Məhkəmə qərarları › İş №e-2-2(113)-6614/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-6614/2025

22.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-6614/2025 22.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızı İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iş materiallarını nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə tərəfindən ərizə verilərək iddiaçını əsl iddiaçı, sığorta müqaviləsi üzrə faydalanan şəxs olan "xxxx" MMC ilə əvəz edilməsi barədə vəsatət vermiş və məhkəmə iddiaçının əsl iddiaçı ilə əvəz edilməsi barədə qərar qəbul etmişdir. Cavabdeh Sığorta Şirkəti ASC-nin nümayəndəsi X1 vəsatət verərək, iddiaçı "xxxx" MMC-nin Cavabdeh Sığorta Şirkətinə qarşı iddia ərizəsinin məhkəmə aidiyyatı üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(009)-1564/2025 saylı qərardadı ilə iddiaçı "xxxx" MMC-nin Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, mübahisənin kommersiya məhkəməsinə aidiyyətinin olub-olmamasının müəyyən edilməsi üçün tərəflərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterini sahibkarlıq fəaliyyəti ilə bağlılığı müəyyən olunmalıdır. İrəli sürülən tələb baş vermiş sığorta hadisəsi ilə əlaqədar maddi ziyanın ödənilməsi ilə bağlıdır. Məhkəmə qeyd edir ki, qeyd edilən hadisə də məhz cavabdehin sahibkarlıq fəaliyyəti, yəni sığorta fəaliyyətini həyata keçirməsi ilə bağlı olan hadisədir. Məhkəmə həmçinin qeyd edir ki, işdə iştirak edən şəxslərin subyektiv tərkibi hüquqi şəxslər olmaqla iddianın predmeti kommersiya fəaliyyəti ilə əlaqəli olaraq yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, mübahisə hüquqi şəxslər arasında yaranmaqla, kommersiya xarakterlidir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(009)-1564/2025 saylı qərardadında hüquqi əsas kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə, “Sığorta fəaliyyəti haqqında” Qanunun 10.1-ci maddəsinə və “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarına istinad edilmişdir. Məhkəmə hesab edir ki, hazırkı işə Bakı şəhəri Səbail Rayon Məhkəməsində baxılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 31.2-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. İşin hallarından göründüyü kimi, Bakı şəhəri Səbail Rayon Məhkəməsində iş aidiyyət qaydalarına riayət etməklə məhkəmənin icraatına qəbul edilmişdir. Belə ki, İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarından İddiaçı fərdi sahibkar olması, sahibkarlıq fəaliyyəti ilə məşğul olması müəyyən edilmir. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə iddiaçını əsl iddiaçı "xxxx" MMC ilə əvəz edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş və vəsatət təmin edilmişdir. Həmin hal, tərəflərin subyektiv tərkibi, iddia tələbinin və hüquq münasibətlərinin xarakteri nəzərə alınaraq, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. Məhkəmənin qənaətinə əsasən aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə baxılaraq həll edilməlidir. Belə ki, MPM-in məhkəmə aidiyyəti ilə bağlı münasibətləri tənzimləyən 3-cü fəslinin aidiyyətin dəyişdirilməsinə yol verilməməsi ilə bağlı olan 31-ci maddəsi imperativ qaydada müəyyən edir ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir və aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, belə nəticəyə gəlinmişdir ki, mübahisəyə Bakı şəhəri Səbail Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Beləliklə, məhkəmələr arasında məhkəmə aidiyyətinə dair fikir ayrılığı yarandığından, hazırkı iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün iş Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 32, 263-264-cü maddələrini rəhbər tutaraq QƏRARAALDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar