Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-6540/2023 06.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyev Emin Zöhrab oğlu, İddiaçı MMC Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı pul tələbinə dair iddia ərizəsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nəsimi Rayon İcra Şöbəsinin depozitindən xx.xx.2018-ci il tarixli ödəniş tapşırığına əsasən 50000 manat, xx.xx.2018-ci il tarixli ödəniş tapşırığına əsasən 10000 manat, cəmi 60000 manat tələbkar “X3 Gida Taarım Sanayi ve Ticaret Limited” Şirkətinin etibarnamə üzrə nümayəndəsi Mete Dedeoğlunun hesabına köçürülmüş pul vəsaitlərinin “X3 Gida Taarım Sanayi ve Ticaret Limited” Şirkətindən alınaraq İddiaçı MMC-nin hesabına geri ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin: 149.2.3-ci maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. 150.1. İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd əlavə olunmalıdır. 150.1.6-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir). 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. 152.1.1, 152.1.4 və 152.1.6 və 152.1.6-1-ci maddələrinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut və iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim edilmədikdə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddiaçı tərəfindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin pretenziya Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialına Azərbaycan Respublikası MPM-nin 150.2-ci maddəsində nəzərdə tutulmuş qaydada çatdırılmamış, bununla yanaşı ərizəyə əlavə edilmiş qəbzlərdən hansı növ sənədin (pretenziyanın və ya iddia ərizəsinin) cavabdehlərə göndərildiyini müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, pretenziyanın və ya iddia ərizəsinin göndərilməsini deyil, çatdırılmasını əks etdirən sübut əlavə edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, iş üzrə cavabdehlər qismində Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialı, “X3 Gida Taarım Sanayi ve Ticaret Limited” Şirkəti və “X3 Gida Taarım Sanayi ve Ticaret Limited” Şirkətinin etibarnamə üzrə nümayəndəsi Mete Dedeoğlu göstərilsə də, iddia ərizəsində tələb yalnız “X3 Gida Taarım Sanayi ve Ticaret Limited” Şirkəti və “X3 Gida Taarım Sanayi ve Ticaret Limited” Şirkətinin etibarnamə üzrə nümayəndəsi Mete Dedeoğluna qarşı irəli sürülmüş, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı heç bir tələb irəli sürülməmiş, ilkin mediasiya isə yalnız “X3 Gida Taarım Sanayi ve Ticaret Limited” Şirkəti ilə keçirilmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARAALDİ: İddiaçı MMC Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı pul tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçı MMC-yə izah edilsin ki, iş üzrə cavabdehlər sırasında göstərilən hər bir cavabdehə münasibətdə tələb qeyd edildikdə, həmçinin cavabdehlər sırasında olan hər bir cavabdeh ilə ilkin mediasiya sessiyasında iştirakını təsdiq edən sənəd təqdim edildikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin pretenziya cavabdehlərə MPM-nin 150.2-ci maddəsində nəzərdə tutulmuş qaydada (məhkəmə elektron sistemi və ya vergi xidmətinin online kargüzarlıq vasitəsi ilə) çatdırıldıqda və çatdırılmasını təsdiq edən sənədlər iddia ərizəsinə əlavə edildikdən sonra təkrarən məhkəməyə müraciət oluna bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-6540/2023
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-6540/2023
06.12.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver