Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6719/2025 19.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “əmlakların və ya onların dəyərinin verilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: əmlakların və ya onların dəyərinin verilməsi) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Süleymanova Ləman Çingiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi/vəkili Vəkil1, Cavabdehin nümayəndəsi/vəkili Vəkil2 iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “əmlakların təhvil verilməsi” tələbinə dair kommersiya mübahisəsinə açıq məhkəmən iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-yə məxsus,1 ədəd X9 200 tonluq, 11 ədəd Müxtəlif ölçülü pres qəlibləri, 1 ədəd 50 tonluq pres avadanlığı, 1 ədəd 100 tonluq pres avadanlığı, 1 ədəd Gelatin 3 mt dəzgahı, 1 ədəd 45 dərəcə kəsim dəzgahı, Cnc mdf, 1 ədəd taxta (mdf) üzərində naxış açmaq üçün dəzgah, 1 ədəd yatar mişar, 1 ədəd kompressor 500 lt-lik, 1 ədəd toz-boya peçi 6 mt, 6 ədəd kontakt qaynaq dəzgahı, 8 ədəd CO2 balonu, 100 ədəd Qapı istehsalında istifadə edilən mdf list, 40 ədəd tam satışa hazır qapı, 55 ədəd mənzil qapısı üçün xammal, 30 ədəd yanğından mühafizə şitinin qapısı bunlardan əlavə olaraq anbarın kənarına yığılmış 105 ədəd, qapı hazırlanması üçün hazır mdf list və 2 ədəd hər birnin həcmi 2000 lt olan dizel yanacağı saxlanc çəninin, cavadeh “”İxtisaslaşdırılmış Kəntikinti” ASC-nin qanunsuz sahibliyindən azad olunaraq iddiaçıya təqdim ediməsi, əmalkın təhvil verilməsi mümkün olmadıqda dəyərinin müəyyən edilərək, məbləğin cavadehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iş üzrə Cavabdeh ASC ilə aralarında qarşılqılı azad iradə ifadəsi gösərtilməklə imzalanmış icarə müqaviləsi əsasında cavabdehə məxsus sahədə mebel (taxta qapı) isehsalı fəaliyyəti ilə məşğul olublar. Cavabdeh şəxslə müqavilə müddətində müki hüquqi müstəvidə münasibətləri daimi normal olmuş, müqaviləyə əlavə edilmiş qiymət razılaşdırılması əsasında öhdəliklərini vaxtında yerinə yetirərək icarə haqqını ödəyiblər. Cavabdehə məxsus ünvan 1ünvanında yerləşən qeyri-yaşayış sahəsində 28 sentyabr 2024-cü il tarixdə yanğın hadisəsi baş vermişdir. Baş vermiş yanğın hadisəsi nəticəsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat İstintaq İdarəsində araşdırma aparılır. Yanğın baş verən zaman təhlükəsizlik tədbirləri ilə əlaqədar həmin əraziyə daxil olmağımız məhdudllaşdırıldığından yanğından zərər görməyən avadanlıq və müəyyən qədər xammal həmçinin satışa yararlı hazır istehsal olunmuş əşya və əmlakalrımızın təxliyyəsi mümkün olmamışdır. Yanğın baş verən vaxtı həmin qeyri yaşayış sahəsində iddiaçıya məxsus olan əmlaklar: · X9 200 tonluq 1 ədəd · Müxtəlif ölçülü pres qəlibləri 11 ədəd · 50 tonluq pres avadanlığı 1 ədəd · 100 tonluq pres avadanlığı 1 ədəd · Gelatin 3mt dəzgahı 1 ədəd · 45 dərəcə kəsim dəzgahı 1 ədəd · Cnc mdf dəzgah 1 ədəd · Taxta(mdf) üzərində naxış açmaq üçün dəzgah 1 ədəd · Yatar mişar 1 ədəd · Kompressor 500 lt-lik 1 ədəd · Toz-boya peçi 6mt 1 ədəd · Kontakt qaynaq dəzgahı 6 ədəd · CO2 balonu 8 ədəd · Qapı istehsalında istifadə edilən mdf list 100 ədəd · Tam satışa hazır qapı 40 ədəd · Mənzil qapısı üçün xammal 55 ədəd. Yanğından mühafizə şitinin qapısı 30 ədəd, Ambardakı qapı aksesuarları və kiçik alətləra Yuxarıda qeyd olunanlardan əlavə olaraq icrarəyə götürülnən anbarın kənarına, lakin, İxtisaslaşdırılmış Kəndtikinti ASC-nin ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ərazisində · Qapı hazırlanması üçün hazır mdf list 105 ədəd · Həcmi 2000 lt olan dizel yanacağı saxlanc çəni 2 ədəd ibarət olmuşdur. Yanğın baş verdikdən sonra hadisə yerinə baxış keçirilən zaman yanğından zərər görməyən iddiaçıya məxsus əmlakların orada olduğu müəyyən olunmuşdur. Həmçinin bunu sübut edən digər hal, istintaq orqanı tərəfindən tərtib edilmiş 29 sentyabr 2024-cü il tarixli “hadisə yerinə baxış keçirilməsinə dair” protokoludur. Həmin protkolda əmlaklar barədə məlumatlar öz əksini tapmışdır. Lakin iş üzrə cavadeh qərəzli şəkildə həmin əmlakların tərəflərindən götürülərək mühafizə olunan saxlanca qoyulmasına razılıq verməmişdir. Həmçinin qeyd etmək istəyir ki, həmin ərazidə işləyən fəhlələrdən aldıqları məlumatlara əsasən, həmin müəssisədə təmir getdiyi üçün əmlakları çıxarıb çölə qoymuşlar və yağış, gün və s. amillər əmlaklarına zərər vurmuşdur. Buna dair istintaq orqanına müraciətləri əsasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat İstintaq İdarəsi tərəfindən 09 oktyabr 2024-cü il tarixdə iddiaçıya məxsus əmlakların İxtisaslaşdırılmış Kəndtikinti ASC-nin ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən götürülməsinə etiraz etməmələrinə dair N- 3-18-23/2-9771/2024 saylı məktub verilmişdir. Həmin məktub əsasında sözügedən ünvana təkrarən getmiş, məktub təqdim edilməklə onlara məxsus olan əmlakların götürülməsinə şərait yaradılması üçün danışıqlar aparılmışdır. Lakin yenə də cavabdeh hüquqi şəxsin əməkdaşları tərəfindən maneələr törədilmiş, əmlakların orada olmadığını əsas gətirərək təhvil verməkdən imtina etmişdirlər. Hesab edir ki, cavadeh tərəfindən törədilən əməl qərəzli formada edilməklə, qanunazidd törədilmiş əməl kimi qiymətləndirilməklə özgə əmlakını qanunsuz sahiblənmişdir. AR Konstitusiyasının 13-cü maddəsinə əsasən: Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur Bu isə Azərbaycan Respubliaksının Konstitusiya və qanunları ilə müdafiə olunan, mülkiyyətçiyə məxsus hüquqların istifadəsinin məhdudlaşdırılmasına həmçinin qanunsuz sahibliyinə keçriməsi kimi qiymətləndirilməklə hüquqazidd əməl kimi qiymətləndirilir. AR Mülki Məcəlləsinin 157-ci maddəsinə əsasən: Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Bundan başqa cavadeh tərəfindən törətdilən maneə (əməl) AR Mülki Məcəlləsinin 164-cü maddəsində nəzərdə tutulmuş Sahibliyin Müdafiəsi maddi hüquq normasına məhəl qoymamaq kimi qiymətləndirlir AR Mülki Məcəlləsinin 164-cü maddəsinə əsasən: Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.
3. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Karimli Group" MMC-yə məxsus 1 ədəd 200 tonluq X9 aparatının, 11 ədəd Müxtəlif ölçülü pres qəliblərinin, 1 ədəd 50 tonluq pres avadanlığının, 1 ədəd 100 tonluq pres avadanlığının, 1 ədəd Gelatin 3 mt dəzgahının, 1 ədəd 45 dərəcə kəsim dəzgahının, 1 ədəd Cnc mdf aparatının, 1 ədəd taxta (mdf) üzərində naxış açmaq üçün dəzgahın, 1 ədəd yatar mişarın,: 1 ədəd 500 İt-lik kompressorun, 1 ədəd toz-boya peçi 6 mt- nln, 6 ədəd kontakt qaynaq dəzgahının, 8 ədəd G02 balonunun, 100 ədəd Qapı istehsalında istifadə edilən mdf listin. 40 ədəd tam satışa hazır qapının, 55 ədəd mənzil qapısı üçün xammalın, 30 ədəd yanğından mühafizə şitinin qapısının, 105 ədəd qapı hazırlanması üçün hazır mdf Nstm. ambardakı qapı aksesuarları və kiçik alətlərin və 2 ədəd hər bimin həcmi 2000 it olan dizel yanacağı saxlanc çəninin cavabdeh “İxtisaslaşdırılmış Kəntikinti" ASC-nin qanunsuz sahibliyindən azad olunaraq iddiaçıya təqdim ediməsi, əmalkın bır qisminin və ya hamısının təhvil verilməsi mümkün olmadıqda “Karimli Group" MMC-yə məxsus 1 ədəd 200 tsjsnluq X9 aparatının qarşılığı olaraq 120000 (bir yüz iyirmi min) azn, 11 ədəcj Müxtəlif ölçülü pres qəliblərinin qarşılığı olaraq 40000 (qırx min) azn, 1 ədəd 50 tonluq pres avadanlığının qarşılığı olaraq 15000 (on beş min) azn, 1 ədəd 100 tonluq pres avadanlığının qarşılığı olaraq 20000 (iyirmi min) azn, 1 ədəd Gelatin 3 mt dəzgahının qarşılığı olaraq 44000 (qırx dörd min) azn, 1 ədəd 45 dərəcə kəsim dəzgahının qarşılığı olaraq 10000 (on min) ğzn. 1 ədəd Cnc mdf aparatının qarşılığı olaraq 25000 (iyirmi beş min) azn. 1 ədəd taxta (mdf)! üzərində naxış açmaq üçün dəzgahın qarşılığı olaraq 15000 (on beş min) azn, 1 ədəd yatar mişarın qarşılığı olaraq 7500 (yeddi min beş yüz) azn, 1 ədəd 500 İt-lik kompressorun qarşılığı ^olaraq 2500 (iki min beş yüz), 1 ədəd toz-boya peçi 6 mt-nin qarşılığı olaraq 35000 (otuz beş min) azn, 6 ədəd kontakt qaynaq dəzgahının qarşılığı olaraq 13000 (on üç min) azn, Ə ədəd Ç02 balonunun qarşılığı olaraq 1500 (bir min beş yüz) azn, 100 ədəd Qapı istehsalında istifadə edilən mdf listın qarşılığı olaraq 7500 (yeddi min beş yüz) azn, 40 ədəd tam satışa hazır qapının qarşılığı olaraq 18000 (on səkkiz min) azn, 55 ədəd mənzil qapıs» üçün xammalın qarşılığı olaraq 22000 (iyirmi iki min) azn. 30 ədəd yanğından mühafizə şitinin qapısının qarşılığı olaraq 12000 (on iki min) azn, 105 ədəd qapı hazırlanması üçün hazır mdf listin qarşılığı olajraq 11000 (on bır min) azn, ambardakı qapı aksesuarları və kiçik alətlərin qarşılığı olaraq 40000 (qırx min) azn və 2 ədəd hər bimin həcmi 2000 İt olan dizel yanacağı saxlanc çəninin qarşılığı olaraq 2000 (iki min) azn pul məbləğinin cavabdeh “İxtisaslaşdırılmış Kəntikıntı" ASC-dən tutularaq iddiaçı “Kərimli Group" MMC-yə ödənilməsi barədə qətnamə qəbui edilməsini xahiş etmişdir.
4. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, idda ərizəsində qeyd edilmişdir ki, Cavabdeh ASC ilə aralarındada qarşılqılı azad iradə ifadəsi gösərtilməklə imzalanmış icarə müqaviləsi əsasında cavabdehə məxsus sahədə mebel (taxta qapı) isehsalı fəaliyyəti ilə məşğul olmuşlar. Cavabdeh şəxslə müqavilə müddətində müki hüquqi müstəvidə münasibətləri daimi normal olmuş, müqaviləyə əlavə edilmiş qiymət razılaşdırılması əsasında öhdəliklərini vaxtında yerinə yetirərək icarə haqqını ödəyiblər. Cavabdehə məxsus ünvan 1ünvanında yerləşən qeyri-yaşayış sahəsində 28 sentyabr 2024-cü il tarixdə yanğın hadisəsi baş vermişdir. Baş vermiş yanğın hadisəsi nəticəsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat İstintaq İdarəsində araşdırma aparılır. Həmçinin iddia ərizəsində yanğın baş verən zaman təhlükəsizlik tədbirləri ilə əlaqədar həmin əraziyə daxil olmaqları məhdudllaşdırıldığından yanğından zərər görməyən avadanlıq və müəyyən qədər xammal həmçinin satışa yararlı hazır istehsal olunmuş əşya və əmlaklarının təxliyyəsi mümkün olmamışdır. Hesab edirlər ki, iddai ərizsində qeyd olunan tələb əsasızdır. Məhkəmənin diqqətinə catrıdrmaq istəyir ki, hazırda İddiaçı MMC-nin barəsində yuxarıda qeyd oluna yanğın hadisəsi ilə bağlı cinayət işi Binəqədi Rayon Məhkəməsinin icaatındadır. İddaçinin iddia ərizəsində qeyd olunur ki, yanğın baş verdikdən sonra hadisə yerinə baxış keçirilən zaman yanğından zərər görməyən onlara məxsus əmlakların orada olduğu müəyyən olunmuşdur. Həmçinin bunu sübut edən digər hal, istintaq orqanı tərəfindən tərtib edilmiş 29 sentyabr 2024-cü il tarixli “hadisə yerinə baxış keçirilməsinə dair” protokoludur. Həmin protkolda əmlaklar barədə məlumatlar öz əksini tapmışdır. Bildirmək istəyir ki, cinayət işinin materillarında 29 sentyabr 2024-cü il tarixli “hadisə yerinə baxış keçirilməsinə dair” protokolda hər hansı bir əmlaklar barəsində məlumat qeyd edilməyib. Əgər baxış protokolunda əmlaklar barəsində məlumat varsa təqdim etsinlər. Bundan əlavə iddai ərizəsində qeyd olunmuşdur ki, istintaq orqanına müraciəti əsasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat İstintaq İdarəsi tərəfindən 09 oktyabr 2024-cü il tarixdə onlara məxsus əmlakların İxtisaslaşdırılmış Kəndtikinti ASC-nin ünvan 2 ünvanında yerləşən qeyriyaşayış sahəsindən götürülməsinə etiraz etməmələrinə dair N-3-18-23/2-9771/2024 saylı məktub verilmişdir. Bildirmək istəyir ki, İddiaçı MMC-nin barəsində Binəqədi Rayon Məhkəməsinin icaatında olan cinayət işinin mareriallarında və ittiham aktının təsviri əsaslandırcı hissəsində İddiaçı MMC-nin rəhbəri X3 ifadəsndə bildirmişdir ki, hadisə zamanı İddiaçı MMC-yə məxsus avadanlıqlar, dəzgahlar materiallar yangın təsirinə məruz qalaraq məhv olmuşdur. Maraqlısı budur ki, artıq movcud olmayan əmlakı barəsində iddaçı tərəf belə bir tələb irəli sürümüş heç bir məntiqə sığmır. Bundan əlavə iddia ərizəsində qeyd olunmuşdur guya iş üzrə cavadeh qərəzli şəkildə həmin əmlakların cavabdeh tərəfindən götürüələrək mühafizə olunan saxlanca qoyulmasına razılıq verməmişdir. Həmçinin qeyd etmək istəyir ki, həmin ərazidə işləyən fəhlələrdən aldıqları məlumatlara əsasən, həmin müəssisədə təmir getdiyi üçün əmlakları çıxarıb çölə qoymuşlar və yağış, gün və s. amillər əmlaklarına zərər vurmuşdur. Buna dair istintaq orqanına müraciətləri əsasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat İstintaq İdarəsi tərəfindən 09 oktyabr 2024-cü il tarixdə onlara məxsus əmlakların İxtisaslaşdırılmış Kəndtikinti ASC-nin ünvan 2 ünvanında yerləşən qeyriyaşayış sahəsindən götürülməsinə etiraz etməmələrinə dair N-3-18-23/2-9771/2024 saylı məktub verilmişdir. Diqqət yetirsək iddiaçının istinad etdyi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat İstintaq İdarəsi tərəfindən 09 oktyabr 2024-cü il tarixdə onlara məxsus əmlakların İxtisaslaşdırılmış Kəndtikinti ASC-nin ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən götürlməsi ilə bağlı məktub verilməsinə münasibətdə onu qeyd etmək olar, həmin məktubda hansı əmlakların, onların siyahısı, hansı sənədlər əsassında onlara məxsus olması cinayət işi üzrə baxış protolunda bu barədə bir kəlmə də qeyd olunmamışdır. Belə oan halda burada hansı əmlakın qaytarılmasından söhbət gedə bilər. Çünki həmin əmlaklar iddaçının cavabdeh olduğu yanğın nətiçəsində məhv olmuş və bununla bağlı onun barəsində hazırda cinayət işi Binəqədi Rayon Məhkəməsinin icaatındadır. Bundan əlavə iddia ərizəsində iddaçının deməsinə görə həmin ərazidə işləyən fəhlələrdən aldıqları məlumatlara əsasən, həmin müəssisədə təmir getdiyi üçün əmlaklarını çıxarıb çölə qoymuşlar və yağış, gün və s. amillər əmlaklarına zərər vurmuşdur. Məhkəmənin qiddətinə çatdırmaq istəyir ki, həmin halı təsdiq edən edən hər hansı sənəd, foto şəkil, subut iş materillarına əlavə edilməmişdir. İddia ərizəsində bu halı təsdiq edən hər hansı bir dəlilər və subutlar iş materillarına əlavə edilməmişdir. Bundan əlavə iş materillarna qiymətlərmə şirkəti tərəfindən rəy əlavə edilmişdir. Həmin rəydə artiq yanğın nətiçəsində məhv olmuş və movcud olmayan əmlaklarının qiymətləndirilməsi öz əksinin tapmışıdır. Maraqlısı budur ki, qiymətləndirmə şirkətinin mütəxəssisi öz rəyində artıq movcud olmayan məhv olunmuş əmllakların dəyərinin necə müəyyən edib. Bu hal böyük bir sual atındadır. MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
II.Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun çıxış edərək iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, videogörüntülərdən bəlli olur ki, əmlaklar həmin ərazidədir. İddiaçı cavabdehə bildirmiş ki, əmlak nə vəziyyətdə olur-olsun qəbul edirlər. Keçən məhkəmə iclasında cavabdeh tərəf özü də əmlakları atdığını etiraf etmişdir. İcra məmurunun aktından da görünür ki, əmlaklar yerində olmamışdır. Əmlaklara aid gömrük bəyənnamələri də mövcud olmuşdur və həmin əmlaklar iddiaçının balansına oturmuşdur. Bütün sənədlərlə sübut olunur ki, "xxxx" MMCnin fəaliyyət yeri həmin ərazidir və əmlakları həmin ərazidədir. 11 ay gecikdirilmiş müddətində iddiaçı dayanmamış, müvafiq prosessual əməliyyatları həyata keçirmişdir.
6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz ərizəsinin məzmununa uyğun çıxış edərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçının qeyd etdiyi hallar dəqiq deyil və sözdən ibarətdir. Əmlakın orda olması halı da tam müəyyən deyil. Həmin videoda olan avadanlıqlarının markası, adı və s. bəlli deyil. Cavabdeh 6 ay müddətində ordan əmlak götürməmişdir. İddiaçı özü yanğın ərazisinə giriş-çıxış edib, 3 gün sonra video çəkə bilibsə, istəseydi əmlakları da götürə bilərdi. Tərəfin 11 aydan sonra belə bir iddia qaldırması məntiqsizdir. Əmlakların götürülməsinə iddiaçı tərəfə heç bir maneə yaradılmamışdır, cavabdeh əmlakın gözətçiliyini etməmişdir. Əmlakı olan başqa şirkətlər də öz əmlaklarını gəlib götürmüşdür. Əmlakların gömrükdən keçirilməsi faktına etiraz etmirlər, amma iddiaçının bəlkə başqa yerdə də ərazisi olmuşdur, bu hal cavabdehə bəlli deyil. İddiaçının qeyd etdiyi avadanlıqların mənşəyi də bəlli deyil. Bütün bunlara əsasən iddianın rədd edilməsini xahiş edir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. "xxxx" ASC ilə "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixli icarə müqaviləsi bağlanmışdır.
9. Müqavilənin 1.1-ci maddəsinə əsasən Bakı şəhəri, Biləcəri qəsəbəsi A.Zeynallı 6 ünvanında yerləşən 1-ci tərəfə məxsus 580 kv.m (əsas 500 kv.m köməkçi 80 kv.m) qeyri yaşayış sahəsinin 2-ci tərəfə bu müqavilədə nəzərdə tutulan şərtlərlə dəmir qapı istehsalı üçün icarəyə verilir ki, bu da icarə müqaviləsinin predmentini təşkil edir.
10. Müqavilənin 2.1-ci maddəsinə əsasən obyekt xx.xx.2022-ci il tarixdən 1-ci tərəfdən 2-ci tərəfə təhvil verilir və müqavilə xx.xx.2023-cü il tarixədək qüvvədə qalır.
11. "xxxx" MMC (alıcı) ilə "xxxx" MMC (satıcı) arasında 10 iyul 2022-ci il tarixli 10- 0007 nömrəli alqı-satqı müqaviləsi imzalanmışdır.
12. Alqı-satqı müqaviləsinə 001 №-li xx.xx.2022-ci il tarixli Əavəyə-Qiymət Razılaşma protokoluna əsasən tərəflər arasında malların (press, electromechanical Guillotine shear və s.) ümumi qiyməti 90270 manat məbləğində razılaşdırılmışdır.
13. xx.xx.2022-ci il tarixli təhvil-qəbul aktına əsasən "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə 90270 manat məbləğində mallar təhvil verilmişdir.
14. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış 9 oktyabr 2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, ünvan 4 ünvanında yerləşən, "xxxx" ASC-yə məxsus qeyri-yaşayış sahəsində saxlanılan, "xxxx" MMC-yə məxsus malların sözügüdən ünvandan çıxarılmasına etiraz edilmədiyi bildirilmişdir.
15. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin cinayət işi ilə bağlı 10/7798 nömrəli xx.xx.2025-ci il tarixli ekspert rəyinə əsasən qərarın birinci və ikinci sualları üzrə: Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi 6 ünvanında yerləşən "xxxx" ASC-yə məxsus qeyri-yaşayış sahəsində baş vermiş yanğının mənbəyi "xxxx" MMC-nin istifadəsində olan sahəyə giriş qapısından daxil olduqda bir qədər sağda yerləşən toz-boya sobasının üst hissəsində olmuşdur. Yanğın mənbə zonasından keçən və gərginlik altında olan elektrik xətlərində yaranmış qısaqapanma nəticəsində yaxınlıqda yerləşən yanar materialların alaışmasından baş vermişdir. Qərarın üçüncü sualı üzrə: Baş vermiş hadisə ilə əlaqədar “Elektrik qurğularının quraşdırılması Qaydası”-nın 2.1.1.15, 2.1.2.3 bəndlərinin və «Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları»nın (YTQ N201-2001) 6.1, 6.2 bəndlərinin tələbləri pozulmuşdur. Qeyri-yaşayış sahəsində elektrik qurğularının müvafiq norma və qaydaların tələblərinə uyğun olaraq quraşdırılıb istismar edilməsini, eləcə də elektrik qurğularını yanğın və alışmaya gətirib çıxaran təhlükəli amillərdən mühafizəedici aparatlarla təmin etmədiyinə görə, “Elektrik qurğularının quraşdırılması Qaydası”nın 2.1.1.15, 2.1.2.3, bəndlərinin və «Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları»nın (YTQ №01-2001) 6.1, 6.2 bəndlərinin tələbləri yanğın baş vermiş sahədə elektirik qurğularının texniki cəhətdən saz vəziyyətdə saxlanılmasına və yanğın təhlükəsizliyinə cavabdeh olan şəxs tərəfindən pozulmuşdur.
16. "xxxx" MMC tərəfindən verilmiş 08 iyul 2025-ci il tarixli 344/E №-li mütəxəsis rəyinə əsasən sifarişçi X4 tərəfindən qiymətləndirilməsi xahiş olunan 20 adda (X9 200 tonluq, 11 ədəd müxtəlif ölçülü pres qəlibləri, 50 tonluq pres avadanlığı və sair) əmlakların ümumi bazar dəyəri 461000 manat müəyyən edilmişdir.
17. 30 iyun 2025-ci il tarixli İttiham Aktına əsasən "xxxx" MMC-nin direktoru X5 təqsirləndirilir ondan ötrü ki, o, "xxxx" MMC-də üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulduğu halda bu qaydaları pozmuş və zərər çəkmiş şəxslərə ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olan maddi ziyan vurmuşdur. X5 bu hərəkətləri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir.
18. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(001)- 419/2025 saylı qərarına əsasən X1 AR CM-nin 225.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə zərər çəkmiş hüquqi şəxslər “İxtisaslaşdırılmış kəndtikinti ASC-nin və "xxxx" MMC-nin təqsirləndirilən şəxs X2 qarşı mülki iddia ərizələri məhkəmənin icraatına qəbul edilmişdir.
19. Bakı Kommersiya Məhkəməsinin e-16(113)-754/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadına əsasən ərizəçi "xxxx" MMC-nin müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsi qismən təmin edilərək ünvan 2 ünvanında yerləşən 1 ədəd 200 tonluq X9, 11 ədəd müxtəlif ölçülü pres qəlibləri, 1 ədəd 50 tonluq pres avadanlığı, 1 ədəd 100 tonluq pres avadanlığı, 1 ədəd Gelatin 3mt dəzgahı, 1 ədəd 45 dərəcə kəsim dəzgahı, Cnc mdf dəzgah, 1 ədəd taxta(mdf) üzərində naxış açmaq üçün dəzgah, 1 ədəd yatar mişar, 1 ədəd 500 lt-lik kompressor, 1 ədəd toz-boya peçi 6mt, 6 ədəd kontakt qaynaq dəzgahı, 8 ədəd CO2 balonu, 100 ədəd qapı istehsalında istifadə edilən mdf list, 40 ədəd tam satışa hazır qapı, 55 ədəd mənzil qapısı üçün xammal, 30 ədəd yanğından mühafizə şitinin qapısı, ambardakı qapı aksesuarları və kiçik alətlər, 105 ədəd qapı hazırlanması üçün hazır mdf list və 2 ədəd həcmi 2000 lt olan dizel yanacağı saxlanc çəni əmlaklarının üzərinə həbs qoyulması qərara alınmışdır.
20. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-16-(113)-754/2025 saylı icra sənədinin icrası ilə əlaqədar Binəqədi rayon İcra şöbəsinin icra məmuru tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli Akta qeyd edilmişdir ki, icra sənədinin icrası ilə əlaqədar Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi 6 ünvanına baxış keçirilən zaman icra vərəqəsində qeyd olunan əmlakları aşkar etmək mümkün olmadı. Borclunun nümayəndəsi qeyd etmişdir ki, icra vərəqəsində göstərilən əmlakar yanğın vaxtı tam məhv olmuşdur.
21. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır.
22. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında müqavilə əsasında icarə münasibətləri mövcüd olmuşdur. Cavabdeh tərəfindən qeyriyaşayış sahəsi iddiaçı şirkətin istifadəsinə verilmişdir. 2024-cü ilin sentyabr ayında cavabdehə məxsus qeyri-yaşayış sahəsində yanğın hadisəsi baş vermişdir, hadisə üzrə təqsirləndirilən şəxs qismində hazırkı iş üzrə iddiaçı "xxxx" MMC-nin direktoru X5 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə cinayət işi açılmış, hazırda cinayət işi Binəqədi Rayon Məhkəməsinin icraatındadır. Digər şirkətlər ilə bərabər hazırkı iş üzrə cavabdeh "xxxx" ASC cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış və "xxxx" ASC-nin X2 qarşı olan 501.220 manat dəyərində mülki iddiası xx.xx.2025-ci il tarixində cinayət işi üzrə icraata qəbul edilmişdir. Daha sonra "xxxx" MMC hazırkı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixində Bakı Kommersiya Məhkəməsinə müraciət edərək iddiada sadalanan əmlakların cavabdeh tərəfindən geri təhvil verilməsi, geri təhvil verilməsi mümkün olmadıqda onların dəyərinin ödənilməsini xahiş edir. Cavabdeh isə iddia ərizəsində qeyd edilənlərə əsasən iddianın rədd edilməsini xahiş edir.
23. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbinin hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsi təşkil edir.
24. Həmin maddəyə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
25. Belə ki, ilk əvvəl nəzərə almaq lazımdır ki, hazırkı işdə olduğu kimi, əşyaların tələbi ilə bağlı hallarda, ümumi qaydaya müvafiq olaraq – “sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipi tətbiq edilir. Bu isə öz növbəsində aşağıdakıları nəzərdə tutur, başqa sözlə, iddiaçı sübut etməlidir ki: - Birincisi, tələb olunan əşya mövcuddur; - İkincisi, tələb edilən əşya iddiaçıya məxsusdur; - Üçüncüsü, tələb edilən əşya cavabdehdədir; - Dördüncüsü, tələb edilən əşyanı cavabdehin saxlaması qanunsuzdur, başqa sözlə, o, qanunsuz sahibdir.
26. Yalnız qeyd olunan bu halların, həm də hamısının sübut edilməsi iddianın təmini üçün əsas ola bilər. Həm də nəzərə almaq lazımdır ki, bu vaxt sübutetmə ardıcıllığı mühüm əhəmiyyət kəsb edir və bu ardıcıllıq əşyanın mövcudluğundan başlayıb, cavabdehin onun saxlamasının qanunsuz olması istiqamətində həyata keçirilməlidir.
27. Məlum məsələdir ki, iddiaçı yalnız mövcudluğu sübut olunan əşyanın qaytarılmasını tələb edə bilər, əks təqdirdə digər halların yoxlanılması zərurəti aradan qalxır.
28. Tələb olunan əşyanın mövcudluğu sübut olunduqdan sonra iddiaçı həmin əşyanın ona məxsusluğunu sübut etməlidir. Çünki özgənin qanunsuz sahibliyindən əşyanı yalnız mülkiyyətçi və ya qanuni sahib tələb edə bilər (Mülki Məcəllə, maddə 157.2, 157.8, 164.2).
29. Əşyanın mövcudluğunu və özünə məxsus olduğunu sübut etmiş iddiaçı, növbəti mərhələdə tələb olunan əşyanın məhz cavabdehdə olmasını, başqa sözlə, cavabdehin həmin əşyanı özündə saxlamasını sübut etməlidir.
30. Hazırkı iş üzrə iddiaçı iddiasına əsasən cavabdehdən tələb etdiyi avadanlıqlar və mallara münasibətdə tələblərini yuxarıda qeyd olunan qaydada sübuta yetirə bilməmişdir.
31. Belə ki, məhkəməyə hər iki tərəfin təqdim etdiyi foto və video görültüləndən və cinayət işi üzrə toplanmış sübutlardan görünür ki, 2024-cü il tarixində geniş miqyaslı yanğın hadisəsi baş vermişdir və cavabdehə məxsus qeyri-yaşayış sahəsinin və onun daxilində mövcüd olan əmlaklar yanğın nəticəsində məhv edilmişdir. İddiaçı iddia ərizəsində qeyd edilən əmlakların mövcüdluğuna dair hər-hansı mötəbər və təkzibolunmaz sübutu məhkəməyə təqdim edə bilməmişdir. Hazırkı iş üzrə məhkəmə gedişatı zamanı Bakı Kommersiya Məhkəməsinin qərardadına əsasən icra məmuru tərəfindən tərtib edilmiş aktdan müəyyən edilir ki, yanğının baş verdiyi ərazidə iddia ərizəsində qeyd edilən heç bir əmlak aşkar edilmədi. İddiaçının fləş-kart daşıyıcıda məhkəməyə təqdim etdiyi video görüntüyə münasibətdə isə məhkəmə qeyd edir ki, birincisi, həmin videonun dəqiq olaraq nə vaxt çəkilməsi qeyri-müəyyəndir (yanğından sonra olması bəllidir), ikincisi, videoda görünən cəmi bir avadanlığın iddia ərizəsində tələb edilən hansı əmlakın olmasının (identifikasiyası) müəyyən edilməsi qeyri-mümkündür, üçüncüsü, hazırda da həmin əmlakın mövcüd olması və ya məhz cavabdehdə olması hər hansı sübut ilə öz təsdiqi tapmamışdır. Cavabdehin nümayəndəsi də həmin videogörüntüyə münasibət bildirərək qeyd etmişdir ki, “yanğından sonra ərazidən sağlam əmlakın çıxması mümkünsüzdür. Həmçinin yanğından sonra müəssisənin qapıları açıq qalmışdır və əmlakı olan şəxslər yararlı qalan mallarını götürüb aparmışdır. İddiaçı 1,5 il keçdikdən sonra əmlakını xatırlayıb hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir, bu vaxta qədər maraqlanmamışdır, lakin vaxtında gedib əgər qalmışdırsa əmlakını ərazidən götürə bilərdi. Hazırda həmin əmlaklar sadəcə kül formasında qalmışdır. Həmin videogörüntünün hansı şəraitdə çəkildiyini bilmirlər. Müəssisə hələ də fəaliyyət göstərmir. Düşünürlər ki, iddiaçı öz əmlaklarını gəlib götürmüşdür. Panellər uçmuş, yanıb tökülmüşdür. Yanğından sonrakı 6 ay ərzində cavabdeh şirkət əraziyə müdaxilə etmədi. Doğtaş firması da yanğından sonra öz əmlaklarını götürmüşdür. Əmlakı olan icarədarlar əmlaklarını götürmək üçün icazə aldıqda Fövqəladə Hallar Nazirliyi tərəfindən əraziyə buraxılırdı. Daha sonra cavabdeh şirkətin tapşırığına və müvafiq dövlət orqanlarının icazələrini aldıqdan sonra zibillər daşınmışdır və bu prosese fəhlələr nəzarət edirdi”.
32. Beləliklə, məhkəmə hesab edir ki, qətnamənin 25-ci paraqrafında qeyd edilən dörd haldan birincisini (tələb olunan əşya mövcuddur) mövcüdluğunu iddiaçı sübuta yetinə bilmədiyi üçün, digər üç hallar (tələb edilən əşya iddiaçıya məxsusdur, tələb edilən əşya cavabdehdədir, tələb edilən əşyanı cavabdehin saxlaması qanunsuzdur, başqa sözlə, o, qanunsuz sahibdir) üzrə də hərtərəfli araşdırmanın aparılması zərurəti də aradan qalxmış olur. İddiaçının təqdim etdiyi sübutlar kifayət qədər güclü, aydın və konkret olmadığından, eləcə də təkzibolunmazlıqla bağlı tələbə cavab vermədiyindən, həmin sübutlar iddiada göstərilən əmlakların verilməsi barədə iddianın təmin edilməsi üçün yetərli hesab edilə bilməz.
33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli və F.Şirinovun şikayəti üzrə 2016-cı il 16 noyabr tarixli Qərarlarında göstərilmişdir ki, məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır.
34. MPM-in 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (76.2-ci maddə).
35. Göründüyü kimi iddiaçı iddia ərizəsində bir sıra dəlillər irəli sürməsi, həmin faktlarını məhkəmədə müdafiə etməsi, onun hazırkı mübahisə predmeti üzrə haqlı olması anlamına gəlməməlidir.
36. Məhkəmə qeyd edir ki, MPM-də çəkişmə prinsipi və bir başa göstərilməyən, lakin nəzərdə tutulan dispozitivlik prinsipi xüsusi yer tutur və həmin prinsiplərə əsasən, məhkəmə icraatı zamanı işin halları yalnız tərəflərin bildirdikləri faktlar və təqdim etdikləri sübutlar əsasında müəyyən edilir.
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
38. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
40. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Van de Hark Niderlanda qarşı” 19 aprel 1994-cü il tarixli işində məhkəmə qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir.
41. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Beləliklə, hazırkı iş üzrə iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir.
V.Nəticə:
40. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova