Məhkəmə qərarları › İş №e-2-2(113)-6515/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-6515/2025

06.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-6515/2025 06.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Bakı Kommersiya Məhkəməsi Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması və qeyri-yaşayış sahəsinin boşaldılması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı MMC (bundan sonra-iddiaçı) Cavabdeh (bundan sonra-cavabdeh) qarşı “pulun tutulması və qeyri-yaşayış sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindənxx.xx.2021-ci il tarixli, 414 nömrəli subicarə müqaviləsi üzrə 2022- 2024-cü illər dövründə yaranmış və ödənilməmiş 1780,00 (bir min yeddi yüz səksən manat 00 qəpik) manat, əlavə olaraq 414 nömrəli müqavilənin 3.7-ci bəndinə əsasən Cavabdeh Güləhməd oğlunun müqavilə əsasında icarəyə götürdüyü sahə üzrə müəyyən edilmiş aylıq icarə haqqından əlavə xx.xx.2018-ci il tarixli 2608 saylı icarə müqaviləsi üzrə əvvəlki icarəçi X1 həmin müqavilə üzrə 28 sentyabr 2021-ci il tarixə yaranmış və ödənilməmiş 2.874,67 (iki min səkkiz yüz yetmiş dörd manat altmış yeddi qəpik) manat icarə haqqı borcunun, bundan başqa xx.xx.2018-ci il tarixli, 33 nömrəli subicarə müqaviləsi üzrə 01 sentyabr 2021-ci il tarixə yaranmış və ödənilməmiş 1554,67 (bir min beş yüz əlli dörd manat altmış yeddi qəpik) manat olmaqla – cəmi icarə haqqı borcu 6.209,34 (altı min iki yüz doqquz manat otuz dörd qəpik) manat, ona hesablanmış cərimə borcu 253,88 (iki yüz əlli səkkiz manat səksən səkkiz qəpik) manat, kommunal xidmət üzrə borcu 290,94 (iki yüz doxsan manat doxsan dörd qəpik) manat olmaqla, cəmi borc 6.754,16 (altı min yeddi yüz əlli dörd manat on altı qəpik) manat və 87,55 (səksən yeddi manat əlli beş qəpik) manat dövlət rüsumu əvəzinin iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması və “2608” nömrəli qeyri-yaşayış sahəsinin cavadeh tərəfindən boşaldılaraq icarəyə verənə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə yazılı vəsatət verib ərizənin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh vəsatətin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə iddia ərizəsinin baxılmamış saxlanılması barədə vəsatəti nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, vəsatət təmin edilməli və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11, 260, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı MMC tərəfindən verilmiş vəsatət təmin edilsin. İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması və qeyri-yaşayış sahəsinin boşaldılması” tələbinə dair iddiası baxılmamış saxlanılsın. İddia ərizəsi verilərkən ödənilmiş 157,55 (bir yüz əlli yeddi manat əlli beş qəpik) manat dövlət rüsumu İddiaçı MMC-yə qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar