Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-663/2020 16.06.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, X1 Bağman qızının katibliyi ilə, İddiaçı Nümayəndə və X3 «Tac» Kredit İttifaqının sədri Nümayəndə iştirakı ilə, İddiaçı Nümayəndə və X3 «Tac» Kredit İttifaqının Cavabdeh qarşı cavabdehdən 2499.98 manat kredit, 1027.66 manat faiz, 2055.32 manat cərimə borcu olmaqla, cəmi 5582.96 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən 2499.98 manat kredit, 1027.66 manat faiz, 2055.32 manat cərimə borcu olmaqla, cəmi 5582.96 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə ərizəylə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx xxxxx 2014-cü il tarixində "65/SKMF-44" saylı kredit müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən kreditverən həmin müqavilə ilə müəyyən edilmiş şərtlərlə kreditalana 5000 manat krediti SKMF-nun vəsaiti hesabına illik 6%-lə və güzəşt müddəti 18 ay olmaq şərtilə 36 ay müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün verir. Kredit alan bu müqavilə ilə aldığı krediti, ona hesablanmış faizi müqavilədə göstərilən digər öhdəlikləri vaxtında və tam yerinə yetirməyi öhdəsinə götürür. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən cavabdeh iddiaçı qarşısında müqavilədə nəzərdə tutulmüş şərtlərlə aldığı vəsaiti 36 ay ərzində qaytarmağı qeyd-şərtsiz olaraq öhdəsinə götürmüşdür. Müqavilənin 4.2-ci bəndinə əsasən kreditalan kredit məbləğini kreditin verilmə tarixindən sonra bu Müqaviləyə 1 saylı Əlavədə göstərilmiş ödəmə cədvəli ilə müəyyən olunmuş qaydada ödənilməsini həyata keçirəcəkdir. Həmin əlavə üzrə ödəniş o halda vaxtında ödənilmiş hesab edilir ki, müvafiq dövr üçün müəyyən olunmuş gün Bankın əməliyyat saatlarında kreditverənin cari hesablaşma hesabına daxil edilmiş olsun. Əgər ödəniş iş günü hesab olunmayan günə təsadüfedərsə, ödəniş həmin gündən sonra gələn növbəti iş günü ödənməlidir. Lakin borclu bügünədək 2500.02 manat kredit, 675.0 faiz ödəmişdir. xx.xx.2019-cu iltarixindən bugünədək heç bir ödəniş etməmişdir. Bununla əlaqədar olaraq kreditor borcluya borcun qaytarılması barədə bildiriş göndərsə də, borclu tərəfindən borcun ödənilməsi istiqamətində hər hansı bir addım atılmamışdır. Müqavilənin 5.1-ci bəndinə əsasən iddiaçı tarif cədvəlinə uyğun olaraq kreditalan kreditverənə kreditin təhsis edilməsinə, müvafıq hesabların açılmasına və göstərilən digər xidmətlərə görə müvafıq komisyon haqqı ödəyir. Kreditalan kredit üzrə hesablanmış faiz borcunu kreditin müddəti bitənədək hər ay ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 5.3-cü bəndinə əsasən kredit üzrə faizlər illik faiz dövrü şərti olaraq 360 gün götürülməklə, illik 6%faiz dövründə kreditin istifadə edildiyi günlərin faktiki sayına görə hər gün üçün günün əvvəlinə olan qalığa hesablanır. Faizlər kreditin verildiyi gündən hesablanır. Müqavilənin 6.1-ci bəndinə əsasən Müqaviləyə 1 saylı Əlavə ilə müəyyən edilən ödəmə günü həmin gün üçün təyin edilmiş məbləğ ödənilmədikdə ertəsi gündən etibarən vaxtı keçmiş borcun faktiki olaraq ödənildiyi tarixədək 5.3-cü bəndində göstərilmiş faiz dərəcəsinin iki mislinə bərabər cərimə ödəyir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixlimaliyyə arayışından görünür ki, cavabdehin həmin tarixə 2499.98 manat kredit, 1027.66 manat faiz, 2055.32 manatcərimə borcu olmaqla, cəmi 5582.96 manat borcu vardır. Məhkəmə iclasında iddiaçının sədri Nümayəndə iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıda qeyd olunan sənədlər əlavə edilmişdir: Fiziki şəxsin sahibkarlıq uçotu haqqında Şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx xxxxxx 2014-cü il tarixdə vergi ödəyicisi kimi uçota alınmış və ona ********** saylı VÖEN verilmişdir. xx xxxxx 2014-cü il tarixində 65/SKMF-44 saylı kredit müqaviləsinin surətindən görünür ki, iddiaçı cavabdehə 5000 manat krediti SKMF-nun vəsaiti hesabina illik 6%-lə və güzəşt müddəti 18 ay olmaq şərtilə 36 ay müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün verməyi, cavabdeh bu müqavilə ilə aldığı krediti, ona hesablanmış faizi müqavilədə göstərilən digər öhdəlikləri vaxtında və tam yerinə yetirməyi öhdələrinə götürmüşlər. xx xxxxxxxx 2019-cu il tarixli Maliyyə arayışının surətindən görünür ki,cavabdehin xx xxxxxxxx 2019-cu il tarixə 2499.98 manat kredit, 1027.66 manat faiz, 2055.32 manat cərimə borcu olmaqla cəmi 5582.96 manat borcu vardır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx xxxxx 2014-cü il tarixində 65/SKMF-44 saylı kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 5000 manat krediti SKMF-nun vəsaiti hesabina illik 6%-lə və güzəşt müddəti 18 ay olmaq şərtilə 36 ay müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün verməyi, cavabdeh bu müqavilə ilə aldığı krediti, ona hesablanmış faizi müqavilədə göstərilən digər öhdəlikləri vaxtında və tam yerinə yetirməyi öhdələrinə götürmüşlər. İddiaçı öhdəliyini icra etmişdir. Cavabdehin xx xxxxxxxx 2019-cu il tarixə 2499.98 manat kredit, 1027.66 manat faiz, 2055.32 manat cərimə borcu olmaqla cəmi 5582.96 manat borcu vardır. Məhkəmə qeyd edir ki, mülki hüquq məsuliyyətin yaranma əsaslarından biri müqavilələrdir. Belə müqavilələrindən biri də borc (kredit) müqaviləsi olmaqla bir tərəf digər tərəfə iradə ifadələri ilə razılaşdırdıqları pul məbləğini digər tərəfə verməyə, digər tərəf isə götürülmüş həmin pul məbləğinə görə borc verən qarşısında pulu qaytarmaq öhdəliyi daşıyır. İddiaçı cavabdehə borc pul verdiyini aralarında mülki hüquq münasibətlərinin yaranmasına əsas olan borc müqaviləsinə istinad edir. Cavabdeh isə bunun əksini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən kredit müqaviləsi ilə cavabdehə verilmiş əsas kredit məbləğinin ödənilməmiş 2499.98 manat məbləğində borc iş materialları ilə təsdiq olunduğundan iddia həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan iddiaçı və cavabdeh arasında bağlanmış xx xxxxx 2014-cü il tarixində 65/SKMF-44 saylı Kredit müqaviləsinə əsasən cavabdeh kredit məbləğinə hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən əsas kredit məbləğinə hesablanmış faiz borcu əsaslı olduğuna görə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Belə ki, müqavilənin 6.1-ci bəndinə əsasən Müqaviləyə 1 saylı Əlavə ilə müəyyən edilən ödəmə günü həmin gün üçün təyin edilmiş məbləğ ödənilmədikdə ertəsi gündən etibarən vaxtı keçmiş borcun faktiki olaraq ödənildiyi tarixədək 5.3-cü bəndində göstərilmiş faiz dərəcəsinin iki mislinə bərabər cərimə ödəyir. Lakin məhkəmə hesab edir ki, tələb olunan 2055.32 manat dəbbə pulu məbləği yaranmış 2499.98 manat borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan,onun məbləğini azaldaraq 150 manat həddində müəyyən edilməklə cavabdehdən tutulması ədalətlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 2499.98 manat kredit, 1027.66 manat faiz, 150 manat cərimə borcu olmaqla, cəmi 3857,64 manat məbləğində borc iddiaçının xeyrinə tutulmalıvə iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İddianın təmin edilmiş hissəsi (3857,64 manat) iddia tələbinin (5582.96 manat) 69 faizini təşkil etdiyini nəzərə alaraq iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 20,70 manat məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 9,30 manat məbləği isə iddiaçıya aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2499.98 manat kredit, 1207.66 manat faiz, 150 manat cərimə borcu olmaqla cəmi 3857,64 manat məbləğində borc Nümayəndə Və Ortaqlarinin Tam Ortaqliq "Tac" Kredit İttifaqının xeyrinə tutulsun. Ödənilmiş 30 manat dövlət rüsumunun 20,70 manat məbləği Cavabdeh tutularaq Nümayəndə və X3 "Tac" Kredit İttifaqına ödənilsin, qalan 9,30 manat hissəsi Nümayəndə və X3 "Tac" Kredit İttifaqına aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə tərəflərə rəsmi qaydada təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-663/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-663/2020
16.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver