Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-6559/2024 29.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi X5, İddiaçılar İddiaçı2, X2, İddiaçı3 Nəriman oğlunun və X1 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “nizamnamənin, ümumi yığıncağın protokollarının, auditor aktlarının və sair” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, müəyyən etdim: İddiaçılar İddiaçı2, X4, İddiaçı3 Nəriman oğlu və X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, səhmdar cəmiyətinin səhmdarlarının 2023-cü il üzrə reyestrinin və Nizamnaməsinin, 2017-ci, 2018-ci, 2019-cu, 2020-ci, 2021-ci, 2022-ci, 2023-cü illər üzrə maliyyə-təftiş komissiyasının və auditor aktlarının, 2017-ci, 2018-ci, 2019-cu, 2020-ci, 2021, 2022, 2023-cü illər üzrə “Maliyyə hesabatlarını və onların Əlavələrinin”, debitor və kreditor borcları və pul vəsaitlərinin hərəkəti haqqında hesabatlarının, 2017-ci, 2018-ci, 2019-cu, 2020-ci, 2021-ci, 2022-ci, 2023-cü illər üzrə “Mənfəət vergisi Bəyannamələrinin və onların Əlavələrinin” və ya Sadələşdirilmiş vergi Bəyannamələrinin”, həmçinin “Torpaq vergisi Bəyannamələrinin, səhmdar cəmiyyətin 2017-ci, 2018-ci, 2019-cu, 2020-ci, 2021ci, 2022-ci, 2023-cü illər üzrə ümumi yığıncağının Protokollarının, 2017-ci, 2018-ci, 2019cu, 2020-ci, 2021, ci, 2022-ci, 2023-cü -ci illər üzrə səhmdar cəmiyyətin Müşahidə Şurasının iclaslarının Protokollarının, 2017-ci, 2018-ci, 2019-cu, 2020-ci, 2021-ci, 2022-ci, 2023-cü illər üzrə səhmdar cəmiyyətin “aktivlərini və öhdəliklərin inventarizasiya Aktlarının, 2017-ci, 2018-ci, 2019-cu, 2020-ci, 2021-ci, 2022-ci, 2023-cü illər üzrə Səhmdar Cəmiyyətin “əsas vəsaitlərinin ləğvi Aktlarının, səhmdar cəmiyyətin yerləşdiyi sahənin plan cizgisinin və Daşınmaz Əmalkın dövlət reyestrində Çıxarışın, 2017-ci, 2018-ci, 2019-cu, 2020-ci, 2021-ci, 20222-ci, 2023-cü illər üzrə Səhmdar Cəmiyyətin digər təşkilatlarla bağlanmış əqdlər, kontrakylar, müqavilələr, həmçinin aidiyyatı şəxslərlə bağlanmış və xüsusi əhəmiyyətli əqdlər barəsində məlumatların, səhmdar cəmiyyətin emissiya prospektində (özəlləşdirmə planında) əksini tapmış “əsas vəsaitlərin inventarlaşdırılıması və qiymətləndirilməsi Aktlarının” verilməsi vəzifəsinin Cavabdeh ASC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Çünki iddiaçılar tərəfindən cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsini və iddia ərizəsinin cavabdehə çatdırılmasını təsdiq edən sənədlər iddia ərizəsinə əlavə edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 150.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilməlidir. 150.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) sənəd iddia ərizəsinə əlavə edilməlidir. 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.4 və 152.1.6-cı maddələrinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, qeyd edilənləri nəzərə alaraq hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçılara qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269-cu maddələrini rəhbər tutaraq, qərar verdim: İddiaçılar İddiaçı2, X2, İddiaçı3 Nəriman oğlunun və X1 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “nizamnamənin, ümumi yığıncağın protokollarının, auditor aktlarının və sair” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçılara geri qaytarılsın. İddiaçılara izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən (“elektron kabinet”lərinə yerləşdirildikdən) sonra 10 gün müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-6559/2024
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-6559/2024
29.08.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver