Məhkəmə qərarları › İş №e-2-2(113)-6699/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6699/2024

04.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6699/2024 04.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: icarə müqaviləsi, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “pul" tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh MMC arasında 01 yanvar 2022-ci il tarixli, PR220101AX saylı icarə müqaviləsi əsasında yaranmış 11068,83 manat pulun, hüquqi yardım üçün vəkilə ödənilən 300 manat pulun, 124 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 01 yanvar 2022-ci il tarixli, PR220101AX saylı icarə müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən İcarəyəverən ona məxsus olan əmlakı icarəçinin istifadəsinə verməyi, İcarəçi isə bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə nəzərdə tutulmuş icarə haqqını, daşınma, quraşdırma/sökmə işlərinin ödənişini müəyyən edilmiş vaxtda və qaydada icarəyə verənə ödəməyi öhdəsinə götürür. İcarə müqaviləsinə əlavə olunmuş müvafiq əlavələrdə icarəyə verilən əmlakların qiymətləri razılaşdırılmışdır. Müqavilə üzrə öhdəliklər tam şəkildə yerinə yetirilərək icarəyə verənə məxsus əmlaklar müvafiq vaxtlarda aktlarla icarəçiyə təhvil verilmişdir. Cavabdeh isə bu müddət ərzində öhdəliyi tam və lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin hazırda ümumi borcu 11.068,68 manat müəyyən edilmişdir. Bununla bağlı cavabdehə pretenziya qaydasında müraciət edərək müqavilə üzrə yaranmış borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. Lakin, cavabdeh tərəfindən qeyd olunan tələblər bu günədək yerinə yetirilməmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385.1, 442, 443-cü maddələrinə istinad olunmuşdur. Daha sonra, iddiaçı xx.xx.2024-cü il tarixdə “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “iddia tələbinin həcminin azaldılması barədə” ərizə ünvanlayaraq cavabdehdən onun özünün də etiraf etdiyi, yəni xx.xx.2023-cü il tarixədək yaranmış 7.779,85 manat borcun, xx.xx.2023-cü ildən xx.xx.2024-cü il tarixədək hər ay 418 manat olmaqla 6 ay ərzində hesablanmış 2508 manat icarə haqqının və ona hesablanmış 451 manat ƏDV borcunun cəmi (2024-cü ilin iyun ayında ödənilmiş 1500 manat nəzərə alınmaqla) 10738,85-1500=9238 manat borcun və çəkilmiş məhkəmə xərclərinin tutulması barədə qətnamə qəbul eidlməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, cavabdehin məhkəməyə təqdim etdiyi hesabata əsasən xx.xx.2023-cü il tarixə İddiaçı MMC-yə icarə haqqından 7779,85 manat (ƏDV daxil) borcu olmuşdur. Bundan başqa, apardıqları hesablamalara əsasən isə cavabdehin xx.xx.2023-cü il tarixdən sonra, yəni xx.xx.2023-cü ildən xx.xx.2024-cü il tarixədək hər ay 418 manatdan hesablanmaqla 6 ay ərzində icarə haqqından əlavə olaraq 2.508 manat, 451 manat isə ƏDV borcu, cəmi (7779,85+2508+451=10738,85) 10738,85 manat borcu yaranmışdır. Həmin borcdan cavabdeh 2024-cü ilin iyun ayında 1500 manat ödəmiş və son olaraq 9.238 manat (ƏDV daxil) borcu qalmışdır. İddia tələbi isə 11068,68 manat olmuşdur. Göründüyü kimi, iddia tələbi ilə faktiki borc arasında 329,83 manat fərq yaranmışdır ki, bu da hesablamada olan texniki səhv ilə bağlı olmuşdur. İştirak etdiyi məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsində göstərilənləri təsdiq edərək bildirmişdir ki, 2022-ci ilin iyun ayından başlayaraq 2023-cü ilin sentyarbr ayına qədər Nərimanov rayonunda oteldə istifadə etdiyi avadanlıqla bağlı müvafiq hesabatları məhkəməyə təqdim etmişdir. Hesabatda ümumi aylar üzrə hesablıanmış icarə borc məbləği tərəflər arasında baş vermiş münasibətləri qismən əks etdirir, müqavilə üzrə hesablanan borc məbləğini qismən ehtiva edir. Ödənişlərlə bağlı məhkəməyə təqdim eidlmiş sübutları qəbul edirlər. Həqiqətən də qeyd edilən ödənişlər müvafiq bank hesabları vasitəsilə həyata keçirilmişdir. Məhkəməyə təqdim edilmiş hesabatlarda öz əksini tapmayan hal budur ki, qarşı tərəf öz icarəsində avadanlığı istifadə edir və istifadə etdiyi müddət üçün icarə haqqını hesablayırlar. Ancaq icarə avadanlığının onlarda olduğu, lakin istifadə etmədikləri üçün icarə haqqı hesablamırlar. Halbuki tərəflər arasındakı müqavilədə belə bir hal nəzərdə tutulmamışdır ki, tərəf avadanlıqdan istifadə etmədiyi halda icarə haqqını ödəməkdən azaddır. Cavabdeh tərəfindən təqdim edilmiş hesabatlara əsasən borc məbləğini 2023-cü ilin sentyabr ayının 30-na kimi qəbul edir, lakin hesabatlarda 2023-cü il oktyabr ayından müvafiq barışıq sazişi imzalandığı tarixə kimi olan müddəti hesablamışdır. Avadanlıq tərəflə danışıqlar aparılan anda 2024-cü ildə də icarəçinin sahibliyində olmuşdur. Həmçinin danışıqlar aparılan zaman tərəf 1500 manat ödəniş etmişdir. Son aylarda icaə haqqı davamlı olaraq 418 manat olmuşdur. Hər ay hesabat tərtib edib qarşı tərəfə imzalatmışlar. Lakin 2023-cü ilin oktyabrdan sonra cavabdeh qəbul etmədiyi üçün onların təqdim etdikləri aktı imzalamamış və birtərəfli akt olduğu üçün onlar da müvafiq aktı məhkəməyə təqdim etməmişlər. Onlar ödəniş olunduqda e-qaimə vurmuş, ödəniş olunmadıqda e-qaimə vurmamışlar. 2023-cü ilin oktyabrda akt tərtib edildikdən sonra cavabdeh aktı qəbul etmədiyi üçün onlar e-qaiməni vurmamışlar. Avadanlığın götürülməsi barədə təhvil-təslim aktı yoxdur. Barışıq sizşini onlar tərtib etmişlər, ancaq qarşı tərəf nalayiq söz işlətdiyi üçün həmin söz rəhbərliyə qədər çatmış və rəhbərlik razılıq verməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianı qismən qəbul edərək bildirmişdir ki, 10 iyun 2024-cü ildə barışıq sazişini qarşı tərəf hazırlamışdı, barışıq sazişi əsas borc məbləği yazılan 11068,83 manat hissəsinə nəzər yetirilmədən imzalanmışdı. Onlar tərəflər arasında razılaşdırılmış 5000 manat məbləğdən savayı başqa borc məbləğinın nəzərə alınmayacağını düşünmüşlər. Lakin hazırda iddiaçı tərəf borcu razılaşdırılan məbləğdə deyil, iddia ərizəsinə göstərilən məbləğdə tələb edir. Onlar 6279,85 manat məbləğ borcu qəbul edirlər. İddiaçının qeyd etdiyi 7 ay ilə əlaqədar onlara heç bir akt tərtib edilib təqdim edilməmişdir. 2023-cü ilin sentyabr ayının 30-na kimi görülən iş qurtardıqda rəsmi formada qarşı tərəfə avadanlıqları gəlib götürmələri barədə məlumat verilmişdir. Belə ki, şifahi formada telefon danışıqları ilə iddiaçı tərəfə məlumat vermişlər. Barışıq sazişi bağlanan ərəfədə iddiaçının nümayəndələri ilə danışdıqda da sonuncular telefon danişıqlarını qəbul etmişlər. Rəsmi qaydada yazılı formada qarşı tərəfə müraciət olunmamış, telefonla 2023-cü ildə oktyabr ayında əlaqə saxlamışlar, tərəflər arasında etibar, inam olub və gəlib götürəcəklərini gözləmişlər. Əvvəlki ödənişlər eqaimələr əsasında olmuşdur. Müraciət etdikdən sonra iddiaçı tərəf nə gəlib özləri apardı, nə də onların aparmaqlarını tələb etmədilər. İcarə avadanlıqlarını təhvil verilmə tarixi dəqiq yadında deyil, lakin avadanlığı onlar təhvil verməmiş, iddiaç tərəf özləri gəlib aparmışdılar. 7 ay müddəti ilə bağlı onlara hesabat təqdim edilməmişdir. İcarə müqaviləsi bağlanılan zaman avadanlığı onlar özləri gedib götürməmiş, iddiaçı tərəf özü gətirib onlara vermişdir. Sonda o, iddianın qismən təmin edilməsini xahiş etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: İddiaçı ilə Cavabdeh arasında imzalanmış 01 yanvar 2022-ci il tarixli, PR220101AX saylı icarə müqaviləsinin 1.1-ci bəndinə əsasən icarəyə verən ona məxsus olan əmlakı icarəçinin istifadəsinə verməyi, icarəçi isə bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə nəzərdə tutulmuş icarə haqqını, daşınma, quraşdırma/sökmə işlərinin ödənişini müəyyən edilmiş vaxtda və qaydada icarəyə verənə ödəməyi öhdəsinə götürür. Aylıq icarə haqqı tərəflərin qarşılıqlı razılığına əsasən bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə müəyyən edilir (2.1). İcarəçi icarə haqqını hər ayın ilk həftəsi növbəti ay üçün tam olaraq icarəyə verənə nağd ödəyir və ya hesablaşma hesabına köçürür (2.3). Əmlakın təhvil verilməsi hər iki tərəfdən ən azı 2 nəfər səlahiyyətli şəxsin imzası ilə təsdiq edilən təhvil-təslim aktına əsasən həyata keçirilir (4.1). PR220101AX saylı icarə müqaviləsinə xx.xx.2022-ci il tarixli Əlavə 1-dən (razılaşma protokolu) görünür ki, tərəflər ƏDV xaric dirək 1.20-1.50-1.70-3.35 m-in 1 ədədinin icarə haqqı qiymətini 0,80 manat, dirək 3.85-4.00-4.50 m-in 1 ədədinin icarə haqqı qiymətini 1.00 manat, dirək 5.70-6.00 m-in 1 ədədinin icarə haqqı qiymətini 1.50 manat, “çiloz”un 1 ədədinin icarə haqqı qiymətini 0,20 manat razılaşdırmışlar. PR220101AX saylı icarə müqaviləsinə xx.xx.2022-ci il tarixli Əlavə 2-dən (razılaşma protokolu) görünür ki, tərəflər ƏDV xaric ayaqaltı iskələnin (H tipli sadə) 1 kavdrat metrinin icarə haqqı qiymətini 0,80 manat, ayaqaltı taxtanın 1 kub metrinin icarə haqqı qiymətini 120 manat razılaşdırmışlar. 01 yanvar 2022-ci il tarixli, PR220101AX saylı icarə müqaviləsinə uyğun olaraq malların təhvil-təslimi haqqında xx.xx.2022-ci il tarixli, 02 nömrəli akta əsasən 265 ayaqaltı iskələ sistemi, 56 ədəd iskələ ayaq hissə, 50 ədəd iskələ qısa qol, 100 ədəd iskələ uzun qol, 60 ədəd taxta 5x15 3 m (1.35 kub metr) mallar İddiaçı tərəfindən Cavabdehnə təhvil verilmiş, Cavabdeh də aktı imza və hüquqi şəxsin möhürü ilə təsdiq etməklə malların ona təhvil verildiyini təsdiqləmişdir. 1) Bərdə şəhərində yerləşən “DOST” və Peşə hazırlığı mərkəzinin tikintidə istifadə edilmək üçün icarəyə verilən ayaqaltı metal dirək, ona aid hissələr üzrə: - xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinə kimi xidmətlər haqqında hesabata əsasən ƏDV xaric 5990,85 manat, - xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinə kimi xidmətlər haqqında hesabata əsasən ƏDV xaric 5276,68 manat, -xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinə kimi xidmətlər haqqında hesabata əsasən ƏDV xaric 6.329,61 manat, - xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinə kimi xidmətlər haqqında hesabata əsasən ƏDV xaric 1220,80 manat, - xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinə kimi xidmətlər haqqında hesabata əsasən ƏDV xaric 1220,80 manat, - xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinə kimi xidmətlər haqqında hesabata əsasən ƏDV xaric 1114,43 manat, - xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinə kimi xidmətlər haqqında hesabata əsasən ƏDV xaric 732,07 manat, - xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinə kimi xidmətlər haqqında hesabata əsasən ƏDV xaric 707,60 manat, - xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinə kimi xidmətlər haqqında hesabata əsasən ƏDV xaric 232 manat, - xx.xx.2022-ci ilədək xidmətlər haqqında hesabata əsasən 760 manat, 2) Bakı şəhəri, Nərimanov rayonunda yerləşən otel tikintisinə icarəyə verilən ayaqaltılar üzrə: - İcarəyə götürülən mallar üzrə (ilk tarix xx.xx.2022, son tarix xx.xx.2022) hesablanan icarə dəyəri haqqında PR736-2207N nömrəli hesabata əsasən taxta 5x15 3 m və iskələ türkün aylıq icarə haqqı məbləği ƏDV xaric cəmi 374 manat, - xx.xx.2022-ci il tarixədək icarəyə götürülən mallar üzrə (ilk tarix xx.xx.2022, son tarix xx.xx.2022) hesablanan icarə dəyəri haqqında PR736-2207N nömrəli hesabata əsasən taxta 5x15 3 m və iskələ türkün aylıq icarə haqqı məbləği ƏDV xaric cəmi 144.77 manat, - xx.xx.2022-ci il tarixədək icarəyə götürülən mallar üzrə (ilk tarix xx.xx.2022, son tarix xx.xx.2022) hesablanan icarə dəyəri haqqında PR736-2208N nömrəli hesabata əsasən taxta 5x15 3 m və iskələ türkün aylıq icarə haqqı məbləği ƏDV xaric cəmi 374 manat, - xx.xx.2022-ci il tarixədək icarəyə götürülən mallar üzrə (ilk tarix xx.xx.2022, son tarix xx.xx.2022) hesablanan icarə dəyəri haqqında PR736-2209N nömrəli hesabata əsasən taxta 5x15 3 m və iskələ türkün aylıq icarə haqqı məbləği ƏDV xaric cəmi 374 manat, - xx.xx.2022-ci il tarixədək icarəyə götürülən mallar üzrə (ilk tarix xx.xx.2022, son tarix xx.xx.2022) hesablanan icarə dəyəri haqqında PR736-2210N nömrəli hesabata əsasən taxta 5x15 3 m və iskələ türkün aylıq icarə haqqı məbləği ƏDV xaric cəmi 374 manat, - 01 yanvar 2022-ci il tarixli, PR220101AX saylı müqaviləyə əsasən xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinə kimi xidmətlər haqqında PR736-2211N nömrəli hesabata əsasən taxta 5x15 3 m və iskələ türkün aylıq icarə haqqı məbləği ƏDV xaric cəmi 374 manat, - xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinə kimi xidmətlər haqqında PR736- 2212N nömrəli hesabata əsasən taxta 5x15 3 m və iskələ türkün aylıq icarə haqqı məbləği ƏDV xaric cəmi 374 manat, - xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə kimi xidmətlər haqqında PR736-2301N nömrəli hesabata əsasən taxta 5x15 3 m və iskələ türkün aylıq icarə haqqı məbləği ƏDV xaric cəmi 374 manat, - xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə kimi xidmətlər haqqında PR736-2302N nömrəli hesabata əsasən taxta 5x15 3 m və iskələ türkün aylıq icarə haqqı məbləği ƏDV xaric cəmi 374 manat, - xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə kimi xidmətlər haqqında PR736-2303N nömrəli hesabata əsasən taxta 5x15 3 m və iskələ türkün aylıq icarə haqqı məbləği ƏDV xaric cəmi 374 manat, - xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə kimi xidmətlər haqqında PR736-2304N nömrəli hesabata əsasən taxta 5x15 3 m və iskələ türkün aylıq icarə haqqı məbləği ƏDV xaric cəmi 374 manat, - xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə kimi xidmətlər haqqında PR736-2305N nömrəli hesabata əsasən taxta 5x15 3 m və iskələ türkün aylıq icarə haqqı məbləği ƏDV xaric cəmi 374 manat, - xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə kimi xidmətlər haqqında PR736-2306N nömrəli hesabata əsasən taxta 5x15 3 m və iskələ türkün aylıq icarə haqqı məbləği ƏDV xaric cəmi 374 manat, - xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə kimi xidmətlər haqqında PR736-2307N nömrəli hesabata əsasən taxta 5x15 3 m və iskələ türkün aylıq icarə haqqı məbləği ƏDV xaric cəmi 415,16 manat, - xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə kimi xidmətlər haqqında PR736-2308N nömrəli hesabata əsasən taxta 5x15 3 m və iskələ türkün aylıq icarə haqqı məbləği ƏDV xaric cəmi 418 manat, - xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə kimi xidmətlər haqqında PR736-2309N nömrəli hesabata əsasən taxta 5x15 3 m və iskələ türkün aylıq icarə haqqı məbləği ƏDV xaric cəmi 418 manat, Məhkəməyə təqdim edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Elektron qaimə-faktura” altsistemindən çıxarışlardan görünür ki, xx.xx.2022-ci il tarixli EBBR 845986 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 7.069,2 manat, xx.xx.2022-ci il tarixli EBBT 898738 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 6.226,48 manat, xx.xx.2022-ci il tarixli EBBX 543976 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 7.468,94 manat, xx.xx.2022-ci il tarixli EBBZ 401035 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 1.440,54 manat, xx.xx.2022-ci il tarixli EBCD 173319 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 1.315,03 manat, xx.xx.2022-ci il tarixli EBCB 401521 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 1.440,54 manat, xx.xx.2022-ci il tarixli EBCG 360077 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 863,84 manat, xx.xx.2022-ci il tarixli EBCİ 598942 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 834,97 manat, xx.xx.2023-cü il tarixli EBCK 366837 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 273,76 manat olmaqla, cəmi 26.933,3 manat icarə haqqının rəsmiləşdirilməsi üçün tərtib edilmişdir. Ödəniş sənədlərindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı hesabına əsas borc üzrə xx.xx.2024-cü il tarixdə 4.006,90 manat, xx.xx.2022-ci ildə 3.220,80 manat, xx.xx.2022-ci ildə 2.000 manat, xx.xx.2022-ci ildə 2.329,61 manat, xx.xx.2022-ci ildə 2.276,68 manat, xx.xx.2022-ci ildə 3.000 manat, xx.xx.2022-ci ildə 5.990,85 manat olmaqla, cəmi 22.824,84 manat, ƏDV borcu üzrə xx.xx.2022-xx.xx.2022, xx.xx.2024-cü il tarixlərdə cəmi 4.108,46 manat, ümumilikdə (22.824,84+4.108,46) 26.993,30 manat ödənilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi ərizədə icarə müqaviləsi üzrə ƏDV daxil cəmi 34.773.15 manat borcu olduğunu, həmin borcdan 26.993,30 manat ödəniş etdiyini, qalıq borcunun 7.779,85 manat təşkil etdiyini qeyd etmişdir. İddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasından görünür ki, xx.xx.2024-cü il tarixdə, ********** nömrəli qəbzə əsasən 124 manat məbləğində pul dövlət rüsumunun əvəzi olaraq iddiaçı tərəfindən dövlət büdcəsinə ödənmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 446.1-ci maddəsinə əsasən kreditor vaxtı çatmış və ona təklif olunmuş icranı qəbul etmirsə və ya borclunun öz öhdəliyini icra edə bilmək üçün ondan gözlədiyi hərəkətləri yerinə yetirmirsə, icranı gecikdirmiş sayılır. 446.4-cü maddəsinə əsasən kreditorun icranı gecikdirməsi zamanı borclu öhdəliyin icra edilməməsi üçün yalnız bu şərtlə məsuliyyət daşıyır ki, icra borclunun qərəzi və ya kobud ehtiyatsızlığı nəticəsində qeyri-mümkün olsun. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 448.4-cü maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.3-cü maddəsinə əsasən əgər həmin Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə həmin Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 700.5-ci maddəsinə əsasən əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir. 684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissəhissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 01 yanvar 2022-ci il tarixli, PR220101AX saylı icarə müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı ona məxsus olan, müqaviləyə əlavələrlə razılaşdırılan əmlakı cavabdehin istifadəsinə verməyi, cavabdeh isə müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə nəzərdə tutulmuş icarə haqqını, daşınma, quraşdırma/sökmə işlərinin ödənişini müəyyən edilmiş vaxtda və qaydada, bütün vergilərlə birlikdə iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İcarə obyektləri yuxarıda qeyd olunan aktlarla (hesabatlarla) cavabdehə təhvil verilmiş, tərəflər xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hər ay üçün akt tərtib etməklə icarə haqqını təsdiq etmiş, cavabdeh tərəfindən iddiaçıya qeyd olunan aktlara uyğun olaraq cəmi ƏDV daxil 26.993,30 manat, məhkəmə gedişində isə 1.500 manat ödəniş edilmişdir. İş materiallarına əlavə olunmuş, cavabdehin imza və möhürü ilə təsdiqlənmiş, iddiaçı tərəfindən təsdiqlənməmiş xx.xx.2024-cü il tarixli barışıq sazişinin şərtlərindən görünür ki, 01 yanvar 2022-ci il tarixli, PR220101AX saylı icarə müqaviləsi üzrə cavabdehin 11.068,83 manat borcu yaranmışdır. Tərəflər razılaşdırırlar ki, əsas borc məbləğini 5.000 manat müəyyənləşdirirlər. Həmin məbləğdən 1500 manat kommersiya işi gedişatında ödənmişdir. Qalıq 3500 manat pulu isə cavabdeh 1 ay müddətinə iddiaçıya ödəyəcəkdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 məhkəmənin “Cavabdehin barışıq sazişini imzalayaraq orada qeyd edilən əsas borc məbləğinin 11.068,83 manat olmasını iradəsi ilə təsdiqləməsi” sualına cavab olaraq barışıq sazişinin iddiaçı tərəfindən hazırlandığını, sazişin əsas borc məbləği yazılan 11.068,83 manat hissəsinə nəzər yetirilmədən imzalandığını, 5.000 manat məbləğdən savayı başqa borc məbləğinin nəzərə alınmayacaqlarını düşündüklərini üçün imzalandığını bildirmişdir. Tərəflərin izahatlarından göründüyü kimi xx.xx.2023-cü il tarixədək yaranmış borcun 7.779,85 manat təşkil etməsi, cavabdeh tərəfindən məhkəmə prosesi gedişində 1500 manat ödəniş edilməsi və həmin tarixədək borcun 6279,85 mana borcun qalması işin mübahisəsiz hallarıdır. Məhkəmə qeyd edir ki, yuxarıda sadalanan sübutlardan da məlum olduğu kimi icarə müqaviləsi üzrə tərəflər arasında formalaşmış işgüzar münasibətlər icarəyə götürülən mallar üzrə hesablanan icarə dəyəri haqqında aktlar, həmin aktlara dair elektron qaimələr tərtib edilməklə ödənişlər həyata keçirilmişdir. Hazırda iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsində xx.xx.2023-cü ildən xx.xx.2024-cü il tarixədək hər ay 418 manat olmaqla 6 ay ərzində hesablanmış 2508 manat icarə haqqının və ona hesablanmış 451 manat ƏDV borcunun ödənilməsini tələb etsə də, həmin vaxtlarda icarəyə götürülən mallar üzrə hesablanan icarə dəyəri haqqında aktları, həmin aktların cavabdehə təqdim edilməsini təsdiq edən sənədləri, elektron qaimələri məhkəməyə təqdim etməmişdir. Hətta iddiaçının nümayəndəsi elektron qaimələrin tərtib olunub göndərilmədiyini özü təsdiq etmişdir. Bütün bunlar cavabdehin nümayəndəsinin dediklərinin, yəni aralarında olan inam və etibara əsasən 2023-cü ilin oktyabr ayında telefon vasitəsi ilə iddiaçı tərəfə icarəyə verilmiş malların götürülməsi barədə məlumat verdiklərinin həqiqətən baş verdiyini, daha inandıcı olduğunu göstərir. Çünki tərəflər arasında formalaşan işgüzar adətəndən də aydın olur ki, icarəyə verilən mallar üzrə hər ay hesabat tərtib edilərək elektron qaimələr göndərilmiş və müvafiq ödənişlər olunmuşdur. Cavabdeh 2023-cü ilin oktyabr ayından hesabatları imzalamadığı, ödənişlər etmədiyi halda iddiaçının ona ödəniş üçün müraciət etməsini, hesabatları təqdim etməsini təsdiq edən sübutlar mövcud deyildir. Həmçinin iddiaçının nümayəndəsinin də etiraf etdiyi kimi barışıq sazişinin iddiaçı tərəfindən tərtib olunaraq cavabdehə göndərilməsi, sonradan tərəflər arasında yaranmış mübahisəyə görə iddiaçı tərəfindən imzalanmaması tərəflərin yaxın münasibətlərinin, bir-birlərinə qarşı inam və etibarının olduğunu, sonradan münasibətlərin pozulmasına görə razılaşmayaraq məhkəmədə tələb irəli sürdüyünü təsdiq edir. Məhkəmə tədqiq edilmiş sübutları, qanunvericilik normalarını, tərəflər arasındakı formalaşmış işgüzar adəti, mübahisədən əvvəlki və sonrakı münasibətlərini, cavabdehin müqavilə öhdəliklərini tam icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehin iddianı qismən qəbul etdiyini, işin mübahisəsiz hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunaraq 01 yanvar 2022-ci il tarixli, PR220101AX saylı icarə müqaviləsi üzrə 6279,85 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa məhkəmə vəkil üçün tələb edilən xidmət haqqının ağlabatan olduğunu nəzərə alaraq hesab edir ki, 300 manat xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı dövlət rüsumunun əvəzi olaraq 124 manat məbləğində pulun tutulmasını xahiş etsə də, MPM-in 119.1-ci bəndinə əsasən iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq dövlət rüsumunun əvəzi olaraq 82,80 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 6279 (altı min iki yüz yetmiş doqquz) manat 85 (səksən beş) qəpik əsas borc, 300 (üç yüz) manat vəkil xidmət haqqı və 82 (səksən iki) manat 80 (səksən) qəpik ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar