Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-656/2024 29.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı qeyri-yaşayış sahəsinin boşaldılması və pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında qiyabi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Məhdud Məsuliyətli Cəmiyyəti (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 01 dekabr 2019-cu il tarixli, 291 nömrəli icarə müqaviləsi üzrə ödənilməli olan 1266,67 manat məbləğində icarə haqqı borcu, ona hesablanmış 31 manat məbləğində cərimə borcu olmaqla, cəmi 1297,67 manat məbləğində pul tələbinin, ödənilmiş 70 manat məbləğində mediasiya xərcinin əvəzinin İddiaçı xeyrinə tutularaq ödənilməsi, habelə müvafiq qeyri-yaşayış sahəsinin boşaldılaraq icarəyə verənə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə əlaqədar icarəyə verən İddiaçı MMC ilə icarəçi Cavabdeh MMC arasında 01 dekabr 2019cu il tarixli, 291 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən icarəyə verən İddiaçı MMC Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzinin 3-cü mərtəbəsində yerləşən, sahəsi 34 kv.metr ölçüsündə olan 3414 nömrəli qeyri-yaşayış sahəsini icarəyə verməyi, icarəçi isə icarəyə verənə icarə haqqı və icarədən yaranan digər ödənişləri ödəməyi, habelə bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərə sözsüz əməl etməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.1-ci bəndinə uyğun olaraq, icarəyə verilən sahədən istifadəyə görə icarəçi hər ay kommunal və sair xərclər daxil olmamaqla, 250 (iki yüz əlli) manat (ƏDV daxil) məbləğində aylıq icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İcarəyə verən İddiaçı MMC-nin 22 sentyabr 2021-ci il tarixli, 400 nömrəli əmri ilə 01 dekabr 2019-cu il tarixli, 291 nömrəli icarə müqaviləsinə borc öhdəlikləri istisna olmaqla, xitam verilmişdir. İcarəçi qeyd edilən müqavilə üzrə ödənişlə bağlı üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, bununla da 01 dekabr 2019-cu il tarixli, 291 nömrəli icarə müqaviləsi üzrə 22 sentyabr 2021-ci il tarixə icarə haqqı borcu 1266,67 manat, ona hesablanmış cərimə borcu 31 manat olmaqla, cəmi 1297,67 (bir min iki yüz doxsan yeddi manat altmış yeddi qəpik) manat məbləğində borcu yaranmışdir. Habelə, icarəçi şəxs tərəfindən bu günə kimi müvafiq qeyri-yaşayış sahəsi boşaldılaraq icarəyə verənə təhvil verilməmişdir. Bununla da, icarəçi şəxs tərəfindən icarəyə verənə həmin qeyri-yaşayış sahəsindən istifadə ilə bağlı (digər icarəçiyə icarəyə verilməsi və s.) maddi ziyan vurulmuşdur. Borcun ödənilməsi və qeyri-yaşayış sahəsinin boşaldılaraq icarəyə verənə təhvil verilməsi ilə əlaqədar icarəyə verən tərəfindən icarəçinin ünvanına məktub (pretenziya) göndərilmiş, sonuncu tərəfindən borc ödənilməmiş, pretenziyaya rəsmi münasibət bildirilməmişdir. Pretenziya məktubu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 150.2-ci maddəsinə əsasən göndərilmişdir. Bundan sonra, mübahisənin mediasiya ilə həll edilməsi cavabdehə təklif olunmuş, cavabdeh təklifə münasibət bildirməmiş və bu səbəbdən də iddiaçı tərəfindən mediatorun təyin edilməsi ilə əlaqədar Mediasiya Şurasına ərizə ilə müraciət edilmiş, mediator təyin edilmişdir. Mediatorun çağırışlarına əsasən Cavabdeh MMC-nin nümayəndəsi mediasiya sessiyasında iştirak etməmiş, bu baxımdan tərəflər arasında müvafiq mübahisənin həlli istiqamətində razılıq əldə edilməsi mümkün olmamışdır. Göründüyü kimi, Cavabdeh MMC qeyd ediləm icarə müqaviləsinə əsasən ödənişlə bağlı üzərinə götürdüyü öhdəlikləri icra etmir və həmin öhdəliklərin icrasından boyun qaçırır, habelə bu günə kimi müvafiq qeyri-yaşayış sahəsini icarəyə verənə təhvil verməməklə sonuncuya maddi ziyan vurmuşdur. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və cavabdeh gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçının nümayəndəsi və vəkili “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, iddianın tam edilməsini xahiş etmiş, eləcə də iş üzrə qiyabi qətnamə çıxarılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin nümayəndəsinin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - İcarəyə verən qismində İddiaçı MMC ilə icarəçi qismində Cavabdeh MMC arasında xx.xx.2019-cu il tarixli, 291 saylı icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən icarəyə verən aşağıda göstərilən əmlakı icarəçiyə icarəyə verməyi və icarəçi isə icarəyə verənə icarə haqqı və müqavilədən və qanunvericilikdən yaranan digər ödənişləri ödəməyi öhdəsinə götürür. İcarə obyekti Bakı şəhəri, Bınəqədı rayonu, Sumqayıt şossesi 3 ünvanında Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzinin 3-cü mərtəbəsində yerləşən, 34 m2 olan “3414” nömrəli qeyri-yaşayış sahəsidir. Tərəflərdən biri tələb etdikdə, icarə obyekti müvafiq akt tərtib edilməklə təhvil verilir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilə qüvvədə olduğu müddət ərzində icarəçi icarəyə verənə hər ay kommunal və sair xərclər daxil olmamaqla, 250 (iki yüz əlli) manat (ƏDV daxil) həcmində icarə haqqı ödəyir. İcarəçi icarə haqqından əlavə, kommunal ödənişləri, habelə sair saxlama və fəaliyyət xərclərini də ödəməlidir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən təqvim ayının tam icarə haqqı həmin ayın 5-dan gec olmamaqla icarəçi tərəfindən icarəyə verənin hesabına manatla, köçürülmə yolu ilə, icarəyə verənin razılığı olduqda isə nağd ödənilir. İcarəçi müqavilə bağlananda ilk ayın icarə haqqını öncədən ödəməlidir, habelə bir aylıq icarə haqqı məbləğində daimi saxlanan ödənişi etməlidir. İcarəçinin icarəyə verən qarşısında yaranan öhdəliklərini (cərimə, zərər və sairə) icarəyə verən həmin depozit hesabına təmin edə bilər. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən icarəçi icarə haqqını vaxtında ödəməzsə və ya ödənişdən imtina edərsə, bu halda icarəyə verənin tələbi ilə ona hər ayın 6-dan etibarən ödənişini gecikdirdiyi məbləğin 1 (bir) faizi həcmində cərimə ödəməlidir. İcarəçi bu müqavilənin şərtini hər pozduğu hal üçün icarəyə verənə onun tələbi ilə 100 (bir yüz) manat cərimə (dəbbə pulu) ödəməlidir. Həmin müqavilənin 4.4-cü bəndinə əsasən icarəyə verən ildə bir dəfə icarə haqqını rəsmi inflyasiya nəzərə alınmaqla və onun dərəcəsindən çox olmamaqla birtərəfli qaydada artıra bilər. Həmin müqavilənin 4.5-ci bəndinə əsasən bu müqavilənin həyata keçirilməsi zamanı yaranan bütün vergilər icarəçi tərəfindən ödənilir. - İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 02-01/447 nömrəli maliyyə arayışında qeyd edilmişdir ki, xx.xx.2021-ci il tarixə icarəçinin icarəyə verənə icarə haqqı borcu 1266,67 manat, ona hesablanmış cərimə borcu 31 manat olmaqla, cəmi borc 1297,67 manat (bir min iki yüz doxsan yeddi manat altmış yeddi qəpik) təşkil edir. - İddiaçı MMC-nin 01 dekabr 2019-cu il tarixli, 247 nömrəli İcarə müqaviləsinin bağlanılması haqqında əmrdə qeyd edilmişdir ki, icarə münasibətlərinin tənzimlənməsindən irəli gələn məsələlərin həll edilməsi məqsədilə əmr edilir: 1) Cavabdeh MMC ilə İddiaçı MMC-nin arasında 34 m2 sahənin icarəsi haqqında 01 dekabr 2019-cu il tarixindən 11 (on bir) ay müddətinə “291” saylı icarə müqaviləsi bağlanılsın. 2)Satış və kommersiya şöbəsinə tapşırılsın ki, Cavabdeh MMC-ni məlumatlandırılmasını təmin etsin. 3) Əmrin icrası satış və kommersiya şöbəsi və maliyyə, iqtisad və mühasibat uçotu şöbəsinə tapşırılsın. - İddiaçı MMC-nin 22 sentyabr 2021-ci il tarixli, 400 nömrəli İcarə müqaviləsinə xitam verilməsi haqqında əmrdə qeyd edilmişdir ki, icarə münasibətlərinin tənzimlənməsindən irəli gələn məsələlərin həll edilməsi məqsədilə əmr edilir: 1) "xxxx" MMC ilə İddiaçı MMCnin arasında 34 m2 sahənin icarəsi haqqında bağlanmış 291 nömrəli 01 dekabr 2019-cu il tarixli icarə müqaviləsinə 22 sentyabr 2021-ci il tarixindən etibarən müqavilənin 7.3-cü bəndinə müvafiq olaraq xitam verilsin. 2) Əmrin icrası satış və kommersiya şöbəsi və maliyyə, iqtisad və mühasibat uçotu şöbəsinə tapşırılsın. - "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, 005XOH********** nömrəli ödəniş tapşırığından müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Bakı 2 saylı Mediasiya Təşkilatının AZ66AİİB400600C**********142 nömrəli hesabına 70 manat məbləğində ödəniş edilmişdir. - İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2023-cü il tarixli, 02- 01/475 pretenziya məktubundan görünür ki, borc məbləğinin ödənilməsi və qeyri-yaşayış sahəsinin boşaldılması 7 (yeddi) təqvim günü müddətində tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 697.1-ci maddəsinə əsasən kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin yuxarıda göstərilən müqaviləyə əsasən müqavilə öhdəliklərini lazımınca icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, Cavabdeh MMC-dən 01 dekabr 2019-cu il tarixli, 291 nömrəli icarə müqaviləsi üzrə 1266,67 manat (bir min iki yüz altmış altı manat altmış yeddi qəpik) məbləğində icarə haqqı borcu, 31 (otuz bir) manat cərimə, 70 (yetmiş) manat mediasiya xərci olmaqla, 1367,67 manat (bir min üç yüz altmış yeddi manat altmış yeddi qəpik) məbləğində pul tutularaq İddiaçınə ödənilməli, Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzinin 3-cü mərtəbəsində yerləşən, sahəsi 34 kv.metr ölçüsündə olan 3414 nömrəli qeyri-yaşayış sahəsi cavabdeh tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 01 dekabr 2019-cu il tarixli, 291 nömrəli icarə müqaviləsi üzrə 1266,67 manat (bir min iki yüz altmış altı manat altmış yeddi qəpik) məbləğində icarə haqqı borcu, 31 (otuz bir) manat cərimə, 70 (yetmiş) manat mediasiya xərci olmaqla, 1367,67 manat (bir min üç yüz altmış yeddi manat altmış yeddi qəpik) məbləğində pul tutularaq İddiaçınə ödənilsin. Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzinin 3-cü mərtəbəsində yerləşən, sahəsi 34 kv.metr ölçüsündə olan 3414 nömrəli qeyri-yaşayış sahəsi cavabdeh tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-656/2024
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-656/2024
29.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver