Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-662/2020 18.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ (İş üzrə icraata xitam verilməsi haqqında) Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi ilə, Zeynalova Leyla Afiq qızının katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, Nümayəndə və ortaqlarının Tam Ortaqlıq “Tac” Kredit İttifaqının Cavabdeh qarşı kredit üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmənin inzibati binasında məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Nümayəndə və ortaqlarının Tam Ortaqlıq “Tac” Kredit İttifaqı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kredit müqaviləsi üzrə borcun və ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş sənədə əsasən Cavabdeh xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. İddiaçı tərəfindən məhkəməyə idddia ərizəsi xx.xx.2020-ci il tarixdə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0 və 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. Məhkəmə hesab edir ki, Nümayəndə və ortaqlarının Tam Ortaqlıq “Tac” Kredit İttifaqının Cavabdeh qarşı kredit üzrə borcun ödənilməsibarədə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Nümayəndə və ortaqlarının Tam Ortaqlıq “Tac” Kredit İttifaqının Cavabdeh qarşı kredit üzrə borcun ödənilməsi barədə iş üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-662/2020
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-662/2020
18.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver