Məhkəmə qərarları › İş №e-2-2(113)-674/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-674/2025

19.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-674/2025 19.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 MMC-yə və Cavabdeh3 qarşı “borc” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, fazi borcu, maliyyə arayışı) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi ilə, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, Cavabdehlərin nümayəndələrinin iştirakı olmadan, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 MMC-yə və Cavabdeh3 qarşı “borc” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC-dən, Cavabdeh2 və Cavabdeh3 birgə qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2024-cü il tarixə əsas borc üzrə 399.971,75 manat, xx.xx.2024-cü il tarixə faiz borcu üzrə 4.343,09 manat, Kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2024-cü il tarixindən sonra borclunun icranın gecikdirməsi nəticəsində Banka vurulmuş zərər (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5% olmaqla 9.332,67 manat, xx.xx.2024-cü il tarixə gecikdirilmiş kredit borcuna görə hesablanmış dəbbə pulu 16498,62 manat, cəmi 430.146,13 manat 13 qəpik kredit borcunun və 720.15 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçıASC ilə Cavabdeh1MMC-nin Bankla bağladığı19 oktyabr 2023-cü il tarixli, 1**-NF-***4735/03/KM №-li kredit müqaviləsinə əsasən illik 12 % olmaqla, 6 (altı) ay müddətinə 400.000 (dörd yüz min) manat kredit ayrılmışdır. Bu kredit müqaviləsinə əsasən 400.000 (dörd yüz min) manat məbləğində kredit xx.xx.2024-cü il tarixə qədər verilir. Kredit müqaviləsinin 2.9-cu bəndinə əsəsan bu müqavilənin 2.3-cü bəndində göstərilən cədvəl üzrə ödənişləri vaxtında aparmadıqda hər gecikdirilən gün üçün əsas borcun ödənilməmiş hissəsinə görə bu kredit müqaviləsinin 2.1-ci bəndində göstərilən gecikmə faizləri ödəməlidir. Həmin kredit müqaviləsinin 3.1.6-cı bəndinə əsasən: Borcalan davam edən 90 gün ərzində ona verilmiş kredit hissəsini və onun faizini Tərəflər arasında yazılı tərtib edilmiş olunmuş ödəniş qrafiki üzrə ödəmədikdə; Cavabdeh Qarabağ-AND” MMC öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş, kreditlərin hər ay bərabər hissələrlə ödənilməsi şərtini pozmuş, nəticədə iddia qaldırılan günə onun Banka 19 oktyabr 2023-cü il tarixli, 1**-NF- ***4735/03/KM №-li kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə əsas borc üzrə 399.971,75 manat, xx.xx.2024-cü il tarixə faiz borcu üzrə 4.343,09 manat, Kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2024-cü il tarixindən sonra borclunun icranın gecikdirməsi nəticəsində Banka vurulmuş zərər (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5% olmaqla 9.332,67 manat, xx.xx.2024-cü il tarixə gecikdirilmiş kredit borcuna görə hesablanmış dəbbə pulu 16498,62 manat, cəmi 430.146,13 manat 13 qəpik məbləğində borcu yaranmışdır. Kreditin təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə müvafiq olaraq xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsinə əsasən bütün daşınar və daşınmaz əmlakı ilə bank qarşısında cavabdehdirlər. Zaminlik müqaviləsinin 1.1-ci bəndinə görə Borcalan Kredit müqaviləsi üzrə Bank qarşısında götürdüyü öhdəliyi icra etmədikdə, Zamin Borcalanla birgə məsuliyyət daşımağı, həmin kredit öhdəliyini tamamilə icra etməyi öhdəsinə götürmüşdür. Kredit üzrə borc axırıncı dəfə xx.xx.2024-cü il tarixdə cəmi 343,37 manat məbləğində ödənilmişdir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehlərə xəbərdarlıq (pretenziya) edilsə də, qeyd olunan kredit müqaviləsinin şərtləri yerinə yetirilməmiş və öhdəlikləri lazımınca icra edilməmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun olaraq çıxış edərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

4. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməməklərinin səbəbləri barədə məlumat verilməmişdir.

5. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən məhkəmə iclasına gəlməyən cavabdehlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçi ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2023-ci il tarixli, 1**-NF- ***4735/03/KM №-li kredit müqaviləsinə əsasən:

8. Müqavilənin 1.1-ci bəndinə əsasən bank bu müqavilənin şərtlərinə uyğun olaraq borcalana məqsədli istifadə, qaytarılmaq, faizlər və digər ödənişlər ödənilmək şərtilə kredit verir, borcalan isə istifadə etdiyi krediti və hesablanmış faizləri müəyyən edilmiş vaxt ərzində banka qaytarmağı öhdəsinə götürür.

9. Müqavilənin 1.2-ci bəndinə əsasən kredit 4 sayda invoysun (EBDP-008065, EBDN-528445, EBDO-179122, EBDN-840343) maliyyələşdirilməsi məqsədilə verilir.

10. Müqavilənin 1.3-cü bəndinə əsasən borcalan kredit üzrə əsas borcun və hesablanmış faizlərin, o cümlədən mövcud olduğu təqdirdə gecikdirilmiş vaxt üçün hesablanan faizlərin (gecikdirilmə faizlərinin) ödənilməsini bu müqavilədə göstərilmiş qaydada həyata keçirir.

11. Müqavilənin 2.1-ci bəndinə əsasən kreditin məbləği-400000 manat, kreditin müddəti 6 ay müddətinə xx.xx.2024-cü il tarixədək; möhlət müddəti 0 ay, illik faiz dərəcəsi 12 ay və geckdirilməsi faizləri illik 12 ay+Mərkəzi bankın uçot faiz dərəcəsi müəyyən edilmişdir.

12. Müqavilənin 2.2-ci bəndinə əsasən bu kredit üzrə faktiki illik faiz dərəcəsi 15.52 % təşkil edir.

13. Müqavilənin 2.3-cü bəndinə əsasən kreditin qaytarılması bu müqaviləyə 1 saylı əlavədə göstərilmiş ödəniş cədvəli üzrə göstərilmiş qaydada həyata keçirilir.

14. Müqavilənin 2.9-cu bəndinə əsəsan bu müqavilənin 2.3-cü bəndində göstərilən cədvəl üzrə ödənişləri vaxtında aparmadıqda hər gecikdirilən gün üçün əsas borcun ödənilməmiş hissəsinə görə bu kredit müqaviləsinin 2.1-ci bəndində göstərilən gecikmə faizləri ödəməlidir.

15. Müqavilənin 3.1-ci bəndinə əsasən bankın hüquqları:

16. Müqavilənin 3.1.6-cı bəndinə əsasən aşağıdakı hallarda kredit üzrə əsas borc qalığını, o cümlədən kreditin vaxtında əvvəl tələb edildiyi günədək kreditlə bağlı banka ödənilməli olan faiz və (və ya) digər ödənişləri vaxtından əvvəl qaytarılmasını borcalandan tələb etmək:

17. –ödəniş cədvəli üzrə vaxtı çatmış kreditin (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud kreditin (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl iki dəfə pozulması,

18. İddiaçıASC-nin Nərimanov filialı ilə Cavabdeh1 MMC və Cavabdeh2 (Zamin) və Cavabdeh3 (Zamin) arasında bağlanmış 19 oktyabr 2023-cü il tarixli 1**-NF- ***47350/06/ZM və 1**-NF-***47350/07/ZM №-li Zaminlik müqavilələrinə əsasən kredit müqaviləsi üzrə öhdəliklərin tamamilə icra etməsi üzrə zaminlər borclu ilə birgə məsuliyyət daşıyırlar.

19. Borclu Cavabdeh1 MMC-nin İddiaçı ASC-yə olan kredit borcu haqqında xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2023-cü il tarixli, 1**-NF- ***4735/03/KM nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə vaxtı keçmiş kredit borcu cəmi 430146,13 manat müəyyən edilmişdir.

20. Məhkəmənin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-7593/2024 saylı qərardadı ilə İddiaçı ASC ilə borc alan Cavabdeh1 MMC arasında bağlanmış 19 oktyabr 2023-cü il tarixli, 1**-NF-***4735/03/KM saylı Kredit müqaviləsinin şərtləri və aparılmış ödənişlər nəzərə alınmaqla müqavilə müddətinin bitdiyi tarixə əsas, faiz, cərimə borcunun və müqavilə müddəti bitdiyi tarixdən maliyyə arayışında göstərilən xx.xx.2024-cü il tarixinə (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında) əsas borca hesablanan illik 5% borcunun məbləği nə qədər təşkil etməsinin müəyyən edilməsi məqsədilə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş və MEM-in xx.xx.2025-ci il tarixli, 9/1835 saylı rəyinə əsasən cavabdehin xx.xx.2024-cü il tarixə (müqavilənin bitdiyi) əas borcu 399971,76 manat, faiz borcu 4343,09 manat, kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonra da, yəni xx.xx.2024-cü il tarixdə cavabdeh tərəfindən 343,37 manat məbləğində ödəniş aparılmışdır ki, həmin ödənişin də cavabdehin faiz borcundan silinməsi müəyyən olunduğu, o cümlədən xx.xx.2024-cü il (maliyyə arayışında borcun hesablandığı) tarixə əsas borc üzrə 399971,76 manat, faiz borcu üzrə 3999,72 manat və 5% hesablanmaqla gecikdirilmiş faiz borcu 9166,02 manat müəyyən edilmiş, bundan başqa hazırkı ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli, 1**-NF-***4735/KM saylı kredit üzrə cərimə bəndi nəzərdə tutulsa da, bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat (cərimə hesabı üzrə silinmələri özündə əks etdirən çıxarış) olmadığı üçün sualda soruşulan tarixlərə Cavabdeh1 MMC-yə cərimə borcu hesablanmadığı qeyd olunmuşdur.

21. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

22. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçıASC ilə Cavabdeh1MMC-nin Bankla bağladığı 19 oktyabr 2023-cü il tarixli, 1**-NF-***4735/03/KM №-li kredit müqaviləsinə əsasən illik 12 % olmaqla, 6 (altı) ay müddətinə 400.000 (dörd yüz min) manat kredit ayrılmışdır. Bu kredit müqaviləsinə əsasən 400.000 (dörd yüz min) manat məbləğində kredit xx.xx.2024-cü il tarixə qədər verilir. Kredit müqaviləsinin 2.9-cu bəndinə əsəsan bu müqavilənin 2.3-cü bəndində göstərilən cədvəl üzrə ödənişləri vaxtında aparmadıqda hər gecikdirilən gün üçün əsas borcun ödənilməmiş hissəsinə görə bu kredit müqaviləsinin 2.1-ci bəndində göstərilən gecikmə faizləri ödəməlidir. Həmin kredit müqaviləsinin 3.1.6-cı bəndinə əsasən: Borcalan davam edən 90 gün ərzində ona verilmiş kredit hissəsini və onun faizini Tərəflər arasında yazılı tərtib edilmiş olunmuş ödəniş qrafiki üzrə ödəmədikdə; Cavabdeh Qarabağ-AND” MMC öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş, kreditlərin hər ay bərabər hissələrlə ödənilməsi şərtini pozmuş, nəticədə iddia qaldırılan günə onun Banka 19 oktyabr 2023-cü il tarixli, 1**-NF-***4735/03/KM №-li kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə əsas borc üzrə 399.971,75 manat, xx.xx.2024-cü il tarixə faiz borcu üzrə 4.343,09 manat, Kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2024-cü il tarixindən sonra borclunun icranın gecikdirməsi nəticəsində Banka vurulmuş zərər (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5% olmaqla 9.332,67 manat, xx.xx.2024-cü il tarixə gecikdirilmiş kredit borcuna görə hesablanmış dəbbə pulu 16498,62 manat, cəmi 430.146,13 manat məbləğində borcu yaranmışdır.

23. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi Cavabdeh1 MMC mübahisəli kredit müqaviləsi əsas kredit borcunu və faizləri ödəniş qrafikinə uyğun olaraq ödəməməklə müqavilə öhdəliklərini əhəmiyyətli dərəcədə pozmuşdur.

24. Kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Banklar haqqında Qanunun 1.0.9. Bank krediti (bundan sonra kredit) bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə və faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlər ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Həmin şərtlərlə pul vəsaitinin verilməsi haqqında götürülmüş hər hansı öhdəlik, qarantiya, zəmanət, borc qiymətli kağızlarının diskontla və ya faizlər alınmaqla satın alınması və müqaviləyə əsasən hər hansı formada verilmiş vəsaitin qaytarılmasını tələb etməklə bağlı digər hüquq da kredit anlayışına aiddir.

25. Həmin Qanunun 36.6-cı maddəsinə əsasən hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarını və göstərilən bank xidmətləri üçün digər ödənişləri, habelə bank tərəfindən verilmiş kreditlərin ödənişi şərtlərini və qaydalarını müəyyən etməkdə sərbəstdir.

26. Azərbaycan Respublikasının Mülki Məcəlləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditin verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. Faizlər, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlər və digər haqlar yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə hesablanır.

27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

28. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

29. 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

30. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

31. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

32. 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər.

33. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

34. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

35. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

36. Bundan başqa məhkəmə tələbin əsas, faiz borcunun nə qədər təşkil edilməsi məqsədilə məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş və ekspertin xx.xx.2025-ci il tarixli, 9/1835 saylı rəyinə əsasən cavabdehin xx.xx.2024-cü il tarixə (müqavilənin bitdiyi) əas borcu 399971,76 manat, faiz borcu 4343,09 manat, kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonra da, yəni xx.xx.2024-cü il tarixdə cavabdeh tərəfindən 343,37 manat məbləğində ödəniş aparılmışdır ki, həmin ödənişin də cavabdehin faiz borcundan silinməsi müəyyən olunduğu, o cümlədən xx.xx.2024-cü il (maliyyə arayışında borcun hesablandığı) tarixə əsas borc üzrə 399971,76 manat, faiz borcu üzrə 3999,72 manat və 5% hesablanmaqla gecikdirilmiş faiz borcu 9166,02 manat müəyyən edilmiş, bundan başqa hazırkı ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli, 1**-NF-***4735/KM saylı kredit üzrə cərimə bəndi nəzərdə tutulsa da, bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat (cərimə hesabı üzrə silinmələri özündə əks etdirən çıxarış) olmadığı üçün sualda soruşulan tarixlərə Cavabdeh1 MMC-yə cərimə borcu hesablanmadığı qeyd olunmuşdur.

37. Beləliklə, müəyyən olunur ki, iddiaçının müqavilələr üzrə tələb etdiyi əsas borc məbləği ekpert rəyi ilə eyni, faiz məbləği və 5% hesablanmaqla gecikdirilmiş faiz borcu ekspert rəyində iddia tələbində göstərilən məbləğdən daha aşağı həddə, tələb edildiyindən məhkəmə hesab edir ki, əsas borc iddia tələbinə uyğun, faiz borcu və 5% hesablanmaqla gecikdirilmiş faiz borcu ekspert rəyinə müəyyən edilən məbləğdə cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.

38. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) üzrə 16498,62 manat məbləğin cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür.

39. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

40. Məhkəmə hesab edir ki, cavabdeh MMC-nin ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.

41. Məhkəmə hesab edir ki, dəbbə pulu məbləği tənasübsüz şəkildə yüksək olmadığından müqavilə üzrə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) üzrə 16498,62 manat pul məbəği cavabdehlərdən tutulmalıdır.

42. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 720,15 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

43. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin

44. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

45. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir.

46. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

47. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən dövlət rüsumunun əvəzi olaraq 720,15 manat məbləğində pul vəsaiti cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı və məhkəmə– mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 150 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh2, Cavabdeh1 MMC-dən və Cavabdeh3 tutularaq müvafiq olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. V. Nəticə:

48. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 MMC-dən və Cavabdeh3 müştərək qaydada kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 399.971,75 manat əsas borc, 3999,72 manat faiz borcu, 16.498,62 manat dəbbə pulu, kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2024-cü il tarixindən sonra borclunun icranın gecikdirməsi nəticəsində Banka vurulmuş zərər görə illik 5% ilə hesablann 9166,02 manat faiz borcu və dövlət rüsumunun əvəzi olaraq 720,15 manat tutularaq İddiaçı ASC-yə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh2, Cavabdeh1 MMC-dən və Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar