Məhkəmə qərarları › İş №e-2-2(113)-6563/2024

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-6563/2024

31.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6563/2024 31.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: podrat müqaviləsi, öhdəliyin icra edilməməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı "xxxx" MMC iddia ərizəsi, daha sonra iddia tələbinin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 40039 manat pulun alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC direktoru Nümayəndə2 şəxsində və "xxxx" MMC direktoru Nümayəndə1 ilə 06 iyun 2022-ci il tarixli AZ.AV-21 nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən lahiyəyə uyğun olaraq velosiped zolağının tikilməsi ilə əlaqədar səkilərin salınması işlərinin yerinə yetirməsi nəzərdə tutulmuşdur. Müqavilənin 6-cı bəndinə əsasən “Sifarişçi ” yerinə yetirilmiş işlərin dəyərini hər iki tərəfin təsdiqlədiyi akt (forma 2) əsasında bank vasitəsi ilə “icraçı”nın hesabına ödəməyi öhtəsinə götürmüşdür. Müqavilədə göstərilən işlər “icraçı” tərəfindən “Buzovna- Şüvalan” avtomobil yolu üzərində velosiped və piyada zolağının tikintisi şəkilərin salınması hissəsi tam,qüsursuz və yüksək keyfiyyətlə icra edilərək təhvil verilmişdir. Lakin sifarişçi görülmüş işlərin pulunu tam ödəməmişdir. “İcraçı” tərəfindən görülmüş işlərin dəyəri ƏDVsiz 176269 manat olduğu halda “sifarişçi” həmin məbləğin 136230 manatını ödəmiş, 40039 manat borclu qalmışdır. Görülmüş işlərin ölçü vahidləri üzrə həcmi aşağıdakı kimidir: 1.Bardur daşların düzülməsi; 1) 0670 p/m x3,0=32010,0; 2) 8529 p/m x 4,0=34116; 3) Tamet daşların düzülməsi; 1996m2x3,50=6986; 4) 6651m2x6,0=39906, Bardur daşların altının əl ilə doldurulması-torpaq işləri - 700m2x10,0=7000; 5) Qonovun düzülməsi-154m2x3=462; 1881m2x4= 7524; 6) Sökülüb yenidən işlənən bardur daşlar 733m2x3=2199; 5710m2x4,0=22840; 7) Sökülüb yenidən işlənən tamet daşlar- 2446m2x6,0=14676,0; 300m2x3,50=1050; 8) Tamet daşların altının əl ilə doldurulması torpaq işi300m2x10,0=3000; 9) Asvaltın vurulması - 300m2x15,0=4500. Yekun məbləğ:176269 manat, ödənilib 136230 manat,ödənilməmiş məbləğ 40039 manatdır. Sifarişçi tərəfə xx.xx.2024-cü il tarixdə borcunu ödəməsindən ötrü pretenziya göndərilsədə borcu ödəməmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 443.2, 443.3-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır. İş üzrə Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçının nümayəndəsi məhkəmə ərizə ilə müraciət edərək cavabdehin məhkəmə baxış iclası barədə məlumatlı olmasına baxmayaraq, iclasda iştirak etmədiyini, buna göə də işə qiyabi icraat qaydasında baxılmasını və qiyabi qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, buna görə də işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: Cavabdeh MMC (Sifarişçi) ilə "xxxx" MMC (İcraçı) arasında bağlanmış 06 iyun 2022-ci il tarixli AZ.AV-21 nömrəli müqavilədən görünür ki, layihəyə uyğun olaraq velosiped zolağının tikilməsi ilə əlaqədar səkilərin salınması işlərinin yerinə yetirmək, "İcraçı” müqavilədə göstərilən şərtlərlə işlərin yerinə yetirilməsini öhdəsinə götürmüşdür. Müqavilənin 3-cü bəndinə əsasən "İcraçı" "Sifarişçi”nin tapşırığına uyğun müqavilədə göstərilmiş şərtlər əsasında işlərin yerinə yetirilməsini təmin edir. Müqavilənin 5-ci bəndinə əsasən "Sifarişçi” Xidmətin icra olunması üçün tələb olunan şəraiti yaratmaq (materialları müəyyən olunmuş yerlərə yığılmalı, layihəyə uyğun trassa təyin edilməli, Topoqrafik ölçülər təqdim olunmalı və səki daşlarının altının dolğu - kipləşdirmə işləri), lazım olan vasitələrlə (materiallarla, texnikalarla) təmin edib İcraçının sərancamına verilməlidir. Müqavilənin 6-cı bəndinə əsasən "Sifarişçi” yerinə yetirilmiş işlərin dəyərini hər iki tərəfin təsdiqlədiyi akt (forma 2) əsasında bank vasitəsi ilə "İcraçı”nın hesabına ödəməyi öhdəsinə götürmüşdür. 06 iyun 2022-ci il tarixli AZ.AV-21 nömrəli müqaviləyə 1 saylı Əlavə olan X1 görünür ki, müqaviləyə uyğun olaraq Cavabdeh MMC-nin sifarişinə əsasən "xxxx" MMC tərəfindən tamet daşların düzülməsi işləri üçün 1 m2 qiyməti 3.50 manat, bordür daşların düzəlməsi işləri üçün 1 p/m qiyməti 3.00 manat məbləğində müəyyənləşdirmişlər. 06 iyun 2022-ci il tarixli AZ.AV-21 nömrəli müqavilə üzrə 2022-ci ildə iyun ayında yerinə yetirilmiş işlərin qəbulu aktına əsasən "xxxx" MMC tərəfindən 4130 manat dəyərində görülmüş işlər Cavabdeh MMC tərəfindən təhvil alınmışdır. 06 iyun 2022-ci il tarixli AZ.AV-21 nömrəli müqavilə üzrə 2022-ci ildə iyun ayında yerinə yetirilmiş işlərin qəbulu aktına əsasən "xxxx" MMC tərəfindən 18881,18 manat dəyərində görülmüş işlər Cavabdeh MMC tərəfindən təhvil alınmışdır. 06 iyun 2022-ci il tarixli AZ.AV-21 nömrəli müqavilə üzrə 2022-ci ildə iyun ayında yerinə yetirilmiş işlərin qəbulu aktına əsasən "xxxx" MMC tərəfindən 7080 manat dəyərində görülmüş işlər Cavabdeh MMC tərəfindən təhvil alınmışdır. 06 iyun 2022-ci il tarixli AZ.AV-21 nömrəli müqavilə üzrə 2022-ci ildə iyul ayında yerinə yetirilmiş işlərin qəbulu aktına əsasən "xxxx" MMC tərəfindən 32103,08 manat dəyərində görülmüş işlər Cavabdeh MMC tərəfindən təhvil alınmışdır. 06 iyun 2022-ci il tarixli AZ.AV-21 nömrəli müqavilə üzrə 2022-ci ildə avqust ayında yerinə yetirilmiş işlərin qəbulu aktına əsasən "xxxx" MMC tərəfindən 17775,52 manat dəyərində görülmüş işlər Cavabdeh MMC tərəfindən təhvil alınmışdır. 06 iyun 2022-ci il tarixli AZ.AV-21 nömrəli müqavilə üzrə 2022-ci ildə sentyabr ayında yerinə yetirilmiş işlərin qəbulu aktına əsasən "xxxx" MMC tərəfindən 40035,04 manat dəyərində görülmüş işlər Cavabdeh MMC tərəfindən təhvil alınmışdır. 06 iyun 2022-ci il tarixli AZ.AV-21 nömrəli müqavilə üzrə 2022-ci ildə oktyabr ayında yerinə yetirilmiş işlərin qəbulu aktına əsasən "xxxx" MMC tərəfindən 45986,96 manat dəyərində görülmüş işlər Cavabdeh MMC tərəfindən təhvil alınmışdır. 06 iyun 2022-ci il tarixli AZ.AV-21 nömrəli müqavilə üzrə 2022-ci ildə noyabr ayında yerinə yetirilmiş işlərin qəbulu aktına əsasən "xxxx" MMC tərəfindən 42005,64 manat dəyərində görülmüş işlər Cavabdeh MMC tərəfindən təhvil alınmışdır. EBCK seriyalı, 531284 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 42005,64 manat, EBCJ seriyalı, 718935 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 45986,96 manat, EBCE seriyalı, 184515 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 40035,04 manat, EBCD seriyalı, 405641 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 17775,52 manat, EBCB seriyalı, 570097 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 16093,43 manat, EBBZ seriyalı, 916634 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 16009,65 manat, EBBZ seriyalı, 126509 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 4130 manat, EBBY seriyalı, 893270 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 18881,18 manat, EBBY seriyalı, 371290 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 7080 manat məbləğində görülmüş işlərin dəyəri "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. 26 avqust 2024-cü il tarixli ********** saylı mədaxil "xxxx" MMC tərəfindən dövlət büdcəsinə 231,60 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında podrat müqaviləsi üzrə münasibətlər mövcud olmuşdur. Belə ki, iddiaçı müqavilədə nəzər tutulmuş xidmətləri göstərsə də, cavabdeh tərəfindən nəzərdə tutulmuş xidmət haqqı iddiaçıya ödənilməmişdir. Bununla da cavabdeh müqavilə ilə üzərinə götürmüş öhdəlikləri yerinə yetirməmiş, qarşı tərəfin gördüyü işi qəbul etsə də, şərtləşdirilmiş xidmət haqqını tam ödəməmişdir. Həmçinin qəbul aktları, elektron qaimələr ilə də cavabdehin iddiaçıya 40039 manat borcunun olması təsdiq olunur. Cavabdeh iddiya qarşı heç bir etiraz etməmişdir. Buna görə də iddiaçının icra etdiyi işin müqabilində cavabdehdən xidmət haqqının ödənilməsini tələb etmək hüququ vardır. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, təhvil alınan xidmətlərə görə 40039 manat məbləğində pul vəsaitini ödəmədiyini, iddiaçının göstərilən xidmətin dəyərinin ödənilməsini tələb etmək hüququnun olduğunu, tərəflər arasındakı işgüzar adəti nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 40039 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddianın təmin olunmasını nəzərə alaraq hesab edir ki, ödənilmiş 231,60 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 242-244, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 06 iyun 2022-ci il tarixli AZ.AV-21 nömrəli müqaviləsinə əsasən 40039 (qırx min otuz doqquz) manat əsas borc, habelə ödənilmiş 231 (iki yüz otuz bir) manat 60 (altmış) qəpik dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün (“elektron formada”) Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən, qiyabi qətnamənin ləğvi üçün ərizənin verilməsi və həmin ərizəyə baxılması müddəti bitdikdən sonra, tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar