Məhkəmə qərarları › İş №e-2-2(113)-6749/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6749/2024

03.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6749/2024 03.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı ASC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, DC00398933-16 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 33888,67 (otuz üç min səkkiz yüz səksən səkkiz manat altmış yeddi qəpik) manat əsas borc, 744,50 (yeddi yüz qırx dörd manat əlli qəpik) manat faiz borcu, 108,40 (yüz səkkiz manat qırx qəpik) manat cərimə borcu olmaqla, cəmi 34741,57 (otuz dörd min yeddi yüz qırx bir manat əlli yeddi qəpik) manat məbləğində borcun, DC00398933-17 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 13304,36 (on üç min üç yüz dörd manat otuz altı qəpik) manat əsas borc, 772,76 (yeddi yüz yetmiş iki manat yetmiş altı qəpik) manat faiz borcu, 70,78 (yetmiş manat yetmiş səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 14147,90 (on dörd min yüz qırx yeddi manat doxsan qəpik) manat məbləğində borcun, DC00398933-18 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 15526,05 (on beş min beş yüz iyirmi altı manat beş qəpik) manat əsas borc, 901,79 (doqquz yüz bir manat yetmiş doqquz qəpik) manat faiz borcu, 80,93 (səksən manat doxsan üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 16508,77 (on altı min beş yüz səkkiz manat yetmiş yeddi qəpik) manat məbləğində borcun və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 286,2 (iki yüz səksən altı manat, iyirmi qəpik) manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında xx.xx.2023-cü il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2024-cü il tarixli 1.0.5 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə OnGTC-00398933LE/2019saylı razılaşma imzalanmışdır. Həmin razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş X2 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Sonradan tərəflər arasında ümumi şərtlər toplusu çərçivəsində: xx.xx.2023-cü il tarixli DC00398933-16 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən borcalana xx.xx.2025-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 60000 (altmış min) manat məbləğində mal alışı məqsədilə birdəfəlik kredit verilmişdir. xx.xx.2023cü il tarixli DC00398933-17 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən borcalana xx.xx.2025-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 20000 (iyirmi min) manat məbləğində əməliyyat xərclərinin ödənilməsi məqsədilə birdəfəlik kredit verilmişdir. xx.xx.2023-cü il tarixli DC00398933-18 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən borcalana xx.xx.2025-ci il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 22000 (iyirmi iki min) manat məbləğində əməliyyat xərclərinin ödənilməsi məqsədilə birdəfəlik kredit verilmişdir. Bundan başqa bank ilə Borcalan Cavabdeh1 MMC arasında bağlanmış DC00398933-16 saylı maliyyələşdirmə üçün ərizə üzrə borcalanın bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə bank ilə Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixli DG**********787 saylı zaminlik müqaviləsi, DC00398933-17 saylı maliyyələşdirmə üçün ərizə üzrə borcalanın bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə xx.xx.2023-cü il tarixli DG**********713 saylı zaminlik müqaviləsi, DC00398933-18 saylı maliyyələşdirmə üçün ərizə üzrə borcalanın bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə bank ilə Cavabdeh2 arasında xx.xx.2023-ci il tarixli DG**********208 saylı zaminlik müqaviləsi bağlanmışdır. Lakin borcalan qeyd edilən müqavilələr üzrə öhdəliklərini icra etməyərək DC00398933-18 saylı maliyyələşdirmə üçün ərizə üzrə 98 gün, DC00398933-17 saylı maliyyələşdirmə üçün ərizə üzrə 97 gün, DC00398933-16 saylı maliyyələşdirmə üçün ərizə üzrə 105 gün kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Borcalanın xx.xx.2024-cü il tarixinə İddiaçı ASC qarşısında öhdəlikləri aşağıdakı kimidir: DC00398933-16 saylı (hesab: 010DGAAAZN83821) maliyyələşdirmə üçün ərizəyə əsasən 33888,67 (otuz üç min səkkiz yüz səksən səkkiz manat altmış yeddi qəpik) manat əsas borc, 744,50 (yeddi yüz qırx dörd manat əlli qəpik) manat faiz borcu, 108,40 (yüz səkkiz manat qırx qəpik) manat cərimə borcu olmaqla, cəmi 34741,57 (otuz dörd min yeddi yüz qırx bir manat əlli yeddi qəpik) manat təşkil edir, gecikmə günü 105. DC00398933-17 saylı (hesab: 010DGAAAZN76006) maliyyələşdirmə üçün ərizəyə əsasən 13304,36 (on üç min üç yüz dörd manat otuz altı qəpik) manat əsas borc, 772,76 (yeddi yüz yetmiş iki manat yetmiş altı qəpik) manat faiz borcu, 70,78 (yetmiş manat yetmiş səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 14147,90 (on dörd min yüz qırx yeddi manat doxsan qəpik) manat təşkil edir, gecikmə günü:97. DC00398933-18 saylı (hesab: 010DGAAAZN19194) maliyyələşdirmə üçün ərizəyə əsasən 15526,05 (on beş min beş yüz iyirmi altı manat beş qəpik) manat əsas borc, 901,79 (doqquz yüz bir manat yetmiş doqquz qəpik) manat faiz borcu, 80,93 (səksən manat doxsan üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 16508,77 (on altı min beş yüz səkkiz manat yetmiş yeddi qəpik) təşkil edir, gecikmə günü:

98. Buna görə də bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək cavabdehlərə xəbərdarlıq məktubu göndərilmiş və bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. İddiaçı ASC iddia ərizəsinin məhkəməyə verilməsi üçün 286,2 (iki yüz səksən altı manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumu ödəmişdir. Ümumi şərtlər toplusuna 4-cü bölümünün 3.11-ci bəndinə əsasən kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 4-cü bölümünün 5.2.1-ci bəndinə əsasən kreditin və faizlərin ödənilməsi müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə bank müştəriyə verilən krediti vaxtından əvvəl ləğv edə və ya kredit məbləğini vaxtından əvvəl müştəridən tələb edə bilər. Eyni zamanda ümumi şərtlər toplusuna əsasən müştəri tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan Respublikası qanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etmək bankın hüququdur.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi İ.Abdullayev iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, əvvəlki məhkəmə iclasında tərəflər arasında barışıq sazişi bağlanması ehtimalına görə işin məhkəmə baxışına təyin edilməməsi xahiş edilsə də, barışıq əldə edilməmiş, maliyyələşdirmə üçün ərizələr üzrə cavabdehlər tərəfindən ümumiyyətlə heç bir ödəniş edilməmişdir, bu səbəbdən iddianın təmin edilməsini xahiş edir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə və lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məlumat verməmişlər.

5. Məhkəmə iclasının cavabdehlərin nümayəndələrinin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

7. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. İddiaçı ilə Cavabdeh1 MMC arasında xx.xx.2023-cü il tarixdə bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2024-cü il tarixli 1.0.5 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə OnGTC-00398933LE/2019 saylı razılaşma imzalanmışdır.

9. İddiaçı ilə Cavabdeh1 MMC arasında xx.xx.2023-cü il tarixli DC00398933-16 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən borcalana xx.xx.2025-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 60000 (altmış min) manat məbləğində mal alışı məqsədilə birdəfəlik kredit verilmişdir.

10. İddiaçı ilə Cavabdeh1 MMC arasında xx.xx.2023-cü il tarixli DC00398933-17 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən borcalana xx.xx.2025-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 20000 (iyirmi min) manat məbləğində əməliyyat xərclərinin ödənilməsi məqsədilə birdəfəlik kredit verilmişdir.

11. İddiaçı ilə Cavabdeh1 MMC arasında xx.xx.2023-cü il tarixli DC00398933-18 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən borcalana xx.xx.2025-ci il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 22000 (iyirmi iki min) manat məbləğində əməliyyat xərclərinin ödənilməsi məqsədilə birdəfəlik kredit verilmişdir. 12.İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış DC00398933-16 saylı maliyyələşdirmə üçün ərizə üzrə borcalanın bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə bank ilə Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixli DG**********787 saylı zaminlik müqaviləsi bağlanmışdır. 13.İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış DC00398933-17 saylı maliyyələşdirmə üçün ərizə üzrə borcalanın bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə bank ilə Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixli DG**********713 saylı zaminlik müqaviləsi bağlanmışdır. 14.İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış DC00398933-18 saylı maliyyələşdirmə üçün ərizə üzrə borcalanın bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə bank ilə Cavabdeh2 arasında xx.xx.2023-ci il tarixli DG**********208 saylı zaminlik müqaviləsi bağlanmışdır. 15.Zaminlik müqavilələrinə əsasən bank ilə bu müqavilənin 2.3-cü bəndində göstərilən şəxs arasında müqavilənin 2.1-ci bəndində göstərilən öhdəlik əsasında borcalana veriləcək müqavilənin 2.2-ci bəndində göstərilən məbləğdə kredit xətti ilə əlaqədar olaraq borcalan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin, borcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürür. 16.İddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli, PB/PBL-OUT-00455- 2024/2 nömrəli maliyyə arayışına görə, Cavabdeh1 MMC-nin xx.xx.2024-cü il tarixə banka olan borcu DC00398933-16 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 33888,67 (otuz üç min səkkiz yüz səksən səkkiz manat altmış yeddi qəpik) manat əsas borc, 744,50 (yeddi yüz qırx dörd manat əlli qəpik) manat faiz borcu, 108,40 (yüz səkkiz manat qırx qəpik) manat cərimə borcu olmaqla, cəmi 34741,57 (otuz dörd min yeddi yüz qırx bir manat əlli yeddi qəpik) manat, DC00398933-17 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 13304,36 (on üç min üç yüz dörd manat otuz altı qəpik) manat əsas borc, 772,76 (yeddi yüz yetmiş iki manat yetmiş altı qəpik) manat faiz borcu, 70,78 (yetmiş manat yetmiş səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 14147,90 (on dörd min yüz qırx yeddi manat doxsan qəpik) manat, DC00398933-18 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 15526,05 (on beş min beş yüz iyirmi altı manat beş qəpik) manat əsas borc, 901,79 (doqquz yüz bir manat yetmiş doqquz qəpik) manat faiz borcu, 80,93 (səksən manat doxsan üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 16508,77 (on altı min beş yüz səkkiz manat yetmiş yeddi qəpik) manat təşkil edir.

17. Məhkəmə materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

18. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-cu maddəsinə əsasən (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyası) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

20. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.

21. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

22. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

23. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

24. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

25. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi iddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2023cü il tarixli DC00398933-16 saylı, xx.xx.2023-cü il tarixli DC00398933-17 saylı, xx.xx.2023cü il tarixli DC00398933-18 saylı maliyyələşdirmə üçün ərizələrdən rəli gəlir. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli DG**********787 saylı, xx.xx.2023-cü il tarixli DG**********713 saylı, xx.xx.2023-ci il tarixli DG**********208 saylı zaminlik müqavilələri üzrə Cavabdeh2 Cavabdeh1 MMC ilə birlikdə bank qarşısında öhdəliyin tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdehlərin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

26. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də kredit müqavilələrinə əsasən cavabdehlərin üzərinə götürdüyü öhdəliyi tam icra etmədiklərini, nəticədə DC00398933-16 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 33888,67 (otuz üç min səkkiz yüz səksən səkkiz manat altmış yeddi qəpik) manat əsas borc, 744,50 (yeddi yüz qırx dörd manat əlli qəpik) manat faiz borcu, DC00398933-17 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 13304,36 (on üç min üç yüz dörd manat otuz altı qəpik) manat əsas borc, 772,76 (yeddi yüz yetmiş iki manat yetmiş altı qəpik) manat faiz borcu, DC00398933-18 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 15526,05 (on beş min beş yüz iyirmi altı manat beş qəpik) manat əsas borc, 901,79 (doqquz yüz bir manat yetmiş doqquz qəpik) manat faiz borcu yarandığını, belə olan halda isə iddiaçının göstərilən borc məbləğlərinin ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehlərdən (əsas borclu və zamin) göstərilən borclar birgə qaydada tutularaq iddiaçıya ödənilməlidir.

27. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış müqavilələrə əsasən hesablanmış dəbbə pullarının cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür.

28. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

29. Məhkəmə hesab edir ki, cavabdehlərin müqavilələr üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilələrdə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır və iddia tələbi həmin hissədə də əsaslı olduğundan təmin edilməlidir.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

31. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 286,2 manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.

V. Nəticə:

32. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 birgə qaydada: DC00398933-16 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 33888,67 manat əsas borc, 744,50 manat faiz borcu, 108,40 manat cərimə borcu; DC00398933-17 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 13304,36 manat əsas borc, 772,76 manat faiz borcu, 70,78 manat cərimə borcu; DC00398933-18 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 15526,05 manat əsas borc, 901,79 manat faiz borcu, 80,93 manat cərimə borcu, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 286,2 manat dövlət rüsumu, ümumilikdə 65684,44 (altmış beş min altı yüz səksən dörd manat qırx dörd qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar