Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-651/2025 04.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 MMC-yə, Nümayəndə, Cavabdeh3 qarşı pul, tələbin girov predmetinə yönəldilməsi və açıq hərracda satılması tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, borc tələbi,girov, zaminlik, cərimə) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 MMC-yə, Nümayəndə, Cavabdeh3 qarşı pul, tələbin girov predmetinə yönəldilməsi və açıq hərracda satılması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları İddiaçı ASC iddia ərizəsi, iddia tələbinin həcminin azaldılması və tələbin dəqiqiləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdehlər Cavabdeh2 MMC-dən, Nümayəndə və Cavabdeh3 birgə qaydada İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə 21.384,75 manat, xx.xx.2024-cü il tarixə faiz borcu üzrə 183,30 manat 30 qəpik, xx.xx.2024-cü il tarixə gecikdirilmiş kredit borcuna görə hesablanmış dəbbə pulu 4,26 mana, cəmi 21.572,31 manat 31 qəpik kredit borcunun və 155 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, xx.xx.2022-ci il tarixli 104-S-2923 GM №-li saylı girov müqaviləsinə əsasən yüklülük predmetini İddiaçı ASC-nin sahibliyinə verilməsi, girov müqaviləsinə əsasən Cavabdeh2 MMC-nin Bakı şəhəri, Babək prospekti, Yeni təkər bazarı ünvanında yerləşən 160 ədəd mal qalığı olan: 1 ədədinin dəyəri 400 manat olan ön qapı (KİA FORTE) 20 ədəd, 1 ədədinin dəyəri 400 manat olan ön qapı ( Hyundai) 15 ədəd, 1 ədədinin dəyəri 400 manat olan ön qapı (Chevrolet) 20 ədəd, 1 ədədinin dəyəri 400 manat olan ön qapı (KİA RİO) 15 ədəd, 1 ədədinin dəyəri 400 manat olan sürətlər qutusu (Chevrolet Cruze) 10 ədəd, 1 ədədinin dəyəri 451 manat olan sürətlər qutusu (Kia Rio) 5 ədəd, 1 ədədinin dəyəri 450 manat olan sürətlər qutusu (Chevrolet Aveo) 5 ədəd, 1 ədədinin dəyəri 400 manat olan Baqaj (Kia Forte) 15 ədəd, 1 ədədinin dəyəri 400 manat olan arxa qanad (Hyundai Elantra) 10 ədəd, 1 ədədinin dəyəri 455 manat olan arxa qanad (Hyundai Accent) 9 ədəd, 1 ədədinin dəyəri 400 manat olan arxa qanad (Hyundai Sonata) 19 ədəd, 1 ədədinin dəyəri 400 manat olan arxa qanad (Hyundai Cruze) 17 ədəd, ümumi dəyəri 65.000 manat olan daşınar əmlaka tutma yönəldilməsi, qeyd olunan girov obyketi açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına cavabdehlərin iddiaçıya olan borcunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 104-S-2923 KM №-li kredit müqaviləsinə əsasən illik 16 faiz olmaqla, 40.000 manat məbləğində 36 ay müddətinə kredit ayrılmışdır. Kredit müqaviləsinin 2.9-cu bəndinə əsəsan bu müqavilənin 2.3-cü bəndində göstərilən cədvəl üzrə ödənişləri vaxtında aparmadıqda hər gecikdirilən gün üçün əsas borcun ödənilməmiş hissəsinə görə bu kredit müqaviləsinin 2.1-ci bəndində göstərilən faiz dərəcəsi məbləğində dəbbə pulu hesablanır. Həmin kredit müqaviləsinin 3.1.6-cı bəndinə əsasən: Borcalan davam edən 60 gün ərzində ona verilmiş kredit hissəsini və onun faizini Tərəflər arasında yazılı tərtib edilmiş olunmuş ödəniş qrafiki üzrə ödəmədikdə; Borcalan tərəfindən annuitet ödənişlər 12 ay ərzində 3 dəfədən çox gecikdirildikdə. Cavabdeh2 MMC öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş, kreditlərin hər ay bərabər hissələrlə ödənilməsi şərtini pozmuş, nəticədə iddia qaldırılan günə onun Banka xx.xx.2022-ci il tarixli, 104-S-2923 KM №-li kredit müqaviləsi üzrə əsas borc üzrə 21.384,75 manat 75 qəpik, xx.xx.2024-cü il tarixə faiz borcu üzrə 183,30 manat 30 qəpik, xx.xx.2024-cü il tarixə gecikdirilmiş kredit borcuna görə hesablanmış dəbbə pulu 4,26 manat 26 qəpik, cəmi 21.572,31 manat 31 qəpik məbləğində borcu yaranmışdır. Kreditin təminatı olaraq Nümayəndə Kreditin ilə Cavabdeh3 müvafiq olaraq xx.xx.2022-ci il tarixli zaminlik müqavilələrinə əsasən bütün daşınar və daşınmaz əmlakı ilə bank qarşısında cavabdehdirlər. Zaminlik müqaviləsinin 1.1-ci bəndinə görə Borcalan Kredit müqaviləsi üzrə Bank qarşısında götürdüyü öhdəliyi icra etmədikdə, Zamin Borcalanla birgə məsuliyyət daşımağı, həmin kredit öhdəliyini tamamilə icra etməyi öhdəsinə götürmüşdür. Kredit üzrə borc axırıncı dəfə xx.xx.2024-cü il tarixdə cəmi 1700 manat məbləğində ödənilmişdir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehlərə xəbərdarlıq (pretenziya) edilsə də, qeyd olunan kredit müqaviləsinin şərtləri yerinə yetirilməmiş və öhdəlikləri lazımınca icra edilməmişdir. İddianın maddi hüquqi əsası kimi AR Mülki Məcəllənin 385.1, 442, 445.1, 472.1, 472.2, 470.2, 139.2, 139.3, 205.1, 205.2, 274.2, 279, 281.1-ci maddələrinə, “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun 3.1, 13.1, 13.1.2, 15.1-ci maddələrinə istinad etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını və iddianın tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməməklərinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: İddiaçı ASC (bank) ilə Cavabdeh2 MMC (borc alan) arasında bağlanmış xx.xx.2022-ci il tarixli 104-S-2923 KM saylı kredit müqaviləsindən görünür ki, (1.1-ci bəndi) bank bu müqavilənin şərtlərinə uyğun olaraq borc alana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək şərti ilə kredit verir, borcalan isə istifadə etdiyi krediti və hesablanmış faizləri müəyyən edilmiş vaxt ərzində Banka qaytarmağı öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən kredit dövriyyə və əsas vəsaitlərin artırılması (avtomobil), cari xərclərin ödənilməsi məqsədi ilə verilir. 2.1-ci bəndinə əsasən kreditin əsas şərtləri: Kreditin məbləği – 40000 manat; Kreditin müddəti – 36 ay; Kreditin illik faiz dərəcəsi – 16%; Dəbbə pulu – illik 32%. 2.2-ci bəndinə əsasən illik faiz dərəcəsi FİFD:16.72% təşkil edir. 2.3-cü bəndinə əsasən kredit üzrə faizlər ildə 360 təqvim günü, ayda isə 30 təqvim günü götürməklə, borcun olduğu günlər üçün borc qalığı məbləğinə hesablanır. 3.4.1-ci bəndinə əsasən kredit xətti üzrə yaranmış borcu və hesablanmış faizləri vaxtında və tam ödəmək və müqavilənin 3.4.3-cü bəndinə əsasən isə vaxtı keçmiş kreditə görə dəbbə pulunu və borcun məcburi tutulması üçün bankın çəkdiyi xərcləri ödəmək borcalanın öhdəliyidir. 7.1-ci bəndinə əsasən müqavilə tərəflərin imzaladığı tarixdən qüvvəyə minir və öhdəliklər tam icra edilənədək qüvvədə qalır. Bu müqavilənin 2.1-ci bəndində göstərilən kredit müddətinin bitməsi bu müqavilənin qüvvədən düşməsinə səbəb olmur. xx.xx.2022-ci il tarixli 104-S-2923 KM saylı kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlinə əsasən Cavabdeh2 MMC tərəfindən kredit müqaviləsi üzrə ödəyəcək əsas məbləğ 40.000 manat, faizin məbləği 10631,54 manat, cəmi ödəniləcək məbləğ 50631,54 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli İddiaçı ASC tərəfindən tərtib edilmiş arayışından görünür ki, xx.xx.2024-cü il tarixə Cavabdeh2 MMC-nin 21384,75 manat məbləğində əsas, 183,30 manat məbləğində faiz və 4,26 manat məbləğində cərimə, cəmi 21572,31 manat borcu vardır. İddiaçı ASC (Kreditor) ilə Nümayəndə və Cavabdeh3 (Zaminlər) arasında imzalanmış xx.xx.2022-ci il tarixli 104-S-2923 ZM/1 və 104-S-2923 ZM/2 saylı zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən borcalan bu müqavilənin 1.2-ci bəndində göstərilən müqavilə üzrə bank qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə, zamin borcalanla birgə məsuliyyət daşımağı, həmin öhdəliyi tamamilə icra etməyi öhdəsinə götürür və eyni zamanda həmin müqavilə üzrə borcalan öhdəliklərini icra etmədiyi və\və ya lazımınca icra etmədiyi təqdirdə zamin Bankın ilkin yazılı tələbi ilə kredit məbləğini (əsas borc), ona hesablanmış faiz və dəbbə pulu (cərimə) ilə birlikdə, dərhal Banka ödənilməsini (qaytarılmasını) öz üzərinə götürür. Zaminliklə təmin edilən öhdəlik bankla borcalan arasında bağlanmış aşağıda qeyd olunan kredit müqaviləsindən (bundan sonra “Kredit müqaviləsi”) irəli gələn öhdəlikdir:Nömrəsi - İ04-S-2923 KM, Tarixi - 30 İyun 2022-ci il, Məbləği - 40 000 (qırx min) manat, İllik faiz - 16 (on altı) %; Müddəti - 36 (otuz altı) ay. Müqavilənin 1.3-cü bəndinə əsasən zamin və borcalan bank qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin müqavilənin 2.3.2-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəlik icra edilmədikdə və ya lazımınca icra edilmədikdə bankın ilk tələbi ilə heç bir etiraz etmədən, kredit məbləğini, hesablanmış faizləri, habelə borcun ödənilməsi üçün Bankın çəkmiş olduğu hər hansı digər xərc və zərəri 3 (üç) iş gün ərzində tamamilə ödəmək zaminin vəzifəsidir. İddiaçı ASC (Kreditor) ilə Cavabdeh2 MMC (borcalan) arasında imzalanmış xx.xx.2022-ci il tarixli 104-S-2923 GM saylı girov müqaviləsinin: 1.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən girov qoyan özünə məxsus və bu müqavilənin 2.1-ci bəndində göstərilən əmlakı (irəlidə Girov predmeti adlandırılacaq) Girov saxlayan qarşısında pul öhdəliyinin icrasının təmin edilməsi üçiiıı girovla yüklü edir; 2.1-ci bəndinə əsasən girov predmetini Bakı şəhəri, Babək prospekti, Yeni təkər bazarı ünvanında yerləşən mal qalığı təşkil edir; 2.3-cü bəndinə əsasən girov predmetinin bazar dəyəri 65.000 manat təşkil edir; 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə girovla təmin olunan öhdəliyin əmələ gəlməsi üçün əsas "xxxx" ASC ilə Cavabdeh2 MMC arasında Bakı şəhərində bağlanmış 30 iyun 2022-ci il tarixli 104-S-2923 KM nömrəli kredit müqaviləsidir; 5.1-ci bəndinə əsasən girovla təmin edilmiş əsas öhdəlik icra edilmədikdə və ya lazımınca icra edilmədikdə girov predmetinə tutma yönəldilir; 5.2-ci bəndinə əsasən girov predmetinə tutma yönəldilməsi məhkəməyə müraciət edilmədən Girov qoyanla Girov saxlayanın notariat qaydasında təsdiqlənmiş razılaşması, bu cür razılaşma olmadıqda isə məhkmənin qərarı əsasında həyata keçirilir; 5.3-cü bəndinə girov saxlayanın girov predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı aşağıdakılardır: əsas öhdəliyin və ya onun bir hissəsinin vaxtında icra olunmaması; əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması: bu Müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərin Girov qoyanın yerinə yetirməməsi; 8.1-ci bəndinə əsasən bu müqavilə onun təmin etdiyi əsas öhdəlik tam icra edilənədək və ya əsas öhdəliyə xitam verilənədək qüvvədədir. xx.xx.2022-ci il tarixli 104-S-2923 KM saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixli akta əsasən müəyyən edilir ki, bu aktı (Əlavəni ) imzalamaqla «Girov qoyan» ona məxsus 160 ədəd, 65000 manat dəyərində mal qalığı (ehtiyyat hissələri) ilə bağlı "Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məlumatların Azərbaycan Respublikası Mərkəzi Bankı Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinə daxil edilməsi, habelə yüklülüklə təmin edilmiş öhdəliyin «Girov qoyanan”ın cavabdeh olduğu səbəblərdən icra edilmədiyi və ya lazımınca icra edilmədiyi hallarda, sahibliyində olan girov predmetinin «Girov saxlayan»ın sahibliyinə verilməsi ilə bağlı razılıq verdiyini təsdiq edir. Bu razılıq yaranmış öhdəliyə xitam verilənədək qüvvədədir və geri götürülməyəcəkdir. Cavabdeh2 MMC-nin "xxxx" Bank ASC-dən götürüləcək kreditin təminatı qismində təqdim etdiyi malların siyahısında 12 ədəd müxtəlif sayda və adda olan 160 ədəd malın (ön qapı, sürətlər qutusu, baqaj, arxa krılo) ümumi dəyəri 65000 manat təşkil edir. Azərbaycan Respublikası Mərkəzi Bankının Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrindən xx.xx.2022-ci il tarixli çıxarışa əsasən müəyyən edilir ki, yüklülüyün predmeti xx.xx.2022-ci il tarixli 104-S-2923 GM saylı girov müqaviləsinə və akta əsasən bazar dəyəri 65000 manat təşkil edən mal qalığıdır, yüklülüyün sahibi "xxxx" Bank ASC, yüklülük verən Cavabdeh2 MMC kimi göstərilmişdir. xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC 155 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 270-ci maddəsinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Bu Məcəllənin müqaviləyə əsasən əmələ gələn girov və ipoteka haqqında qaydaları müvafiq surətdə digər əsaslara görə əmələ gələn girova və ipotekaya da tətbiq edilir. 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. 297-ci maddəsinə əsasən girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463-cü maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739-cu maddəsinin xx.xx.2023-cü il tarixinə kimi qüvvədə olmuş əvvəlki tələbinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Daşınar əmlakın yüklülüyü haqqında Azərbaycan Respublikasinin Qanununun: 3.1-ci maddəsinə əsasən daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan daşınar əşyalar və dövlət qeydiyyatına alınmalı olan qiymətli kağızlar istisna olmaqla, yüklülük predmetini istənilən daşınar əmlak, habelə hüquqlar və tələblər, o cümlədən gələcəkdə yüklülük sahibinin mülkiyyətində olacaq daşınar əmlak təşkil edir. 12.2-ci maddəsinə əsasən xüsusi yüklülükdə yüklülük predmetinə tutma yönəldilməsi bu Qanunun 13-19-cu maddələri ilə müəyyən olunmuş qaydada həyata keçirilir. 13.1-ci maddəsinə əsasən yüklülük sahibi yüklülük predmetinə aşağıdakı qaydada tutma yönəldə bilər: 13.1.1. yüklülük predmeti pul tələbidirsə (debitor borcdursa), pulun (debitor borcun) yüklülük sahibinə ödənilməsini tələb etmək; 13.1.2. yüklülük predmeti borclunun və ya yüklülük verənin sahibliyindədirsə, yüklülük verənlə yazılı razılaşma əsasında yüklülük predmetini öz sahibliyə götürmək və ya yüklülük predmetinin məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında onun sahibliyinə verilməsi üçün müvafiq olaraq məhkəməyə və ya notariusa müraciət etmək; 13.1.3. yüklülük predmeti yüklülük sahibinin sahibliyindədirsə, yüklülük predmetinin satışını təşkil etmək; 13.1.4. yüklülük predmetini bu Qanunla müəyyən olunmuş şərtlərlə mülkiyyətinə götürmək; 13.1.5. qanunvericiliklə müəyyən olunmuş digər hüquqi müdafiə vasitələrindən istifadə etmək. Məhkəmənin mövqeyi Məhkəmə iş metariallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Çünki məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında imzalanmış xx.xx.2022-ci il tarixli 104-S-2923 KM saylı kredit müqaviləsi çərçivəsində illik faiz dərəcəsi 32 faiz olmaqla, 36 ay müddətinə 40000 manat məbləğində kredit verilmişdir. Öhdəliyin icrasının təmin edilməsi üçün İddiaçı ASC ilə Nümayəndə və Cavabdeh3 arasında xx.xx.2022-ci il tarixli 104-S-2923 ZM/1 və 104-S-2923 ZM/2 saylı zaminlik müqavilələri bağlanmış və zaminlər borclu ilə birgə məsuliyyəti öz üzərinə götürmüşlər, həmçinin Cavabdeh2 MMC ilə Bank arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi Cavabdeh2 MMC ilə Bank arasında xx.xx.2022-ci il tarixdə 104-S-2923 GM saylı girov müqaviləsi bağlanmış və Cavabdeh2 MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Babək prospekti, Yeni təkər bazarı ünvanında yerləşən mal qalığını İddiaçı ASC-də girov ilə yüklü edilmişdir. İddiaçı kredit razılaşması üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan və zaminlər kredit və zaminlik müqavilələri üzrə öhdəliklərini tam icra etməmişlər, bununla da müqavilələrin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Nəticədə iddiaçının cavabdehlərə qarşı kredit və zaminlik müqavilələri əsasında borcu tələb etmək hüququ yaranmışdır. Məhkəmə işin sadalanan hallarını və qanunvericilik normalarını, eləcə də cavabdehlərin üzərlərinə götürdükləri öhdəlikləri tam icra etmədiklərini, nəticədə onların həmin müqavilə üzrə 21384,75 manat məbləğində əsas, 183,30 manat məbləğində faiz borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia bu hissədə təmin edilməli, cavabdehlərdən 21384,75 manat məbləğində əsas, 183,30 manat məbləğində faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən hesablanmış 4,26 manat məbləğində cərimənin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borcluların əsaslı mənafeyini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehlərdən 4,26 manat məbləğində dəbbə pulu tutulmalıdır. Eyni zamanda kredit müqaviləsi üzrə öhdəliklərin təminat üsulu kimi bağlanmış girov müqaviləsi daşınar əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşin yuxarıda göstərilən halları ilə təsdiq edilir ki, Cavabdeh2 MMC-nin kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyini vaxtında icra etmədiyi, tərəflər arasında girov predmetinə tutma yönəldilməsi barədə notarial qaydada təsdiqlənmi razılaşma olmadığı üçün qanunvericiliyin tələblərinə əsasən girov saxlayan iddiaçının girov qoyan cavabdehdə olan girov predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, tələb üzrə tutma Cavabdeh2 MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Babək prospekti, Yeni təkər bazarı ünvanında yerləşən mal qalığına yönəldilməli, həmin əmlaklar açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nin borc tələbi ödənilməlidir. Həmçinin məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddia ərizəsi təmin edildiyindən ödənilmiş 170,18 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 MMC-dən, Nümayəndə və Cavabdeh3 müştərək qaydada xx.xx.2022-ci il tarixli 104-S-2923 KM saylı kredit müqaviləsi üzrə 21384,75 manat məbləğində əsas, 183,30 manat məbləğində faiz borcu, 4,26 manat məbləğində cərimə olmaqla, cəmi 21572 (iyirmi bir min beş yüz yetmiş iki) manat 31 (otuz bir) qəpik məbləğində pul vəsaiti, habelə ödənilmiş 155 (yüz əlli beş) manat dövlət rüsumunun əvəzi iddiaçı “AFB Bank ASC-nin xeyrinə tutulsun. xx.xx.2022-ci il tarixli 104-S-2923 GM №-li saylı girov müqaviləsinə əsasən yüklülük predmeti İddiaçı ASC-nin sahibliyinə verilsin, tutma girov predmeti olan Cavabdeh2 MMCnin mülkiyyətində olan Bakı şəhəri, Babək prospekti, Yeni təkər bazarı ünvanında yerləşən, ümumi dəyəri 65000 (altmış beş min) manat olan 160 (bir yüz altmış) ədəd (1 ədədinin dəyəri 400 manat olan ön qapı (KİA FORTE) 20 ədəd, 1 ədədinin dəyəri 400 manat olan ön qapı ( Hyundai) 15 ədəd, 1 ədədinin dəyəri 400 manat olan ön qapı (Chevrolet) 20 ədəd, 1 ədədinin dəyəri 400 manat olan ön qapı (KİA RİO) 15 ədəd, 1 ədədinin dəyəri 400 manat olan sürətlər qutusu (Chevrolet Cruze) 10 ədəd, 1 ədədinin dəyəri 451 manat olan sürətlər qutusu (Kia Rio) 5 ədəd, 1 ədədinin dəyəri 450 manat olan sürətlər qutusu (Chevrolet Aveo) 5 ədəd, 1 ədədinin dəyəri 400 manat olan Baqaj (Kia Forte) 15 ədəd, 1 ədədinin dəyəri 400 manat olan arxa qanad (Hyundai Elantra) 10 ədəd, 1 ədədinin dəyəri 455 manat olan arxa qanad (Hyundai Accent) 9 ədəd, 1 ədədinin dəyəri 400 manat olan arxa qanad (Hyundai Sonata) 19 ədəd, 1 ədədinin dəyəri 400 manat olan arxa qanad (Hyundai Cruze) 17 ədəd) daşınar əmlaka yönəldilsin, həmin əmlaklar açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait hesabına borc ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-651/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-651/2025
04.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver