Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-6508/2024 15.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Rəsulzadə Xaliq Tahir oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 18 may 2023-cü il tarixli, 18/0523P saylı icarə müqaviləsi üzrə yaranmış 45003,64 manat və 8100 manat ƏDV borcunun, hüquqi yardım üçün vəkilə ödənilən 300 (üç yüz) manat pulun və ödənilmiş 251 manat dövlət rüsumunun Cavabdeh MMC-dən alınaraq İddiaçı MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı və cavabdeh “AZEMİS” Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizələrlə müraciət edərək, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi və işin icraatına xitam verilməsini xahiş etmiş, eyni zamanda barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsinin prosessual nəticələrinin onlara aydın olduğunu bildirmişlər. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış və tərəflərin imzası və möhürü ilə təsdiqlənmiş 26 avqust 2024-cü il tarixli barışıq sazişindən görünür ki: Nəzərə alaraq ki: - İddiaçı MMC ilə Cavabdeh MMC arasında 18 may 2023-cü il tarixli, 18/0523P saylı iddiaçının əmlakının icarəyə verilməsinə dair müqavilə imzalanmışdır; - İddiaçı MMC ilə zamin Qanuni nümayəndə arasında 25 avqust 2024-cü il tarixli zaminlik müqaviləsi baglanmışdır: - İddiaçı MMC, Cavabdeh MMC və zamin Qanuni nümayəndə qarşı aralarında imzalanmış 18 may 2023-eü il tarixli, 18/0523P saylı icarə müqaviləsindən əmələ gələn öhdəliklərin icra edilməsi (45003,64 manat icarə haqqı və 8100 manat ƏDV borcunun, həmçinin hüquqi yardım üçün vəkilə ödənilən 300 (üç yüz) manat pulun və ödənilmiş 251 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq İddiaçı MMC-yə verilməsinə dair) tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. Barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:
1. Tərəflər bu sazişi bağlayırlar ki, Cavabdeh MMC-nin 18 may 2023-cü il tarixli, 18/0523P saylı icarə müqaviləsi üzrə iddiaçıya 45003,64 manat icarə haqqı və 8100 manat ƏDV borcu yaranmışdır. Tərəflər razılaşırlar ki, əsas borc məbləğini 35000 (otuz beş min) manat və ƏDV borcunu 6300 manat müəyyənləşdirilər. Həmin əsas borc məbləğindən 10000 manat hissəsi və 1800 manat ƏDV hissəsi 28 avqust 2024-cü il tarixədək iddiaçıya ödəniləcəkdir. Qalıq 25000 manat pulu və 4500 manat ƏDV borcunu isə cavabdehlər 31 oktyabr 2024-cü il tarixinədək İddiaçı MMC-yə ödəyəcək. Tərəflər Azərbaycan Respublikasının mülki və mülki-prosessual qanunvericiliyinə əsasən məhkəmədə gedən kommersiya mübahisəsini barışıq sazişi yolu ilə yekunlaşdırmağa qərar verirlər.
2. Bu sazişin hər hansı bir şərti və ya onun bir hissəsi yanlış və ya qüvvəsini itirmiş hesab edilərsə, bu hal qalan şərtlərə və ya belə şərtlərin qalan hissələrinə təsir etmir və bu şərtlər qüvvədə qalır.
3. Bu saziş əsasında işin icraatına xitam verildikdən sonra tərəflər biri digərinə qarşı eyni predmet və eyni əsaslar üzrə heç bir iddia tələbi irəli sürə bilməz. Cavabdeh iddiaçıya qarşı hazırkı kommersiya mübahisəsi üzrə, habelə 18/0523P saylı, 18 may 2023-cü il tarixli icarə müqaviləsindən irəli gələn digər tələblərindən tamamilə imtina edir. Həmçinin tərəflər təsdiq edir ki, həmin müqavilə üzrə icarə predmetləri olan bütün əmlak xx.xx.2023-cü il tarixdə iddiaçıya tam qaytarılmışdır.
4. Sazişin təsdiq ediiməsi ilə bağlı hüquqi nəticəiər tərəflərə məlumdur və qəbul edilir.
5. Bu sazişi tərəflər imza və ya (və) möhürü ilə və məhkəmənin qərardadı ilə təsdiqləndikdən sonra qanuni qüvvəyə minir. Məhkəmə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin və kommersiya işi üzrə icraata xitam verilsin: Tərəflər aşağıdakılar barədə razılaşırlar: Nəzərə alaraq ki: - İddiaçı MMC ilə Cavabdeh MMC arasında 18 may 2023-cü il tarixli, 18/0523P saylı iddiaçının əmlakının icarəyə verilməsinə dair müqavilə imzalanmışdır; - İddiaçı MMC ilə zamin Qanuni nümayəndə arasında 25 avqust 2024-cü il tarixli zaminlik müqaviləsi baglanmışdır: - İddiaçı MMC Cavabdeh MMC və zamin Qanuni nümayəndə qarşı aralarında imzalanmış 18 may 2023-eü il tarixli, 18/0523P saylı icarə müqaviləsindən əmələ gələn öhdəliklərin icra edilməsi (45003,64 manat icarə haqqı və 8100 manat ƏDV borcunun, həmçinin hüquqi yardım üçün vəkilə ödənilən 300 (üç yüz) manat pulun və ödənilmiş 251 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq İddiaçı MMC-yə verilməsinə dair) tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. Barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:
1. Tərəflər bu sazişi bağlayırlar ki, Cavabdeh MMC-nin 18 may 2023-cü il tarixli, 18/0523P saylı icarə müqaviləsi üzrə iddiaçıya 45003,64 manat icarə haqqı və 8100 manat ƏDV borcu yaranmışdır. Tərəflər razılaşırlar ki, əsas borc məbləğini 35000 (otuz beş min) manat və ƏDV borcunu 6300 manat müəyyənləşdirilər. Həmin əsas borc məbləğindən 10000 manat hissəsi və 1800 manat ƏDV hissəsi 28 avqust 2024-cü il tarixədək iddiaçıya ödəniləcəkdir. Qalıq 25000 manat pulu və 4500 manat ƏDV borcunu isə cavabdehlər 31 oktyabr 2024-cü il tarixinədək İddiaçı MMC-yə ödəyəcək. Tərəflər Azərbaycan Respublikasının mülki və mülki-prosessual qanunvericiliyinə əsasən məhkəmədə gedən kommersiya mübahisəsini barışıq sazişi yolu ilə yekunlaşdırmağa qərar verirlər.
2. Bu sazişin hər hansı bir şərti və ya onun bir hissəsi yanlış və ya qüvvəsini itirmiş hesab edilərsə, bu hal qalan şərtlərə və ya belə şərtlərin qalan hissələrinə təsir etmir və bu şərtlər qüvvədə qalır.
3. Bu saziş əsasında işin icraatına xitam verildikdən sonra tərəflər biri digərinə qarşı eyni predmet və eyni əsaslar üzrə heç bir iddia tələbi irəli sürə bilməz. Cavabdeh iddiaçıya qarşı hazırkı kommersiya mübahisəsi üzrə, habelə 18/0523P saylı, 18 may 2023-cü il tarixli icarə müqaviləsindən irəli gələn digər tələblərindən tamamilə imtina edir. Həmçinin tərəflər təsdiq edir ki, həmin müqavilə üzrə icarə predmetləri olan bütün əmlak xx.xx.2023-cü il tarixdə iddiaçıya tam qaytarılmışdır.
4. Sazişin təsdiq ediiməsi ilə bağlı hüquqi nəticəiər tərəflərə məlumdur və qəbul edilir.
5. Bu sazişi tərəflər imza və ya (və) möhürü ilə və məhkəmənin qərardadı ilə təsdiqləndikdən sonra qanuni qüvvəyə minir. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Zeynəb Axundova