Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6648/2023 15.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiq edilməsi tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya prosesi nəticəsində ərizəçi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə Maraqlı şəxs arasında bağlanmış 15 noyabr 2023-cü il tarixli barışıq sazişinin məcburi qaydada icra edilməsi üçün təsdiq edilməsi və hüquqi yardımla bağlı ödənilmiş 500 manat pul vəsaitinin maraqlı şəxsdən tutularaq ərizəçinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli 1616-GL/17 nömrəli müqaviləyə əsasən borclu (lizinq alan) kənd təsərrüfatı texnikalarını lizinqə götürmüşdür. Maraqlı şəxs müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə maraqlı şəxsinmaliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə xx.xx.2018-ci il tarixli 1616- GL/17 nömrəli müqavilə üzrə 11360 manat gecikdirilmiş borcu və hesablanmış 3508,82 manat cərimə borcu yaranmışdır. Maraqlı şəxsə müvafiq pretenziya məktubu göndərilmiş, öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Maraqlı şəxs öhdəliyi vaxtında icra etməməklə Mülki Məcəllənin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Digər tərəfdən borclu öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 748-1.12.4-ci maddəsinə görə lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Yenə həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci maddəsinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Məhkəmə iclasında iştirak edən ərizəçi "xxxx" MMC-nin nümayəndəsi X1 ərizəni müdafiə edərək barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi Vəkil məhkəmənin elektron sisteminə ərizə yükləyərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs izahatında tərəflər arasında xx.xx.2023-cü il tarixli barışıq sazişi imzalandığını, lakin ondan asılı olmayan səbəbdən səhv ödədiyi vəsaiti 10 gün müddətində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin hesabına köçürə bilmədiyini bildirmişdir. İİ.İşin halları Məhkəməyə təqdim edilən xx.xx.2023-cü il tarixli MŞB/6-0680 nömrəli barışıq sazişi aşağıdakı şərtlərlə bağlanmışdır: 2.1-ci bəndinə əsasən tərəflər arasında bağlanmış 1616-GL/17 saylı, xx.xx.2028-ci il tarixli “Lizinq” müqaviləsinə əsasən lizinq alan kimi çıxış edən Maraqlı şəxs lizinq verən kimi çıxış edən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə 11360 manat gecikdirilmiş borcu yaranmış və 3508,82 cərimə hesablanmışdır. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi üzərinə öhdəlik götürür ki, Maraqlı şəxs 10 gün müddətində 11360 manat gecikdirilmiş borcu ödədiyi təqdirdə hesablanmış 3508,82 manat cərimə borcu onun hesabından silinəcəkdir. xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, 5 saylı Vəkil Bürosunun hesabına 500 manat ödənilmişdir. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikası MPM-nin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İV.Məhkəmənin gəldiyi nəticə Məhkəmə hesab edir ki, ilkin mediasiya sessiyasında mediator iştirakı ilə tərəflər arasında bağlanmış və imzalanmış xx.xx.2023-cü il tarixli MŞB/6-0680 nömrəli barışıq sazişi qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmişdir. Həmin barışıq sazişinin 2.1-ci bəndinə əsasən tərəflər arasında bağlanmış 1616- GL/17 saylı, xx.xx.2028-ci il tarixli “Lizinq” müqaviləsinə əsasən lizinq alan kimi çıxış edən Maraqlı şəxs lizinq verən kimi çıxış edən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə 11360 manat gecikdirilmiş borcu yaranmış və 3508,82 cərimə hesablanmışdır. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi üzərinə öhdəlik götürür ki, Maraqlı şəxs 10 gün müddətində 11360 manat gecikdirilmiş borcu ödədiyi təqdirdə hesablanmış 3508,82 manat cərimə borcu onun hesabından silinəcəkdir. Göründüyü kimi, xx.xx.2023-cü il tarixli MŞB/6-0680 nömrəli barışıq sazişinə əsasən Maraqlı şəxs 10 gün müddətində 11360 manat gecikdirilmiş borcu ödəməyi öhdəsinə götürsə də, borcu ödəməmiş, həmçinin barışıq sazişinin təsdiq edilməsindən imtina olunması üçün əsas olmadığından, məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli MŞB/6- 0680 nömrəli barışıq sazişi təsdiq edilməli, həmçinin hüquqi yardımla bağlı ödənilmiş 500 manat pul vəsaiti Maraqlı şəxs tutularaq ərizəçi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, ərizəçinin tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARAALDİ: Ərizə təmin edilsin. Ərizəçi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli MŞB/6-0680 nömrəli barışıq sazişi təsdiq edilsin. Hüquqi yardımla bağlı ödənilmiş 500 manat pul vəsaiti Maraqlı şəxs tutularaq ərizəçi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-6648/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6648/2023
15.12.2023 · Xususi icraat - Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver