Məhkəmə qərarları › İş №e-2-2(113)-660/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-660/2021

19.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-660/2021 19.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh2 MMC-nin nümayəndəsi və eyni zamanda Cavabdeh3 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh3 və Cavabdeh1 qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi və açıq hərracdan satılması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh3 və Cavabdeh1 qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi və açıq hərracdan satılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMCdən xx.xx.2019-cu il tarixli nzazl2043 saylı Kredit müqaviləsi üzrə əsas borca görə 30146,85 (otuz min yüz qırx altı manat səksən beş qəpik) manat, faiz borcuna görə 1971,27 (min doqquz yüz yetmiş bir manat, iyirmi yeddi qəpik) manat, cərimə borcuna görə 0 manat olmaqla, cəmi 32118,12 (otuz iki min yüz on səkkiz manat on iki qəpik) manat borcun, X2 Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 31 manat rüsumun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 61 manat pulun tutulması, tələbin Cavabdeh3 məxsus ünvan 1 ünvanında yerləşən 88,2 kv.m. ümumi sahədən ibarət 74 nömrəli mənzilə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti müəyyən edilməklə, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh2 MMC-dən xx.xx.2019-cu il tarixli nzaz 12043 saylı Kredit müqaviləsi üzrə cəmi 32118,12 (otuz iki min yüz on səkkiz manat on iki qəpik) manat və 61 (altmış bir) manat dövlət rüsumu məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti olan Cavabdeh3 məxsus ünvan 2 ünvanında yerləşən 88,2 kv.m. ümumi sahədən ibarət 74 nömrəli mənzilə tutma yönəldikdən və o satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh3 və Cavabdeh1 ünvan 2 ünvanında yerləşən 88,2 kv.m. ümumi sahədən ibarət 74 nömrəli mənzildən çıxarılması və onun boşaldılmış vəziyyətdə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Nizami filialı ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli nzazl2043 saylı Kredit müqaviləsinə əsasən illik 18 (on səkkiz) faiz dərəcəsi olmaqla, 24 (iyirmi dörd) ay müddətinə 70 000 (yetmiş min) manat məbləğində kredit verilmişdir. xx.xx.2019-cu il tarixli nzazl2043 saylı Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh2 MMC kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh2 MMC öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən Cavabdeh2 MMC-nin xx.xx.2019-cu il tarixli nzazl2043 saylı Kredit müqaviləsi üzrə borcunun məbləği əsas borca görə 30146,85 (otuz min yüz qırx altı manat səksən beş qəpik) manat, faiz borcuna görə 1971,27 (min doqquz yüz yetmiş bir manat, iyirmi yeddi qəpik) manat, cərimə borcuna görə 0 manat olmaqla borcun cəmi məbləğində 32118,12 (otuz iki min yüz on səkkiz manat on iki qəpik) manat pul təşkil edir. xx.xx.2019-cu il tarixli nzazl2043 saylı Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh3 məxsus ünvan 2 ünvanında yerləşən 88,2 kv.m. ümumi sahədən ibarət 74 nömrəli mənzil İddiaçı ASC qarşısında xx.xx.2019-cu il tarixli İpoteka müqaviləsinə əsasən yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. xx.xx.2021-ci il tarixli iddiaçının nümayəndəsi iddia tələbinin azaldılmasına dair ərizə təqdim edərək, Cavabdeh2 MMC-dən xx.xx.2019-cu il tarixli nzazl2043 saylı Kredit müqaviləsi üzrə əsas borca görə 20422,85 manat, faiz borcuna görə 3625,66 manat, cərimə borcuna görə 0 manat olmaqla, cəmi 24048,51 manat borcun, X2 Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 31 manat rüsumun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 61 manat pulun tutulması, tələbin Cavabdeh3 məxsus ünvan 1 ünvanında yerləşən 88,2 kv.m. ümumi sahədən ibarət 74 nömrəli mənzilə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti müəyyən edilməklə, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh2 MMC-dən xx.xx.2019-cu il tarixli nzaz12043 saylı Kredit müqaviləsi üzrə cəmi 24048,51 manat və 61 (altmış bir) manat dövlət rüsumu məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti olan Cavabdeh3 məxsus ünvan 2 ünvanında yerləşən 88,2 kv.m. ümumi sahədən ibarət 74 nömrəli mənzilə tutma yönəldikdən və o satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh3 və Cavabdeh1 ünvan 2 ünvanında yerləşən 88,2 kv.m. ümumi sahədən ibarət 74 nömrəli mənzildən çıxarılması və onun boşaldılmış vəziyyətdə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək sonuncu təqdim edilən iddia tələbinin dəyişdirilməsinə dair ərizə nəzərə alınmaqla, iddia tələbinin təmin edilməsini barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iş üzrə Cavabdeh2 MMC nümayəndəsi və eyni zamanda Cavabdeh3 iddia tələbini qəbul edərək bildirdi ki, sonuncu iddia tələbinin dəyişdirilməsinə dair ərizədə göstərilən borc məbləği ilə razıdır və qısa müddət ərzində borcunu ödəyəcək. Bundan başqa ipoteka qoyulmuş əmlakın likvid dəyərinin 98000 manat məbləğində müəyyən edilməsinə etiraz etməmiş və müvafiq ərizəsini məhkəməyə təqdim etdi. Digər Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv surətdə araşdıraraq, tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı ASC və Cavabdeh2 MMC arasında bağlanan xx.xx.2019-cu il tarixli nzaz12043 saylı Kredit Müqaviləsindən görünür ki, Borc verən bu Müqavilənin şərtləri daxilində Borc alana sənaye və istehsal məqsədilə 70000 manat məbləğində kredit verməyi, Borc alan isə aldığı krediti bu Müqavilədə nəzərdə tutulan şərtlərlə və onun ayrılmaz tərkib hissəsi olan “Kreditin ödəniş cədvəli”nə (1 saylı Əlavə) uyğun olaraq Borc verənə qaytarmağı və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürür. Həmin Müqavilənin 2.2-ci bəndinə əsasən, kredit 24 ay müddətinə verilir. Borc alana kredit bir dəfə və ya hisssə-hissə verilir. Kreditin ilk dələ verilən məbləği 70000 manatdan çox olmamalıdır. Kredit Borc alan tərəfindən bir dəfəyə və ya hissə-hissə istifadə oluna bilər. Həmin Müqavilənin 2.3-cü bəndinə əsasən kreditə görə illik 18% hesablanır. Müqavilə üzrə faktiki illik faiz dərəcəsi (FİFD) 19% təşkil edir. İpoteka saxlayan (İddiaçı ASC) və ipoteka qoyan Cavabdeh3 arasında bağlanan xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsindən görünür ki, bu Müqavilənin 3.1-ci bəndində göstərilən müqavilə (müqavilələr) üzrə yaranmış öhdəliklərin təminatı olaraq bu Müqavilənin 2.1-ci bəndində qeyd olunmuş əmlak(lar) ipoteka ilə yüklü edilir. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən, ipoteka saxlayanın razılığı olduğu halda ipoteka predmetinin və ya onun natural formasının dəyişdirilməsinə bu şərtlə yol verilir ki, təklif edilən yeni ipoteka predmetinin dəyəri bu Müqavilədə nəzərdə tutulmuş dəyərdən az olmasın. Tərəflər ipoteka predmetinin dəyişdirilməsi barədə razılığa gəldikdə, qanunvericiliklə nəzərdə tutulmuş qaydada Tərəflər arasında yeni ipoteka müqaviləsi bağlanmalıdır. Müqavilənin 2.1-ci bəndinə əsasən, ipoteka predmetinə Azərbaycan Respublikasının X2 komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən verdiyi RX seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli, «22» oktyabr 2016-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Cavabdeh3 tam mülkiyyət hüququ üzrə məxsus olan ünvan 3 ünvanında yerləşən 88.2 kv.m ümumi sahədən ibarət 74 nömrəli mənzili daxildir. İş materiallarına əlavə edilmiş “xxxx” MMC tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli FNƏSİMİ-9196 nömrəli raportdan görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən verdiyi RX seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli, «22» oktyabr 2016-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Cavabdeh3 tam mülkiyyət hüququ üzrə məxsus olan ünvan 3 ünvanında yerləşən 88.2 kv.m ümumi sahədən ibarət 74 nömrəli mənzilin bazar dəyəri 105000 manat, likvid dəyəri 98000 manat təşkil edir. İddiaçı ASC tərəfindən cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh3 ünvanlanan xx.xx.2020-ci il tarixli, 06/0322 saylı bildirişdən görünür ki, cavadehlər xx.xx.2019-cu il tarixli nzaz12043 saylı kredit müqaviləsi üzrə öhdəliklərini 3 gün müddətində yerinə yetirmədiyi təqdirdə bank tərəfindən aidiyyatı üzrə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar olunmuşdur. ƏMDK yanında DƏDRX tərəfindən verilmiş ********** saylı Elektron çıxarışın yoxlanılması Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, xeyrinə hüquq yüklü edilən şəxs İddiaçı ASC, hüququ yüklü edilən şəxs Cavabdeh3, yüklü edilən əmlak ünvan 4 ünvanında yerləşən 88.2 kv.m daşınmaz əmlak, yüklülüyün müddəti 24 aydır. ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ASC-nin Nizami Filialına ünvanlanan xx.xx.2020-ci il tarixli, **********20 saylı məktubun surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən 74 nömrəli mənzilinə tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ASC və Cavabdeh2 MMC arasında xx.xx.2019-cu il tarixli nzaz12043 saylı Kredit Müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, Borc verən bu Müqavilənin şərtləri daxilində Borc alana sənaye və istehsal məqsədilə 70000 manat məbləğində kredit verməyi, Borc alan isə aldığı krediti bu Müqavilədə nəzərdə tutulan şərtlərlə və onun ayrılmaz tərkib hissəsi olan “Kreditin ödəniş cədvəli”nə (1 saylı Əlavə) uyğun olaraq Borc verənə qaytarmağı və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanan eyni tarixli ipoteka müqaviləsinə əsasən, Cavabdeh3 tam mülkiyyət hüququ üzrə məxsus olan ünvan 3 ünvanında yerləşən 88.2 kv.m ümumi sahədən ibarət 74 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. Müqavilə ilə ipoteka predmetinin likvid dəyəri 98000 manat dəyərində qiymətləndirimişdir. Məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə edərək 24048,51 manat məbləğində əsas borcun cavabdehdən tutulmasını məhkəmədən xahiş etmiş, cavabdehin nümayəndəsi də həmin məbləğdə borc olduğunu qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-cı maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə işin materiallarını nəzərdən keçirib, qanunvericiliyin müddəalarını rəhbər tutub, belə qənaətə gəlir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Azərbaycan respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsas borcdan tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən, ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 269.7-ci maddəsinə əsasən, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normaları): 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; 59.3.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər; 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Məhkəmə qeyd edir ki, cavabdeh-borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Cavabdehə bildiriş ünvanlanaraq kredit müqaviləsi üzrə öhdəliklərin ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, tələb ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan ünvan 3 ünvanında yerləşən 74 nömrəli mənzilə yönəldilməlidir. Əmlakın ilkin satış qiyməti ipoteka müqaviləsinə əsasən və tərəflərin razılaşmasına əsasən, 98000 manat məbləğində müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat və ipotekanın qeydə alınması üçün ödənilmiş 31 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh2 MMC-dən xx.xx.2019-cu il tarixli nzaz12043 nömrəli kredit müqaviləsi üzrə 24048,51 manat məbləğində pul tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməli, Cavabdeh2 MMC-dən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat və ipotekanın qeydə alınması üçün ödənilmiş rüsumun əvəzi olaraq 31 manat pul tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməli, tutma ipoteka predmeti olan ünvan 7 ünvanında yerləşən mənzilinə yönəldilməli, ipoteka predmeti ilkin satış qiyməti 98000 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılmalı və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh2 MMC-dən xx.xx.2019-cu il tarixli nzaz12043 saylı Kredit müqaviləsi üzrə cəmi 24048,51 manat və 61 (altmış bir) manat dövlət rüsumu məbləğində pul İddiaçı ASC-yə ödənilməli, ipoteka predmeti olan Cavabdeh3 məxsus ünvan 2 ünvanında yerləşən 88,2 kv.m. ümumi sahədən ibarət 74 nömrəli mənzilə tutma yönəldikdən və o satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh3 və Cavabdeh1 ünvan 2 ünvanında yerləşən 88,2 kv.m. ümumi sahədən ibarət 74 nömrəli mənzildən çıxarılmalı və mənzil boşaldılmış vəziyyətdə təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Repsublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, hərtərəfli, qərəzsiz və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh2 MMC-dən xx.xx.2019-cu il tarixli nzaz12043 nömrəli kredit müqaviləsi üzrə əsas borca görə 20422.85 (iyirmi min dörd yüz iyirmi iki manat səksən beş qəpik), faiz borcuna görə 3625.66 (üç min altı yüz iyirmi beş manat altmış altı qəpik) manat olmaqla cəmi 24048,51 (iyirmi dörd min qırx səkkiz manat əlli bir qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Cavabdeh2 MMC-dən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat və ipotekanın qeydə alınması üçün ödənilmiş rüsumun əvəzi olaraq 31 (otuz bir) manat pul tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Tutma ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 74 nömrəli mənzilə yönəldilsin. İpoteka predmeti olan əmlakın ilkin satış qiyməti 98000 (doxsan səkkiz min) manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılsın və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh2 MMC-dən xx.xx.2019-cu il tarixli nzaz12043 saylı Kredit müqaviləsi üzrə cəmi 24048,51 (iyirmi dörd min qırx səkkiz manat əlli bir qəpik) manat və 61 (altmış bir) manat dövlət rüsumu məbləğində pul İddiaçı ASC-yə ödənilsin. İpoteka predmeti olan Cavabdeh3 məxsus ünvan 2 ünvanında yerləşən 88,2 kv.m. ümumi sahədən ibarət 74 nömrəli mənzilə tutma yönəldikdən və mənzil satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh3 və Cavabdeh1 ünvan 2 ünvanında yerləşən 88,2 kv.m. ümumi sahədən ibarət 74 nömrəli mənzildən çıxarılaraq mənzil boşaldılmış vəziyyətdə təhvil verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar