Məhkəmə qərarları › İş №e-2-2(113)-6588/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-6588/2021

24.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-6588/2021 24.12.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyev Emin Zöhrab oğlunun sədrliyi və Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Mirzəyev Arif, Meikhanumov Khalil və Mirzaeva Aitakina qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 03.04.2018-ci il tarixli 238611-1-30928 saylı kredit müqaviləsinə əsasən 22 iyul 2021-ci il tarixə Banka borclu olduğu 32340,70 manat məbləğində əsas borc, 6479,94 manat məbləğində faiz borcu, ümumilikdə isə 38820,64 manat məbləğində pulun həmçinin mediasiya prosesi ilə bağlı ödənilmiş 200 (iki yüz) manat məbləğində xərcin və 6,42 manat məbləğində məhkəmə üçün ödənilmiş dövlət rüsumunun müştərək qaydada Cavabdeh1, Mirzəyev Arifdən, Meikhanumov Khalildən və Mirzaeva Aitakindən “Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmasına, Bank qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, (Dmitrov) Xəlilov Eldar küçəsində istifadədə olan 0.8673 ha torpaq sahəsində yerləşən, 10 saylı, 5 mərtəbəli binada 100.58 m2 ümumi sahədən ibarət 5 otaqlı 4 saylı mənzilin ilkin satış qiymətini 115000 (yüz on beş min) manat məbləğində müəyyən etməklə cavabdehlərdən tutulmalı olan məbləğin həmin mənzilə yönəldilməsinə, həmin əmlakın açıq hərracdan satılmasına və satışdan əldə edilən vəsaitin Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinə ödənilməsinə, Daşınmaz əmlaka tutma yönəldildikdən və onlar satıldıqdan sonra ipoteka qoyan X1 və Meikhanumov Khalil Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, (Dmitrov) Xəlilov Eldar küçəsində yerləşən, 10 saylı evin 4 saylı mənzilini ən gec bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmalarına və mənzillərin boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin: 150.1. İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd əlavə olunmalıdır. 150.1.6-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir). 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. 152.1.4 və 152.1.6-ci maddələrinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut və iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddiaçı tərəfindən pretenziya, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Cavabdeh1 (VÖEN **********) Azərbaycan Respublikası MPM-nin 150.2-ci maddəsində nəzərdə tutulmuş qaydada deyil, sürətli poçt vasitəsi ilə çatdırılmışdır. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Mirzəyev Arif, Meikhanumov Khalil və Mirzaeva Aitakina qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi, eləcə də 6,46 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə ********* nömrəli 17.12.2021-ci il tarixli qəbz geri qaytarılsın. İddiaçı ASC-yə izah edilsin ki, pretenziya, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin Cavabdeh1 (VÖEN **********) Azərbaycan Respublikası MPM-nin 150.2-ci maddəsində nəzərdə tutulmuş qaydada çatdırılmasını təsdiq edən sübut iddia ərizəsinə əlavə edildikdən sonra təkrarən məhkəməyə müraciət oluna bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar