Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6727/2025 04.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: müqavilə öhdəliklərinin lazımınca icra edilməməsi, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədova Gülnarə Malik qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2386,29 manat əsas borc, 79,54 manat dəbbə pulu və 44,66 manat dövlət rüsumu olmaqla, cəmi 2510,49 manat pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli mövcud borcun etirafı haqqında müqavilə bağlanmışdır. Bu müqavilənin 1.1-ci bəndinə əsasən borclu tələbkara cəmi 3144 manat borcunun olduğunu etiraf edir. Müqavilənin 1.2-ci maddəsinə əsasən borclu borc məbləğini xx.xx.2024-ci il tarixinə qədər 3144 manatı hissə-hissə xx.xx.2023-cü il tarixindən başlayaraq hər ay 262 manat məbləğində olmaqla, tələbkara ödəməyi öhdəsinə götürür. Həmin vaxtdan cavabdeh 757,71 manat ödəniş etmiş və 2386,29 manat əsas borc qalmışdır. Cavabdeh müqavilə üzrə öhdəliyini pozaraq ödənişlərin edilməsində gecikmələr etmiş, xx.xx.2024-cü ildən bu günə kimi hər hansı bir ödəniş olunmadığı üçün 79,54 manat dəbbə pulu hesablanmışdır. Ümumilikdə Cavabdeh cəmiyyətə 2386,29 manat əsas borc, 20 noyabr 2024-cü ildən 15 avqust 2025-ci ilə qədər 79,54 manat dəbbə pulu olmaqla, cəmi 2465,83 manat borcu yaranmışdır. xx.xx.2023-cü il tarixli müqavilə nəzərdə tutulmuş formada tərtib olunmuş və hər iki tərəf öz imzası ilə təsdiqləmişdir. xx.xx.2023-cü il tarixli Mövcud borcun etirafı haqqında müqavilənin 2.2-cü maddəsinə əsasən borclu hər ay vaxtlı-vaxtında ödəniş etməzsə, tələbkar qarşı tərəfə yazılı (elektron və ya pretenziya qaydasında) bildiriş göndərməli, borclu isə bildiriş ona çatdığı gündən ən gec 5 (beş) gün ərzində ödəniş etməzsə, tələbkar qarşı tərəfə xəbər vermədən müqaviləyə xitam verə bilər.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 385.1, 425.1, 427.1, 442, 443.1, 443.2, 445.4, 449.1-ci maddələrinə istinad olunmuşdur.
4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.
5. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmişlər. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
6. İddiaçı ASC ilə borclu qismində Cavabdeh arasında xx.xx.2023-cü il tarixli, AC- SƏİ/20-12-23/MH nömrəli “Mövcud borcun etirafı haqqında” müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən borclu tələbkara 3144 manat borcunun olduğunu etiraf edir; 1.2-ci bəndinə əsasən borclu 3144 manatı xx.xx.2023-cü il tarixindən başlayaraq xx.xx.2024-cü il tarixinə qədər hissə-hissə, hər ay 262 manat məbləğində olmaqla, tələbkara ödəməyi öhdəsinə götürür. Müqavilə tərəflərin imzası və İddiaçı ASCnin möhürü ilə təsdiq edilmişdir.
7. Cavabdeh tərəfindən İddiaçı ASC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizə ilə Cavabdeh 3144 manat borcun xx.xx.2024-cü il tarixinə qədər ödənilməsi üçün İddiaçı ASC-dən möhlət istəmişdir.
8. İddiaçı ASC tərəfində tərtib edilmiş xx.xx.2023-cü il tarixli borc məbləğinin müəyyən edilməsi haqqında aktda qeyd edilmişdir ki, Cavabdeh İddiaçı ASC-yə 3144 manat borcu mövcuddur. Cavabdeh akta etirazının olmadığını öz imzası ilə təsdiq etmişdir.
9. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 723 nömrəli maliyyə arayışı ilə müəyyən olunur ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 2465,83 manat borcu mövcuddur.
10. İddiaçı ASC tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, borcun 3 (üç) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi
13. İddia tələbininin bir hissəsini Cavabdeh 2386,29 manat borcun tutulması təşkil edir.
14. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında mövcud borcun etirafı haqqında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Müqaviləyə əsasən cavabdeh iddiaçıya 3144 manat borcunun olduğunu etiraf etmiş və borcu xx.xx.2023-cü il tarixindən başlayaraq xx.xx.2024-cü il tarixinə qədər hissə-hissə hər ay 262 manat məbləğində olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən borc məbləğindən 757,71 manat ödəniş edilmiş və 2386,29 manat ödənilməmiş qalmışdır (3144-757,71=2386,29). Qalıq borcun ödənilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir.
15. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, belə olan halda isə iddiaçının öhdəliyin icra edilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi qeyd edilən hissədə təmin edilməli və Cavabdeh 2386,29 manat (iki min üç yüz səksən altı manat iyirmi doqquz qəpik) məbləğində borc iddiaçının xeyrinə tutulmalıdır.
16. İddia tələbinin digər hissəsini cavabdehdən 79,54 manat cərimə məbləğinin tutulması təşkil edir.
17. Məhkəmə hesab edir ki, iddia tələbi qeyd edilən hissədə təmin edilməməlidir. Belə ki, tərəflər arasında bağlanmış müqavilə ilə cərimənin ödənilməsi müəyyənləşdirilməmişdir.
18. Eləcə də, iddiaçı ödənilmiş 44,66 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.
19. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq dövlət rüsumuna görə 43,2 manat (qırx üç manat iyiyrmi qəpik) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
20. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2386,29 manat (iki min üç yüz səksən altı manat iyirmi doqquz qəpik) məbləğində borc, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 43,2 manat (qırx üç manat iyiyrmi qəpik) olmaqla, ümumilikdə 2429,49 manat (iki min dörd yüz iyirmi doqquz manat qırx doqquz qəpik) məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova