Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6560/2024 11.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər:) (borcun silinməsi ) Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Daşdəmirova Ləman Şahlar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı “Azərcan MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı “Azərcan MMC cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC Xəzər EŞ tərəfindən tərtib olunan xx.xx.2024-cü il tarixli üzləşmə aktının etibarsız hesab edilməsi və İddiaçı MMC-dən qanunsuz tələb olunan 17.672,12 manat debitor borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Qala ŞTQ, Qala stansiyasında yerləşməklə mətbəx və əşya plastik qabların istehsalı ilə məşğul olur, istehsal olunan məhsulları əsasən xarici ölkələrə satmaqla ölkənin valyuta ehtiyacına olan təlabatının ödənilməsinə yardım edir. MMC-nin fəaliyyəti qanunvericiliyin tələblərinə uyğun qurulmuş, o cümlədən kommunal xidmətlərdən də bu günədək bağlanmış müqavilələrə əsasən istifadə olunmuş, kommunal xərclərin vaxtında ödənilməsi təmin olumuşdur. İddiaçı MMC-nin istifadə etdiyi elektrik enerjisi sayğaca daxil olmaqla müəssisəyə verilir, sayğacın göstəricilərinə uyğun olaraq istifadə olunan elektrik enerjisinin dəyəri vaxtında ödənilir, buna görə də bir neçə ildir fəaliyyət göstərilməsinə baxmayaraq tərəflər arasında mübahisə olmamışdır. "xxxx" ASC Xəzər Rayon EŞ-dən xx.xx.2024-cü il tarixdə İddiaçı MMC-yə 03\04-043 saylı xəbərdarlıq məktubu daxil olmuşdur. Məktubda qeyd edilir ki, guya istifadə edilən elektrik enerjisinin sərfiyyatına görə 25.699 manat debitor borc vardır, əgər borc xx.xx.2024-cü il tarixə saat 12:00-dək ödənilməsə enerji təchizatı dayandırılacaqdır. "xxxx" ASC Xəzər rayon EŞ-si xəbərdarlıq məktubunda həmin borcun hansı səbəbdən yaranmasını göstərməsə də, məktuba əlavə edilmiş “Elektrik enerjisindən istifadəyə görə üzləşmə aktı”ndan aydın olur ki, guya "xxxx" ASC Xəzər rayon EŞ-si ilə İddiaçı MMC arasında xx.xx.2024-cü il tarixdə istifadə olunan elektrik enerjisinə görə qarşılıqlı üzləşmə aparılmış, aydın olmuşdur ki, İddiaçı MMC-nin xx.xx.2024-cü il tarixə 845,12 manat, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək isə 24853,50 manat olmaqla ümumilikdə 25.698,62 manat debitor borcu yaranmışdır. "xxxx" ASC-nin Xəzər Rayon EŞ əməkdaşları ilə belə bir üzləşmə keçirilməmiş, heç bir akt tərtib olunmamış, aktı tərtib etmiş şəxslər sərin iş otaqlarında əyləşib, qanunsuz varlanma iddiasına düşərək özləri yazıb, özləri imzalamaqla, heç bir fakta əsaslanmayan belə bir saxta üzləşmə aktı tərtib etmişlər. Maraqlı hal ondan ibarətdir ki, "xxxx" ASC Xəzər rayon EŞ-si xx.xx.2024-cü il tarixdə akt tərtib edərkən öz qərəzliliyini gizlədə bilməmiş, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, yəni qarşıdakı 9 gün üçün işlədilməyən enerjini də hesablamaqla 24853,50 manat olmaqla ümumilikdə 25698,62 manat debitor borcun yaranmasını göstərmişdir. Xəzər rayon EŞ-nin əməkdaşları hardan bilirdilər və bilə-bilərdilər ki, qarşıdakı 9 gün ərzində MMC nə qədər enerjidən istifadə edəcəkdir. Xəzər rayon EŞ-nin rəhbərliyi və əməkdaşları 2024-cü il avqust ayının əvvəllərində müəssisəyə gələrək guya sayğacların, cərəyan transformatorlarının düzgün işləmədiyini bildirib, onları çıxararaq yoxlanılması məqsədilə "xxxx" ASC-nin Texniki Departamentinin Laboratoriya İdarəsinə göndərmişlər. "xxxx" ASC-nin Texniki Departamentinin Laboratoriya İdarəsinin xx.xx.2024-cü il tarixli, AKTprotokol N004404, AKT030431 saylı komision aktında göstərilmişdir ki, “komissiyaya təqdim olunan 3 ədəd cərəyan transformatorları tərəfindən açıldı və daxili dolaqların sayına əsasən transformasıya əmsalının K-40 olduğu aşkar olundu”. Yəni, yoxlamanın nəticəsi olaraq heç bir xəta və ya buraxıla bilən xəta aşkar olunmadı. Göstərilən laboratoriyanın nəticəsi də bir daha təsdiq edir ki, "xxxx" ASC-nin Xəzər rayon EŞ-si göstərilən üzləşmə aktını heç bir rəsmi və hüquqi sənədə əsaslanmadan, öz təxəyyülünün nəticəsi olaraq, qanunsuz varlanmaq məqsədilə tərtib etmişdir. Göstərilənlərdən başqa bildirilir ki, "xxxx" ASC tərəfindən İddiaçı MMC-yə işlətdiyi enerjiyə görə xx.xx.2024-cü il tarixə ********* saylı hesab ödəniş vərəqi təqdim olunmuş və göstərilmişdir ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək işlətdiyi enerjiyə görə İddiaçı MMC-nin 9.709,32 manat əsas borc, 1.747,68 manat ƏDV olmaqla cəmi-11.457,0 manat borcu olmuşdur. İddiaçı MMC tərəfindən xx.xx.2024-cü il tarixli AZ-240725001 saylı ödəniş tapşırığı ilə 9.709,33 manat əsas borc, xx.xx.2024-cü il tarixli **********103878 saylı bildirişlə 1.747,68 manat ƏDV ödənilmişdir. xx.xx.2024-cü il tarixli ********* saylı hesab ödəniş vərəqinə əsasən isə MMC-nin xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək işlətdiyi enerjiyə görə 6.802,12 manat əsas borc, 1.224, 38 manat ƏDV olmaqla cəmi 8.026,50 manat borcu yaranmışdır ki, xx.xx.2024-cü il tarixli AZ- 240823004 saylı ödəniş tapşırığı ilə 6.802,12 manat əsas borc ödənilmiş, MMC-dən asılı olmayan, bank və ASC arasında olan texniki səbəblərdən 1.224,38 manat ƏDV ödənilməmişdir ki, texniki səbəblər aradan qalxdıqdan sonra həmin məbləğin ödənilməsi təmin olunacaqdır. Əvvəlki aylarda da məhz MMC-yə daxil olan hesab ödəniş vərəqələrinə uyğun olaraq ödənişlər həyata keçirilmiş, MMC-nin elektrik enerjisindən istifadəyə görə "xxxx" MMC-yə borcu olmamışdır. Göstərilənlər bir daha təsdiq edir ki, "xxxx" ASC-nin Xəzər EŞ tərəfindən İddiaçı MMC-yə qanunsuz olaraq əlavə pul hesablanaraq yazılmışdır. Xəbərdarlığa əsasən xx.xx.2024-cü il tarixə olan 25.698,62 manat qalıq borcdan xx.xx.2024cü il tarixdə 6.802,12 manatı ödənilmiş, 1.224,38 manat ƏDV bank və Cavabdeh ASC arasında olan texniki səbəblərdən ödənilməmiş, 17.672,12 manat isə "xxxx" ASC-nin Xəzər EŞ tərəfindən qanunsuz hesablanmışdır. Ona görə də "xxxx" ASC-nin Xəzər EŞ tərəfindən qanunsuz hesablanmış 17.672,12 manat debitor borcun qanunsuz olmaqla silinməsinə dair qətnamə çıxarılmalıdır.
3. xx.xx.2024-cü il tarixdə iddiaçının nümayəndəsi “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə “iddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair” ərizə təqdim edərək cavabdeh Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsinin iş üzrə cavabdeh qismindən çıxarılmasını, iddia tələbinin həcminin “üzləşmə aktının etibarsız hesab edilməsi” hissəsində azaldılmasını və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən elektrik enerjisindən istifadəyə görə İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətdən qanunsuz tələb olunan 18.038,94 manat borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
5. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
6. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. "xxxx" ASC tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli, ********* nömrəli hesab ödəniş vərəqindən görünür ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinə qədər İddiaçı MMC tərəfindən istifadə olunan elektrik enerjisi haqqı 9436,78 manat əsas, 1698,62 manat ƏDV borcu olmaqla, cəmi 11135,40 manat təşkil etmiş, xx.xx.2024-cü il tarixə qalıq borcun 11135,93 manat təşkil etdiyi qeyd olunmuşdur.
9. xx.xx.2024-cü il tarixli, AZ240529001 nömrəli ödəniş tapşırığına əsasən İddiaçı MMC tərəfindən "xxxx" ASC-nin hesabına əsas borc üzrə 9436,78 manat, xx.xx.2024-cü il tarixli, XV240611003 nömrəli ödəniş tapşırığına əsasən ƏDV borcu üzrə 798,62 manat, xx.xx.2024-cü il tarixli köçürmənin aparılması haqqında bildirişə əsasən ƏDV borcu üzrə 900 manat məbləğində pul ödənilmişdir.
10. "xxxx" ASC tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli, ********* nömrəli hesab ödəniş vərəqindən görünür ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinə qədər İddiaçı MMC tərəfindən istifadə olunan elektrik enerjisi haqqı 11802,97 manat əsas, 2124,53 manat ƏDV borcu olmaqla, cəmi 13927,50 manat təşkil etmiş, xx.xx.2024-cü il tarixə qalıq borcun 14248,03 manat təşkil etdiyi qeyd olunmuşdur.
11. xx.xx.2024-cü il tarixli, AZ240625001 nömrəli ödəniş tapşırığına əsasən İddiaçı MMC tərəfindən "xxxx" ASC-nin hesabına əsas borc üzrə 11802,97 manat, xx.xx.2024-cü il tarixli, XV240701001 nömrəli ödəniş tapşırığına əsasən ƏDV borcu üzrə 2124,53 manat məbləğində pul ödənilmişdir.
12. "xxxx" ASC tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli, ********* nömrəli hesab ödəniş vərəqindən görünür ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinə qədər İddiaçı MMC tərəfindən istifadə olunan elektrik enerjisi haqqı 9709,32 manat əsas, 1747,68 manat ƏDV borcu olmaqla, cəmi 11457 manat təşkil etmiş, xx.xx.2024-cü il tarixə qalıq borcun 11777,53 manat təşkil etdiyi qeyd olunmuşdur.
13. xx.xx.2024-cü il tarixli, AZ240725001 nömrəli ödəniş tapşırığına əsasən İddiaçı MMC tərəfindən "xxxx" ASC-nin hesabına əsas borc üzrə 9709,33 manat, xx.xx.2024-cü il tarixli köçürmənin aparılması haqqında bildirişə əsasən ƏDV borcu üzrə 1747,68 manat məbləğində pul ödənilmişdir.
14. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, ********* nömrəli hesab ödəniş vərəqindən görünür ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinə qədər İddiaçı MMC tərəfindən istifadə olunan elektrik enerjisi haqqı 6802,12 manat əsas, 1224,38 manat ƏDV borcu olmaqla, cəmi 8026,50 manat təşkil etmiş, xx.xx.2024-cü il tarixə qalıq borcun 25698,62 manat təşkil etdiyi qeyd olunmuşdur.
15. xx.xx.2024-cü il tarixli, AZ240823004 nömrəli ödəniş tapşırığına əsasən İddiaçı MMC tərəfindən "xxxx" ASC-nin hesabına əsas borc üzrə 6802,12 manat, xx.xx.2024-cü il tarixli köçürmənin aparılması haqqında bildirişə əsasən ƏDV borcu üzrə 1224,38 manat məbləğində pul ödənilmişdir. 16."xxxx" ASC tərəfindən “Azərcan MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli, ********* nömrəli hesab ödəniş vərəqindən görünür ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinə qədər İddiaçı MMC tərəfindən istifadə olunan elektrik enerjisi haqqı 7955,34 manat əsas, 1431,96 manat ƏDV borcu olmaqla, cəmi 9387,30 manat təşkil etmiş, xx.xx.2024-cü il tarixə qalıq borcun 27059,42 manat təşkil etdiyi qeyd olunmuşdur. 17.xx.xx.2024-cü il tarixli, AZ240925001 nömrəli ödəniş tapşırığına əsasən İddiaçı MMC tərəfindən "xxxx" ASC-nin hesabına əsas borc üzrə 7955,34 manat, xx.xx.2024-cü il tarixli köçürmənin aparılması haqqında bildirişə əsasən ƏDV borcu üzrə 1431,96 manat məbləğində pul ödənilmişdir.
18. "xxxx" ASC tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli, ********* nömrəli hesab ödəniş vərəqindən görünür ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinə qədər İddiaçı MMC tərəfindən istifadə olunan elektrik enerjisi haqqı 9344,95 manat əsas, 1682,09 manat ƏDV borcu olmaqla, cəmi 11027,04 manat təşkil etmiş, xx.xx.2024-cü il tarixə qalıq borcun 29.065,98 manat təşkil etdiyi qeyd olunmuşdur.
19. xx.xx.2024-cü il tarixli, AZ241023001 nömrəli ödəniş tapşırığına əsasən İddiaçı MMC tərəfindən "xxxx" ASC-nin hesabına əsas borc üzrə 9344.95 manat, xx.xx.2024-cü il tarixli köçürmənin aparılması haqqında bildirişə əsasən ƏDV borcu üzrə 1682.09 manat məbləğində pul ödənilmişdir. 20."xxxx" ASC tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli, ********* nömrəli hesab ödəniş vərəqindən görünür ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinə qədər İddiaçı MMC tərəfindən istifadə olunan elektrik enerjisi haqqı 11519,58 manat əsas, 2073,53 manat ƏDV borcu olmaqla, cəmi 13593,11 manat təşkil etmiş, xx.xx.2024-cü il tarixə qalıq borcun 31632,05 manat təşkil etdiyi qeyd olunmuşdur.
21. xx.xx.2024-cü il tarixli, AZ241127001 nömrəli ödəniş tapşırığına əsasən İddiaçı MMC tərəfindən "xxxx" ASC-nin hesabına əsas borc üzrə 11519,59 manat, xx.xx.2024-cü il tarixli köçürmənin aparılması haqqında bildirişə əsasən ƏDV borcu üzrə 2073,53 manat məbləğində pul ödənilmişdir.
22. Abunə haqqında məlumatdan görünür ki, İddiaçı MMC-nin (03/04-043) abunə kodu **********10934) qalıq borcu 27.059,42 manat təşkil edir.
23. xx.xx.2024-cü il tarixli üzləşmə aktından görünür ki, xx.xx.2024 tarixinə İddiaçı MMC-nin qalıq borcu 25698,62 manat təşkil etmişdir. Qeyd edilən aktı birtərəfli qaydada – yalnız cavabdeh tərəfindən imzalanmış və cavabdehin möhürü ilə təsdiq edilmişdir.
24. "xxxx" ASC tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda elektrik enerjisinin sərfiyyatına görə 25699 manat debitor borcun olduğu, qərar və sərəncam daxilində vaxtında ödənilməmiş borca görə mənzilin enerji təchizatının əlavə xəbərdarlıq edilmədən xx.xx.2024-cü il tarixindən dayandırılacağı qeyd edilmişdir.
25. Sayğacların və cərəyan transformatorlarının yoxlanması haqqında xx.xx.2024-cü il tarixli, 004404 saylı AKT-protokoldan görünür ki, təqdim olunan 3 ədəd cərəyan transformatorları komissiya tərəfindən açılmış və daxili dolaqların sayına əsasən transformasiya əmsalının K-40 olduğu aşkar edilmişdir.
26. Beləliklə, hazırkı mübahisə İddiaçı MMC-nin elektrik enerjisindən istifadə etməsi üzrə yaranmış borcla əlaqədardır. İddiaçı Cavabdeh tərəfindən hesablanmış 18038.94 manat dəyərində borcu qəbul etməmiş və bununla əlaqədar olaraq hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 14.2.1 ("Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasıdır".) və 386.1-ci ("Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.") maddələri müqaviləni öhdəliyin yaranma əsası kimi müəyənləşdirir.
28. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir.
29. Azərbaycan Respublikası Mülki Məcəlləsi mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (1096 və 1097-ci maddələr). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün zərərin özünün varlığı və borclunun hüquqa zidd əməli ilə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. Bu mənada zərər mülki-hüquqi məsuliyyətin ən önəmli ünsürünü təşkil edir.
30. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
31. Hazırkı işin hallarının MM-in delikt üzrə məsuliyyətin əmələ gəlmə əsasları baxımından qiymətləndirilməsi İddiaçı MMC-nin "xxxx" ASC qarşısında mülki hüquqi məsuliyyət daşıması nəticəsinə gəlməyə əsas vermir.
32. Belə ki, delikt üzrə məsuliyyətin yaranmasının şərti - zərərin mövcudluğu öz təsdiqini tapmır. Maddi zərər, zərərə məruz qalmış şəxsin əmlakında zərər vurulduqdan sonra meydana gələn vəziyyətlə bu zərər vurmadan əvvəl mövcud olan vəziyyət arasındakı fərqi ifadə edir. Maddi zərərin mövcudluğu üçün zərər vurmadan əvvəlki vəziyyətə nəzərən zərər vurmadan sonra şəxsin əmlakında bir azalmanın meydana gəlməsi tələb olunur (MM-in 21 və 1096-cı maddələr). Başqa sözlə, öhdəliyin mülki hüquq pozuntusundan doğmasının mühüm şərti zərərin özünün mövcudluğudur. Maddi zərər şəxsin əmlak vəziyyətində hüquqa zidd əməl nəticəsində yaranmış itkini nəzərdə tutur və maddi zərərin əvəzinin ödənilməsi məhz bu itkinin aradan qaldırılmasına istiqamətlənməklə şəxsin əmlak vəziyyətində zərər vurulan anadək mövcud olmuş vəziyyətin bərpasına xidmət edir. Məhkəmə zərərvurmadan irəli gələn məsuliyyətin yaranması üçün sadalanan 4 şərtin məcmu halda mövcud olmadığını nəzərə alaraq bu nəticəyə gəlir ki, iddia tələbi əsaslıdır.
33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın: 1.3-cü bəndinə əsasən, enerjitəchizatı müəssisəsi elektrik enerjisinin alqı-satqı müqaviləsi əsasında dövlət elektroenergetika müəssisəsindən, yaxud müstəqil enerji istehsalçısından elektrik enerjisini satın alır və onu istehlakçılara satır. Enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır. Bu müqaviləyə elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktı əlavə edilir. 8.1-ci bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 8.4-cü bəndinə əsasən, enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. 8.13-cü bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar enerjitəchizatı müəssisəsinin abonentə təqdim etdiyi ödəniş sənədlərinə əsasən aparılır. 8.14-cü bəndinə əsasən, İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir (8.14).
34. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, "xxxx" ASC tərəfindən İddiaçıya xx.xx.2024-cü il tarixli ********* nömrəli, xx.xx.2024-cü il tarixli ********* nömrəli, xx.xx.2024-cü il tarixli ********* nömrəli, xx.xx.2024-cü il tarixli ********* nömrəli, xx.xx.2024-cü il tarixli ********* nömrəli və xx.xx.2024-cü il tarixli ********* nömrəli və xx.xx.2024-cü il tarixli, ********* nömrəli ödəniş vərəqləri ünvanlanaraq istifadə olunmuş elektrik enerjisinin dəyərinin ödənilməsi tələb olunmuş, həmin ödəniş vərəqələrinin hər birində göstərilən məbləğdə əsas borc və ƏDV borcu İddiaçı tərəfindən tam olaraq ödənilmiş və bu fakt İddiçının təqdim etdiyi sübutlar ilə öz təsdiqini tapmışdır. Buna baxmayaraq Cavabdeh İddiaçıdan əlavə olaraq 18038.94 manat qalıq borcu tələb edir. Belə ki, sonuncu - xx.xx.2024-cü il tarixli ödəniş vərəqindən görünür ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinə qədər istifadə olunan elektrik enerjisi haqqı cəmi 13593,11 manat təşkil etmiş, lakin xx.xx.2024-cü il tarixə qalıq borcun 31632,05 manat olduğu qeyd edilmişdir. (316xx.xx-13593.11=18038.94)
35. Məhkəmə qeyd edir ki, iddiaçı borcun əsassız hesablandığına istinad etdiyindən AR MPM-in 77.1-ci maddəsinin tələbləri baxımından elektrik enerjisinin istifadəsinə görə borcun hesablanması ilə bağlı olan məlumatları, o cümlədən sayğac göstəricilərinin oxunması, onlar əsasında müvafiq tariflərin hansı qaydada tətbiq edildiyi əsaslarını sübut etmək vəzifəsini enerjitəchizatı müəssisəsi daşıyır. Bu məqsədlə məhkəmə iclasları dəfələrlə təxirə salınmış, lakin cavabdeh tərəfindən iş üzrə sənədlər məhkəməyə təqdim edilməmiş, həmin borcun hansı əsasla yaranması, əsaslı olaraq hesablanıb-hesablanmaması, hansı dövrləri əhatə etdiyi və iddiaçıya aidiyyəti iş materialları ilə öz təsdiqini tapmamışdır.
36. xx.xx.2024-cü il tarixli üzləşmə aktına münasibətdə məhkəmə qeyd edir ki, həmin akt birtərəfli qaydada – yalnız cavabdehin əməkdaşları tərəfindən imzalanaraq, cavabdehin möhürü ilə təsdiq edildiyindən sübut olaraq hər hansı bir hüquqi qüvvəyə malik deyildir.
37. “Abonent haqqında məlumat”-a münasibətdə isə qeyd edilməlidir ki, həmin sənəd "xxxx" ASC-nin müvafiq məlumat-baza sistemindən çıxarış olmaqla Cavabdehin daxil etdiyi informasiya əsasında formalaşmış və onun tərəfindən birtərəfli qaydada tərtib edilmişdir. Bu mənada Cavabdehin birtərəfli qaydada tərtib etdiyi sözügedən sənədin İddiaçı üçün hər hansı öhdəlik yaratması mümkün deyildir. Çünki öhdəliyin əmələ gəlmə əsasları Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə tənzimlənir.
38. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
39. Bundan əlavə, Cavabdehin heç bir əsas olmadan 18038,94 manat borcun ödənilməsini tələb etməsi yuxarıda göstərilən səbəblərdən başqa həm də MM-in 425.1-ci maddəsində nəzərdə tutulmuş vicdanlılıq prinsipi ilə də ziddiyyət təşkil etdiyi üçün əsassızdır. Çünki MM-in 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
40. Azərbaycan Respublikası MPM-in: 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 89.3-cü maddəsinə əsasən məhkəməyə lazımı sübutların əsli və ya lazımı qaydada təsdiq olunmuş sürəti təqdim edilir.
41. Məhkəmə xüsusi olaraq qeyd etmək istəyir ki, sübutların qiymətləndirilməsinin məzmunu aşağıdakılar ehtiva edir: onların münkünluyunu, aid edilməsini, mötəbərliyi və bütün sübutların məcmusunun qarşılıqlı əlaqəsi. Məhkəmə sübütları müəyyən edərkən, məhkəmə aktında qeyd edilən nəticələrin əsaslandırılması üşün sübütların mötəbərliyin kifayət edilməsini qiymətləndirir. Məhkəmə qətnaməsi quman olunan nəticələrə, mülahizələrə və işin halları barədə ehtimallara əsaslana bilməz.
42. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, İddiaçıdan elektrik enerjisindən istifadəyə görə qanunsuz tələb olunan 18038.94 manat borc cavabdeh "xxxx" ASC tərəfindən silinməlidir. V. Nəticə:
43. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı MMC-yə elektrik enerjisindən istifadəyə görə qanunsuz olaraq hesablanmış 18038,94 (on səkkiz min otuz səkkiz manat doxsan dörd qəpik) manat məbləğində borc cavabdeh "xxxx" ASC tərəfindən silinsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən İlham Əhmədov