Məhkəmə qərarları › İş №e-2-2(113)-666/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-666/2020

26.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-666/2020 26.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi X4, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı X6 (QSC) X11 Təşkilatının (BOKT) Cavabdehnə (MMC-yə) qarşı kredit müqaviləsi üzrə borcun tutulması və əmlaklara yönəldilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC BOKT Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, CavabdehMMC-dən cəmi 115617,05 manat məbləğində kredit borcunun və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun “xeyrinə tutulması, borc tələbinin Cavabdeh MMC-nin mülkiyyətində olan “SHACMAN yük” markalı **-JK-*** dövlət qeydiyyat nişanlı, “FORD TRANSİT yük” markalı **-JL-*** dövlət qeydiyyat nişanlı, “GREATWALL WİNGLE 5 minik” markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı, “GREATWALL WİNGLE 5 minik” markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı, “HYUNDAİ SONATA minik” markalı **-PC-*** dövlət qeydiyyat nişanlı, “SHACMAN YÜK” markalı **- JK-*** dövlət qeydiyyat nişanlı, “KAMAZ 55111 Ş-DƏ KS 55713-1 xüsusi təy.” markalı **- JD-*** dövlət qeydiyyat nişanlı, “VOLVO FMX yük” markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı, “MİTSUBİSHİ L200 minik” markalı **-AN-*** dövlət qeydiyyat nişanlı, “RENAULT LOGAN minik” markalı **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə yönəldilməsi, Cavabdeh MMC-nin həmin əmlaklar üzərindəki mülkiyyət hüquqlarına xitam verilməsi, İddiaçı QSC X11 Təşkilatının həmin əmlaklar üzərində mülkiyyət hüquqlarının tanınması və müvafiq olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X9 üzərinə İddiaçı QSC X11 Təşkilatının qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması öhdəliyinin qoyulması barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh "Cavabdeh" MMC-dən cəmi 115617,05 manat məbləğində kredit borcunun və məhkəməyə iddia verilmasi üçün ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı QSC X11 Təşkilatının xeyrinə tutulması, borc tələbinin Cavabdeh MMC-nin mülkiyyətində olan "SHACMAN yük" markalı **-JK-*** dövlət qeydiyyat nişanlı, - "FORD TRANSİT yük" markalı **-JL-*** dövlət qeydiyyat nişanlı "GREAT WALL WİNGLE 5 minik" markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı, "GREAT WALL WİNGLE 5 minik" markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı, "HYUNDAİ SONATA minik" markalı **-PC-*** dövlət qeydiyyat nişanlı, "SHACMAN YÜK" markalı **-JK-*** dövlət qeydiyyat nişanlı, "KAMAZ 55111 Ş-DƏ KS 55713-l xüsusi təy." markalı **-JD-*** dövlət qeydiyyat nişanlı, VOLVO FMX yük" markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı, "FORD CARGO yük" markalı **-JF-*** dövlət qeydiyyat nişanlı, "HONDA CRV" markah **- PD-*** ddvlat qeydiyyat niganh; -"RENAULT LOCAN minik" markalı **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə yödnəldilməsi, "Cavabdeh" MMC-nin həmin əmlaklar üzərindəki mülkiyyət hüquqlarına xitam verilməsi, "İddiaçı" QSC X11 Təşkilatlarına həmin əmlaklar üzərində mülkiyyət hüquqlarının tanınması və müvafiq olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X9 üzərinə İddiaçı QSC X11 Təşkilatının qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması öhdəliyinin qoyulması barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2015-ci il tarixli 570 №- li Fərmanının və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli 101s saylı Sərəncamının icrası ilə əlaqədar olaraq, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” X7 məxsus problemli aktivləri (borcları) üzrə tələb hüququ xx xxxxxx 2015-ci il və xx xxxxx 2017-ci il tarixli müqavilələrin əsasında İddiaçı Qapalı X5mayan Kredit Təşkilatına keçmişdir. Həmin Fərmanın və Sərəncamın icrası ilə bağlı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin “xxxxxxxxxxxx” MMC-yə qarşı müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququ da xx xxxxx 2018-ci il tarixli, S-131 saylı təhvil-təslim aktı əsasında İddiaçı QSC X11 Təşkilatına təhvil verilmişdir. Akta əsasən cavabdehin təhviltəslim olunan tarixə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə cəmi 115617,05 məbləğində borcu olmuşdur. Həmin borc cavabdehlə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC arasında bağlanmış xx xxxx 2019-cu il tarixli 3467 nömrəli və xx xxxx 2009-cu il tarixli 3724 nömrəli kredit müqavilələrinə əsasən yaranmışdır. Borc İddiaçı QSC X11 Təşkilatının idarəetməsinə keçdikdən sonra borcdan heç bir ödəniş edilməmişdir. Beləliklə, xx xxx 2019-cu il tarixə Cavabdeh MMC-nin qeyd olunan kredit müqavilələri üzrə cəmi ümumi borcu 115.617,05 manat məbləğində təşkil etmişdir. Cavabdehlə məsələnin məhkəməyə qədər pretenziya yolu ilə həll edilməsi prosesində müəyyən edilmişdir ki, cavabdeh tərəfindən qeyd edilən borcun iddiaçıya qaytarılması mümkün deyildir. Buna görə də, qeyd edilən borcun cavabdehə məxsus daşınar və daşınmaz əmlaklara yönəldilməsi və həmin əmlakların iddiaçının mülkiyyətinə keçirilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X8 iddia ərizəsində göstərilənləri təsdiq edərək iddianı müdafiə etdiyini bildirib təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 iddia müddəti ötürüldüyündən iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Mülki iş materiallarında olan: - “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx xxxx 2009-cü il tarixli, 3467 saylı kredit sazişinin surətindən görünür ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC tərəfindən sonuncuya 7086754,52 manat və xx xxxx 2009-cu il tarixli, 3724 saylı kredit sazişinin surətinə əsasən 9560755,00 manat məbləğində kredit xətti açılmış, Cavabdeh MMC isə borcu faizlərlə birlikdə ödəməyi öhdəsinə götürmüşdür. - xx xxx 2019-cu il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh MMCnin kredit sazişi üzrə borcu 115617,05 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. İşin faktiki halları ilə təsdiq olunur ki, Cavabdeh MMC kredit müqaviləsinə əsasən iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. - 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İş materiallarından görünür ki, iddia müddətinin tətbiqi barədə cavabdeh tərəfindən ərizə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Hər 2 sazişin 15.1-ci bəndində qeyd olunmuşdur ki, “”Saziş hər iki tərəf onu imzaladıqdan sonra qüvvəyə minir və borcalanın bank qarşısında öhdəlikləri tamamilə yerinə yetirilənədək qüvvədə qalır. Buna görə də məhkəmə hesab edir ki, öhdəliklər tam yerinə yetirilmədiyinə görə müqavilə qüvvədə olduğundan iddia müddəti tətbiq oluna bilməz. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Qapalı X5mayan Kredit Təşkilatının iddiası təmin edilsin. Cavabdehndən 115617,05 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Qapalı X5mayan Kredit Təşkilatına ödənilsin, tələb Cavabdehnə məxsus “SHACMAN yük” markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı, “FORD TRANSİT yük” markalı, **-JL-*** dövlət qeydiyyat nişanlı, “GREATWALL WİNGLE 5 minik” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı, “GREATWALL WİNGLE 5 minik” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı, “HYUNDAİ SONATA minik” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı, “SHACMAN YÜK” markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı, “KAMAZ 55111” markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı, “VOLVO FMX yük” markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı, “FORD CARGO yük” markalı, ** JF *** dövlət qeydiyyat nişanlı, “HONDA CRV” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı, “RENAULT LOGAN minik” markalı, **-PD-*** dövlət qeydiyyat nişanl nəqliyyat vasitələrinə yönəldilsin, Cavabdeh həmin əmlaklar üzərində mülkiyyət hüququna xitam verilsin və İddiaçı Qapalı X5mayan Kredit Təşkilatının həmin əmlaklar üzərində mülkiyyət hüququnun tanınsın, müvafiq olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X9 üzərinə İddiaçı QSC X11 Təşkilatının əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyi qoyulsun. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçı Qapalı X5mayan Kredit Təşkilatına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar