Məhkəmə qərarları › İş №e-2-2(113)-672/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-672/2023

16.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-672/2023 16.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X2 qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 qarşı pul tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 C00311247-01 saylı maliyyələşdirmə üçün ərizə üzrə 26317 manat əsas borc, 6488,22 manat faiz borcu, 5445,27 manat cərimə borcu olmaqla, cəmi 38250,49 manat borcun, mediasiya prosesi üzrə ödənilmiş 200 manat xidmət haqqının, 5 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında xx.xx.2021- ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X1 xx.xx.2021-ci il tarixli 1.0.3 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə OnGTC-03819LE/2019 saylı razılıq ərizəsi imzalanmışdır. Həmin razılıq ərizəsinin imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş Ümumi Şərtlər toplusunda qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Eyni zamanda, tərəflər arasında ümumi şərtlər toplusu çərçivəsində xx.xx.2021-ci il tarixli DC00311247-01 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən borcalana xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 16.5%dək, illik cərimə faizi 15%-dək, kreditin müddəti bitdikdən sonra 31.5% olmaqla 26,317 manat məbləğdə əsas vəsaitin alınması məqsədilə birdəfəlik kredit verilmişdir. Bundan başqa, bank ilə borcalan Cavabdeh2 MMC arasında bağlanmış DC00311247-01 saylı maliyyələşdirmə üçün ərizə üzrə borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə, bank ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli, DG**********08 saylı zaminlik müqaviləsi bağlanmışdır. Lakin borcalan qeyd edilən müqavilə üzrə öhdəliklərini icra etməyərək 620 gün kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Buna görə də bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək cavabdehlərə xəbərdarlıq məktubu göndərilmiş və bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Hazırda borcalanın xx.xx.2022-ci il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri DC00311247-01 saylı maliyyələşdirmə üçün ərizə üzrə 26,317 manat əsas borc, 6488,22 manat faiz borcu, 5076,82 manat cərimə borcu olmaqla, cəmi 37882,04 manat təşkil edir, gecikmə günün sayı-620 gün. Tərəflər arasında bağlanmış X1 4-cü bölməsinin 3.11-ci bəndinə əsasən kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və müvafiq əlavədə göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Eyni zamanda tərəflər arasında imzalanmış X1 5-ci bölməsinin 5.2.1-ci bəndinə əsasən Kreditin və faizlərin ödənilməsi Müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə Bank kredit müddətini vaxtından əvvəl ləğv edə və/və ya Kredit məbləğini vaxtından əvvəl geri tələb edə bilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi sistemə ərizə yükləyərək işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusundan görünür ki, bu müqavilədə, müştərinin müraciəti əsasında ona bank hesabının açılması, depozitin yerləşdirilməsi, maliyyələşdirilməsi (kredit, kredit xətti və ya limitin ayrılması), ticarətin maliyyələşdirilməsi (akkreditiv, qarantiya, stand-by akkreditiv, inkasso), ödəniş kartlarının verilməsi, depozit qutularının icarəsi və bu xidmətlərin göstərilməsindən irəli gələn şərtlər müvafiq adlı bölmələrdə öz əksini tapmışdır. xx.xx.2021-ci il tarixli İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış DC00311247-01 saylı maliyyələşdirmə üçün ərizədən görünür ki, İddiaçı ASC Cavabdeh2 MMC-yə xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 16.5%-dək, illik cərimə faizi 15%-dək, kreditin müddəti bitdikdən sonra 31.5% olmaqla 26,317 manat məbləğdə əsas vəsaitin alınması məqsədilə birdəfəlik kredit vermişdir. xx.xx.2021-ci il tarixli, DG**********08 nömrəli İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixli İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və Cavabdeh2 MMC ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. xx.xx.2023-cü il tarixli İddiaçı ASC tərəfindən tərtib olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh2 MMC-nin xx.xx.2023-cü il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri DC00311247-01 saylı maliyyələşdirmə üçün ərizə üzrə 26317 manat əsas borc, 6488,22 manat faiz borcu, 5445,27 manat cərimə borcu olmaqla, cəmi 38250,49 manat təşkil edir, gecikmə günün sayı - 657 gündür. xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ASC Bakı şəhəri 9 saylı mediasiya təşkilatına 200 manat məbləğində mediasiya xərci ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1, 386.1, 467 və 470.1-ci maddələrinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarından da göründüyü kimi iddiaçı və cavabdehlər arasında qanunvericiliyə uyğun olaraq kredit və zaminlik müqavilələri bağlanmış, iddiaçı tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin cavabdehlər bankın qarşısında olan borcu ödəməməklə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia 26317 manat əsas borc, 6488,22 manat faiz borcu, 200 manat mediasiya xərci və 5 manat məbləğində dövlət rüsumu hissəsində əsaslı olduğundan təmin edilməlidir. Həmçinin məhkəmə iddia tələbinin cərimə hissəsi ilə əlaqədar qeyd edir ki, cərimə tənasübsüz sürətdə yüksək qiymətləndirildiyinə görə həmin məbləğ azaldılaraq 1194,78 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 birgə qaydada 26317 manat əsas borc, 6488,22 manat faiz borcu, 1194,78 manat cərimə cəmi 34000 manat həmçinin mediasiya xərci kimi ödənilmiş 200 manat və dövlət rüsumu kimi ödənilmiş 5 manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 birgə qaydada 26317 manat əsas borc, 6488,22 manat faiz borcu, 1194,78 manat cərimə cəmi 34000 manat, həmçinin mediasiya xərci kimi ödənilmiş 200 manat və dövlət rüsumu kimi ödənilmiş 5 manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar