Məhkəmə qərarları › İş №e-2-2(113)-657/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-657/2024

29.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-657/2024 29.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, X1 katibliyi, Cavabdeh1 iştirakları ilə İddiaçı cavabdеhlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdеhlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçı məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyini bildirdi. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin geri qaytarılması barədə ərizə verdiyindən, cavabdeh isə işə mahiyyəti üzrə baxılmasının tələb etmədiyindən Azərbaycan Respublikası MPMnin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, hakim ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdеhlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia verilərkən ********** saylı qəbzə əsasən ödənilmiş 2,95 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar