Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-6662/2025 22.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızı, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı1 Cavabdeh İB-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə cavabdeh tərəfindən verilmiş vəsatətə açıq məhkəmə iclasında məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 (bundan sonra – iddiaçı) Cavabdeh İB-yə (bundan sonra – cavabdeh) qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, hesablanmış 58251,82 manat məbləğində borcun **********00010 nömrəli abonent kodundan silinməsi və dövlət rüsumuna görə ödənilmiş 264,76 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixdə məhkəməyə yazılı vəsatətlə müraciət edərək Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-6662/2025 nömrəli kommersiya işinin Şəki Kommersiya Məhkəməsində olan e-2-2(117)-1115/2025 nömrəli kommersiya işi ilə bir icraatda birləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, İddiaçı1 Cavabdehnə qarşı tələbi aşağıdakı əsaslara görə ya iddia ərizəsi baxılmamış saxlanılaraq geri qaytarılmalı, ya da kommersiya işi birləşdirilməsi üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, f/ş İddiaçı1 xx.xx.2025-ci il tarixdə iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək 58251.82 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və e-2-2(113)-6662/2025 saylı kommersiya işi üzrə məhkəmə hazırlıq iclası xx.xx.2025=ci il saat 15:20-ə təyin edilmişdir. Bundan əvvəl isə Cavabdeh xx.xx.2025-ci il tarixdə iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək 36930.32 manat məbləğində əsas borcun və dövlət rüsumunun cavadehdən tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Belə ki, xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edilərkən istehlakçının **********00010 saylı saylı qaz hesabında 57701.02 manat həcmində olmuşdur. Bildiririk ki, bundan əvvəl də Şəki Kommersiya Məhkəməsi İddiaçı1 25870.70 manat əsas borcun və rüsum xərclərinin ödənilməsinə dair xx.xx.2024-cü il tarixli e-2-2(117)-96/2024 saylı qətnamə çıxarmışdır. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsi üzrə cavabdeh tərəfindən qismən 5100 manat ödəniş edilmiş və icra sənədi üzrə 20770.70 manat qalıq borc mövcuddur. Ona görə də hazırda cavabdehin qaz hesabında yaranmış 57701.02 manat borcun 20770.70 manat hissəsi ilə bağlı məhkəmə qətnaməsi mövcud olduğundan həmin icra sənədinin təsir dairəsinə düşməyən 36930.32 manat borcun tutulmasına dair yenidən məhkəməyə müraciət edilmişdir. Qeyd olunan tələblə bağlı Şəki Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(117)-1115/2025 saylı kommersiya mübahisəsi üzrə hazırlıq iclası xx.xx.2025-ci il saat 11:45-ə təyin edilmişdir. Belələliklə, e-2-2(113)-6662/2025 saylı iş üzrə İddiaçı1 silinməsini tələb etdiyi 58251.82 manat borcun 20770.70 manat hissəsinin (25870.70 m – 5100 m = 20770.70 m) ödənilməsinə dair Şəki Kommersiya Məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixli e-2- 2(117)-96/2024 saylı icra sənədi verilmiş, 36930.32 manat hissəsinin məcburi qaydada ödənilməsinə dair mübahisə artıq Şəki Kommersiya Məhkəməsinin icraatında mövcuddur. Azərbaycan Respublikası MPM-nin 43-cü maddəsinə əsasən, Əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Azərbaycan Respublikası MPM-nin 259.0.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa məhkəmə ərizəni baxılmamış saxlayır. İşin faktiki hallarından göründüyü kimi hazırda İddiaçı1 silinməsini tələb etdiyi 58251.82 manat borcun 20770.70 manat hissəsinin (25870.70 m – 5100 m = 20770.70 m) ödənilməsinə dair artıq Şəki Kommersiya Məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixli e-2-2(117)-96/2024 saylı icra sənədi mövcud olduğundan və 36930.32 manat hissəsinin məcburi qaydada ödənilməsinə dair mübahisə xx.xx.2025-cü il tarixdən Şəki Kommersiya Məhkəməsinin icraatında kommersiya mübahisəsi mövcud olduğundan Bakı Kommersiya Məhkəməsinin icraatına bir gün sonra xx.xx.2025-ci il tarixdən düşən e-2-2(113)-6662/2025 saylı kommersiya işi ya baxılmamış saxlanılmalı, ya da həmin iş e-2-2(117)-1115/2025 saylı işə birləşdirilməsi üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi E.Mikayılov vəsatətin təmin olunmasını Məhkəmədən xahiş etdi. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən verilmiş vəsatət təmin edilməli, hazırkı iş onunla əlaqəli olan iddiaçı Cavabdeh İB-nin cavabdeh İddiaçı1 qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə e-2-2(117)-1115/2025 saylı işlə bir icraatda baxılması üçün birləşdirilməlidir. Belə ki, işə baxılarkən məlum olmuşdur ki, iddiaçı Cavabdeh İB-nin cavabdeh İddiaçı1 qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə e-2-2(117)-1115/2025 saylı iş xx.xx.2025-il il tarixdən Şəki Kommersiya Məhkəməsinin icraatındadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 169.3-cü maddəsinə əsasən, hakim (məhkəmə) həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, həmin mülki işləri birlikdə baxmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.2, 169, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Cavabdeh İB tərəfindən verilmiş vəsatət təmin edilsin. İddiaçı1 Cavabdeh İB-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair e-2-2(113)-6662/2025 saylı iş, onunla əlaqəli olan iddiaçı Cavabdeh İB-nin cavabdeh İddiaçı1 qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə e-2-2(117)-1115/2025 saylı işlə bir icraatda baxılması üçün birləşdirilsin və birləşdirilmiş işə e-2-2(117)-1115/2025 saylı nömrə verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-6662/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-6662/2025
22.09.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver