Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-665/2021 19.01.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Qasımov Fərrux Hüseynağa oğlu, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pulun tutulmasına, tələbin ipoteka predmetinə yönəldilməsinə, ipoteka predmetinin açıq hərracda satılmasına, ipoteka predmetinin boşaldılması tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək . cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xx.xx.2019-cu il tarixli nzaz12008 saylı Kredit müqaviləsi üzrə əsas borca görə 11006 manat, faiz borcuna görə 2537,31 manat, cərimə borcuna görə 3283,04 manat olmaqla, borcun cəmi məbləğində 16826,35 manat və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 31 manat rüsumun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, cəmi 61 manat pulun tutulması, tələbin Cavabdeh2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Hüseynbala Əliyev küçəsində yerləşən 30,0 kv.m ümumi sahədən ibarət 18C nömrəli qeyri-yaşayış binasına və mülkiyyətində olan 0,1464 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti müəyyən edilməklə, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xx.xx.2019-cu il tarixli nzaz12008 saylı Kredit müqaviləsi üzrə cəmi 16826,35 manat və 61 manat dövlət rüsumu məbləğində pulun İddiaçı ASCyə ödənilməsi, ipoteka predmeti olan Cavabdeh2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Hüseynbala Əliyev küçəsində yerləşən 30,0 kv.m ümumi sahədən ibarət 18C nömrəli qeyri-yaşayış binasına və mülkiyyətində olan 0,1464 hatorpaq sahəsinə tutma yönəldikdən və o satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Hüseynbala Əliyev küçəsində yerləşən 30,0 kv.m ümumi sahədən ibarət 18C nömrəli qeyri-yaşayış binası və mülkiyyətində olan 0,1464 ha torpaq sahəsinin boşaldılmış vəziyyətdə təhvil verilməsi barədə qətnamə qəbul edilsini xahiş etmişdir. İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsi və ona əlavə edilmi sənədlərin hazırlıq iclasında geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmşdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən həmin Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pulun tutulmasına, tələbin ipoteka predmetinə yönəldilməsinə, ipoteka predmetinin açıq hərracda satılmasına, ipoteka predmetinin boşaldılması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-665/2021
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-665/2021
19.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver