Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6530/2024 02.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: borc müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdeh qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 18.550 manat məbləğində pul vəsaitinin, gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 2.226 manat, ümumilikdə 20.776 manat və ödənilmiş dövlət rüsmunun əvəzi olaraq 154 (yüz əlli dörd) manat məbləğində pul vəsaitinin tutularaq, İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 01 iyul 2021-ci il tarixində borc müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə iddiaçı cavabdehə 19.350 manat məbləğində borc pul vermişdir. Cavabdeh bu vəsaiti 1 il müddətində qaytarmağı öhdəsinə götürsə də, bu günə qədər də, geri qaytarmamışdır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 pulun götürüldüyünü, götürülmüş puldan “raspiska” adlı sənədin ikinci səhifəsində qeyd edilmiş məbləğlərin ödənildiyini və müqavilənin borc müqaviləsi olmadığından Mülki Məcəllənin 445.7-ci maddəsinin tətbiq edilməli olmadığını bildirdi.
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
6. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
- 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər(yeni redaksiya). (borclu pul məbləğinin tutulmasını gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz tutulması yolverilməzdir. əvvəlki redaksiya). - 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
7. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
8. İşin müəyyən olunmuş halı ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli borc müqaviləsi adlı müqavilə bağlanmışdır.
9. Həmin müqavilənin 2-ci bəndinə əsasən Cavabdeh bu müqaviləni imzalamaqla 19.350 manat məbləğində pul vəsaitini nəğd şəkildə İddiaçı borc olaraq aldığını etiraf edir və tərəflər pul vəsaitinin verilməsinə dair hər hansı əlavə maliyə sənədi tərtib etmirlər.
10. Həmin müqavilənin 3-cü bəndinə əsasən Cavabdeh 19.350 (on doqquz min üç yüz əlli) manat məbləğində borcu 1 il müddətinə geri qaytarmağı öhdəsinə götürmüşdür.
11. Müqavilə hər iki tərəfin imzası ilə təsdiq olunmuşdur.
12. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, tərəflər arasında olan mübahisənin borc münasibətlərindən irəli gəldiyini, cavabdeh tərəfindən yalnız 800 manat məbləğində ödəniş edildiyini bildirmişdir.
13. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi pulun götürüldüyünü, götürülmüş puldan “raspiska” adlı sənədin ikinci səhifəsində qeyd edilmiş məbləğlərin ödənildiyini və müqavilənin borc müqaviləsi olmadığı, biznesə investisiya olduğunu qeyd edərək Mülki Məcəllənin 445.7-ci maddəsinin tətbiq edilməli olmadığını bildirdi.
14. İş materiallarına əlavə olunmuş İddiaçı tərəfindən yazılmış “raspiska” adlı sənəddən görünür ki, İddiaçı özü Cavabdeh xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 19.350 manat məbləğində pul verildiyini qeyd etmişdir.
15. Ona görə də, Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə borcun etiraf edilməsi müqaviləsi kimi qiymət verilməlidir.
16. Məhkəmə qeyd edir ki, cavabdeh tərəf də, iddiaçıdan 19.350 manat pulun götürüldüyünü qəbul etmiş, ancaq “raspiska” adlı sənədin ikinci səhifəsində qeyd edilmiş məbləğlərin ödənildiyini qeyd etmişdir.
17. İş materiallarına əlavə edilmiş, “raspiska” adlı sənədin ikinci səhifəsindən görünür ki, qeyd edilmiş məbləğlərin cəmi 2.325 manat təşkil edir və cəmi 625 manat (175 və 450 manat) qeyd edilmiş hissənin qarşısında imza mövcuddur, digər məbləğlərin isə qarşısında imza yoxdur.
18. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəfin nümayəndəsi və vəkili 175 və 450 manatın və daha artıq, ümumilikdə olaraq 800 manatın ödənildiyini, ancaq digər qeyd edilmiş məbləğlərin ödənilmədiyini, sadəcə olaraq qrafik olduğunu qeyd etmişdir.
19. Məhkəmə bu xüsusda qeyd edir ki, cavabdeh tərəf “raspiska” adlı sənədin ikinci səhifəsində qeyd edilimş cəmi 2.325 manat ödənildiyini qeyd etsə də, ödənişlə bağlı sənədləri Məhkəməyə təqdim edə bilməmişdir.
20. Ona görə də, məhkəmə hesab edir ki, 18.550 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir.
21. Məhkəmə əsas borca illik 5% məbləğində hesablanmaqla 2.226 manat pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
22. Bu xüsusda Məhkəmə ilk növbədə qeyd edir ki, xx.xx.2021-ci il tarixli müqavilə üzrə öhdəliyin son icra müddəti xx.xx.2022-ci il tarixi olmuşdur. Ona görə də, əsas borca illik 5 faiz olmaqla pul həmin tarixdən hesablanmalıdır.
23. Bundan başqa Məhkəmə qeyd edir ki, iddiaçı tərəf ilkin olaraq mövcud olan 19.350 manat borcdan 800 manat hissəsini 2024-cü ilin fevral ayında ödəmişdir. Ona görə də, xx.xx.2022-ci il tarixdən 2024-cü ilin fevral ayına kimi 19.350 manat məbləği üzrə, 2024-cü ilin fevral ayından 2024-cü ilin oktyabr ayınadək (iddianın dəyişməsi barədə ərizənin xx.xx.2024-cü il tarixli olması nəzərə alınmaqla) qalıq 18.550 manat məbləği üzrə hesablanmalıdır.
24. Belə ki, cavabdeh borcun ödənilməsini xx.xx.2022-ci il tarixdən (öhdəliyin son icra müddəti) xx.xx.2024-cü il tarixinə (cavabdeh tərəfindən ödəniş edildiyi tarix) kimi 19 ay, xx.xx.2024-cü il tarixdən (cavabdeh tərəfindən ödəniş edildiyi tarix) xx.xx.2024-cü il tarixədək (iddianın dəyişdirilməsi barədə ərizə verildiyi tarix) isə təxmini 8 ay gecikdirmişdir.
25. Belə olan halda, məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli borc müqaviləsi üzrə əsas borca illik 5 faiz hesablanmaqla 2.150,2 manat məbləğində pul ((19.350x5/100=967,5 (1 il üçün), 967,5/12=80,625 (1 ay üçün), 80,625x19=1.531,87 (19 ay üçün)) + (18.550x5/100=927,5 (1 il üçün), 927,5/12=77,29 (1 ay üçün), 77,29x8=618,3 (8 ay üçün))= 1.531,87+618,3=2.150,20) manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
26. Bundan başqa, məhkəmə hesab edir ki, dövlət rüsumunun əvəzi olaraq iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 150,1 manat məbləğində pul da, cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
27. Yekun olaraq məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
28. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Əsas borc üzrə 18.550 (on səkkiz min beş yüz əlli) manat və əsas borca illik 5 faiz hesablanmaqla 2.150 (iki min yüz əlli) manat, 20 (iyirmi) qəpik, ümumilikdə 20.700 (iyirmi min min yeddi yüz) manat, 20 (iyirmi) qəpik məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 150 (bir yüz əlli) manat, 10 (on) qəpik məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov