Məhkəmə qərarları › İş №e-2-2(113)-6658/2022

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-6658/2022

10.11.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-6658/2022 10.11.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X5 qızının katibliyi ilə, İddiaçı cavabdeh ”Abşeron LTD-2013” MMC-yə (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Vergi Xidməti) qarşı təsis sənədlərinə dəyişikliklər edilməsi tələbinə dair iddia ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətini tərk etməyinə dair təsis sənədlərinə dəyişikliklərin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiasını belə əsaslandırmışdır ki, 10 iyun 2013-cü il tarixdə təsisçiləri məndən - yəni İddiaçı və X1 ibarət olmaqla "xxxx" MMC-nin nizamnaməsi təsdiq edilmiş, həmin hüquqi şəxs ********** qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası Vergilər Nazırliyi Bakı Şəhəri Vergilər Departamentnin Kommersiya X3 Qeydiyyat idarəsi tərəfindən qeydə alınmışdır. Hal hazırda tərəfimizdən təsis edilmiş hüquqi şəxs qeydiyyata alındığı ad altında fəaliyyət göstərir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnaməsinin 3.3-cü bəndinə əsasən Cəmiyyətin hər hansı bir təsisçisi onun digər təsisçilərinin razılığından asılı olmayaraq istənilən vaxt cəmiyyətdən çıxa bilər. Cəmiyyətin iştirakçısı olaraq halhazırda cəmiyyətdən çıxmaq niyyətindəyəm. Belə ki, xx.xx.2022-ci il tarixdə "xxxx"-2013 Məhdud Məsuliyyətli Cəmiyyətinə və cəmiyyətin digər iştirakçısı X2 cəmiyyət iştirakçılığıdan çıxmaq istədiyimi rəsmi qaydada ərizə ilə bildirmişəm. Lakin bu günə qədər mənim ərizəmə ağlabatan müddət ərzində baxılmamışdır. Cəmiyyətin ümumi yığıncağı keçirilmir və mənim müraciətim iclasın gündəliyinə salınmır. Ona görə də hal-hazırda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindəyəm. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 95-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı onun digər iştirakçılarının razılığından asılı olmayaraq istənilən vaxt cəmiyyətdən çıxa bilər. “İ.Ağayevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 17 yanvar 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 yanvar 2013-xü il tarixli qərarında qeyd edilir ki, Mülki Məcəllənin 95-ci maddəsinin mahiyyətinə görə iştirakçının cəmiyyətdən çıxması – iştirakçının, onunla cəmiyyət arasında mövcud olan korporativ hüquq münasibətlərinə son qoyulmasına yönələn, şərtsiz iradə ifadəsidir. Lakin cəmiyyətdən çıxma müvafiq dəyişikliklərə gətirib çıxarır. İlk öncə belə çıxma cəmiyyətin iştirakçılarının tərkibində dəyişikliklərə səbəb olur. Bununla əlaqədar cəmiyyətdən çıxma barədə ərizə daxil olduqda cəmiyyətin icra orqanı növbədənkənar iclas çağırmalı, iştirakçının cəmiyyətdən çıxması barədə ərizəsini, Mülki Məcəllənin 96-cı maddəsinə uyğun olaraq onun nizamnamə payına uyğun əmlak hissəsinin ödənilməsi və ya cəmiyyət ilə razılaşmaya əsasən əmlakın dəyərinin natura ilə əvəz edilməsi və təsis sənədlərinə dəyişikliklərin edilməsi məsələlərini iclasın gündəliyinə salmalıdır. AR Mülki Məcəlləsinin 6cı maddəsində sadalanan mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı prinsipləri mülki dövriyyənin təmin edilməsinə, sahibkarlıq fəaliyyətinin dəstəklənməsinə, sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmağa yönəldilmiş fundamental doktrina hesab olunur və mülki-hüquq münasibətləri iştirakçılarının maraqlarının tarazlaşdırılmış tənzimlənməsinə (qanunvericiliklə nəzərdə tutulan hədlərdə) xidmət edir. Göstərilən maddədə nəzərdə tutulan mülki hüquq subyektlərinin iradə sərbəstliyi cəmiyyətin həm yaradılmasında, həm də onun iştirakçısının cəmiyyətdən çıxmasında əsas rol oynayır. Bununla belə, iştirakçının cəmiyyətdən çıxma barədə ərizəsinə cəmiyyətdə ağlabatan müddətdə baxılmadığı təqdirdə iştirakçı onun cəmiyyəti tərk etməsinə dair təsis sənədlərinə dəyişikliklərin edilməsini məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 91.1-3, 91.1-5, 91.1-6, 91.3.1-ci maddələrinə əsasən cəmiyyətin iştirakçılarının növbədənkənar ümumi yığıncağı nizamnamədə müəyyən edilən hallarda və qaydada çağırılır. Növbədənkənar ümumi yığıncaq icra orqanının öz təşəbbüsü ilə, habelə direktorlar şurasının (müşahidə şurasının), təftiş komissiyasının (müfəttişin) və ya bütün səslərin azı onda birinə malik olan iştirakçıların tələbi ilə çağırılır. Ləğvetmə prosesində olan cəmiyyətin növbədənkənar ümumi yığıncağı ləğvetmə komissiyası tərəfindən çağırılır. Cəmiyyətin iştirakçılarının ümumi yığıncağında yetərsay olmadıqda, ümumi yığıncaq cəmiyyətin icra orqanı tərəfindən cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada, ümumi yığıncağın gündəliyi dəyişdirilmədən çağırılmalıdır. Yenidən çağırılan ümumi yığıncaq cəmiyyətin paylarının əlli faizinə malik olan iştirakçıları iştirak etdikdə səlahiyyətlidir. Yenidən çağırılan yığıncaqda yetərsay olmadıqda, ümumi yığıncaq cəmiyyətin icra orqanı tərəfindən cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada, ümumi yığıncağın gündəliyi dəyişdirilmədən təkrarən çağırılmalıdır. Təkrarən çağırılan ümumi yığıncaq cəmiyyətin paylarının 25 faizinə malik olan iştirakçıları iştirak etdikdə səlahiyyətlidir. Məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətlərindən biri cəmiyyətin nizamnaməsini və onun nizamnamə kapitalının miqdarını dəyişdirməkdir. Azərbaycan Respublikasının MPM-nin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirən məhkəmə hesab edir ki, iddia ərizəsinin icraata götürülməsindən imtina edilməlidir, belə ki, qanunvericiliyə əsasən növbədənkənar ümumi yığıncaq bütün səslərin azı onda birinə malik olan cəmiyyət iştirakçıların tələbi ilə çağırıla bilər. Bundan əlavə ümumi yığıncaq cəmiyyətin paylarının əlli faizinə malik olan iştirakçıları iştirak etdikdə, hətta yetərsay olmadığı təqdirdə cəmiyyətin paylarının 25 faizinə malik olan iştirakçıları iştirak etdikdə səlahiyyətli olduğundan İddiaçı isə cəmiyyətin 2 iştirakçısından biri olduğundan məhkəmə qeyd edir ki, İddiaçı cəmiyyətin paylarının əlli faizinə sahibdir və bu səbəbdən İddiaçı təkbaşına növbədənkənar ümumi yığıncağın çağırılması və keçirilməsi ilə bağlı səlahiyyətlidir. Həmçinin qanunvericiliyə əsasən cəmiyyətin nizamnaməsini dəyişdirmək məhz ümumi yığıncağın müstəsna səlahiyyəti olduğundan tələbə məhkəmədənkənar qaydada mülki qanunvericiliyə əsasən həll edilməlidir. Odur ki, məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, hazırki tələbə məhkəmə qaydasında baxılmaması əsası ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətini tərk etməyinə dair təsis sənədlərinə dəyişikliklərin edilməsi tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası MPM-in 263-264-ci maddələrinə əsasən, məhkəmə QƏRARA A L D İ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətini tərk etməyinə dair təsis sənədlərinə dəyişikliklərin edilməsi tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddiaçılar İddiaçı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, eləcə də ********** nömrəli 04.112022-ci il tarixli qəbzlə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar