Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-6639/2023 08.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyev Emin Zöhrab oğlunun sədrliyi və Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi ilə, İddiaçı “İddiaçı İnşaat Malzemeleri SAN. VE TİC. LTD. ŞTİ”-in Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı “İddiaçı İnşaat Malzemeleri SAN. VE TİC. LTD. ŞTİ” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən icra olunmamış müqavilənin icrası təmin edilərək 88694,93 ABŞ dolları əsas borc, 30% dəbbə pulu – 26608,48 ABŞ dolları, tərəfimizdən “ T.C. Hazine ve Maliye Bakanlığına” ödənilmiş 94127 ABŞ dolları cərimə məbləğinin, hüquqlarını bərpa etmək üçün hüquqi yardıma görə ödənilmiş 5000 manatın, mediasiya xərclərinə görə ödənilmiş 400 manatın və ödənilmiş 247 manat dövlət rüsumunun Cavabdehndən tutularaq İddiaçı İnşaat Malzemeleri SAN. VE TİC. LTD. ŞTİ.-ə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Azərbaycan Respublikası MPM-nin: 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. 457-ci maddəsinə əsasən Azərbaycan Respublikasından kənarda Azərbaycan Respublikasının vətəndaşı və ya hüquqi şəxsləri, yaxud əcnəbilər barəsində verilmiş, tərtib edilmiş və ya xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən müəyyən edilmiş qaydada təsdiq edilmiş sənədlər, əgər qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə tutulmamışdırsa, konsul orqanları tərəfindən qanuniləşdirildikdən sonra Azərbaycan Respublikası məhkəmələri tərəfindən qəbul edilir. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.4-cü maddəsinə əsasən iddia qiyməti 100000 manatdan ******* manatadək olduqda 390 manat + 100000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu ödəməlidir. İlk öncə məhkəmə iddiaçının diqqətinə çatdırır ki, “İddiaçı İnşaat Malzemeleri San. Və Tic. LTD” xarici hüquqi şəxs olduğuna görə etibarnamə türk dilində tərtib edilməli və Azərbaycan Respublikası MPM-nin 457-ci maddəsinə uyğun qanuniləşdirildikdən sonra məhkəməyə təqdim edilməlidir. Lakin qeyd olunan tələblərə riayət edilmədiyinə görə məhkəməyə təqdim edilən etibarnamə qanunvericilikdə nəzərdə tutulmuş qaydada tərtib edilməmiş və buna görə Vəkil “İddiaçı İnşaat Malzemeleri San. Və Tic. LTD” şirkəti adından hazırki iddia ərizəsini imzalamaq hüququ olmamışdır. Həmçinin məhkəməyə qeyd edir ki, daxil olmuş iddia ərizəsi üzrə 361031,69 (209430,41$x1,70+5000) manat ümumi tələbə uyğun olaraq dövlət rüsumu 651,03 manat təşkil edir, lakin iddiaçı 4,03 manat az, 647 manat məbləğində dövlət rüsumu ödəmişdir. Göründüyü kimi Vəkil xarici hüquqi şəxs olan “İddiaçı İnşaat Malzemeleri San. Və Tic. LTD” şirkəti tərəfindən verilən etibarnamə qanunvericilikdə nəzərdə tutulmuş qaydada tərtib edilməmiş, həmçinin dövlət rüsumu tam həcmdə ödənilməmişdir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçı “İddiaçı İnşaat Malzemeleri SAN. VE TİC. LTD. ŞTİ”-in Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARAALDİ: İddiaçı “İddiaçı İnşaat Malzemeleri SAN. VE TİC. LTD. ŞTİ”-in Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsi, eləcə də, ********** nömrəli xx.xx.2023-cü il tarixli qəbzlə ödənilən 247 manat məbləğində dövlət rüsumu geri qaytarılsın. İddiaçı “İddiaçı İnşaat Malzemeleri San. Və Tic. LTD” şirkətinə izah edilsin ki, nöqsanlar aradan qaldırılandan sonra yenidən məhkəməyə müraciət edilə bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-6639/2023
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-6639/2023
08.12.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver