan filialı (kredit verən) ilə Cavabdeh5 (kredit alan) arasında kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsi haqqında xx.xx.2017-ci il tarixli 17R000007524SB saylı saziş bağlanmışdır. Həmin sazişə əsasən tərəflər razılaşma üzrə aşağıdakılar barədə razılığa gəlmişlər: Bank ilə kredit alan arasında 19 avqust 2014-cü il tarixli 17L000004466 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 26 avqust 2014-cü il tarixdə bağlanmış 17R000007524 saylı kredit razılaşması əsasında kredit alan, kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan xx.xx.2017-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. Xarici valyutada verilmiş kredit xətti üzrə ödənişləri kredit alan xarici valyutanın məzənnəsinin artmasından və ya azalmasından asılı olmayaraq həmin xarici valyutada da banka ödəməlidir. Saziş hər iki tərəfin imzası və bankın möhürü ilə təsdiq edilmişdir. 17L000004466 saylı kredit xətti müqaviləsi üzrə 17R000007524 saylı kredit razılaşmasının restrukturizasiya tarixi xx.xx.2017-ci il olan ödəniş planına əsasən Cavabdeh5 tərəfindən kredit razılaşması üzrə xx.xx.2020-ci il tarixənədək ödəyəcək əsas məbləğ 437.363,15 ABŞ dolları, faizin məbləği 61.576,58 ABŞ dolları, hesablanmış fazi borcu 150.792,41 ABŞ dolları, hesablanmış cərimə borcu 208.901,1 ABŞ dolları, cəmi ödəniləcək məbləğ 858.633,24 ABŞ dolları müəyyən edilmişdir. Ödəniş planı kredit alan və kredit verənlə yanaşı zamin və ipoteka qoyan Cavabdeh1 və digər zaminlər Cavabdeh3 MTK, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh8 tərəfindən də imzalanmışdır. - Cavabdeh5 xidmət fəaliyyəti ilə bağlı 300.000 ABŞ dolları fərdi kiçik kreditin verilməsi üçün "xxxx" QSC-yə fərdi sahibkar üçün olan kredit ərizəsi ilə müraciət etmişdir. Kredit ərizəsində Cavabdeh5 şəxsiyyətini təsdiq edən sənədin nömrəsi ilə yanaşı vergi ödəyicisinin nömrəsi də (VÖEN) qeyd edilmişdir. "xxxx" QSC-nin Xırdalan filialı (kredit verən) ilə Cavabdeh5 (kredit alan) arasında kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsi haqqında xx.xx.2019-cu il tarixli 17R000007524SF saylı saziş bağlanmışdır. Həmin sazişə əsasən tərəflər razılaşma üzrə aşağıdakılar barədə razılığa gəlmişlər: Bank ilə kredit alan arasında 19 avqust 2014-cü il tarixli 17L000004466 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 26 avqust 2014-cü il tarixdə bağlanmış 17R000007524 saylı kredit razılaşması əsasında kredit alan, kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan xx.xx.2019-cu il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. Xarici valyutada verilmiş kredit xətti üzrə ödənişləri kredit alan xarici valyutanın məzənnəsinin artmasından və ya azalmasından asılı olmayaraq həmin xarici valyutada da banka ödəməlidir. Saziş hər iki tərəfin imzası və bankın möhürü ilə təsdiq edilmişdir. 17L000004466 saylı kredit xətti müqaviləsi üzrə 17R000007524 saylı kredit razılaşmasının restrukturizasiya tarixi xx.xx.2019-cu il olan ödəniş planına əsasən Cavabdeh5 tərəfindən kredit razılaşması üzrə xx.xx.2023-cü il tarixənədək ödəyəcək əsas məbləğ 342.597,74 ABŞ dolları, faizin məbləği 34.670,19 ABŞ dolları, hesablanmış fazi borcu 150.792,41 ABŞ dolları, hesablanmış cərimə borcu 524.883,12 ABŞ dolları, cəmi ödəniləcək məbləğ 1.052.943,46 ABŞ dolları müəyyən edilmişdir. Ödəniş planı kredit alan və kredit verənlə yanaşı zamin və ipoteka qoyan Cavabdeh1 və digər zaminlər Cavabdeh3 MTK-nin direktoru, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh8 tərəfindən də imzalanmışdır. "xxxx" QSC-nin Xırdalan filialı (kredit verən) ilə Cavabdeh5 (kredit alan) arasında kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsi haqqında xx.xx.2020-ci il tarixli 17R000007524SH saylı saziş bağlanmışdır. Həmin sazişə əsasən tərəflər razılaşma üzrə aşağıdakılar barədə razılığa gəlmişlər: Bank ilə kredit alan arasında 19 avqust 2014-cü il tarixli 17L000004466 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 26 avqust 2014-cü il tarixdə bağlanmış 17R000007524 saylı kredit razılaşması əsasında kredit alan, kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan xx.xx.2020-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. Xarici valyutada verilmiş kredit xətti üzrə ödənişləri kredit alan xarici valyutanın məzənnəsinin artmasından və ya azalmasından asılı olmayaraq həmin xarici valyutada da banka ödəməlidir. Saziş hər iki tərəfin imzası və bankın möhürü ilə təsdiq edilmişdir. 17L000004466 saylı kredit xətti müqaviləsi üzrə 17R000007524 saylı kredit razılaşmasının restrukturizasiya tarixi xx.xx.2020-ci il olan ödəniş planına əsasən Cavabdeh5 tərəfindən kredit razılaşması üzrə xx.xx.2023-cü il tarixənədək ödəyəcək əsas məbləğ 327.636,55 ABŞ dolları, faizin məbləği 28.079,26 ABŞ dolları, hesablanmış faiz borcu 161.895,24 ABŞ dolları, hesablanmış cərimə borcu 601.703,1 ABŞ dolları, cəmi ödəniləcək məbləğ 1.119.314,15 ABŞ dolları müəyyən edilmişdir. Ödəniş planı kredit alan və kredit verənlə yanaşı zamin və ipoteka qoyan Cavabdeh1 və digər zaminlər Cavabdeh3 MTK, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh8 tərəfindən də imzalanmışdır. Cavabdeh5 xidmət fəaliyyəti ilə bağlı 300.000 ABŞ dolları fərdi kiçik kreditin verilməsi üçün "xxxx" QSC-yə fərdi sahibkar üçün olan kredit ərizəsi ilə müraciət etmişdir. Kredit ərizəsində Cavabdeh5 şəxsiyyətini təsdiq edən sənədin nömrəsi ilə yanaşı vergi ödəyicisinin nömrəsi də (VÖEN) qeyd edilmişdir. "xxxx" QSC-nin Xırdalan filialı (kredit verən) ilə Cavabdeh5 (kredit alan) arasında bağlanmış 19 avqust 2014-cü il tarixli, 17L000004466 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 017R********** saylı, 11 fevral 2015-ci il tarixli kredit razılaşmasından görünür ki: 1.1-ci bəndinə əsasən bank məbləği 200000 ABŞ dolları olan krediti aylıq faiz dərəcəsi 1.25 % olmaqla 60 ay müddətinə kredit alana vermişdir. 1.2-ci bəndinə əsasən kredit alan bu kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öz öhdəsinə götürmüşdür. 1.3-cü bəndinə əsasən kredit alana kredit aşağıda göstərilmiş məqsəd üçün verilir və kredit alan kreditdən yalnız bu məqsəd üçün istifadə etməlidir: Fərdi mikro kredit. 2.1-ci bəndinə əsasən bank krediti kredit alanın AZ24ACAB******************** cari hesabına köçürür. Kreditin kredit alanın hesabına köçürüldüyü tarix kreditin verildiyi tarix hesab olunur. 2.2-ci bəndinə əsasən bank 2000 ABŞ dolları məbləğində kreditin verilməsi üçün komisyon haqqı hesablayır. Kredit verilməsi üçün bu haqq ödənildikdən sonra kredit verilir. 2.3-cü bəndinə əsasən faiz, qaytarılmalı kredit məbləği üzrə hər gün üçün Bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. 2.4-cü bəndinə əsasən faktiki illik faiz dərəcəsi FİFD 15.64 % təşkil edir. 4.2.2-ci bəndinə əsasən kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,5% məbləğində cərimə ödəməyə borcludur. Müqavilədə giriş hissəsində kredit alan Cavabdeh5 məlumatları kimi şəxsiyyət vəsiqəsinin nömrəsi ilə yanaşı VÖEN-i də göstərilmişdir. Kredit razılaşması hər iki tərəfin imzası və "xxxx" QSC-nin möhürü ilə təsdiq edilmişdir. 017R********** saylı kredit razılaşmasının ödəniş planına əsasən Cavabdeh5 tərəfindən kredit razılaşması üzrə ödənəcək əsas məbləğ 200.000 ABŞ dolları, faizin məbləği 92.672,74 ABŞ dolları, cəmi ödəniləcək məbləğ 292.672,74 ABŞ dolları müəyyən edilmişdir. Ödəniş planı kredit alan və kredit verənlə yanaşı zamin və ipoteka qoyan Cavabdeh1 tərəfindən də imzalanmışdır. "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli ödəniş sənədi ilə müəyyən edilir ki, 200.000 ABŞ dolları kredit (komissiya 2000 ABŞ dolları) Cavabdeh5 AZ24ACAB******************** nömrəli hesabına köçürülmüşdür. Ödəniş sənədi bankın imzası və möhürü və kredit alanın imzası ilə təsdiq edilmişdir. "xxxx" QSC-nin Xırdalan filialı (kredit verən) ilə Cavabdeh5 (kredit alan) arasında kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsi haqqında xx.xx.2015-ci il tarixli 017R**********S saylı saziş bağlanmışdır. Həmin sazişə əsasən tərəflər razılaşma üzrə aşağıdakılar barədə razılığa gəlmişlər: Bank ilə kredit alan arasında 19 avqust 2014-cü il tarixli 17L000004466 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 11 fevral 2015-ci il tarixdə bağlanmış 017R********** saylı kredit razılaşması əsasında kredit alan, kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan xx.xx.2015-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. Xarici valyutada verilmiş kredit xətti üzrə ödənişləri kredit alan xarici valyutanın məzənnəsinin artmasından və ya azalmasından asılı olmayaraq həmin xarici valyutada da banka ödəməlidir. Saziş hər iki tərəfin imzası və bankın möhürü ilə təsdiq edilmişdir. 17L000004466 saylı kredit xətti müqaviləsi üzrə 017R********** saylı kredit razılaşmasının xx.xx.2015-ci il tarixə olan ödəniş planına əsasən Cavabdeh5 tərəfindən kredit razılaşması üzrə xx.xx.2020-ci il tarixənədək ödəyəcək əsas məbləğ 197.443,33 ABŞ dolları, faizin məbləği 90038,33 ABŞ dolları, cəmi ödəniləcək məbləğ 287.481,66 müəyyən edilmişdir. Ödəniş planı kredit alan və kredit verənlə yanaşı zamin və ipoteka qoyan Cavabdeh1 tərəfindən də imzalanmışdır. "xxxx" QSC-nin Xırdalan filialı (kredit verən) ilə Cavabdeh5 (kredit alan) arasında kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsi haqqında xx.xx.2016-cı il tarixli 017R**********SA saylı saziş bağlanmışdır. Həmin sazişə əsasən tərəflər razılaşma üzrə aşağıdakılar barədə razılığa gəlmişlər: Bank ilə kredit alan arasında 19 avqust 2014-cü il tarixli 17L000004466 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 11 fevral 2015-ci il tarixdə bağlanmış 017R********** saylı kredit razılaşması əsasında kredit alan, kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan xx.xx.2016-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. Xarici valyutada verilmiş kredit xətti üzrə ödənişləri kredit alan xarici valyutanın məzənnəsinin artmasından və ya azalmasından asılı olmayaraq həmin xarici valyutada da banka ödəməlidir. Saziş hər iki tərəfin imzası və bankın möhürü ilə təsdiq edilmişdir. 17L000004466 saylı kredit xətti müqaviləsi üzrə 017R********** saylı kredit razılaşmasının xx.xx.2016-cı il tarixə olan ödəniş planına əsasən Cavabdeh5 tərəfindən kredit razılaşması üzrə xx.xx.2021-ci il tarixənədək ödəyəcək əsas məbləğ 197.443,33 ABŞ dolları, faizin məbləği 79.779,05 ABŞ dolları və ödənilməmiş faiz/cərimə borcu 19.853,29 ABŞ dolları, cəmi 297.075,67 ABŞ dolları müəyyən edilmişdir. "xxxx" QSC-nin Xırdalan filialı (kredit verən) ilə Cavabdeh5 (kredit alan) arasında kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsi haqqında xx.xx.2017-ci il tarixli 017R**********SB saylı saziş bağlanmışdır. Həmin sazişə əsasən tərəflər razılaşma üzrə aşağıdakılar barədə razılığa gəlmişlər: Bank ilə kredit alan arasında 19 avqust 2014-cü il tarixli 17L000004466 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 11 fevral 2015-ci il tarixdə bağlanmış 017R********** saylı kredit razılaşması əsasında kredit alan, kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan xx.xx.2017-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. Xarici valyutada verilmiş kredit xətti üzrə ödənişləri kredit alan xarici valyutanın məzənnəsinin artmasından və ya azalmasından asılı olmayaraq həmin xarici valyutada da banka ödəməlidir. Saziş hər iki tərəfin imzası və bankın möhürü ilə təsdiq edilmişdir. 17L000004466 saylı kredit xətti müqaviləsi üzrə 017R********** saylı kredit razılaşmasının xx.xx.2017-ci il tarixə olan ödəniş planına əsasən Cavabdeh5 tərəfindən kredit razılaşması üzrə xx.xx.2021-ci il tarixənədək ödəyəcək əsas məbləğ 195.643,33 ABŞ dolları, faizin məbləği 41.400,54 ABŞ dolları, ödənilməmiş faiz/cərimə borcu 98.867,8 ABŞ dolları, cəmi ödəniləcək məbləğ 335.911,67 ABŞ dolları müəyyən edilmişdir. "xxxx" QSC-nin Xırdalan filialı (kredit verən) ilə Cavabdeh5 (kredit alan) arasında kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsi haqqında xx.xx.2017-ci il tarixli 017R**********SC saylı saziş bağlanmışdır. Həmin sazişə əsasən tərəflər razılaşma üzrə aşağıdakılar barədə razılığa gəlmişlər: Bank ilə kredit alan arasında 19 avqust 2014-cü il tarixli 17L000004466 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 11 fevral 2015-ci il tarixdə bağlanmış 017R********** saylı kredit razılaşması əsasında kredit alan, kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan xx.xx.2017-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. Xarici valyutada verilmiş kredit xətti üzrə ödənişləri kredit alan xarici valyutanın məzənnəsinin artmasından və ya azalmasından asılı olmayaraq həmin xarici valyutada da banka ödəməlidir. Saziş hər iki tərəfin imzası və bankın möhürü ilə təsdiq edilmişdir. 17L000004466 saylı kredit xətti müqaviləsi üzrə 017R********** saylı kredit razılaşmasının restrukturizasiya tarixi xx.xx.2017-ci il olan ödəniş planına əsasən Cavabdeh5 tərəfindən kredit razılaşması üzrə xx.xx.2021-ci il tarixənədək ödəyəcək əsas məbləğ 190.243,33 ABŞ dolları, faizin məbləği 44.922,8 ABŞ dolları, ödənilməmiş faiz borcu 37.278,27 ABŞ dolları, ödənilməmiş cərimə borcu 67.710,06 ABŞ dolları, cəmi ödəniləcək məbləğ 340.154,46 ABŞ dolları müəyyən edilmişdir. "xxxx" QSC-nin Xırdalan filialı (kredit verən) ilə Cavabdeh5 (kredit alan) arasında kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsi haqqında xx.xx.2017-ci il tarixli 017R**********SD saylı saziş bağlanmışdır. Həmin sazişə əsasən tərəflər razılaşma üzrə aşağıdakılar barədə razılığa gəlmişlər: Bank ilə kredit alan arasında 19 avqust 2014-cü il tarixli 17L000004466 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 11 fevral 2015-ci il tarixdə bağlanmış 017R********** saylı kredit razılaşması əsasında kredit alan, kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan xx.xx.2017-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. Xarici valyutada verilmiş kredit xətti üzrə ödənişləri kredit alan xarici valyutanın məzənnəsinin artmasından və ya azalmasından asılı olmayaraq həmin xarici valyutada da banka ödəməlidir. Saziş hər iki tərəfin imzası və bankın möhürü ilə təsdiq edilmişdir. 17L000004466 saylı kredit xətti müqaviləsi üzrə 017R********** saylı kredit razılaşmasının restrukturizasiya tarixi xx.xx.2017-ci il olan ödəniş planına əsasən Cavabdeh5 tərəfindən kredit razılaşması üzrə xx.xx.2021-ci il tarixənədək ödəyəcək əsas məbləğ 184.843,33 ABŞ dolları, faizin məbləği 27.522,26 ABŞ dolları, ödənilməmiş faiz borcu 55.460,45 ABŞ dolları, ödənilməmiş cərimə borcu 93.054,89 ABŞ dolları, cəmi ödəniləcək məbləğ 360.880,93 ABŞ dolları müəyyən edilmişdir. Ödəniş planı kredit alan və kredit verənlə yanaşı zamin və ipoteka qoyan Cavabdeh1 tərəfindən və digər zaminlər Cavabdeh3 MTK-nin direktoru, Cavabdeh4, Cavabdeh6 tərəfindən də imzalanmışdır. "xxxx" QSC-nin Xırdalan filialı (kredit verən) ilə Cavabdeh5 (kredit alan) arasında kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsi haqqında xx.xx.2019-cu il tarixli 017R**********SF saylı saziş bağlanmışdır. Həmin sazişə əsasən tərəflər razılaşma üzrə aşağıdakılar barədə razılığa gəlmişlər: Bank ilə kredit alan arasında 19 avqust 2014-cü il tarixli 17L000004466 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 11 fevral 2015-ci il tarixdə bağlanmış 017R********** saylı kredit razılaşması əsasında kredit alan, kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan xx.xx.2019-cu il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. Xarici valyutada verilmiş kredit xətti üzrə ödənişləri kredit alan xarici valyutanın məzənnəsinin artmasından və ya azalmasından asılı olmayaraq həmin xarici valyutada da banka ödəməlidir. Saziş hər iki tərəfin imzası və bankın möhürü ilə təsdiq edilmişdir. 17L000004466 saylı kredit xətti müqaviləsi üzrə 017R********** saylı kredit razılaşmasının restrukturizasiya tarixi xx.xx.2019-cu il olan ödəniş planına əsasən Cavabdeh5 tərəfindən kredit razılaşması üzrə xx.xx.2023-cü il tarixənədək ödəyəcək əsas məbləğ 133.502.99 ABŞ dolları, faizin məbləği 13.524,2 ABŞ dolları, ödənilməmiş faiz borcu 55.460,45 ABŞ dolları, ödənilməmiş cərimə borcu 151.009,51 ABŞ dolları, cəmi ödəniləcək məbləğ 353.497,15 ABŞ dolları müəyyən edilmişdir. Ödəniş planı kredit alan və kredit verənlə yanaşı zamin və ipoteka qoyan Cavabdeh1 tərəfindən və digər zaminlər Cavabdeh3 MTK-nin direktoru, Cavabdeh4, Cavabdeh6, Cavabdeh8 tərəfindən də imzalanmışdır. "xxxx" QSC-nin Xırdalan filialı (kredit verən) ilə Cavabdeh5 (kredit alan) arasında kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsi haqqında xx.xx.2020-ci il tarixli 017R**********SH saylı saziş bağlanmışdır. Həmin sazişə əsasən tərəflər razılaşma üzrə aşağıdakılar barədə razılığa gəlmişlər: Bank ilə kredit alan arasında 19 avqust 2014-cü il tarixli 17L000004466 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 11 fevral 2015-ci il tarixdə bağlanmış 017R********** saylı kredit razılaşması əsasında kredit alan, kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan xx.xx.2020-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. Xarici valyutada verilmiş kredit xətti üzrə ödənişləri kredit alan xarici valyutanın məzənnəsinin artmasından və ya azalmasından asılı olmayaraq həmin xarici valyutada da banka ödəməlidir. Saziş hər iki tərəfin imzası və bankın möhürü ilə təsdiq edilmişdir. 17L000004466 saylı kredit xətti müqaviləsi üzrə 017R********** saylı kredit razılaşmasının restrukturizasiya tarixi xx.xx.2020-ci il olan ödəniş planına əsasən Cavabdeh5 tərəfindən kredit razılaşması üzrə xx.xx.2023-cü il tarixənədək ödəyəcək əsas məbləğ 131582,37 ABŞ dolları, faizin məbləği 11308,09 ABŞ dolları, ödənilməmiş faiz borcu 59787,76 ABŞ dolları, ödənilməmiş cərimə borcu 180952,09 ABŞ dolları, cəmi 383630,31 ABŞ dolları müəyyən edilmişdir. Ödəniş planı kredit alan və kredit verənlə yanaşı zamin və ipoteka qoyan Cavabdeh1 tərəfindən və digər zaminlər Cavabdeh3 MTK-nin direktoru, Cavabdeh4, Cavabdeh6, Cavabdeh8 tərəfindən də imzalanmışdır. "xxxx" QSC-nin Xırdalan filialı (bank) ilə Cavabdeh8 (zamin) arasında 25 avqust 2014-cü il tarixli, 17S000007652 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. 3.1.1-ci bəndinə əsasən kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı borclunun bütün öhdəliklərini zamin icra etməlidir. 3.1.2-ci bəndinə əsasən kredit xətti müqaviləsi üzrə verilmiş istənilən kredit üzrə ödənilməli olan məbləğin və ya onun bir hissəsinin ödənilməsi gecikdirildikdə, verilmiş müvafiq kredit məbləğinin qalığının 0,5 % məbləğində hər gecikdirilən gün üçün tətbiq olunan cəriməni zamin ödəyir. 3.1.3-cü bəndinə əsasən borclunun kredit müqaviləsi üzrə öhdəliklərini icra etməməsi və ya lazımi qaydada icra etməməsi nəticəsində banka dəymiş ziyanı, kreditin və faizlərin qaytarılması üzrə bankın çəkdiyi məhkəmə xərclərini ödəmək zaminin öhdəliyidir. 4.1-ci bəndinə əsasən bu müqavilə Borclu Kredit Xətti Müqaviləsindən irəli gələn öhdəliklərini tam icra edənədək qüvvədədir. Müqavilə bankın imzası və möhürü, zaminin isə imzası ilə təsdiq edilmişdir. "xxxx" QSC-nin Xırdalan filialı ilə Cavabdeh5 arasında xx.xx.2014-cü il tarixdə bağlanmış 17L000004466 saylı kredit xətti müqaviləsi və həmin müqavilənin ayrılmaz hissələri olan kredit razılaşmaları üzrə borclunun öhdəliklərini təmin etmək məqsədilə bank ilə Cavabdeh3 MTK (zamin) arasında 25 avqust 2014-cü il tarixli, 17S000007654 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. 3.1.1-ci bəndinə əsasən kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı borclunun bütün öhdəliklərini zamin icra etməlidir. 3.1.2-ci bəndinə əsasən kredit xətti müqaviləsi üzrə verilmiş istənilən kredit üzrə ödənilməli olan məbləğin və ya onun bir hissəsinin ödənilməsi gecikdirildikdə, verilmiş müvafiq kredit məbləğinin qalığının 0,5 % məbləğində hər gecikdirilən gün üçün tətbiq olunan cəriməni zamin ödəyir. 3.1.3-cü bəndinə əsasən borclunun kredit müqaviləsi üzrə öhdəliklərini icra etməməsi və ya lazımi qaydada icra etməməsi nəticəsində banka dəymiş ziyanı, kreditin və faizlərin qaytarılması üzrə bankın çəkdiyi məhkəmə xərclərini ödəmək zaminin öhdəliyidir. 4.1-ci bəndinə əsasən bu müqavilə Borclu Kredit Xətti Müqaviləsindən irəli gələn öhdəliklərini tam icra edənədək qüvvədədir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. "xxxx" QSC-nin Xırdalan filialı ilə Cavabdeh5 arasında xx.xx.2014-cü il tarixdə bağlanmış 17L000004466 saylı kredit xətti müqaviləsi və həmin müqavilənin ayrılmaz hissələri olan kredit razılaşmaları üzrə borclunun öhdəliklərini təmin etmək məqsədilə bank ilə Cavabdeh6 (zamin) arasında 25 avqust 2014-cü il tarixli, 17S000007655 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. 3.1.1-ci bəndinə əsasən kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı borclunun bütün öhdəliklərini zamin icra etməlidir. 3.1.2-ci bəndinə əsasən kredit xətti müqaviləsi üzrə verilmiş istənilən kredit üzrə ödənilməli olan məbləğin və ya onun bir hissəsinin ödənilməsi gecikdirildikdə, verilmiş müvafiq kredit məbləğinin qalığının 0,5 % məbləğində hər gecikdirilən gün üçün tətbiq olunan cəriməni zamin ödəyir. 3.1.3-cü bəndinə əsasən borclunun kredit müqaviləsi üzrə öhdəliklərini icra etməməsi və ya lazımi qaydada icra etməməsi nəticəsində banka dəymiş ziyanı, kreditin və faizlərin qaytarılması üzrə bankın çəkdiyi məhkəmə xərclərini ödəmək zaminin öhdəliyidir. 4.1-ci bəndinə əsasən bu müqavilə Borclu Kredit Xətti Müqaviləsindən irəli gələn öhdəliklərini tam icra edənədək qüvvədədir. Müqavilə bankın imzası və möhürü, zaminin isə imzası ilə təsdiq edilmişdir. "xxxx" QSC-nin Xırdalan filialı ilə Cavabdeh5 arasında xx.xx.2014-cü il tarixdə bağlanmış 17L000004466 saylı kredit xətti müqaviləsi və həmin müqavilənin ayrılmaz hissələri olan kredit razılaşmaları üzrə borclunun öhdəliklərini təmin etmək məqsədilə bank ilə ilə Cavabdeh4 (zamin) arasında 25 avqust 2014-cü il tarixli, 17S000007653 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. 3.1.1-ci bəndinə əsasən kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı borclunun bütün öhdəliklərini zamin icra etməlidir. 3.1.2-ci bəndinə əsasən kredit xətti müqaviləsi üzrə verilmiş istənilən kredit üzrə ödənilməli olan məbləğin və ya onun bir hissəsinin ödənilməsi gecikdirildikdə, verilmiş müvafiq kredit məbləğinin qalığının 0,5 % məbləğində hər gecikdirilən gün üçün tətbiq olunan cəriməni zamin ödəyir. 3.1.3-cü bəndinə əsasən borclunun kredit müqaviləsi üzrə öhdəliklərini icra etməməsi və ya lazımi qaydada icra etməməsi nəticəsində banka dəymiş ziyanı, kreditin və faizlərin qaytarılması üzrə bankın çəkdiyi məhkəmə xərclərini ödəmək zaminin öhdəliyidir. 4.1-ci bəndinə əsasən bu müqavilə borclu Kredit Xətti Müqaviləsindən irəli gələn öhdəliklərini tam icra edənədək qüvvədədir. Müqavilə bankın imzası və möhürü, zaminin isə imzası ilə təsdiq edilmişdir. "xxxx" QSC-nin Xırdalan filialı ilə Cavabdeh5 arasında xx.xx.2014-cü il tarixdə bağlanmış 17L000004466 saylı kredit xətti müqaviləsi və həmin müqavilənin ayrılmaz hissələri olan kredit razılaşmaları üzrə borclunun öhdəliklərini təmin etmək məqsədilə bank ilə Cavabdeh1 (zamin) arasında bank ilə Cavabdeh5 arasında 25 avqust 2014-cü il tarixli, 17S000007652 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. 3.1.1-ci bəndinə əsasən kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı borclunun bütün öhdəliklərini zamin icra etməlidir. 3.1.2-ci bəndinə əsasən kredit xətti müqaviləsi üzrə verilmiş istənilən kredit üzrə ödənilməli olan məbləğin və ya onun bir hissəsinin ödənilməsi gecikdirildikdə, verilmiş müvafiq kredit məbləğinin qalığının 0,5 % məbləğində hər gecikdirilən gün üçün tətbiq olunan cəriməni zamin ödəyir. 3.1.3-cü bəndinə əsasən borclunun kredit müqaviləsi üzrə öhdəliklərini icra etməməsi və ya lazımi qaydada icra etməməsi nəticəsində banka dəymiş ziyanı, kreditin və faizlərin qaytarılması üzrə bankın çəkdiyi məhkəmə xərclərini ödəmək zaminin öhdəliyidir. 4.1-ci bəndinə əsasən bu müqavilə Borclu Kredit Xətti Müqaviləsindən irəli gələn öhdəliklərini tam icra edənədək qüvvədədir. Müqavilə bankın imzası və möhürü, zaminin isə imzası ilə təsdiq edilmişdir. "xxxx" QSC tərəfindən verilmiş maliyyə arayışına əsasən müəyyən edilir ki, Cavabdeh5 xx.xx.2021-ci il tarixə 17R000007524 saylı xx.xx.2014-cü il tarixli kredit razılaşması üzrə "xxxx" QSC-yə əsas borcu 326064,39 ABŞ dolları, faiz borcu 219419,88 ABŞ dolları, (gecikdirilən günlərin sayı 244 gün) cərimə borcu 30000 ABŞ dolları olmaqla, cəmi borc 575.484.27 ABŞ dolları təşkil edir. "xxxx" QSC tərəfindən verilmiş maliyyə arayışına əsasən müəyyən edilir ki, Cavabdeh5 xx.xx.2021-ci il tarixə 017R********** saylı xx.xx.2015-ci il tarixli kredit razılaşması üzrə "xxxx" QSC-yə əsas borcu 131038,44 ABŞ dolları, faiz borcu 82949,14 ABŞ dolları, (gecikdirilən günlərin sayı 244 gün) cərimə borcu 10000 ABŞ dolları olmaqla, cəmi borc 223987,58 ABŞ dolları təşkil edir. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı xx.xx.2014-cü il tarixli Çıxarışla təsdiq edilir ki, ünvan 3anov rayonu, İbrahimpaşa Dadaşov küçəsi ev 57, mənzil 98A tam mülkiyyət hüququ ilə Cavabdeh5 adına qeydiyyata alınmışdır. "xxxx" QSC-nin Xırdalan filialı (ipoteka saxlayan), Cavabdeh5 (borc alan və ipoteka qoyan) arasında 20 avqust 2014-cü il tarixli, 17M000000768 saylı ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan və bu müqavilənin 2.1-ci bəndində göstərilən əmlakı 19 avqust 2014-cü il tarixdə Xırdalan şəhərində bağlanmış 17L000004466 saylı Kredit Xətti Müqaviləsi və bu Kredit Xətti Müqaviləsinin ayrılmaz hissəsi olan «Kredit Razılaşması», «Bank qarantiyası verliməsi haqqında müqavilə» və «Akkreditiv açılması üçün razılaşma» formasında bağlanan ayrıca Razılaşmalar üzrə Borclunun öhdəliklərinin icrasını təmin etmək üçün Bank qarşısında ipoteka ilə yüklü edir. Müqavilənin: 2.1-ci bəndinə əsasən ipotekanın predmeti tam mülkiyyət hüququ ilə Cavabdeh5 məxsus ünvan 3anov rayonu, İbrahimpaşa Dadaşov küçəsində 57 nömrəli evin 13-cü mərtəbəsində yerləşən 193.9 kv.m ümumi, 111.6 kv.m yaşayış, 82.3 kv.m yardımçı sahədən ibarət 4 otaqlı 98a saylı xüsusi mülkiyyətli mənzildir. 2.4-cü bəndinə əsasən ipoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 201,382 (iki yüz bir min üç yüz səksən iki) manat 56 (əlli altı) qəpik məbləğində müəyyən edilmişdir. 3.2.2-ci bəndinə əsasən borclu kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi halda borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini icra etmək üçün ipoteka predmetinin satılmasını ipoteka verəndən tələb edə bilər. 4.6-cı bəndinə əsasən borc alan bu müqavilə Azərbaycan Respublikasının müvafiq dövlət orqanında ipoteka hüququnun dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəlikləri tam icra olunanadək qüvvədədir. Müqavilə ipoteka qoyan və ipoteka saxlayan tərəfindən imzalanmış, notarial qaydada təsdiq edilmişdir. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı xx.xx.2014-cü il tarixli Çıxarışla təsdiq edilir ki, ünvan 3anov rayonu, İbrahimpaşa Dadaşov küçəsi ev 57, mənzil 98A üzərində Cavabdeh5 mülkiyyət hüququ 17L000004466 UKM saylı xx.xx.2014-cü il tarixli kredit xətti müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq "xxxx" QSC-nin Xırdalan filialı qarşısında xx.xx.2014-cü il tarixdə ipoteka ilə yüklü edilmişdir. xx.xx.2014-cü il tarixli, notariat kontorunun notariusu Xəlilov İ.M tərəfindən təsdiq edilmiş razılıq ərizəsindən görünür ki, ipoteka qoyan Cavabdeh5 həyat yoldaşı Cavabdeh7 ünvan 2 ünvanında yerləşən mənzilin "xxxx" QSC-nin və ya onun hər hansı filialının xeyrinə ipoteka ilə yüklü edilməsinə etiraz etməmişdir və tutmanın ipoteka predmetinə yönəldildiyi halda və ya satıldıqda, mənzili qeyd-şərtsiz tərk etməyi öhdəsinə götürmüşdür. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı xx.xx.2014-cü il tarixli Çıxarışla təsdiq edilir ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən yaşayış məntəqələrinin torpaqları kateqoriyalı, məqsədli istifadə növü tikinti, sahəsi 0,70 ha olan torpaq sahəsi tam mülkiyyət hüququ ilə Cavabdeh1 adına qeydiyyata alınmışdır. "xxxx" QSC-nin Xırdalan filialı (ipoteka saxlayan), Cavabdeh1 (ipoteka qoyan) və Cavabdeh5 (borclu) arasında 21 avqust 2014-cü il tarixli, 17M000000769 saylı ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan və bu müqavilənin 2.1-ci bəndində göstərilən əmlakı 19 avqust 2014-cü il tarixdə Xırdalan şəhərində bağlanmış 17L000004466 saylı Kredit Xətti Müqaviləsi və bu Kredit Xətti Müqaviləsinin ayrılmaz hissəsi olan «Kredit Razılaşması», «Bank qarantiyası verliməsi haqqında müqavilə» və «Akkreditiv açılması üçün razılaşma» formasında bağlanan ayrıca Razılaşmalar üzrə Borclunun öhdəliklərinin icrasını təmin etmək üçün Bank qarşısında ipoteka ilə yüklü edir. Müqavilənin: 2.1-ci bəndinə əsasən ipotekanın predmeti tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus Abşeron rayonu, Xırdalan şəhərində yerləşən yaşayış məntəqələrinin torpaqları kateqoriyalı, məqsədli istifadə növü tikinti, sahəsi 0,70 ha, xüsusi mülkiyyətli torpaq sahəsidir. 2.4-cü bəndinə əsasən ipoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 307.406 manat 40 qəpik təşkil etmişdir. 3.2.2-ci bəndinə əsasən borclu kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi halda borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini icra etmək üçün ipoteka predmetinin satılmasını ipoteka verəndən tələb edə bilər. 4.3-cü bəndinə əsasən ipoteka verən təsdiq edir və razılaşır ki, Bankın mühasibat sənədləri və hesabları ödənilməli olan və ya borclunun kredit xətti müqaviləsi üzrə ödəməli olduğu məbləğlərə dair yeganə təsdiqedici sənəd sayılır. 4.6-cı bəndinə əsasən borc alan bu müqavilə Azərbaycan Respublikasının müvafiq dövlət orqanında ipoteka hüququnun dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəlikləri tam icra olunanadək qüvvədədir. Müqavilə ipoteka qoyan, ipoteka saxlayan və borclu tərəfindən imzalanmış, notarial qaydada təsdiq edilmişdir. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı Çıxarışla təsdiq edilir ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən sahəsi 0.70 ha, xüsusi mülkiyyətli torpaq sahəsi üzərində Cavabdeh1 mülkiyyət hüququ 17L000004466 UKM saylı xx.xx.2014-cü il tarixli kredit xətti müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq "xxxx" QSC-nin Xırdalan filialı qarşısında xx.xx.2014-cü il tarixdə ipoteka ilə yüklü edilmişdir. xx.xx.2014-cü il tarixli, notariat kontorunun xüsusi notariusu İslamov B.S tərəfindən təsdiq edilmiş ərizədən görünür ki, ipoteka qoyan Cavabdeh1 həyat yoldaşı Cavabdeh2 Abşeron rayonu, Xırdalan şəhərində yerləşən sahəsi 0.70 ha, xüsusi mülkiyyətli torpaq sahəsinin "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsinə etiraz etməmişdir və tutmanın ipoteka predmetinə yönəldildiyi halda, torpaq sahəsini məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeyd-şərtsiz tərk etməyi öhdəsinə götürmüşdür. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı xx.xx.2014-cü il tarixli Çıxarışla təsdiq edilir ki, ünvan 3anov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 57 tam mülkiyyət hüququ ilə Cavabdeh1 adına qeydiyyata alınmışdır. "xxxx" QSC-nin Xırdalan filialı (ipoteka saxlayan), Cavabdeh5 (borc alan və ipoteka qoyan) arasında 09 fevral 2015-ci il tarixli, 017M**********01 saylı ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan və bu müqavilənin 2.1-ci bəndində göstərilən əmlakı 19 avqust 2014-cü il tarixdə Xırdalan şəhərində bağlanmış 17L000004466 saylı Kredit Xətti Müqaviləsi və bu Kredit Xətti Müqaviləsinin ayrılmaz hissəsi olan «Kredit Razılaşması», «Bank qarantiyası verliməsi haqqında müqavilə» və «Akkreditiv açılması üçün razılaşma» formasında bağlanan ayrıca Razılaşmalar üzrə Borclunun öhdəliklərinin icrasını təmin etmək üçün Bank qarşısında ipoteka ilə yüklü edir. Müqavilənin: 2.1-ci bəndinə əsasən ipotekanın predmeti tam mülkiyyət hüququ ilə Cavabdeh5 məxsus ünvan 3anov rayonu, İbrahimpaşa Dadaşov küçəsində yerləşən 177.6 kv.m ümumi sahədən ibarət mərtəbəsi-texniki mərtəbə, təyinatı-digər olan xüsusi mülkiyyətli qeyriyaşayış sahəsidir. 2.4-cü bəndinə əsasən ipoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 124000 ABŞ Dolları (97265 manat 60 qəpik ekvivalentində) təşkil edir. 3.2.2-ci bəndinə əsasən borclu kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi halda borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini icra etmək üçün ipoteka predmetinin satılmasını ipoteka verəndən tələb edə bilər. 4.1-ci bəndinə görə bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və uzunmüddətli kredit müqaviləsinin müddəti bitdikdən sonra 3 (üç) il müddətinə qüvvədədir. 4.7-ci bəndinə əsasən borc alan bu müqavilə Azərbaycan Respublikasının müvafiq dövlət orqanında ipoteka hüququnun dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəlikləri tam icra olunanadək qüvvədədir. Müqavilə ipoteka qoyan və ipoteka saxlayan tərəfindən imzalanmış, notarial qaydada təsdiq edilmişdir. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı Çıxarışla təsdiq edilir ki, ünvan 3anov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 57 üzərində Cavabdeh5 mülkiyyət hüququ 17L000004466 UKM saylı xx.xx.2014cü il tarixli kredit xətti müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq "xxxx" QSC-nin Xırdalan filialı qarşısında xx.xx.2015-ci il tarixdə ipoteka ilə yüklü edilmişdir. Notariat kontorunun notariusu X1 tərəfindən təsdiq edilmiş razılıq ərizəsindən görünür ki, ipoteka qoyan Cavabdeh5 həyat yoldaşı Cavabdeh7 ünvan 3anov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 57 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin "xxxx" QSCnin və ya onun hər hansı filialının xeyrinə ipoteka ilə yüklü edilməsinə etiraz etməmişdir və tutmanın ipoteka predmetinə yönəldildiyi halda və ya satıldıqda, qeyri-yaşayış sahəsini qeyd-şərtsiz tərk etməyi öhdəsinə götürmüşdür. "xxxx" QSC-nin Xırdalan filialı tərəfindən ipoteka qoyan Cavabdeh5 xx.xx.2021-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş (xəbərdarlıq məktubu) ünvanlanaraq ünvan 3anov rayonu, İbrahimpaşa Dadaşov küçəsi ev 57, mənzil 98A mənzilinin ipoteka ilə yüklü edildiyi və həmin ipoteka müqaviləsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı bildirilmiş və xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilmədiyi üçün tutmanın ipoteka predmetinə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. "xxxx" QSC-nin Xırdalan filialı tərəfindən ipoteka qoyan Cavabdeh5 xx.xx.2021-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş (xəbərdarlıq məktubu) ünvanlanaraq ünvan 3anov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 57 qeyri-yaşayış sahəsinin ipoteka ilə yüklü edildiyi və həmin ipoteka müqaviləsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı bildirilmiş və xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilmədiyi üçün tutmanın ipoteka predmetinə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. "xxxx" QSC-nin Xırdalan filialı tərəfindən ipoteka qoyan Cavabdeh1 xx.xx.2021-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş (xəbərdarlıq məktubu) ünvanlanaraq Abşeron rayonu, Xırdalan şəhərində yerləşən sahəsi 0.70 ha, xüsusi mülkiyyətli torpaq sahəsinin ipoteka ilə yüklü edildiyi və həmin ipoteka müqaviləsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı bildirilmiş və xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyi üçün tutmanın ipoteka predmetinə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. "xxxx" QSC-nin Xırdalan filialı cavabdehlərə xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubu ünvanlayaraq borclu tərəfindən "xxxx" QSC ilə Cavabdeh5 arasında bağlanan kredit müqaviləsi üzrə əsas və faiz borcunun xx.xx.2021-ci il tarixədək ödənilmədiyi təqdirdə hüquq mühafizə orqanlarına müraciət ediləcəyi bildirilmişdir. "xxxx" QSC-nin “Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər ərazi İdarəsinə ünvanladığı xx.xx.2021-ci il tarixli müraciəti, müraciətin qəbulu barədə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər ərazi İdarəsinin xx.xx.2021-ci tarixli təsdiqetmə barədə bildirişi və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli cavab məktubu ilə təsdiq edilir ki, tam mülkiyyət hüququ ilə Cavabdeh5 məxsus ünvan 3anov rayonu, İbrahimpaşa Dadaşov küçəsi ev 57, mənzil 98A mənzilə tutma yönəldilməsi barədə bildiriş qeydiyyata alınmışdır. "xxxx" QSC-nin “Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər ərazi İdarəsinə ünvanladığı xx.xx.2021-ci il tarixli müraciəti, müraciətin qəbulu barədə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər ərazi İdarəsinin xx.xx.2021-ci tarixli təsdiqetmə barədə bildirişi və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli cavab məktubu ilə təsdiq edilir ki, tam mülkiyyət hüququ ilə Cavabdeh5 məxsus ünvan 3anov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 57 qeyri-yaşayış sahəsinə tutma yönəldilməsi barədə bildiriş qeydiyyata alınmışdır. "xxxx" QSC-nin “Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər ərazi İdarəsinə ünvanladığı xx.xx.2021-ci il tarixli müraciəti və müraciəti və müraciətin qəbulu barədə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli təsdiqetmə bildirişi ilə təsdiq edilir ki, tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus Abşeron rayonu, Xırdalan şəhərində yerləşən sahəsi 0.70 ha olan torpaq sahisəni tutma yönəldilməsi barədə bildiriş qeydiyyata alınmışdır. "xxxx" MMC-nin 10 oktyabr 2022-ci il tarixli, LP-142/2022, LP-141/2022, LP- 140/2022 saylı mütəxəssis rəylərinə əsasən müvafiq olaraq ünvan 3anov rayonu, İbrahimpaşa Dadaşov küçəsi ev 57, mənzil 98A mənzil hazırkı bazar dəyəri 250.000 manat, likvid qiyməti 230.000 manat dəyərində; ünvan 3anov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 57 qeyri-yaşayış sahəsinin hazırkı bazar dəyəri 160.000 manat, likvid qiyməti 145.000 manat dəyərində və Abşeron rayonu, Xırdalan şəhərində yerləşən sahəsi 0.70 ha torpaq sahəsinin hazırkı bazar dəyəri 335.000 manat, likvid qiyməti 315.000 manat dəyərində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 avqust 2022-ci il tarixli, 9/4986 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış, 19 avqust 2014-cü il tarixli, 17L000004466 saylı kredit xətti müqaviləsinin, xx.xx.2014-cü il tarixli 17R000007524 saylı kredit razılaşmasının, xx.xx.2015-ci il tarixli 017R********** saylı kredit razılaşmasının şərtləri nəzərə alınmaqla Cavabdeh5 "xxxx" QSC-yə olan borcu 26 avqust 2014-cü il tarixli 17R000007524 saylı kredit razılaşması üzrə xx.xx.2021-ci il tarixə əsas kredit borcu 326.064,39 ABŞ dolları, faiz borcu 173.718,94 ABŞ dolları, xx.xx.2015-ci il tarixli 017R********** saylı kredit razılaşması üzrə xx.xx.2021-ci il tarixə əsas kredit borcu 131.038,44 ABŞ dolları, faiz borcu 64.541,74 ABŞ dolları təşkil etmişdir. Ekspertiza tədqiqatlarının dəyəri 145 manat təşkil edir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı «AccеssBank” QSC ilə Cavabdeh5 arasında 19 avqust 2014-cü il tarixli 17L000004466 saylı kredit xətti müqaviləsi və həmin müqavilə üzrə xx.xx.2014-cü il tarixli və xx.xx.2015-ci il tarixli kredit razılaşmalarından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı "xxxx" QSC Cavabdeh5 müqavilədə və razılaşmalarda müəyyən edilmiş şərtlərlə cəmi 700.000 ABŞ dolları (xx.xx.2014-cü il tarixli razılaşma üzrə 500.000 ABŞ dolları və xx.xx.2015-ci il tarixli razılaşma üzrə 200.000 ABŞ dolları məbləğində kredit verməklə, göstərilən müqavilə və razılaşmalar ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin Cavabdeh5 kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcu yaranmışdır. İddianın kredit müqaviləsi və razılaşmaların ləğv edilməsi tələbinə dair hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi Cavabdeh5 mübahisəli kredit müqaviləsi əsas kredit borcunu və faizləri ödəniş qrafikinə uyğun olaraq ödəməməklə müqavilə öhdəliklərini əhəmiyyətli dərəcədə pozmuşdur. Odur ki, kredit müqaviləsi və kredit razılaşmalarının ləğv edilməsi tələbinə dair hissədə iddiaçı "xxxx" QSC-nin iddiası əsaslı olduğundan təmin edilməlidir. İddianın kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsinə gəldikdə məhkəmə qeyd edir ki, kredit razılaşmaları üzrə əsas və faiz borcunun məbləğinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə-mühasibatlıü ekspertizası keçirilmiş və ekspert rəyi ilə Cavabdeh5 "xxxx" QSC-yə 26 avqust 2014-cü il tarixli 17R000007524 saylı kredit razılaşması üzrə xx.xx.2021-ci il tarixə əsas kredit borcu 326.064,39 ABŞ dolları, faiz borcu 173.718,94 ABŞ dolları, xx.xx.2015-ci il tarixli 017R********** saylı kredit razılaşması üzrə xx.xx.2021-ci il tarixə əsas kredit borcu 131.038,44 ABŞ dolları, faiz borcu 64.541,74 ABŞ dolları təşkil etməsi müəyyən edilmişdir. MPM-in: 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır. 103.1-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə qeyd edir ki, hazırkı halda məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud deyil, odur ki, həmin rəy iş üzrə sübut qismində qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Belə olan halda məhkəmə Cavabdeh5 kredit xətti müqaviləsi və kredit razılaşmaları üzrə iddiaçı "xxxx" QSC qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcunun yarandığını, iddiaçının isə həmin öhdəliyinin icra edilməsini – kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilməsini - tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, iddiaçı "xxxx" QSC Cavabdeh5 "xxxx" QSC-yə 26 avqust 2014-cü il tarixli 17R000007524 saylı kredit razılaşması üzrə 326.064,39 ABŞ dolları məbləğində əsas, faiz borcu 173.718,94 ABŞ dolları məbləğində faiz borcu, xx.xx.2015-ci il tarixli 017R********** saylı kredit razılaşması üzrə xx.xx.2021-ci il tarixə 131.038,44 ABŞ dolları məbləğində əsas, faiz borcu 64.541,74 ABŞ dolları məbləğində faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır. Kredit müqaviləsi üzrə əsas borcu ödəniş qrafikinə uyğun qaytarmadığına görə Cavabdeh5 hesablanmış dəbbə pulunun məbləğinə münasibətdə məhkəmə həmçinin qeyd etməyi zəruri sayır ki, Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu "xxxx" QSC-yə 26 avqust 2014-cü il tarixli 17R000007524 saylı kredit razılaşması üzrə 15.000 manat və xx.xx.2015-ci il tarixli 017R********** saylı kredit razılaşması üzrə 6.500 manat məbləğində müəyyən edilməlidir. Bununla yanaşı iş materiallarından görünür ki, «AccеssBank” QSC (kredit verən) ilə Cavabdeh5 (kredit alan) arasında bağlanmış 19 avqust 2014-cü il tarixli, 17L000004466 saylı kredit xətti müqaviləsi üzrə öhdəliklərinin icrasının təmin edilməsi üsulu kimi «AccеssBank” QSC (kreditor) ilə Çinar-AN” MTK, Cavabdeh4, Cavabdeh6, Cavabdeh8, Cavabdeh1 (zaminlər) arasında 25 avqust 2014-cü il tarixli zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən zaminlər Cavabdeh3 MTK, Cavabdeh4, Cavabdeh6, Cavabdeh8 19 avqust 2014-cü il tarixli, 17L000004466 saylı kredit xətti müqaviləsi və kredit razılaşmalarından irəli gələn öhdəliklərinə zamin durmuşlar. Mülki Məcəllənin: 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Belə olan halda məhkəmə borc alan Cavabdeh5 19 avqust 2014-cü il tarixli, 17L000004466 saylı kredit xətti müqaviləsi üzrə kredit verən «AccеssBank” QSC qarşısında götürdüyü öhdəlikləri lazımi qaydada icra etməyərək ona əsas və faiz borcunu ödəniş qrafiki üzrə ödəmədiyini, belə olan halda müqavilənin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən kredit verən "xxxx" QSC-nin kredit məbləğinin, faizlərin və dəbbə pulunun vaxtından əvvəl ödənilməsini tələb etmək hüququnun yarandığını, eləcə də zaminlər Cavabdeh3 MTK, Cavabdeh4, Cavabdeh6, Cavabdeh8, Cavabdeh1 həmin kredit müqaviləsi üzrə borc alanın bütün öhdəliklərinə zamin durduqlarından həmin öhdəliklərə görə borc alanla birgə məsuliyyət daşıdıqlarını nəzərə alaraq hesab edir ki, «AccеssBank” QSC kredit müqaviləsi üzrə borcun (kredit, faiz və dəbbə pulu borcu daxil olmaqla) müştərək (birgə) qaydada borc alan və zaminlərdən tutulmasını tələb etməkdə haqlıdır. Bundan əlavə iş materiallardan görünür ki, iddiaçı "xxxx" QSC borc üzrə tutmanın ipoteka predmetlərinə yönəldilməsi tələbini də irəli sürmüşdür. Həmin tələblə bağlı məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, "xxxx" QSC ilə Cavabdeh5 arasında 19 avqust 2014-cü il tarixli 17L000004466 saylı kredit xətti müqaviləsi üzrə borc alanın öhdəliklərinin təminatı olaraq "xxxx" QSC və Cavabdeh5 arasında bağlanmış 20 avqust 2014-cü il tarixli, 17M000000768 saylı ipoteka müqaviləsinə əsasən tam mülkiyyət hüququ ilə Cavabdeh5 məxsus ünvan 3anov rayonu, İbrahimpaşa Dadaşov küçəsində 57 nömrəli evin 4 otaqlı 98a saylı mənzil; «AccеssBank” QSC, Cavabdeh5 arasında bağlanmış 09 fevral 2015-ci il tarixli, 017M**********01 saylı ipoteka müqaviləsinə tam mülkiyyət hüququ ilə Cavabdeh5 məxsus ünvan 3anov rayonu, İbrahimpaşa Dadaşov küçəsində yerləşən 177.6 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi; "xxxx" QSC, Cavabdeh5 və Cavabdeh1 arasında bağlanmış 21 avqust 2014-cü il tarixli, 17M000000769 saylı ipoteka müqaviləsinə əsasən tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0,70 ha olan torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Müqavilələr qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İpoteka predmetlərinə tutma yönəldilməsi ilə bağlı “İpoteka” haqqında Qanunda nəzərdə tutulmuş prosedura əməl edilmiş, ipoteka qoyanlara ipotekaya tutma yönəldilməsi barədə bildirişlər göndərilmiş, həmin bildirişlərin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə müraciət edilmiş və bildirişlər reyestrdə qeydiyyata alınmışdır. Mülki Məcəllənin 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. “İpoteka haqqında” Qanunun: 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqısatqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. Həmin Qanunun 34.1-ci maddəsinin mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyasına görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Həmin Qanunun 47.5-ci maddəsinə görə ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. İşin yuxarıda göstərilən halları ilə təsdiq edilir ki, Cavabdeh5 kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyini vaxtında icra etmədiyi üçün “İpoteka haqqında” qanunun 34.1.1-ci bəndinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, ipotekaya tutma yönəldilməsi tələbinə dair hissədə iddia təmin edilməli, tələb üzrə tutma Cavabdeh5 mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu İbrahimpaşa Dadaşov küçəsi 57 nömrəli evin 98a saylı mənzilinə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına "xxxx" QSC-nin borc tələbi ödənilməli, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh5 qaytarılmalı; tələb üzrə tutma Cavabdeh5 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 177,6 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına "xxxx" QSC-nin borc tələbi ödənilməli, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh5 qaytarılmalı; tələb üzrə tutma Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu Xırdalan şəhərində yerləşən 0,70 ha sahədən ibarət torpaq sahəsinə yönəldilmalı, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına "xxxx" QSC-nin borc tələbi ödənilməli, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh1 qaytarılmalı, satışlardan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ Cavabdeh5, Cavabdeh8, Cavabdeh6, Cavabdeh3 MTK-dan, Cavabdeh4, Cavabdeh1 müştərək qaydada tutulmalıdır. Eyni zamanda “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3-ci maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin qanunun 1.0.9-ci maddəsinə görə ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli qərardadından görünür ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi, işə məhkəmədə baxılarkən məhkəmə tərəfindən ipoteka predmetlərinin bazar qiymətinin və likvid dəyərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirmə şirkətinin rəyi alınmışdır. Məhkəmə qiymətləndiricinin müəyyən etdiyi ipoteka predmetinin real bazar qiymət və likvid dəyərini, eləcə də yuxarıda göstərilən qanunvericilik normalarını nəzərə alaraq belə qənaətə gəlir ki, Bakı şəhəri Nərimanov rayonu İbrahimpaşa Dadaşov küçəsi 57 nömrəli evin 98a saylı mənzilinə ilkin satış qiyməti 230.000 manat məbləğində; ünvan 1 ünvanında yerləşən 177,6 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin hazırkı ilkin satış qiyməti 145.000 manat məbləğində; Abşeron rayonu Xırdalan şəhərində yerləşən 0,70 ha sahədən ibarət torpaq sahəsinin hazırkı ilkin satış qiyməti 315.000 manat məbləğində müəyyən edilməlidir. İddianın ipoteka predmeti olan mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra cavabdehlər Cavabdeh5 və Cavabdeh7 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, ipoteka predmeti olan qeyri-yaşayış sahəsi və torpaq sahəsinə tutma yönəldildikdən və onlar satıldıqdan 1 ay sonra boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilmasi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, “İpoteka haqqında” AR Qanununun mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 59.4-cü maddəsinə görə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Həmin qanunun 59.3-cü maddəsinə görə isə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. Hazırkı halda məhkəmə yuxarıda istinad edilən qanunvericilik normalarını, eləcə də ipoteka predmeti olan mənzildə yaşayan Cavabdeh7 mənzilə tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürdüyünü nəzərə alaraq hesab edir ki, ipoteka predmeti olan mənzildən Cavabdeh5 və Cavabdeh7 çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, ipoteka predmeti olan qeyri-yaşayış sahəsi və torpaq sahəsinə tutma yönəldildikdən və onlar satıldıqdan 1 ay sonra boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilmasi hissəsində iddia əsaslı olmaqla təmin edilməlidir. Məhkəmə xərclərinə gəldikdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə ilkin iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, təmin edilmiş iddia tələblərinə mütənasib olaraq iddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 960 manat, mediasiya xərclərinin əvəzi olaraq 360 manat məbləğində pul vəsaiti və işə baxılması ilə əlaqədar olan məsrəflərin əvəzi olaraq 190 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Ekspertiza tədqiqatının dəyəri olan verilməsinə görə ödənilməli olan 145 manat məbləğində pul vəsaitinin 130 manat hissəsi cavabdehlərdən müştərək qaydada, 15 manat hissəsi isə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 17L000004466 saylı krеdit xətti müqaviləsi, xx.xx.2014-cü il tarixli 17R000007524 saylı krеdit razılaşması və xx.xx.2015-ci il tarixli 017R********** saylı krеdit razılaşması ləğv edilsin. Cavabdеhlər Cavabdeh5, Cavabdeh8, Cavabdeh6, Cavabdeh3 MTK-dan, Cavabdeh4, Cavabdeh1 müştərək qaydada - 17R000007524 saylı krеdit razılaşması üzrə 326.064,39 ABŞ dolları məbləğində əsas bоrc, 173.718,94 ABŞ dolları məbləğində faiz bоrcu və 15.000 ABŞ dolları məbləğində dəbbə pulu olmaqla, cəmi 514.783,33 ABŞ dolları; 017R********** saylı krеdit razılaşması üzrə 131.038,44 ABŞ dolları məbləğində əsas borc, 64.541,74 ABŞ dolları məbləğində faiz bоrcu və 6.500 ABŞ dolları məbləğində dəbbə pulu olmaqla, cəmi 202.080,18 ABŞ dolları; hər iki kredit razılşması üzrə ümumilikdə 716.863,51 ABŞ dolları məbləğində pul vəsaiti, ödəniş günü AR Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən manatla, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 960 manat dövlət rüsumu, mediasiya prosesi ilə bağlı ödənilmiş 360 manat xərc, işə baxılması ilə əlaqədar olan məsrəflərin əvəzi olaraq 190 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Tələb üzrə tutma Cavabdeh5 mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu İbrahimpaşa Dadaşov küçəsi 57 nömrəli evin 98a saylı mənzilinə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, əmlakın ilkin satış qiyməti 230.000 manat məbləğində müəyyən edilsin. Əmlakın satışından əldə olunmuş vəsait hesabına "xxxx" QSC-nin borc tələbi ödənilsin. Satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh5 qaytarılsın. Tələb üzrə tutma Cavabdeh5 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 177,6 2 m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, əmlakın ilkin satış qiyməti 145.000 manat məbləğində müəyyən edilsin. Əmlakın satışından əldə olunmuş vəsait hesabına "xxxx" QSC-nin borc tələbi ödənilsin. Satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh5 qaytarılsın. Tələb üzrə tutma Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu Xırdalan şəhərində yerləşən 0,70 ha sahədən ibarət torpaq sahəsinə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, əmlakın ilkin satış qiyməti 315.000 manat məbləğində müəyyən edilsin. Əmlakın satışından əldə olunmuş vəsait hesabına "xxxx" QSC-nin borc tələbi ödənilsin. Satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh1 qaytarılsın. Satışlardan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ Cavabdeh5, Cavabdeh8, Cavabdeh6, Cavabdeh3 MTK-dan, Cavabdeh4, Cavabdeh1 müştərək qaydada tutulsun. Bakı şəhəri Nərimanov rayonu İbrahimpaşa Dadaşov küçəsi 57 nömrəli evin 98a saylı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra cavabdehlər Cavabdeh5 və Cavabdeh7 həmin mənzildən çıxarılsın, mənzil boşaldılsın və hərracın nəticələri üzrə alıcıya təhvil verilsin. ünvan 1 ünvanında yerləşən 177.6 m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra qeyri-yaşayış sahəsi boşaldılsın və hərracın nəticələri üzrə alıcıya təhvil verilsin. Abşeron rayonu Xırdalan şəhərində yerləşən yaşayış məntəqələrinin torpaqları kateqoriyalı 0.70 ha sahədən ibarət torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra əmlak boşaldılsın və hərracın nəticələri üzrə alıcıya təhvil verilsin. Qalan hissədə iddia rədd edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 145 manat məbləğində pul vəsaitinin 130 manat hissəsi cavabdehlərdən müştərək qaydada, 15 manat hissəsi isə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-650/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-650/2022
14.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver