Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6715/2025 09.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialının cavabdeh “X1 X2 xxxx Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialına qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: icarə müqaviləsi, müqavilə üzrə öhdəliyin lazımınca icra edilməməsi, icranın gecikdirilməsi, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialının cavabdeh “X1 X2 xxxx Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialına qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı cavabdeh “X1 X2 xxxx Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı “Scanex Enterprises Limited" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı ilə cavabdeh “X1 X2 İhracat Pazarlama və Ticarət limited şirkəti”nin Azərbaycan Respublikasındakı fillialı arasında 11 iyul 2019-cu il tarixində bağlanmış 0719-01 saylı nəqliyyat vasitələrinin icarəsinə dair müqavilə üzrə yaranmış cəmi ƏDV daxil 51243,92 manat (əlli bir min iki yüz qırx üç manat doxsan iki qəpik) icarə haqqı borcunun, ödənilmiş 244 manat (iki yüz qırx dörd manat) dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı və “X1 X2 İhracat Pazarlama və Ticarət limited şirkəti”nin Azərbaycan Respublikasındakı fillialı arasında 11 iyul 2019-cu il tarixində 0719-01 saylı icarə müqaviləsi bağlanmışdır. "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı “X1 X2 İhracat Pazarlama və Ticarət limited şirkəti”nin Azərbaycan Respublikasındakı fillialına:
1. Müqavilənin ayrılmaz tərkib hissəsi olan 12 iyul 2019-cu il tarixli 01 saylı əlavəsinə əsasən aylıq icarə haqqı 1300 manat olan H026389 dövlət qeydiyyat nişanlı, Nissan Navara markalı nəqliyyat vasitəsini, aylıq icarə haqqı 1300 manat olan H026397 dövlət qeydiyyat nişanlı, Nissan Navara markalı nəqliyyat vasitəsini, aylıq icarə haqqı 1300 manat olan H026398 dövlət qeydiyyat nişanlı, Nissan Navara markalı nəqliyyat vasitəsini icarəyə vermişdir; 2. Müqavilənin ayrılmaz tərkib hissəsi olan 11 sentyabr 2019-cu il tarixli 02 saylı əlavəsinə əsasən aylıq icarə haqqı 1300 manat olan H026396 dövlət qeydiyyat nişanlı, Nissan Navara markalı nəqliyyat vasitəsini icarəyə vermişdir; 3. Müqavilənin ayrılmaz tərkib hissəsi olan 17 sentyabr 2019-cu il tarixli 03 saylı əlavəsinə əsasən aylıq icarə haqqı 1300 manat olan H026385 dövlət qeydiyyat nişanlı, Nissan Navara markalı nəqliyyat vasitəsini icarəyə vermişdir; 4. Müqavilənin ayrılmaz tərkib hissəsi olan 19 sentyabr 2019-cu il tarixli 04 saylı əlavəsinə əsasən müqavilənin 03 saylıəlavəsində qeyd olunan aylıq icarə haqqı 1300 manat olan H026385 dövlət qeydiyyat nişanlı, Nissan Navara markalı nəqliyyat vasitəsinin icarəsinə xitam verilməsi barədə razılığa gəldilər; 5. Müqavilənin ayrılmaz tərkib hissəsi olan 25 yanvar 2024-cü il tarixli 05 saylı əlavəsinə əsasən aylıq icarə haqqı 1300 manat +18% ƏDV olan H026384 dövlət qeydiyyat nişanlı, Nissan Navara markalı nəqliyyat vasitəsini, aylıq icarə haqqı 1300 manat +18% ƏDV olan H026389 dövlət qeydiyyat nişanlı, Nissan Navara markalı nəqliyyat vasitəsini, aylıq icarə haqqı 1300 manat +18% ƏDV olan H026397 dövlət qeydiyyat nişanlı, Nissan Navara markalı nəqliyyat vasitəsini, aylıq icarə haqqı 1300 manat +18% ƏDV olan H026398 dövlət qeydiyyat nişanlı, Nissan Navara markalı nəqliyyat vasitəsini, aylıq icarə haqqı 1300 AZN +18% ƏDV olan H026417 dövlət qeydiyyat nişanlı, Nissan Navara markalı nəqliyyat vasitəsini icarəyə vermişdir; 6. Müqavilənin ayrılmaz tərkib hissəsi olan 26 iyul 2024-cü il tarixli 06 saylı əlavəsinə əsasən aylıq icarə haqqı 1300 manat +18% ƏDV olan H026386 dövlət qeydiyyat nişanlı, Nissan Navara markalı nəqliyyat vasitəsini icarəyə vermişdir. "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı müqavilə üzrə yaranan öhdəliklərini yerinə yetirərək, “X1 X2 İhracat Pazarlama və Ticarət limited şirkəti”nin Azərbaycan Respublikasındakı fillialını nəqliyyat vasitələri ilə təmin etməsinə baxmayaraq, cavabdeh ödəniş öhdəliklərini lazımı qaydada yerinə yetirməmişdir. Belə ki, “X1 X2 İhracat Pazarlama və Ticarət limited şirkəti”nin Azərbaycan Respublikasındakı fillialı tərəfindən "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialına 2019, 2020, 2021, 2022, 2023 və 2024-cü ilin noyabr ayının bir hissəsi daxil olmaqla, ümumilikdə cəmi 192670,86 manat (yüz doxsan ikimin altı yüz yetmiş manat səksən altı qəpik) məbləğində ödəniş həyata keçirilmişdir. "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən “X1 X2 İhracat Pazarlama və Ticarət limited şirkəti”nin Azərbaycan Respublikasındakı fillialına 2024-cü ilin noyabr, dekabr ayları və 2025-ci ilin yanvar, fevral, mart, aprel, may ayları üzrə cəmi ƏDV daxil 55198,98 manat (əlli beş min yüz doxsan səkkiz manat doxsan səkkiz qəpik) məbləğində icarə haqqı ödənişinin həyata keçirilməsi ilə bağlı malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə xx.xx.2024-cü il tarixli, 10153050 nömrəli, yekun məbləği 9204 manat, xx.xx.2025-ci il tarixli, 10310127 nömrəli, yekun məbləği 9204 manat, xx.xx.2025-ci il tarixli, 12276085 nömrəli, yekun məbləği 9204 manat, xx.xx.2025-ci il tarixli, 12153639 nömrəli, yekun məbləği 9204 manat, xx.xx.2025-ci il tarixli, 10195927 nömrəli, yekun məbləği 7578,1016 manat, xx.xx.2025-ci tarixli, 10068314 nömrəli, yekun məbləği 6159,6 manat, xx.xx.2025-ci il tarixli, 12052283 nömrəli, yekun məbləği 4645.2824 manat olan elektron qaimə-fakturalar göndərilməsinə baxmayaraq, hesab üzrə çıxarışlara əsasən “X1 X2 İhracat Pazarlama və Ticarət limited şirkəti”nin Azərbaycan Respublikasındakı fillialı tərəfindən təkcə 2024-cü il ilin noyabr ayının bir hissəsinin ödənişi, yəni ƏDV daxil 3955 manat (üç min doqquz yüz əlli beş manat) məbləğində ödəniş həyata keçirilmişdir. Belə ki, “X1 X2 İhracat Pazarlama və Ticarət limited şirkəti”nin Azərbaycan Respublikasındakı fillialının "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialına cəmi ƏDV daxil 55198,98 manat (əlli beş min yüz doxsan səkkiz manat doxsan səkkiz qəpik) - 3955 manat (üç min doqquz yüz əlli beş manat) =51243,92 manat (əlli bir min iki yüz qırx üç manat doxsan iki qəpik) məbləğində icarə haqqı borcu vardır. Borcun ödənilməsinə dair “X1 X2 İhracat Pazarlama və Ticarət limited şirkəti”nin Azərbaycan Respublikasındakı fillialına dəfələrlə müraciət edilməsinə baxmayaraq, cəmi ƏDV daxil 51243,92 manat (əlli bir min iki yüz qırx üç manat doxsan iki qəpik) olan icarə haqqı borcunu ödəməmişdir. Müqavilənin 2.2-ci maddəsinə əsasən ödəniş, hesab-faktura təqdim edilməsindən sonra 30 (otuz) təqvim günü ərzində köçürmə yolu ilə həyata keçirilir. Müqavilənin 4.1.-ci maddəsinə əsasən tərəflər bu müqavilənin yerinə yetirilməsi zamanı ortaya çıxan mübahisəli məsələlərin hamısını danışıqlar vasitəsilə həll etməyə çalışacaqlar. Müqavilənin 4.2.-ci maddəsinə əsasən tərəflər bu müqavilənin yerinə yetirilməsi zamanı yaranan mübahisəli məsələləri danışıqlar vasitəsilə həll edə bilmədikdə onların arasındakı mübahisə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən Azərbaycan Respublikasının məhkəmələrində həll ediləcək. Müqavilənin 5.1-ci bəndinə əsasən bu müqavilədəki öhdəliklər yerinə yetirilmədikdə və ya layiqincə yerinə yetirilmədikdə, təqsirli tərəf digər tərəfə dəyən ziyanı ödəyir. Həmçinin xx.xx.2025-ci il tarixli pretenziya məktubu elektron formada qəbul edilmişdir.
3. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərinə uyğun formada iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı ilə cavabdeh “X1 X2 Pazarlama və Ticaret Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialı arasında xx.xx.2019-cu il tarixində bağlanmış 0719-01 saylı nəqliyyat vasitələrinin icarəsinə dair müqavilə üzrə yaranmış cəmi ƏDV daxil 41803,92 manat icarə haqqı borcunun və ödənilmiş 216 manat dövlət rüsumunun cavabdeh “X1 X2 Pazarlama və Ticaret Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialından tutularaq İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 399.4, 421.2, 424.5, 442, 443.1, 448.1, 700.1-ci maddələrinə istinad olunmuşdur.
5. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.
6. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmişlər. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, icarəyə verən qismində İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı ilə icarəçi qismində “X1 X2 xxxx Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı arasında xx.xx.2019-cu il tarixli, 0719-01 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən icarəyə verən müqavilənin ayrılmaz tərkib hissəsi sayılan əlavələrdə göstərilmiş nəqliyyat vasitələrini icarəyə verməyi, icarəçi isə icarə haqqını ödəməyi öhdəsinə götürür; 2.1-ci bəndinə əsasən müqavilə üzrə icarə haqqı əlavələrdə qeyd olunacaq; 2.2-ci bəndinə əsasən ödəniş, hesab-fakutra təqdim edilməsindən sonra 30 təqvim günü ərzində köçürmə yolu ilə həyata keçirilir; 3.2-ci bəndinə əsasən icarəçinin müqavilə üzrə ödənişləri vaxtında yerinə yetirmək öhdəliyi vardır; 8.1-ci bəndinə əsasən müqavilə xx.xx.2019-cu il tarixindən qüvvəyə minir və tərəflər öz öhdəliklərini yerinə yetirənə qədər qüvvədə qalır. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
8. xx.xx.2019-cu il tarixli, 0719-01 nömrəli müqaviləyə xx.xx.2019-cu il tarixli, 1 saylı əlavənin məzmunundan müəyyən olunur ki, tərəflər əlavədə adıçəkilən və hər birinin aylıq icarə haqqı 1300 manat olan 3 ədəd “Nissan Navara” markalı nəqliyyat vasitələrinin İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən “X1 X2 xxxx Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialına icarəyə verilməsi barədə razılığa gəlmişlər. Qeyd edilmişdir ki, əlavədə qeyd edilən qiymətə ƏDV və ya digər vergilər daxil deyil. Əlavə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
9. xx.xx.2019-cu il tarixli, 0719-01 nömrəli müqaviləyə xx.xx.2019-cu il tarixli, 2 saylı əlavənin məzmunundan müəyyən olunur ki, tərəflər əlavədə adıçəkilən və aylıq icarə haqqı 1300 manat olan 1 ədəd “Nissan Navara” markalı nəqliyyat vasitəsinin İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən “X1 X2 xxxx Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialına icarəyə verilməsi barədə razılığa gəlmişlər. Qeyd edilmişdir ki, əlavədə qeyd edilən qiymətə ƏDV və ya digər vergilər daxil deyil. Əlavə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
10. xx.xx.2019-cu il tarixli, 0719-01 nömrəli müqaviləyə xx.xx.2019-cu il tarixli, 3 saylı əlavənin məzmunundan müəyyən olunur ki, tərəflər əlavədə adıçəkilən və aylıq icarə haqqı 1300 manat olan 1 ədəd “Nissan Navara” markalı nəqliyyat vasitəsinin İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən “X1 X2 xxxx Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialına icarəyə verilməsi barədə razılığa gəlmişlər. Qeyd edilmişdir ki, əlavədə qeyd edilən qiymətə ƏDV və ya digər vergilər daxil deyil. Əlavə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
11. xx.xx.2019-cu il tarixli, 0719-01 nömrəli müqaviləyə xx.xx.2019-cu il tarixli, 4 saylı əlavənin məzmunundan müəyyən olunur ki, tərəflər xx.xx.2019-cü il tarixli, 0719-01 saylı müqavilənin 3 saylı əlavəsində qeyd olunan H026385 dövlət nömrə nişanlı “Nissan Navara” markalı nəqliyyat vasitəsinin icarəsinə xitam verilməsi barədə razılığa gəlmişlər. Əlavə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
12. xx.xx.2019-cu il tarixli, 0719-01 nömrəli müqavilə əsasında tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 05 saylı icarə müqaviləsinin razılaşdırma protokolu ilə tərəflər icarəyə verilmiş 5 ədəd avtomobil üzrə aylıq icarə haqqını 1300+18% ƏDV kimi razılaşmışdırlar. Qeyd edilir ki, icarə haqqı icarəyə verənin icarəçiyə təqdim etdiyi hesab faktura əsasında 7 gün ərzində köçürmə yolu ilə ödənilir. Protokol tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
13. xx.xx.2019-cu il tarixli, 0719-01 nömrəli müqavilə əsasında tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 06 saylı icarə müqaviləsinin razılaşdırma protokolu ilə tərəflər icarəyə verilmiş 1 ədəd avtomobil üzrə aylıq icarə haqqını 1300+18% ƏDV kimi razılaşmışdırlar. Qeyd edilir ki, icarə haqqı icarəyə verənin icarəçiyə təqdim etdiyi hesab faktura əsasında 7 gün ərzində köçürmə yolu ilə ödənilir. Protokol tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
14. xx.xx.2024-cü il tarixli, MT2412 seriyalı, 10153050 nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən “X1 X2 xxxx Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialına yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri ƏDV daxil 9204 manat təşkil edir. Qaimənin əsası kimi xx.xx.2024-cü il tarixli, SCX/HED-011/24 saylı hesab-fakturaya əsasən 2024-cü ilin noyabr ayı üçün icarə haqqı qeyd edilmişdir.
15. xx.xx.2025-ci il tarixli, MT2501 seriyalı, 10310127 nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən “X1 X2 xxxx Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialına yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri ƏDV daxil 9204 manat təşkil edir. Qaimənin əsası kimi xx.xx.2025-ci il tarixli, SCX/HED-012/24 saylı hesab-fakturaya əsasən 2024-cü ilin dekabr ayı üçün icarə haqqı qeyd edilmişdir.
16. xx.xx.2025-ci il tarixli, MT2501 seriyalı, 12276085 nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən “X1 X2 xxxx Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialına yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri ƏDV daxil 9204 manat təşkil edir. Qaimənin əsası kimi xx.xx.2025-ci il tarixli, SCX/HED-001/25 saylı hesab-fakturaya əsasən 2025-ci ilin yanvar ayı üçün icarə haqqı qeyd edilmişdir.
17. xx.xx.2025-ci il tarixli, MT2502 seriyalı, 12153639 nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən “X1 X2 xxxx Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialına yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri ƏDV daxil 9204 manat təşkil edir. Qaimənin əsası kimi xx.xx.2025-ci il tarixli, SCX/HED-002/25 saylı hesab-fakturaya əsasən 2025-ci ilin fevral ayı üçün icarə haqqı qeyd edilmişdir.
18. xx.xx.2025-ci il tarixli, MT2504 seriyalı, 10195927 nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən “X1 X2 xxxx Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialına yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri ƏDV daxil 7578,10 manat təşkil edir. Qaimənin əsası kimi xx.xx.2025-ci il tarixli, SCX/HED-003/25 saylı hesabfakturaya əsasən 2025-ci ilin mart ayı üçün icarə haqqı qeyd edilmişdir.
19. xx.xx.2025-ci il tarixli, MT2505 seriyalı, 10068314 nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən “X1 X2 xxxx Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialına yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri ƏDV daxil 6159,6 manat təşkil edir. Qaimənin əsası kimi xx.xx.2025-ci il tarixli, SCX/HED-004/25 saylı hesab-fakturaya əsasən 2025-ci ilin may ayı üçün icarə haqqı qeyd edilmişdir.
20. xx.xx.2025-ci il tarixli, MT2505 seriyalı, 12052283 nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən “X1 X2 xxxx Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialına yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri ƏDV daxil 4645,28 manat təşkil edir. Qaimənin əsası kimi xx.xx.2025-ci il tarixli, SCX/HED-005/25 saylı hesabfakturaya əsasən 2025-ci ilin may ayı üçün icarə haqqı qeyd edilmişdir.
21. Azərbaycan Repsblikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, **********673549 saylı köçürmənin aparılması haqqında bildirişdən görünür ki, “X1 X2 xxxx Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialına 900 manat ƏDV ödənişi edilmişdir.
22. Azərbaycan Repsblikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, **********226332 saylı köçürmənin aparılması haqqında bildirişdən görünür ki, “X1 X2 xxxx Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialına 540 manat ƏDV ödənişi edilmişdir.
23. İş materiallarına “Bank Respublika” tərəfindən verilmiş hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən iddiaçının hesabına xx.xx.2025-ci il tarixdə 5000 manat (noyabr, dekabr ayları üzrə) ödəniş edilmişdir.
24. İş materiallarına “Bank Respublika” tərəfindən verilmiş hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən iddiaçının hesabına xx.xx.2025-ci il tarixdə 3000 manat (dekabr ayı üzrə) ödəniş edilmişdir.
25. İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən “X1 X2 xxxx Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialına göndərilmiş pretenziya məktubundan görünür ki, müqavilə üzrə yaranmış borcun 3 gün ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq
26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, borcun ödənilməsi ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi
28. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, tərəflər arasında xx.xx.2019cu il tarixli, 0719-01 nömrəli icarə müqaviləsi bağlanmış və həmin müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Həmin müqaviləyə əsasən icarəyə verən müqavilənin ayrılmaz tərkib hissəsi sayılan əlavələrdə göstərilmiş nəqliyyat vasitələrini icarəyə verməyi, icarəçi isə icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən müqavilə üzrə öhdəlik lazımi qaydada yerinə yetirilmiş, müqaviləyə əlavələrdə qeyd edilmiş nəqliyyat vasitələri cavabdehə təhvil verilmişdir. Lakin cavabdeh tərəfindən müqaviləyə əlavələr üzrə müəyyənləşdirilmiş icarə haqları tam şəkildə iddiaçıya ödənilməmiş, nəticədə qalıq borcu yaranmışdır.
29. İddia tələbini İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı ilə cavabdeh “X1 X2 Pazarlama və Ticaret Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialı arasında xx.xx.2019-cu il tarixində 0719-01 saylı nəqliyyat vasitələrinin icarəsinə dair müqavilə üzrə yaranmış cəmi ƏDV daxil 41803,92 manat icarə haqqı borcunun tutulması təşkil edir.
30. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin tərəflər arasında bağlanmış müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya borcunun yarandığını, belə olan halda isə iddiaçının qeyd olunan məbləğin ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli və “X1 X2 xxxx Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialından ƏDV daxil 41803,92 manat (qırx bir min səkkiz yüz üç manat doxsan iki qəpik) icarə haqqı borcu tutularaq iddiaçıya ödənilməlidir. Borcun mövcudluğu iş materialları (müqavilə, elektron qaimələr, hesabdan çıxarış) ilə öz təsdiqini tapır. Belə ki, “X1 X2 İhracat Pazarlama və Ticarət limited şirkəti”nin Azərbaycan Respublikasındakı Fillialının “Scanex Enterprises Limited" Şirkətinin Azərbaycan Respublikasındakı Filialına müqavilə üzrə ümumi borcu yuxarıda qeyd olunan elektron qaimələr üzrə 55198,98 manat təşkil etmiş, həmin məbləğdən ƏDV daxil ödənilmiş 3955 manat məbləğ çıxılaraq, ilkin olaraq cababdehdən 51243,92 manat məbləğində pulun tutulması xahiş edilmişdir. Daha sonra iddiaçı cavabdeh tərəfindən edilmiş ödənişləri nəzərə alaraq, iddia tələbinin həcmini azaltmışdır. Belə ki, cavabdeh tərəfindən iddiaçının hesabına xx.xx.2025-ci il tarixdə 5000 manat, xx.xx.2025-ci il tarixdə 3000 manat, o cümlədən 900 manat və 540 manat ƏDV ödənişləri olmaqla, ümumilikdə 9440 manat (5000+3000+900+540=9440) ödənilmişdir. Beləliklə, qalıq borcun məbləği ƏDV daxil 41803,92 manat (51243,92-9440=41803,92) təşkil etmişdir.
31. Eləcə də, iddiaçı ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 216 manat pulun cavabdehdən tutulmasını xahiş etmişdir.
32. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 215,41 manat (ödənilməli olan) məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “X1 X2 xxxx Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialından ƏDV daxil 41803,92 manat (qırx bir min səkkiz yüz üç manat doxsan iki qəpik) manat borc, ödənilmiş dövlət rüsumuna görə 215,41 manat (iki yüz on beş manat qırx bir qəpik) olmaqla, ümumilikdə 42019,33 manat (qırx iki min on doqquz manat otuz üç qəpik) məbləğində pul vəsaiti İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialının xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova