Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-6691/2024 17.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə Cavad oğlunun iştirakı ilə, cavabdehin nümayəndəsinin iştirakı olmadan İddiaçı ASC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “əldən çıxmış fayda” tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMCdənİddiaçı ASC-nin xeyrinə 23 noyabr 2012-ci il tarixli kredit müqaviləsi üzrə banka gecikdirilmiş vaxt üçün 31 oktyabr 2016-ci il tarixdən 07 dekabr 2018-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 104636.05 AZN əldən çıxmış fayda borcun və 394.64 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəməyə EMİS vasitəsi ilə vəsatət verərək bildirmişdir ki, iddiaçının hazırkı iddia tələbinə baxılmışdır və hazırkı tələblə bağlı Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış qətnaməsi və Ali Məhkəmənin qərarı vardır, ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən iddiaçının nümayəndəsi cavabdehin vəsatətəinə etiraz edərək rədd edilməsini xahiş etdi. İşdə olan: Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-3182/2021 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 23 noyabr 2012-ci il tarixli kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 361668,39 manat məbləğində əldən çıxmış faydanın "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun 25,55 manat məbləğinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, qalan 4,45 manat məbləğinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-2(103)-1273/2021 saylı qətnaməsi ilə cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3182/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı "xxxx" ASC-nin cavabdeh "xxxx" MMC-yə qarşı cavabdehdən iddiaçının xeyrinə 23 noyabr 2012-ci il tarixli kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 424543,19 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 424543,19 manat məbləğində borcun tutulması barədə iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(102)-282/2022 saylı qərarı ilə İddiaçı ASC-nin kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 21 dekabr tarixli 2- 2(103)-1273/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, iş materialları əsasında müəyyən edildi ki, İddiaçı ASC cavabdeh "xxxx" MMC-yə qarşı 2021-ci ildə məhkəməyə müraciət edərək 23 noyabr 2012-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixindən xx.xx.2021-ci il tarixinə kimi illik 5 faizlə hesablanmış əldən çıxmış faydanın cavabdehdən tutulmasını xahiş etmişdir. Həmin iddiaya baxılmış, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ilə iddia rədd edilmiş, həmin qətnamə AR Ali Məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Hazırki iddia ilə iddiaçı yenidən məhkəməyə müraciət edərək xx.xx.2016-ci il tarixdən xx.xx.2018-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 104636.05 AZN əldən çıxmış faydanı tələb edir. Məhkəmə hesab edir ki, hazırki iddia ilə tələb edilən əldən çıxmış faydanın dövrü (xx.xx.2016-ci il tarixdən xx.xx.2018-ci il tarixədək) üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarında (xx.xx.2015-ci il tarixindən xx.xx.2021-ci il tarixinə) qiymət verildiyi üçün, hazırki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəlləsinin 261.0 və 261.0.2-cü imaddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ASC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “əldən çıxmış fayda” tələbinə dair iddia ərizəsi üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Namazova
Məhkəmə qərarları › İş №e-2-2(113)-6691/2024
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-6691/2024
17.10.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver