Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-657/2021 26.02.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Aytən Heydər qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh xxxx Məhdud Məsuliyyətli Cəmiyyəti “müflis elan edilmə və əmək inziabatçısının təyin edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı maraqlı şəxs xxxx Məhdud Məsuliyyətli Cəmiyyəti “müflis elan edilmə və əmək inzibatçısının təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının kreditoru “xxxx” MMC-dir. İddiaçının kreditora müqavilə üzrə yerinə yetirilmiş işlər üçün tərəflərin qarşılıqlı təsdiqlədiyi icra aktlarına və üzləşmə aktlarına əsasən icra edilməmiş ƏDV xaric 644.307,36 (altı yüz qırx dörd min üç yüz yeddi manat 36 qəpik) manat məbləğində qalıq borc (işçilik haqqı) öhdəliyi vardır. İddiaçının digər kreditor və ya debitor borcları mövcud deyildir. Eyni zamanda iddiaçı hazırki ərizəni məhkəməyə təqdim etdikdən sonra 1 (bir) il ərzində onun vaxtı çatacaq digər borc öhdəliyi mövcud deyildir. İddiaçı təsdiq edir ki, o borc öhdəliyini icra etmək iqtidarında deyildir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi vəsatət təqdim edərək bildirdi ki, Bakı Kommersiya Məhkəməsi tərəfindən İddiaçı MMC-nin müflis elan olunmaya dair ərizəsinin icraata qəbul edilməsi yolverilməzdir. Belə ki, Bakı Kommersiya Məhkəməsi xx.xx.2020-ci il tarixli, e-2-2(113)-2991/2020 saylı məhkəmə qətnaməsi ilə baxılmış iddia tələblərinin predmeti eynidir. Əvvəlki və hazırki iddia tələbləri üzrə iddiaçı eyni əsaslardan çıxış etməklə cavabdehə qarşı eyni tələb yönəltmişdir. Bakı Kommersiya Məhkəməsi iş üzrə icraata xitam verməli olduğu halda ərizənin icraata qəbul edilməsi və məhkəmədə baxılmağa hazırlanması üçün qərardad qəbul etmişdir. Lakin, artıq bu işə baxıldığı üçün iddia yenidən icraata qəbul edilməməli idi. Qəbul edilibsə də, hesab edirik ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə iş üzrə icraata xitam verilməlidir. Odur ki, hazırkı iddia tələbi üzrə işin icraatına xitam verilməsi barədə qərardadın qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək, sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı cavabdeh xxxx Məhdud Məsuliyyətli Cəmiyyəti “müflis elan edilmə və əmək inzibatçısının təyin edilməsi” tələbinə dair iş üzrə icraata xitam verilməlidir. Belə ki, İddiaçı MMC-nin müflis elan edilmə barədə ərizəsi üzrə kommersiya mübahisəsinə Bakı Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxılaraq e-2-2(113)-2991/2020 saylı xx.xx.2020-ci il tarixli qətnamə qəbul edilmiş və həmin qətnamə qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsində qeyd olunur ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən məhkəmə iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarır; 262.5-ci mаddəsinə əsаsən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər; 262.4-cü mаddəsinə əsаsən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, eyni tərəflər arasında, aməsi olduğundan iddiaçı İddiaçı cavabdeh xxxx Məhdud Məsuliyyətli Cəmiyyəti “müflis elan edilmə və əmək inzibatçısının təyin edilməsi” tələbinə dair iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər teyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh xxxx Məhdud Məsuliyyətli Cəmiyyəti “müflis elan edilmə və əmək inzibatçısının təyin edilməsi” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-657/2021
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-657/2021
26.02.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver