Məhkəmə qərarları › İş №e-2-2(113)-672/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-672/2024

17.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-672/2024 17.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı "xxxx" ASC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlərdən müştərək qaydada iddiaçının xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 15152 manat əsas borc, 1105,09 manat faiz borcu və 136,81 manat cərimə borcu olmaqla, cəmi 16393,9 manat borcun, 200 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli Kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Cavabdeh3 İddiaçı ASC-nin “11 saylı” filialından 120 ay müddətinə 100000 manat məbləğində kredit limiti ayrılmışdır. xx.xx.2022-ci il tarixli Kredit limitinin ayrılmasına dair müqavilənin təminatı olaraq xx.xx.2022-ci il tarixdə Cavabdeh2 və Cavabdeh1 ilə zaminlik müqavilələri bağlanmışdır. xx.xx.2022-ci il tarixli kredit verilməsinə dair razılaşmaya əsasən Cavabdeh3 İddiaçı ASC-dən illik 21% olmaqla 36 ay müddətinə 20000 manat məbləğində kredit götürmüşdür. 2023-cü ilin avqustun 29dək Cavabdeh3 banka xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 15152 manat əsas borc, 1105.09 manat faiz borcu və 136.81 manat cərimə borcu olmaqla cəmi 16393.9 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddiaçı ASC cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 arasında olan kommersiya mübahisəsini mediasiya vasitəsilə həll etmək üçün müraciət etmiş, lakin tərəflər arasında razılıq əldə olunmamışdır.

İİ.Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi A.Cəlilova iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehlər tərəfindən kredit müqaviləsi üzrə 750 manat ödəniş edilmiş, həmin ödəniş hazırkı mübahisə məhkəmədə olması səbəbindən yalnız əsas borca silinmişdir, hazırda tələb edilən əsas borcun məbləğinin 14402 manat olmasının nəzərə alınmasını xahiş edir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə də məhkəməyə məlumat verməmişlər.

5. Məhkəmə iclasının cavabdehlərin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.

İİİ.Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin:

7. 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

8. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

9. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

10. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

11. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

12. İddiaçı və Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli bank xidmətlərinin göstərilməsi üzrə standart şərtlərə 01 nömrəli Əlavəyə əsasən cavabdeh bu razılaşmanı imzalamaqla təsdiq edir ki, iddiaçının İdarə Heyətinin qərarı ilə təsdiqlənmiş və bankın internet səhifəsində yerləşdirilmiş bank xidmətlərinin göstərilməsi üzrə standart şərtləri oxumuş, sənədin bütün müddəaları və tələbləri ilə razılaşmış və bu razılaşmanın imzalanması nəticəsində həmin Standart Şərtlərin gələcəkdə onunla bank arasında yaranan münasibətlərə şamil edilməsinə etiraz etməmişdir.

13. İddiaçı və Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli bank xidmətlərinin göstərilməsi üzrə standart şərtlərə 01 nömrəli Əlavəyə əsasən cavabdeh bu razılaşmanı imzalamaqla təsdiq edir ki, iddiaçının İdarə Heyətinin qərarı ilə təsdiqlənmiş və bankın internet səhifəsində yerləşdirilmiş bank xidmətlərinin göstərilməsi üzrə standart şərtləri oxumuş, sənədin bütün müddəaları və tələbləri ilə razılaşmış və bu razılaşmanın imzalanması nəticəsində həmin Standart Şərtlərin gələcəkdə onunla bank arasında yaranan münasibətlərə şamil edilməsinə etiraz etməmişdir.

14. İddiaçı və Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 23-MCR-1-687- 22 nömrəli bank xidmətlərinin göstərilməsi üzrə standart şərtlərə 04 nömrəli əlavə razılaşmadan görünür ki, bank cavabdehə 100000 manat məbləğində, 120 ay müddətinə, aylıq 2.50 % olmaqla kredit limiti müəyyən etmişdir.

15. İddiaçı və Cavabdeh3 arasında bağlanmış bank xidmətlərinin göstərilməsi üzrə standart şərtlərə 05 nömrəli Əlavə 23-MCR-1-687-22/1 nömrəli xx.xx.2022-ci il tarixli razılaşmaya əsasən bank 20000 manat məbləğində krediti 36 ay müddətinə, aylıq 1.75 faiz dərəcəsi olmaqla biznes məqsədi ilə cavabdehə kreditə verir.

16. İddiaçı və Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli Z/08181/22 nömrəli zaminlik müqaviləsinə əsasən bu müqavilənin predmeti xx.xx.2022-ci il tarixli 23- MCR-1-687-22 saylı kredit limitinin ayrılmasına dair müqavilə üzrə bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissəhissə icra etməsi məsuliyyətini zaminin öz üzərinə götürməsidir.

17. İddiaçı və Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli Z/08182/22 nömrəli zaminlik müqaviləsinə əsasən bu müqavilənin predmeti xx.xx.2022-ci il tarixli 23- MCR-1-687-22 saylı kredit limitinin ayrılmasına dair müqavilə üzrə bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissəhissə icra etməsi məsuliyyətini zaminin öz üzərinə götürməsidir.

18. İddiaçı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə əsas borcu 15152 manat, faiz borcu 1105,09 manat, cərimə borcu 136,81 manat olmaqla, ümumilikdə borcu 16393,9 manat təşkil edir.

19. İddiaçı tərəfindən təqdim edilmiş hesabdan çıxarışa əsasən Cavabdeh3 tərəfindən kredit müqaviləsi üzrə 750 manat məbləğində əsas borcdan ödəniş edilmişdir.

20. Məhkəmə nümayəndənin izahatını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

21. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

22. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.

23. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

24. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

25. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

26. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

27. Beləliklə, işin hallarından məlum olur ki, Cavabdeh3 iddiaçı ilə xx.xx.2022-ci il tarixli bank xidmətlərinin göstərilməsi üzrə standart şərtlərə 01 nömrəli Əlavəni imzalamaqla bank xidmətlərinin göstərilməsi üzrə standart şərtləri qəbul etmiş, həmin razılaşmaya 04 saylı Əlavə ilə bank cavabdehə 100000 manat məbləğində, 120 ay müddətinə, aylıq 2.50 % olmaqla kredit limiti müəyyən etmişdir. Cavabdeh bank xidmətlərinin göstərilməsi üzrə standart şərtlərə 05 nömrəli Əlavə 23-MCR-1-687-22/1 nömrəli xx.xx.2022-ci il tarixli razılaşmaya əsasən bank 20000 manat məbləğində krediti 36 ay müddətinə, aylıq 1.75 faiz dərəcəsi olmaqla biznes məqsədi ilə cavabdehə kreditə vermişdir. Cavabdeh3 krеdit razılaşmasının tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri banka vaxtında qaytarmamışdır.

28. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdehlərdən yaranmış kredit borcu məbləği tutularaq iddiaçıya ödənilməlidir.

29. İddia ərizəsində tələb edilən əsas borcu məbləği 15152 manat göstərilsə də, təqdim edilmiş hesabdan çıxarışdan və iddiaçının nümayəndəsinin izahatından məlum olmuşdur ki, cavabdeh tərəfindən maliyyə arayışının verildiyi tarixdən sonra (xx.xx.2023cü il tarixdə) ödəniş edilmiş, həmin ödəniş əsas borca silinmiş, hazırda əsas borcun məbləği 14402 manat (15152 manat – 750 manat) təşkil edir.

30. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehlərdən tutulmalı olan əsas borcun məbləği 14402 manat müəyyən edilməlidir.

31. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hesablanmış cərimə pulunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür.

32. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

33. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin kredit və zaminlik müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiklərini, nəticədə kredit müqavilələri üzrə iddiaçıya borclarının yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada xx.xx.2022-ci il tarixli krеdit razılaşması üzrə 14402 manat əsas borc, 1105,09 manat faiz bоrcu və 136,81 manat cərimə borcu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

35. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 200 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir.

V. Nəticə:

36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 müştərək qaydada xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 14402 manat əsas borc, 1105,09 manat faiz borcu, 136,81 manat dəbbə pulu, 200 manat dövlət rüsumu, ümumilikdə 15843,90 (on beş min səkkiz yüz qırx üç manat doxsan qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar