Məhkəmə qərarları › İş №e-2-2(113)-6659/2022

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-6659/2022

10.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-6659/2022 10.11.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyev Emin Zöhrab oğlunun sədrliyi və X5 qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsinin ləğvi və digər tələblərə dair iddia ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsini, banka olan 65470,36 manat əsas, 7823,80 manat faiz, 7823,81 manat cərimə borcu olmaqla, cəmi borcu 81117,97 manat borcun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün 45 manat məbləğində rüsumun və tərəfimizdən ödənilən 400 manat məbləğində mediasiya rüsumunun, həmin məbləğlərin ipoteka ilə yüklü edilmiş, Cavabdeh2 məxsus ünvan 1 ünvanındaki 64 nömrəli binanın 123 saylı mənzilə yönəldilərək, açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına İddiaçı ASC-yə olan borcun ödənilməsini, ünvan 1 ünvanındaki 64 nömrəli binanın 123 saylı mənzilə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2, Cavabdeh1, X3 və X1 istifadə hüququna xitam verilməsi, həmin şəxslərin mənzildən çıxarılması və mənzilin boşaldılaraq alıcıya təhvil verilməsini, ipoteka əmlakın hərracda satışından sonra əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğinin cavabdehdən tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin: 150.1.6-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir). 152.1.6-ci maddəsinə əsasən iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. İpoteka haqqında qanunun 59.3, 59.3.1 və 59.4-cü maddələrinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki:yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirən məhkəmə hesab edir ki, bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildiyinə görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsində 1, 2 və 3-cü bəndlərdə olan tələblərə məhkəmə baxılmalı olduğu halda, 4-cü bəndində olan “cavabdehlərin ipoteka predmeti olan mənzilə istifadə hüququna xitam verilməsi, həmin şəxslərin mənzildən çıxarılması və mənzilin boşaldılaraq alıcıya təhvil verilməsi” hissəsində tələbə məhkəmədə baxılmalı deyil, belə ki, “İpoteka haqqında” qanuna əsasən tutma məhkəmə qərarına əsasən mənzilə yönəldiyi təqdirdə artıq yeni məhkəmə qərarı olmadan icra sənədi əsasında mənzildə yaşayan şəxslərin istifadə hüququna icra sənədi əsasında məcburi qaydada xitam verilməli və həmin şəxslər mənzili boşaltmalıdırlar. Göründüyü kimi iddia ərizəsində məhkəmə baxılmalı olan və olmayan tələblər, yəni bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirilmış, həmçinin iddiaçı tərəfindən pretenziya cavabdehə Azərbaycan Respublikası MPM-nin 150.2-ci maddəsində nəzərdə tutulmuş qaydada çatdırılmamışdır. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARAALDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsinin ləğvi, pul və digər tələblərə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçılar İddiaçı ASC-yə izah edilsin ki, pretenziya cavabdehlərə Azərbaycan Respublikası MPM-nin 150.2-ci maddəsində nəzərdə tutulmuş qaydada çatdırılandan sonra, məhkəmədə baxılması mümkün olan tələblər üzrə iddia ərizəsi ilə yenidən məhkəməyə müraciət edə bilərlər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar