Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-655/2020 11.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, məsləhətçi Məmmədzadə Sevinc Bağman qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh OKİ̇İH“ CAPİİ̇TAL” məhdud məsuliyyətli cəmiyyətinə qarşı cavabdehdən 2453,76 manat icarə haqqı borcu, 734,67 inzibati xətaya görə cərimə borcu, 31,86 manat yanacaq borcunun, toplam 3188,43 manat və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən 2453,76 manat icarə haqqı borcu, 734,67 inzibati xətaya görə cərimə borcu, 31,86 manat yanacaq borcunun, toplam 3188,43 manat və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlə iddiaçı arasında bağlanılmış 12022019 saylı, xx.xx.2019-cu il tarixli uzun müddətli avtomobil icarə müqaviləsinə əsasən iddiaçının mülkiyyətində olan bir ədəd Hyundai Accent markalı avtomobil aylıq icarə haqqı 700 manat olmaqla xx.xx.2019-cu il tarixədək cavabdehə icarəyə verilmişdir. Lakin cavabdeh qeyd edilən icarə müqaviləsinə əsasən yaranmış icarə haqqı borcunu tam olaraq ödəməmiş və ödəməməkdə davam edir. Cavabdehə borcunun ödənilməsi ilə bağlı dəfələrlə yazılı və şifahi müraciətlər edilmiş və borcunun ödənilməsi tələb edilmişdir. Lakin cavabdeh bu günədək tələb edilən borcunu ödəməmişdir. Cavabdehin uzun müddətli avtomobil icarə müqaviləsinə görə iddiaçıya 3188,43 manat borcu vardır. Həmin borc məbləğinin 2453,76 manat hissəsi icarə haqqı borcu, 734,67 manat icarə predmeti olan avtomobildən istifadə zamanı cavabdeh tərəfindən törədilmiş inzibati xətaya görə tətbiq edilmiş cərimənin iddiaçı tərəfindən ödənilməsinə görə müqavilənin 8-ci maddəsinə əsasən cərimə borcu və uzun müddətli avtomobil icarə müqaviləsinin 6.2-ci maddəsinə əsasən 31,86 manat hissəsi isə yanacaq borcudur. İcarə predmeti olmuş avtomobil xx xxxxxx 2019-cu il tarixdə cavabdehdən təhvil alınmışdır. Azərbaycan Respublikası Qanunverciliyinin tələbinə əsasən cavabdeh icarə müqaviləsi üzrə borcunu iddiaçıya ödəməyə görə öhdəlik daşıyır. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: Kommersiya qurumunun Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, İddiaçı xx xxxxx 1997-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış 12022019 saylı, xx.xx.2019-cu il tarixli uzun müddətli avtomobil icarə müqaviləsinin surətindən görünür ki, iddiaçı mülkiyyətində olan bir ədəd Hyundai Accent markalı avtomobili aylıq icarə haqqı 700 manat olmaqla xx.xx.2019-cu il tarixədək cavabdehə icarəyə verməyi, cavabdeh isə ödəməni aylıq olmaqla faktura verildikdən sonra 30 gün ərzində həyata keçirməyi öhdələrinə götürmüşlər. xx xxxx 2019-cu il tarixli SA seriyalı 005877 saylı, xx xxxxx 2019-cu il tarixli SA seriyalı 006174 saylı, xx xxx 2019-cu il tarixli SA seriyalı 006475 saylı, xx xxxx 2019-cu il tarixli SA seriyalı 006828 saylı, xx xxxx 2019-cu il tarixli SA seriyalı 007195 saylı, xx xxxxxx 2019-cu il tarixli SA seriyalı 007545 saylı, xx xxxxxx 2019-cu il tarixli SA seriyalı 007599 saylı hesab fakturaların surətlərindən görünür ki, icarə haqqına görə iddiaçı tərəfindən cavabdehə müvafiq olaraq 826 manat, 826 manat, 826 manat, 826 manat, 826 manat, 826 manat və 247,76 manat olmaqla ümumilikdə 5203,76 manat məbləğində hesab-faktura verilmişdir. xx xxxxxx 2019-cu il tarixli SA seriyalı 007600 saylı hesab fakturasın surətindən görünür ki, avtomobillə bağlı inzibati xətaya görə cərimə üçün iddiaçı tərəfindən cavabdehə 162,84 manat məbləğində hesab-faktura verilmişdir. xx xxxxxx 2020-ci il tarixli Mühasibat arayışından görünür ki, cavabdehin iddiaçıya 5938,43 manat borcu olmuş, cavabdeh tərəfindən iddiaçıya 2750 manat ödəniş edilmiş, xx xxxxxxxx 2019-cu il tarixə qalıq borcu 3188,43 manat təşkil etmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Həmin Məcəllənin 701.2.5-ci maddəsinə əsasən əgər qəbul edilmiş ləvazimatla qaytarılmalı ləvazimatın ümumi qiymətləndirmə dəyərləri arasında fərq vardırsa, o, pulla kompensasiya edilir. Qiymətləndirmə dəyərləri üçün icarəyə xitam verildiyi məqamda qüvvədə olan qiymətlər əsas götürülməlidir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında 12022019 saylı, xx.xx.2019-cu il tarixli uzun müddətli avtomobil icarə müqaviləsi bağlanmış, müqaviləyə əsasən iddiaçı mülkiyyətində olan bir ədəd Hyundai Accent markalı avtomobili aylıq icarə haqqı 700 manat olmaqla xx.xx.2019-cu il tarixədək cavabdehə icarəyə verməyi, cavabdeh isə ödəməni aylıq olmaqla faktura verildikdən sonra 30 gün ərzində həyata keçirməyi öhdələrinə götürmüşlər. Cavabdehin iddiaçıya 5938,43 manat borcu olmuş, cavabdeh tərəfindən iddiaçıya 2750 manat ödəniş edilmiş, xx xxxxxxxx 2019-cu il tarixə 3188,43 manat borcu vardır. Cavabdeh müqavilə üzrə götürdüyü öhdəliyi tam icra etməmişdir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış icarə müqaviləsinə görə iddiaçı öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən avtomobili cavabdehə vermiş, cavabdeh isə müqavilə üzrə öhdəlikləri tam yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirmədiyindən, icarə müqaviləsində nəzərdə tutulan müddətdə icarə haqqını tam ödəmədiyindən, iddia təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 12022019 saylı, xx.xx.2019-cu il tarixli uzun müddətli avtomobil icarə müqaviləsi üzrə yaranmış 2453,76 manat icarə haqqı borcu və 734,67 inzibati xətaya görə cərimə borcu tutulmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı tələbində 31,86 manat yanacaq borcunu tələb etsə də, bu barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Belə ki, yanacağın məhz mübahisə predmeti olan avtomobilə doldurulması və ziyanın nə ilə ifadə olunması müəyyən olunmur. Buna görə də məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, 2453,76 manat icarə haqqı borcu və 734,67 inzibati xətaya görə cərimə borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İddianın təmin edilmiş hissəsi (3188,43 manat) iddia tələbinin (3220,29 manat) 99 faizini təşkil etdiyini nəzərə alaraq iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 29,7 manat məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 0,30 manat məbləği isə iddiaçıya aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 2453,76 manat icarə haqqı borcu və 734,67 inzibati xətaya görə cərimə borcu OKİH“ CAPİİ̇TAL” məhdud məsuliyyətli cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. İ̇ Ödənilmiş 30 manat dövlət rüsumunun 29,7 manat məbləği OKİ̇İH“ CAPİİ̇TAL” məhdud məsuliyyətli cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin, qalan 0,30 manat məbləği İddiaçınə aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-655/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-655/2020
11.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver